Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4178/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçının Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, EVROSTROY-S.S MMC-dən 24500 (iyirmi dörd min beş yüz) manat, 17 ay üçün 24500 (iyirmi dörd min bes yüz) manat qalnnş borcun 5 faiz olmaqla yaranmış 1735 (min yeddi yüz otuz beş) manat faiz borcu, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 300 manat və ödənilmiş 169 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əsaslandırılmışdır ki, bildirir ki, iddiaçı ilə Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 arasında mənzilin tikintisini podratçıya həvalə edilməsi ilə bağlı 22 iyun 2017ci il tarixli 101 nömrəli müqavilə bağlanılmışdır. Həmin saziş Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Daha sonra həmin mənzil EVROSTROY-S.S MMC tərəfindən vaxtında inşa edilmədiyindən aralarında narazılıq yaranmışdır. İddiaçı həmin şəxslərdən mənzili və yaxud onun dəyərini tələb etdi. Daha sonra EVROSTROY-S.S MMCi ilə iddiaçı arasında 02 may 2023-cü il tarixli saziş bağlandı. Həmin sazişə əsasən sazişin dəyəri 80000 manat təşkil edir. Ödəniş 20000 manat saziş imzalandığı tarixdə ödənilməklə qalan məbləğ hər ay 20000 manat olmaqla 3 ay müddətinə, yəni növbəti aydan başlayaraq geri ödəniləcəkdir. Alqı-satqı müqaviləsi geri qaytarıldıqdan sonra sonuncu ödəniş geri ödəniləcəkdir. Aralarında 02 may 2023-cü il tarixli saziş bağlanmasına baxmayaraq, Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, 27500 manat ödəniş qalmışdır. Öhdəlik yerinə yetirilmədiyindən tərəfindən pretenziya qaydasında cavabdehə müraciət edilmiş və cavabdehlə yenidən ilkin razılaşmanın uzadılması barədə 19 aprel 2024-cü il tarixli saziş imzalanmışdır. Həmin sazişə əsasən cavabdeh təşkilat 2500 manat ilkin ödəməli qalan məbləği isə hər ay 3000 manat 7 ay olmaqla sonuncu ay isə 3500 manat olmaqla ödənilməlidi idi. Lakin EVROSTROY-S.S MMC tərəfindən ilkin razılaşmanın uzadılması barədə bağlanılmış 19 aprel 2024-cü il tarixli sazişin şərtləri pozulmaqla üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş iddiaçıya 24500 manat pulu vəsaitini ödəməmişdir. Tərəflər arasında bağlanan uzadılma barədə razılaşmanın şərtinə əsasən bir dəfə gecikmə olduğu təqdirdə məhkəməyə müraciət olunur və artıq 3 aydır ki, öhdəlik yerinə yetirilmir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o borcunu ödəməmişdir. AR MM-nin 445.7-ci maddəsi ilə Cavabdeh MMC-dən iddiaçıya 17 ay üçün 24500 manat qalmış borcun 5 faizini vurduğu zərər görə 1735 manat ödəməlidir. Eyni zamanda müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 300 manat və ödənilmiş 169 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 22 iyun 2017-ci il tarixli 101 №-li müqavilənin 1.1-ci bəndinə əsasən, “Sifarişçi” müqavilədə göstərilmiş məbləği “Podratçı”ya tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 3-cü mərtəbəsi, ümumi sahəsi 74,5 kv metr olan izolə olunmuş 1 otaqdan ibarət 53 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə edir. - Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 ilə İddiaçı arasında 02 may 2023-cü il tarixdə bağlanmış Sazişin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 3cü mərtəbəsində, ümumi sahəsi 74,5 kv.m-dən ibarət 1 otaqlı 53 saylı mənzilin sahiblik hüququnu, X1 verir. Həmin mənzilə görə ödənilən məbləğ aşağıdakı qrafik üzrə geri ödəniləcək. (1.1-ci bənd ) Sazişin dəyəri 80 000 AZN (səksən min) manat təşkil edir. Ödəniş 20 000 AZN saziş imzalandığı tarixdə ödənilməklə qalan məbləğ hər ay 20 000 AZN olmaqla 3 ay müddətində yəni növbəti aydan başlayaraq geri ödəniləcəkdir. Alqısatqı müqaviləsi geri qaytarıldıqdan sonra sonuncu ödəniş geri ödəniləcəkdir. (2.1-ci bənd) - Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 ilə İddiaçı arasında 19 aprel 2024-cü il tarixdə bağlanmış Sazişin surətindən görünür ki, Sazişin şərtlərinə görə yaşayış sahəsinin dəyəri 80 0000 azn təşkil edir. Alıcı 19 aprel 2024-cü il tarixində Satıcı ilə razılaşdırılmış qrafik üzrə ödəniş etməyi öhdəsinə götürür və 1 dəfə gecikmə olduğu təqdirdə məhkəməyə müraciət olunacaq. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin 3 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair iddianın qanuni əsaslarını yoxlamalıdır. Məlum olduğu kimi, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və Cavabdeh MMC arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında 22 iyun 2017-ci il tarixli 101 №-li müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış Binasında iddiaçı üçün nəzərdə tutulmuş MMC tərəfindən inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 3-cü mərtəbəsində, ümumi sahəsi 74,5 kv.m-dən ibarət 1 otaqlı 53 saylı mənzili «Sifarişçi»yə verməyi öhdəsinə götürmüşdür. Baxılan işin faktiki hallarından göründüyü kimi, sonradan tərəflər arasında əvvəlcə 02 may 2023-cü il tarixdə, ən sonda isə 19 aprel 2024-cü il tarixdə mənzilin təhvil verilməməsi səbəbindən Saziş bağlanmış, sonuncu sazişə əsasən cavabdeh MMC mənzilin dəyərini razılaşdırılmış qrafik üzrə iddiaçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, tərəflər arasında bağlanmış 19 aprel 2024-cü il tarixli Sazişə əlavə edilmiş qrafikə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ödənilməmiş 27500 manat məbləğində borc qalmışdır. Belə ki, qrafikə əsasən 19 may 2024-cü il tarixdən başlayaraq 7 ay ərzində ayda 3000 manat, 8-ci ayda (xx.xx.2024-cü il tarixdə) isə 3500 manat ödəniş edilməli idi. Lakin Cavabdeh MMC 19 aprel 2024-cü il tarixli Sazişə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, habelə həmin öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir. Məhkəmə bildirir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh MMC yuxarıda qeyd edilən müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə ilə nəzərdə tutulan hərəkətləri tam icra etməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə iddianın “vurulmuş zərərin əvəzi qismində illik 5 % olan 1735 manat pulun tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. (AR MM-nin 445.7-ci, 448.1-ci, 448.2-ci, 449.2-ci maddələri) Məhkəmə hesab edir ki, 1735 manat pulun tutulması hissəsində iddia tələbi qismən əsaslıdır. İddia tələbinin dəlillərinə əsasən, iddiaçı 17 ay ərzində ödənilməyən 24500 manat qalmış borcun 5 faizini vurulmuş zərərin əvəzi kimi tələb edir. İşin faktiki hallarından görünür ki, iddiaçı müqavilə üzrə pulun və illik 5 % tələbi ilə cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət edərək, 3 gün ərzində üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsini tələb etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (qətnamə çıxan günədək) olan müddət 4 ay 28 gündür. Müqavilə öhdəliyi 24500 manat olduğundan, həmin məbləğin illik 5 %-i 1225 manat, bir günə 3,35 manat, müqavilə öhdəliyinin gecikdirilmiş günlərinin sayı 148 gün olduğundan vurulmuş zərərin əvəzi qismində illik 5 % 495,8 manat təşkil edəcək. (24500 x 5 / 100 = 1225 manat; 1255/365=3.35 manat; 148 gün x 3.35 manat = 495,8 manat) Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMCdən 24500 (iyirmi dörd min beş yüz) manat pul vəsaiti, 495,8 manat illik 5% vurulmuş zərərin əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın 300 manat məbləğində vəkil xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil oan və iddiaçı tərəfindən ödənilmiş 300 manat hüquqi yardım görə ağlabatan məbləğdə, yəni 300 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 169 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 24500 (iyirmi dörd min beş yüz) manat pul vəsaiti, 495,8 manat illik 5% vurulmuş zərərin əvəzi, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat və 169 manat dövlət rüsumu olmaqla, cəmi 25464,8 manat (iyirmi beş min dörd yüz altmış dörd manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4178/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4178/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver