Məhkəmə qərarları › İş №e-2(005)-4191/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4191/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4191/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, soyuducu LG markalı, X1 1 il xidməti üçün 871,58 manat ödənilməmiş hissə, 87,16 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72773 olan Samsung Galaxy A16 markalı telefon, Samsung charger adapter, Vinil Şəffaf Xidməti, Plyonka istehsalı xidməti, Paket XL xidməti üçün 527.28 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum və 52.73 manat hesablanmış cərimə olmaqla, ümumilikdə 1562.35 manat borc və 35.63 manat iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, soyuducu LG markalı, X1 1 il xidməti və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72773 olan Samsung Galaxy A16 markalı telefon, Samsung charger adapter, Vinil Şəffaf Xidməti, Plyonka istehsalı xidməti və Paket XL xidməti əldə etmiş, müqavilələr üzrə üzərin düşən öhdəlikləri yerinə yetirməyərək iddiaçıya olan borcunu tam qaytarmamış və nəticədə iddiaçıya 1562.35 manat məbləğində borcu yaranmışdır. Cavabdeh hər iki müqavilənin şərtlərini pozduğu üçün, alğı-satqı dəyəri 1105.58 manat olan soyuducu LG markalı, X1 1 il xidməti üçün ümumilikdə 958.74 manat olmaqla, ondan 871.58 manat ödənilməmiş hissə və güzəşt olunaraq hesablanmış 87.16 manat cərimə borcu, eləcə də alğı-satqı dəyəri 575.28 manat olan İMEİ kodu **********72773 olan Samsung Galaxy A16 markalı telefon, Samsung charger adapter, Vinil Şəffaf Xidməti, Plyonka istehsalı xidməti və Paket XL xidməti üçün ümumilikdə 603.61 manat olmaqla, ondan 527.28 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum və güzəşt olunaraq hesablanmış 52.73 manat cərimə miqdarında borcu mövcuddur. Cavabdehin iddiaçıya cəmi ödədiyi məbləğ 282 manat təşkil edir. Tərəflər arasında bağlanmış hər iki müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”na əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçının cavabdehlə arasında olan telefon danışığı, həmçinin cavabdehə göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olması rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər - tərəflər arasında bağlanılmış Müqavilələr, onların əlavələri, bildirişləri, əşyaların təhvil-təslim aktları və ödəniş cədvəllərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Müqavilənin və onun əlavəsi olan həmin tarixli bildiriş və təhvil-təslim aktının, həmçinin xx.xx.2024-cü il tarixli Müqavilənin və onun əlavəsi olan həmin tarixli bildiriş və təhvil-təslim aktının surətlərindən görünür ki, həmin müqavilələr ilə cavabdeh soyuducu LG markalı, X1 1 il xidməti və İMEİ kodu **********72773 olan Samsung Galaxy A16 markalı telefon, Samsung charger adapter, Vinil Şəffaf Xidməti, Plyonka istehsalı xidməti və Paket XL xidmətini iddiaçıdan satın almaqla əldə etmiş və müqavilələri imzalamaqla müqavilə şərtləri ilə razılaşmışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə nisyə alğı-satqı müqavilələrinə əsasən satılmış, İMEİ kodu **********72773 olan Samsung Galaxy A16 markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan ümumi dəyəri 1105.58 manat olan Soyuducu LG, X1 1 il Xidmətini 6 ay müddətinə aylıq ilkin 59 manat, aylıq 174.43 manat ödəmək şərti ilə satın almışdır və onun tərəfindən borcun 234 manat hissəsi ödənilsə də, borcun qalan 871.58 manat hissəsi ödənilməmişdir. Bununla da cavabdehin həmin müqavilə üzrə iddiaçıya 871.58 manat əsas borcu, ödənişin gecikdirilməsinə görə hesablanmış 87.16 manat cərimə borcu olmaqla, ümumilikdə 958.74 manat borcu yaranmış, həmçinin Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan ümumi dəyəri 575.28 manat olan İMEİ kodu **********72773 olan Samsung Galaxy A16 markalı telefon, Samsung charger adapter, Vinil Şəffaf Xidməti, Plyonka istehsalı xidməti və Paket XL xidmətini 12 ay müddətinə, aylıq 47,94 manat ödəmək şərti ilə satın almışdır və onun tərəfindən borcun 48 manat hissəsi ödənilsə də, borcun qalan 527.28 manat hissəsi ödənilməmişdir. Bununla da cavabdehin həmin müqavilə üzrə iddiaçıya 527.28 manat əsas borcu, ödənişin gecikdirilməsinə görə hesablanmış 52.73 manat cərimə borcu və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum olmaqla, ümumilikdə 603.61 manat borcu, nəticə etibarilə hər iki müqavilə üzrə cəmi 1562.35 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh həmin məktub göndərilməklə aralarında bağlanmış müqavilələr üzrə aldığı malların dəyərinin ödənilməsi ilə bağlı müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi, öhdəliklər pozulduğu üçün malların saz və korlanmamış vəziyyətdə geri qaytarılması, malların şirkət tərəfindən qiymətləndiriləcəyi və bu mümkün olmadığı halda malın müqavilələrə əlavədə qeyd olunmuş dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödəniləcəyi və öhdəliklərin 3 iş günü müddətini həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzin surətindən göründüyü kimi, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 35.63 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə kredit yolu ilə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilələr ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, hər iki müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, soyuducu LG markalı, X1 1 il xidməti üçün 871,58 manat ödənilməmiş hissə, 87,16 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72773 olan Samsung Galaxy A16 markalı telefon, Samsung charger adapter, Vinil Şəffaf Xidməti, Plyonka istehsalı xidməti, Paket XL xidməti üçün 527.28 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum və 52.73 manat hesablanmış cərimə olmaqla, ümumilikdə 1562.35 manat borc və 35.63 manat iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, soyuducu LG markalı, X1 1 il xidməti üçün 871,58 manat əsas borc, 87,16 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********72773 olan Samsung Galaxy A16 markalı telefon, Samsung charger adapter, Vinil Şəffaf Xidməti, Plyonka istehsalı xidməti, Paket XL xidməti üçün 527.28 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum və 52.73 manat hesablanmış cərimə olmaqla, ümumilikdə 1562.35 (bir min beş yüz altmış iki manat otuz beş qəpik) manat borc və 35.63 manat iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, əsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadəəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar