Məhkəmə qərarları › İş №e-2(005)-3995/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3995/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3995/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 1 il xidməti, Paket Extra TV xidməti, LG TV üçün 981.13 manat ödənilməmiş hissə, 98.11 manat cərimə və həmçinin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Apple Watch 9 qol saatı, Qızıl zəmanət Ultra 3 il xidmət üçün 731.96 manat ödənilməmiş hissə, 73.20 manat cərimə olmaqla, ümumilikdə 1884.40 manat borcun və 38.85 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023 cə xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan aldığı Zəmanət + 1 il xidməti, Paket Extra TV xidməti, LG TV və Apple Watch 9 qol saatı, Qızıl zəmanət Ultra 3 il xidmət üçün göstərilən mal və xidmətlərin haqqını iddiaçıya ödəmədiyi üçün, nəticədə cavabdehin 1884.40 manat iddiaçıya borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, bununla da xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1661.04 manat olan Zəmanət + 1 il xidməti, Paket Extra TV xidməti, LG TV üçün ümumilikdə 1079.24 manat olmaqla ondan 981.13 manat ödənilməmiş hissə və güzəşt edilmiş 98.11 manat cərimə borcu, eləcə də xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1716 manat olan Apple Watch 9 qol saatı, Qızıl zəmanət Ultra 3 il xidməti üçün ümumilikdə 805.16 manat olmaqla ondan 731.96 manat ödənilməmiş hissə və güzəşt olunaraq hesablanmış 73.20 manat cərimə borcu yaranmışdır. Cavabdehin iddiaçıya ödədiyi ümumi məbləğ 1663.95 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhviltəslim aktı”na əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçının cavabdehlə arasında olan telefon danışığı, həmçinin cavabdehə göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olması barədə rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər - tərəflər arasında bağlanılmış Müqavilələr, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilələrin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İşdə olan 12086923 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilənin və onun əlavəsi olan həmin tarixli bildiriş və təhvil-təslim aktının surətindən görünür ki, həmin müqavilə ilə cavabdeh Zəmanət + 1 il xidməti, Paket Extra TV xidməti, LG TV-ni iddiaçıdan satın almış və müqaviləni imzalamaqla müqavilə şərtləri ilə razılaşmışdır. Həmçinin tərəflər arsında bağlanmış 18682550 nömrəli xx.xx.2023-cü il tarixli Müqavilədən və onun əlavəsi olan həmin tarixli bildiriş və təhvil-təslim aktının surətindən görünür ki, cavabdeh Apple Watch 9 qol saatı, Qızıl zəmanət Ultra 3 il xidməti əldə etməklə müqaviləni imzalamış və müqavilə şərtləri ilə razılaşmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan ümumi dəyəri 1661.04 manat olan Zəmanət + 1 il xidməti, Paket Extra TV xidməti, LG TV-ni 18 ay müddətinə aylıq 92.28 manat ödəmək şərti ilə satın almışdır və onun tərəfindən borcun 679.91 manat hissəsi ödənilmiş, lakin 981.13 manat hissəsi isə ödənilməmişdir. Eləcə də, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1716 manat olan Apple Watch 9 qol saatı, Qızıl zəmanət Ultra 3 il xidmətini 12 ay müddətinə aylıq 143 manat ödəmək şərti ilə əldə etmiş, bu müqavilə üzrə borcun 984.04 manat hissəsi ödənilmiş, lakin 731.96 manat isə ödənilməmişdir. Bununla da cavabdehin iddiaçıya 1713.09 manat əsas borcu və 171.31 manat ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 1884.40 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə həmin məktub göndərilməklə aralarında bağlanmış müqavilə üzrə aldığı malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi, öhdəliklər pozulduğu üçün malın saz və korlanmamış vəziyyətdə geri qaytarılması, malın şirkət tərəfindən qiymətləndiriləcəyi və bu mümkün olmadığı halda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödəniləcəyi və öhdəliklərin 3 iş günü müddətini həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 38.85 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları və xidmətləri müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə kredit yolu ilə satmışdır. Həmin müqavilələrdə əşyaların və xidmətlərin qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları və xidmətləri əldə etmiş, lakin hər iki müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə tam ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 1 il xidməti, Paket Extra TV xidməti, LG TV üçün 981.13 manat ödənilməmiş borc və ödənişin gecikdirilməsi ilə əlaqədar hesablanmış 98.11 manat cərimə və həmçinin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Apple Watch 9 qol saatı, Qızıl zəmanət Ultra 3 il xidmət üçün 731.96 manat əsas borc və 73.20 manat cərimə olmaqla, ümumilikdə 1884.40 manat pul və 38.85 manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 1 il xidməti, Paket Extra TV xidməti, LG TV üçün 981.13 manat əsas borc və 98.11 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Apple Watch 9 qol saatı, Qızıl zəmanət Ultra 3 il xidmət üçün 731.96 manat əsas borc və 73.20 manat cərimə olmaqla, ümumilikdə 1884.40 manat borc və 38.85 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar