Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4261/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 133- GL/19 nömrəli müqavilə üzrə yaranmış 3649.00 (üç min altı yüz qırx doqquz) manat gecikdirilmiş əsas borc və 1362.14 (bir min üç yüz altmış iki manat, 14 qəpik) manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 495-L/18 nömrəli müqavilə üzrə yaranmış 4096.00 (dörd min doxsan altı) manat gecikdirilmiş əsas borc və 2451.08 (iki min dörd yüz əlli bir manat, 08 qəpik) manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 1135-GL/18 nömrəli müqavilə üzrə yaranmış 5729.80 (beş min yeddi yüz iyirmi doqquz manat, 80 qəpik) manat gecikdirilmiş əsas borc və 2332.05 (iyirmi üç min üç yüz otuz iki manat, 05 qəpik) manat cərimə borcunun, eləcə də xx.xx.2018-ci il tarixli D-584-GL/18 nömrəli müqavilə üzrə yaranmış 17028.00 (on yeddi min iyirmi səkkiz manat) manat gecikdirilmiş əsas borc və 10979.10 (on min doqquz yüz yetmiş doqquz manat, 10 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manatın, cəmi: 47927.17 (qırx yeddi min doquz yüz iyirmi yeddi manat, 17 qəpik) manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 133-GL/19 nömrəli, xx.xx.2018-ci il tarixli 495- L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1135-GL/18 nömrəli və xx.xx.2018-ci il tarixli D-584- GL/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 133- GL/19 nömrəli müqavilə üzrə 3649.00 (üç min altı yüz qırx doqquz) manat gecikdirilmiş əsas borcu və 1362.14 (bir min üç yüz altmış iki manat, 14 qəpik) manat cərimə borcu, xx.xx.2018- ci il tarixli 495-L/18 nömrəli müqavilə üzrə 4096.00 (dörd min doxsan altı) manat gecikdirilmiş əsas borcu və 2451.08 (iki min dörd yüz əlli bir manat, 08 qəpik) manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 1135- GL/18 nömrəli müqavilə üzrə 5729.80 (beş min yeddi yüz iyirmi doqquz manat, 80 qəpik) manat gecikdirilmiş əsas borcu və 2332.05 (iyirmi üç min üç yüz otuz iki manat, 05 qəpik) manat cərimə borcu, eləcə də xx.xx.2018-ci il tarixli D-584-GL/18 nömrəli müqavilə üzrə 17028.00 (on yeddi min iyirmi səkkiz manat) manat gecikdirilmiş əsas borcu və 10979.10 (on min doqquz yüz yetmiş doqquz manat, 10 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, cavabdeh qeydiyyatda olduğu və müqavilədə göstərdiyi ünvanda yaşamadığı, yaşayış yerini dəyişməsi ilə bağlı məlumat vermədiyi üçün pretenziya məktubunu çatdırmaq mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 (üç yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin Cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edəbilməyəcəyini, bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 133-GL/19 nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 16104,00 manat olan Traktor-Belarus 892 kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonraLizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli, 584-GL/18 nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 53442,80 manat olan Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan D-584-GL/18 №-li xx.xx.2018-ci il tarixli “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış 584-GL/18 nömrəli xx.xx.2018-ci il tarixli Müqaviləyə dəyişiklik edilməsi barədə Razılaşmaya əsasən, Şirvan təchizat bazasının 23 Oktyabr 2018-ci il tarixli aktına və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Xıdır oğlunun xx.xx.2018-ci il tarixli (daxil olma: T-51 nömrəli, 24.10.1 S-ci il tarixli) ərizəsinə əsasən "xxxx" ASC ilə X2 arasında bağlanmış 19 aprel 2018-ci il tarixli 584-GL/İ8 nömrəli güzəşt müqaviləsi və "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 2156/ü nömrəli əmri üzrə li/.inq obyekti olan 1 ədəd İTM 800 markalı traktor (Şassi: S00501) lizinq alan tərəfindən Şirvan TB-na geri qaytardığını nəzərə alaraq tərəflər həmin müqaviləyə dəyişiklik edilməsi barədə razılığa gəlirlər: İş materiallarında olan “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli, 1135-GL/18 nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 25114,00 manat olan və Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli, 495-L/18 nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 19286,00 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonraLizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 1135-GL/18 nömrəli müqavilə üzrə 5729,80 manat gecikdirilmiş əsas borc və 2332,05 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh D-584-GL/18 №-li xx.xx.2018-ci il tarixli nömrəli müqavilə üzrə 17028 manat gecikdirilmiş əsas borc və 10979,10 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 133-GL/19 nömrəli müqavilə üzrə 3649 manat gecikdirilmiş əsas borc və 1362,14 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 495-L/18 nömrəli müqavilə üzrə 4096 manat gecikdirilmiş əsas borc və 2451,08 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu qısa zaman ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 747.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1-ci maddələrinə əsasən, Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.5-ci maddəsinə əsasən, Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 750-ci maddəsinə əsasən, Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 133-GL/19 nömrəli, xx.xx.2018-ci il tarixli, 495- L/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 1135-GL/18 nömrəli və D-584-GL/18 №-li xx.xx.2018ci il tarixli lizinq müqaviləsi üzrə Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Bu səbəbdən iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 133-GL/19 nömrəli müqavilə üzrə əsas borcu 3649 manat, xx.xx.2018-ci il tarixli, 495-L/18 nömrəli müqavilə üzrə əsas borcu 4096 manat, xx.xx.2018-ci il tarixli, 1135-GL/18 nömrəli müqavilə üzrə əsas borcu 5729,80 manat, D- 584-GL/18 №-li xx.xx.2018-ci il tarixli nömrəli müqavilə üzrə əsas borcu 17028 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 133-GL/19 nömrəli, D-584-GL/18 №-li xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, 1135-GL/18 nömrəli, xx.xx.2018-ci il tarixli, 495-L/18 nömrəli müqavilələr üzrə cavabdehdən əsas borca görə iddiaçının xeyrinə cəmi 30502,80 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1362,14 manat cərimə borcu yaranmış 3649 manat borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 255 manata endirilməli, 2451,08 manat cərimə borcu yaranmış 4096 manat borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 286 manata endirilməli, 2332,05 manat cərimə borcu yaranmış 5729,80 manat borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 400 manata endirilməli, 10979 manat cərimə borcu yaranmış 17028 manat borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1000 manata endirilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 300 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 133-GL/19 nömrəli müqavilə üzrə 3649 manat gecikdirilmiş əsas borc, 255 manat cərimə, xx.xx.2018-ci il tarixli, 495-L/18 nömrəli müqavilə üzrə 4096 manat gecikdirilmiş əsas borc, 286 manat cərimə, xx.xx.2018-ci il tarixli, 1135-GL/18 nömrəli müqavilə üzrə 5729,80 manat gecikdirilmiş əsas borc, 400 manat cərimə, D-584-GL/18 №-li xx.xx.2018-ci il tarixli nömrəli müqavilə üzrə 17028 manat gecikdirilmiş əsas borc, 1000 manat cərimə borcu olmaqla, cəmi 32443,80 manat borc və hüquqi yardıma görə çəkilmiş 300 manat xərc iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4261/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4261/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver