Məhkəmə qərarları › İş №e-2(005)-4166/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4166/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4166/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikanın lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2019-cu il tarixli "295-GL/19" və 12 may 2016-cı il tarixli "1301-GL/16" nömrəli müqavilələrin ləğv edilməsi və Cavabdeh 14 fevral 2019-cu il tarixli "295-GL/19" nömrəli müqavilə üzrə 570 (beş yüz yetmiş) manat gecikdirilmiş borc, 625,86 (altı yüz iyirmi beş manat 86 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1 195,86 (bir min bir yüz doxsan beş manat 86 qəpik) manat və 12 may 2016-cı il tarixli"1301-GL/16" nömrəli müqavilə üzrə 6 150 (altı min bir yüz əlli) manat ümumi qalıq borc, 3 910 ( üç min doqquz yüz on ) manat gecikdirilmiş borc, 2 222,73 (iki min iki yüz iyirmi iki manat 73 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8 372,73 (səkkiz min üç yüz yetmiş iki manat 73 qəpik) manat pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iş materiallarından və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir, iş daha əvvəl elektron qaydada ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur və hakim A.Novruzovanın icraatındadır (e-2(005)-4158/2024 №-li mülki iş). Hazırki iddia ərizəsi məhkəməyə təkrar olaraq daxil olmuşdur (e-2(005)-4166/2024). Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğundan iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması da yolverilməzdir, buna görə də ərizənin icraata qəbul olunmasından imtina olunmalı, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçının özünə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 153, 261-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar