Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4006/2025 02.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər X5 və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X1 qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X7 qarşı alğı-satqı müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış 0810 nömrəli alğısatqı müqaviləsinə əsasən alıcı tərəfindən satıcıya ödənilmiş 11000 manat pulun, vəkilə ödənilmiş 500 manat, dövlət rüsumu olaraq ödənilmiş 125 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat olmaqla, ümumilikdə 642,25 manat pul vəsaitinin cavabdeh tərəfindən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə fərdi sahibkar X8 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 0810 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya “EMSlim S-12D” modelində arıqlama aparatı satmağı, alıcı isə bunun qarşılığında satıcıya 11000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcıya verilməli olan aparatın modeli “EMSlim ESM-K(S-12D)” olmuşdur. Lakin alıcıya təhvil verilən aparatın modeli “Shapems” olmuşdur. Alıcının şifahi sualına cavab olaraq isə satıcı tərəfindən bunun sadəcə ön yapışqanı olduğu və aparatın müqavilədə olan model olduğu bildirilmişdir. Daha sonra pretenziya məktubuna cavab olaraq göndərilən sənədin tamam başqa bir aparata məxsus olması müəyyən edilmişdir. Belə ki, göndərilən sənəddə göstərilən aparatın modeli “EMSlim NOVA” adlı model olmuşdur. Satıcının sonradan istehsalçıdan aldığını iddia etdiyi məktubda qeyd edilmişdir ki, modelin nömrəsi GN685B olmuş və “EMSlim” adı ilə satılmışdır. Həmçinin “Shapems” adı ilə də satılmış və bu ad sadəcə ticarət markası təyinatı rolunu oynamışdır. Onun funksionallığına, texniki göstəricilərinə, aparatın fəaliyyətinə heç bir təsiri yoxdur. Satıcının belə bir məktubu alıcı tərəfə göndərməsi iddiaçı tərəfindən qəbul edilməmişdir. Alıcı əşyanın sənədlərini təmin etməsi ilə bağlı satıcıya pretenziya verərək 72 saat ərzində sənədlərin verilməsini satıcıdan tələb etmişdir. Satıcı isə alıcıya başqa bir aparatın sənədlərini göndərməklə onu faktiki olaraq aldatmışdır. Satıcı ilə alıcı arasında müqavilə bağlanarkən alıcı funksionallığı, texniki göstəriciləri, aparatın fəaliyyətini deyil, onun adını və modelini satıcı ilə razılaşdırmışdır. Satıcı isə müqavilədə göstərilən çeşiddə əşyanı sənədləri ilə bərabər verməyə borclu olmuşdur. Sonradan təqdim edilən sənəd isə başqa bir çeşidə aiddir və bu sənəd alıcı tərəfindən qəbuledilən olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, cavabdeh tərəf avadanlığı çatdıran zaman iddiaçı özü olmamış, onun işçisi təhvil almışdır. Təhvil-təslim aktı iddiaçı tərəfindən imzalanmamışdır. Akt səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, iş materiallarında etibarnaməsi də yoxdur. İddiaçı avadanlığı görən zaman onun sifariş etdiyi ilə eyni olmadığını görmüş və cavabdeh tərəfə bildirmişdir. Cavabdeh tərəf isə sifariş edilən və göndərilən avadanlığın funksiyalarının eyni olduğunu bildirmişdir. Müraciət 14 gündən də tez olmuşdur. İddiaçı özü cihazı gəlib gördükdən sonra pretenziyasını bildirmişdir. Cavabdeh tərəf müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı zərərə uğramış, artıq onun öz işinə olan marağı da itmişdir. Cihazların fərqi çoxdur. Təqdim edilən cihazın soyutma sistemi düzgün işləməmiş, buna görə də istifadə kitabçası tələb edilmişdir. Lakin başqa cihazın kitabçası göndərilmişdir. İstifadə kitabçası pretenziyadan sonra təqdim edilmişdir. İddiaçının istədiyi aparata müştərilər arasında tələbat çoxdur, həmin aparat tanınır. Onu görə də məhz onu sifariş etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X1 qızı izahat verərək bildirmişdir ki, təhvil-təslim aktı iddiaçı tərəfindən imzalanmışdır. Həmin vaxt iddiaçı tərəfindən heç bir pretenziya və ya narazılıq bildirilməmişdir. İstehsalçı eyni şirkətdir, funksiyaları da eynidir, sadəcə emblemləri fərqlidir. Bununla bağlı zavodun da məktubu vardır. Həmçinin iddiaçı artıq cihazı işlətmişdir və işlətməkdə də davam edir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 izahat verərək bildirmişdir ki, sifariş gecikdiyindən tərəfə müvəqqəti olaraq başqa cihaz təqdim etmişlər. Sifariş etdiyi məhsul gəldikdə həmin aparat geri qaytarılmışdır. Təqdim edilmiş cihazla müqavilədə olan cihazın heç bir fərqi olmamışdır, funksiyaları eynidir. Hər ikisi eyni funksiyaları icra etmişdir. Sözügedən cihazlar tibbi cihazlardır. Həmin cihazlar həkimlər tərəfindən istifadə edilməlidir. İddiaçının özünə də bu barədə bildirmişlər. Cihaz birbaşa 100 faiz istilik dərəcəsi ilə istifadə edilə bilməz. İddiaçı da birbaşa 100 faiz dərəcə ilə istifadə etmişdir. Cihazla bağlı bütün məlumatlar bildirilmişdir, iddiaçı cihazı düzgün istifadə etmədiyi üçün problemlər yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Salmanov Orxan və sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 050 nömrəli sifariş müqaviləsindən görünür ki, sifarişçi tərəfindən 01 ədəd 11000 manat məbləğində “EMSlim EMS-K (S-12D)” avadanlığı sifariş vermiş və dəyərinin 5000 manatını öncədən, 6000 manatını isə təhvil verildikdə ödəməyi öhdəsinə götürmüşdür; - Satıcı Cavabdeh1 MMC və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli razılaşmadan görünür ki, satıcı təzə vəziyyətdə olan “EMSculpt (S-12DX)” arıqlama aparatını alıcının aldığı “EMSlim (S-12D)” arıqlama aparatı əvəzinə qarşılıqlı razılaşmaya əsasən müvəqqəti istifadə üçün təhvil verməyi, alıcı isə avadanlığı təhvil verildiyi kimi saz, qüsursuz və işlək vəziyyətdə olmasını öhdəsinə götürmüşdür; - xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, 01 ədəd “EMSculp (S-12DX)” arıqlama aparatı İddiaçı tərəfindən təhvil alınmışdır; - xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı Cavabdeh1 MMC və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli razılaşmaya əsasən xx.xx.2025-ci il tarixində təhvil verilmiş 01 ədəd “EMSculp (S-12DX)” arıqlama aparatını alıcıya geri təhvil verilmişdir; - X10 və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 0810 nömrəli alğısatqı müqaviləsindən görünür ki, satıcı 01 ədəd “EMSlim (S-12D)” arıqlama aparatını alıcıya təhvil verməyi, alıcı isə 11000 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür; - Satıcı fərdi sahibkar Salmanov Orxan tərəfindən alıcı İddiaçı təqdim edilmiş xx.xx.2025-ci il tarixli zəmanət talonundan görünür ki, “EMSlim (S-12D)” arıqlama aparatının zəmanət müddəti 12 ay olmuşdur; - xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2025-ci il tarixli, 0810 nömrəli alğı-satqı müqaviləsinə əsasən 01 ədəd 11000 manat məbləğində olan “EMSlim (S-12D)” arıqlama aparatı satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən təhvil alınmışdır; - İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, təhvil verilmiş əşyaların sənədini göndərmədiyi və müqavilədə nəzərdə tutulmuş çeşiddə əşya vermədiyi üçün əşyadan imtina etmiş, ödəmiş olduğu 11000 manat pulun ona geri ödənilməsini tələb etmiş, 72 saat ərzində pretenziya məktubuna əməl edilmədiyi halda, mübahisənin həlli üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur; - Pretenziya məktubuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində bağlanmış alğı-satqı müqaviləsinə əsasən, “EMSlim” cihazı alıcıya tam komplekt halda təhvil verilmişdir, bu sənədlərin təhvil verilməsi zamanı heç bir narazılıq bildirilməmiş və cihaz normal qaydada istismara başlanmışdır. Alıcının sorğusu nəzərə alınaraq istehsalçı ilə əlaqə saxlanılmış və müvafiq sənədlər yenidən əldə olunaraq alıcıya təqdim edilmişdir; - Salmanov Orxan tərəfindən İddiaçı nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müqavilədə nəzərdə tutulmuş çeşiddə mal təhvil-təslim aktına əsasən təqdim edildiyindən və mal qəbul edilib təyinatı üzrə istifadə olunduğundan pretenziyanın hüquqi əsasının olmadığı bildirilmiş və müqavilədən imtinanın mümkünsüz olduğu qeyd edilmişdir; - xx.xx.2025-ci il tarixli Guangzhou KFL Technology Limited tərəfindən X7 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, “GN685B” texniki modelli cihazın əsas brend adı “EMSlim”, alternativ kommersiya adı isə “ShapeEMS” olmuşdur. Cihazın xarici hissəsində göstərilmiş “ShapeEMS” yazısı yalnız kommersiya brendi təyinatını ifadə edir, avadanlığın funksionallığına, texniki xüsusiyyətlərinə və ya performansına heç bir təsir göstərmir. Texniki baxımdan “EMSlim” və “ShapeEMS” adları ilə işarələnmiş cihazlar eynidir, eyni standartlara uyğun istehsal olunur və eyni istifadəçi təlimatları və sənədləri ilə müşayiət olunur. Eyni avadanlıqların müxtəlif bölgələrdə fərqli marka adları altında paylanması beynəlxalq OEM (X2) fəaliyyətlərində standart təcrübədir. Buna görə də cihaz korpusunda fərqli adın olması fərqli model olduğunu göstərmir. Təqdim olunan məhsul “EMSlim GN685B” modelinə tam uyğundur; - “EMSlim” cihazının təlimatından görünür ki, cihaz gözəllik alətidir, bu alətdən istifadə edən agentlik aləti rəsmi şəkildə istifadə edə bilmirsə, alətin funksiyasının pozulmasına səbəb ola və şəxsi sağlamlığına təhlükə yarada bilər. Alətin zəmanət müddəti insan tərəfindən törədilən zərər istisna olmaqla, ümumilikdə 1 il, xassələrinin zəmanət müddəti isə 3 aydır; - Whatsapp yazışmasından görünür ki, 14 may tarixində “Bio Estetik compa...” adı ilə qeyd edilmiş nömrədən, şəkillər göndərilmiş, həmin nömrədən isə cihazla bağlı “BTL EmSculpt” kimi orijinal cihazlarda belə: güc səviyyəsi - 80-90%, sessiya müddəti - 20-30 dəq, sessiyalararası fasilə - 5-10 dəq (aktiv soyuma), otaq temperaturu - 18-24 dərəcə arasında saxlanılmalı, ventilyasiya yaxşı, havalandırılan otaq olmalıdır” məzmunlu tövsiyə mesajı göndərilmişdir; - Təqdim edilmiş yaddaş daşıyıcısında olan video-görüntüdən görünür ki, “GN685B” texniki modelli cihaz istifadə olunur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə cavabdeh (fərdi sahibkar) X8 arasında xx.xx.2025-ci il tarixdə lazer aparatının sifarişinə dair müqavilə bağlanmış, xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsi ilə cavabdeh 01 ədəd “EMSlim (S-12D)” arıqlama aparatını alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı aparatın dəyəri olan 11000 manat pulu ödəmiş, cavabdeh tərəfindən isə iddiaçıya “GN685B” texniki modelli cihaz təqdim edilmişdir. Hazırda iddiaçı müqavilə ilə razılaşdırılmış çeşiddə əşyanın verilmədiyinə istinad edərək, ödənilmiş məbləğin geri qaytarılması tələbini irəli sürür. Cavabdeh isə həmin modelin müqavilədə göstərilmiş modellə eyni funksiya daşıdığını, həmçinin əşyanın iddiaçı tərəfindən istifadə edildiyini bildirərək iddiaya etiraz edir. Mülki Məcəllənin 385.1, 425.1 və 442-ci maddələrinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki iş üzrə tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 568.1-ci və 579.1-ci maddələrinə görə, alıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Həmin Məcəllənin 580.2-ci maddəsinə əsasən əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; verilmiş əşyaların hamısından imtina etsin; çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; verilmiş əşyaların hamısını qəbul etsin. Məlumdur ki, alıcı alğı-satqı müqaviləsi vasitəsilə öz tələbatını təmin edən və öz istəyinə uyğun əşya əldə etmək niyyətində olur. O, aldığı əşyanı təyinatından başqa onun görünüşünə, rənginə, ölçüsünə və digər göstəricilərinə görə seçə bilər. Buna görə də şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, alğı-satqı müqaviləsində növ, model, ölçü, rəng və ya digər əlamətlər üzrə müəyyən çeşiddə əşyalar verilməsi nəzərdə tutulmuşsa, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşya verməlidir. Göründüyü kimi, müqavilədə verilməli əşyaların sadalanan fərqləndirici əlamətlərinin müəyyən edilməsi nəzərdə tutulmalıdır ki, əşyaların çeşidini müəyyən etmək mümkün olsun. Hazırki iş üzrə isə xx.xx.2025-ci il tarixli, 0810 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndində satıcı tərəfindən alıcıya təhvil verilməli olan əşyanın çeşidi “EMSlim (S-12D)” modelli arıqlama aparatı kimi şərtləşdirilmişdir. İstehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur (3-cü maddə). Qanunun 5.1 və 13.1-ci maddələrinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Göründüyü kimi, istehsalçı, satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə, eləcə də mal haqqında istehsalçının (satıcının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Hazırki iş üzrə “satıcı” X8 “alıcı” İddiaçı “EMSlim (S-12D)” modelli arıqlama aparatını təhvil verməyi öhdəsinə götürsə də, onu lazımınca icra etməmiş və digər modeli - “GN685B” texniki cihazı iddiaçıya təqdim etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarındakı izahatlarında cihazların eyni olduğuna, sadəcə emblemlərinin fərqləndiyinə istinad etmiş, öz mülahizəsində cihazın xarici hissəsində göstərilmiş yazıların yalnız kommersiya brendi təyinatını ifadə etməsi, avadanlığın funksionallığına, texniki xüsusiyyətlərinə və ya performansına heç bir təsir göstərməməsi, eyni standartlara uyğun istehsal olunması və eyni istifadəçi təlimatları və sənədləri ilə müşayiət olunmasından bəhs edən istehsalçı şirkət tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli məktuba istinad etmişdir. Lakin cavabdeh məhz həmin modellərdə arıqlama aparatlarının istifadəsində eyniliyi səciyyələndirən təlimatı və ya başqa sənədi məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı alıcı müxtəlif göstəricilərə malik olan əşyanı, müştəriləri arasında daha aktual və tələbatlı olan cihazı əldə etmək istəmiş, həmin əşyanın müqaviləyə uyğun çeşiddə verilməsində maraqlı olmuşdur. İddiaçı marağı məhz “EMSlim (S-12D)” modelli cihazın əldə edilməsinə yönəlmişdir, lakin satıcının təqdim etdiyi əşya ilə müqavilədə nəzərdə tutulmuş aparatın eyniləşdirmə məlumatları üst-üstə düşməyərək, alıcını qane etməmişdir. Mülki Məcəllənin 596.1-ci, 580.1-ci və 595.1-ci maddələrinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğısatqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilmədir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 0810 nömrəli alğı-satqı müqaviləsi üzrə “EMSlim (S-12D)” arıqlama aparatınının dəyəri olan 11000 manat pul vəsaitinin İddiaçı tərəfindən cavabdeh X7 ödənilməsi işin mübahisələndirilməyən halını təşkil etməkdədir. İddiaçı eyni model olmadığını aşkar etdikdən dərhal sonra təqdim olunmuş “GN685B” modelli texniki cihazın qəbulundan imtina etmiş, pretenziya məktubu ünvanlamaqla ödədiyi məbləği geri tələb etmişdir. Cavabdeh tərəfin təhvil-təslim aktına əsasən əşyanın iddiaçı tərəfindən qəbul edilməsi və ondan təyinatı üzrə istifadə olunması səbəbindən pretenziyanın hüquqi əsasının olmaması barədə mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi, müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun şəkildə icra etməmiş, müqavilədə nəzərdə tutulmuş çeşiddə avadanlığı təqdim etməmiş, habelə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasından imtina etmişdir. Nəticədə iddiaçı maliyyə itkisinə məruz qalmışdır. Cavabdehin bu imtinasının davam etməsi və iddiaçının texniki avadanlıqlardan istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olması nəzərə alınmaqla, pul vəsaiti geri qaytarılanadək iddiaçı tərəfindən təqdim edilmiş avadanlıqdan istifadə olunaraq müştərilərə xidmət göstərilməsi məhkəmə tərəfindən obyektiv və məqbul davranış kimi qiymətləndirilir. Bu hal iddiaçının müqavilədən irəli gələn hüquqlarını müdafiə etmək və ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 4 saylı vəkil bürosuna hüquqi yardıma görə 500 manat məbləğində ödəniş edilmişdir. Həmçinin məhkəmə iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, etibarnamənin verilməsi üçün ödənilmiş 17,25 manat pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixli, 0810 nömrəli alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 11000 manat, vəkil göstərdiyi hüquqi yardıma görə 500 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat olmaqla, ümumilikdə 11517,25 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 125 manat pul cavabdehlər X4 və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, 0810 nömrəli alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 11000 manat, vəkil göstərdiyi hüquqi yardıma görə 500 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat olmaqla, ümumilikdə 11517,25 (on bir min beş yüz on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 125 (yüz iyirmi beş) manat pul cavabdehlər X4 və Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4006/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4006/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver