Məhkəmə qərarları › İş №e-2(005)-431/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-431/2024

24.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-431/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə cavabdeh X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X19 1 Saylı Bakı Ərazi, İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı, X11, Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı “pul və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X19 1 Saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanılmış Daşınmaz Əmlakın Alqı-Satqısına dair AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən Cavabdeh adına verilmiş 20 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən Fərdi yaşayış evi xüsusi mükiyyətində olmuşdur. Həyat yoldaşı X16 əvvəldən tanıdığı Şahin İsgəndərov adlı dostu vasitəsi ilə Fəyyaz İbrahimov adlı şəxsi tanış etmişdir. Fəyyazla ümumi tanışlıq zamanı əmlak satışı olduğu məlum olmuşdur. Şahin İsgəndərovun məsləhəti ilə həmin əmlakın alınmasında həyat yoldaşı X16 maraqlı olmuş və bu əmlak üçün müəyyən vəsait vermişdir. Lakn əmlakın alınması baş tutmamış, pul vəsaiti də bu günədək geri qayıtmamışdır. X10 vəsait ehtiyac olmuş, həmin vəsaitlə onlara aid borcunda həll ediləcəyi bildirilmiş, yenə də Şahin İsgəndərovun tövsiyəsi ilə pulun verilməsinə razılıq olmuş, lakin onlarda pul olmadığından pulun faizlə götürülməsi üçün Fəyyaz İbrahimovun tanıdığı Cavabdeh ilə razılaşma aparılmışdır. Fəyyaz İbrahimov Cavabdeh arasında olan razılığa əsasən 1 ay müddətinə 80000 ABŞ dolları sələmə pul vermiş, aylıq 10000 ABŞ dolları faiz istəmişdir, razılıq olmuş, lakin girov olaraq əmlak istəmişdir. Girov əmlakın təkcə torpağının qiyməti 300000 manat olduğu halda, əmlakım 10 sot torpaq sahəsi üstündə evlə birlikdə 30000 manata alqı-satqı edilmişdir. Razılaşmaya əsasən bir aydan sonra 80000 ABŞ dolları cavabdehə faizi ilə birgə qaytarılmalı, əmlakı girovdan azad olmalı idi. Onun cavabdehə 30000 manata əmlak satmaq niyyəti olmamışdır. Məqsəd əmlakı 1 aylıq girov qoymaq olmuşdur. Girov əvəzinə alqı-satqı müqaviləsi bağlanılmış, hazırda da cavabdeh bağın boşaldılmasını və bağı ucuz qiymətə məqsədli olaraq digər maklerlərə satdığını bildirir. Taımadığımı adamlar bağın açarlarını onlardan tələb edərək bağı aldıqlarını bildirir. Cavabdeh İddiaçı, X11, Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı “pul və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər ər-arvad olan Sultanov AzadYusif oğlundan və İddiaçı birgə qaydada 80.000 (səksən min) ABŞ dolları məbləğində əsas borc üzrə pulun ödənilən vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla hesablanmaqla, alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, 80.000 (səksən min) ABŞ dolları məbləğində əsas borc üzrə tələbin (ödəmənin) qarşılıqlı iddia üzrə cavabdehlər X16 ilə İddiaçı ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılmaqla əldə edilmiş vəsaitdən qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh əsas borcunun, alqı-satqı müqaviləsi və hazırkı iddia ərizəsi ilə bağlı dövlət rüsumlarının əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və işin hallarından aydın görünür ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanana qədər fərdi yaşayış evi ər-arvad olan X16 ilə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Əlbəttə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh satılmasına onun əri X16 notariusda xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizə ilə yazılı formada razılıq vermişdir. Belə vəziyyətdə isə fərdi yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh satmaları ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və onun əri Azad Sultanovun vahid iradə ifadəsinin və hüquqi niyyətlərinin həqiqi olması heç bir şübhə doğurmur. Lakin, qarşılıqlı iddia üzrə cavabdehlər bunun əksini yəni, iradə ifadəsinin zədələnməsini təsdiqi olan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd edilməlidir ki, İddiaçı iddia ərizəsində də təsdiq edir ki, onun əri Azad Sultanov ilk iddia ərizəsi üzrə Cavabdeh aylıq 10.000 ABŞ dolları faiz ödəməklə, bir ay müddətinə 80.000 ABŞ dolları borc pul almış, lakin həmin pulu indiyədək qaytarmamışdır. Yuxarıda istinad etdiyi normalara əsaslanaraq, hesab edir ki, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçının əri X9 aldığı 80.000 ABŞ dolları məbləğində borcun qaytarılması üzrə öhdəlik həmin vəsait ailə ehtiyaclarına istifadə edildiyinə görə ərarvadın hər ikisinin üzərinə düşür. Hazırkı vəziyyətdə isə X9 Cavabdeh aldığı 80.000 ABŞ dolları məbləğində borcun qaytarılması ər-arvad olan X16 ilə İddiaçı ümumi birgə mülkiyyətində olmuş barəsində mübahisə gedən fərdi yaşayış evinin hesabına yerinə yetirilmişdir. İlk iddia ərizəsinin dəlilinin biri onunla əlaqədardır ki, razılaşmaya əsasən bir aydan sonra 80.000 ABŞ dolları cavabdehə faizi ilə birlikdə qaytarılmalı, əmlakı girovdan azad olmalı idi. Onun cavabdehə 30.000 manata əmlak satmaq niyyəti olmamışdır. Məqsədi əmlakını 1 aylıq girov qoymaq olmuşdur. Girov əvəzinə alqı-satqı müqaviləsi bağlanmışdır. İlk iddia üzrə iddia ərizəsinin məzmun və mahiyyətindən aydın olur ki, hazırkı alqı-satqı müqaviləsini bağlamaqda niyyəti alınmış əsas borcun və ona aylıq faizin qaytarılması təmin etmək üçün fərdi yaşayış evinin girov qoyulması olmuşdur. Tərəflər arasında girov (əslində isə ipoteka) əvəzinə daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlansa da, ilk iddia ərizəsində təsdiq edilir ki, ondan alınan əsas borc və razılaşdırılmış faiz məbləği indiyədək də ilk iddia üzrə Cavabdeh qaytarılmamış və bundan sonra isə həmin müqavilənin ləğvinə dair təklif göndərilməmişdir. Daha sonra, ilk iddia ərizəsində iddiaçının ikinci dəlili onunla əlaqədardır ki, girov əmlakın təkcə torpağının qiyməti 300.000 manat olduğu halda, əmlakı 10 sot torpaq sahəsi üstündə evlə birlikdə 30.000 manata alqı-satqı edilmişdir. Bununla bağlı qeyd edir ki, daşınmaz əmlakın, o cümlədən, torpağın və üzərindəki fərdi yaşayış evinin alqı-satqısı zamanı onun dəyəri bazar qiyməti ilə müəyyən edilir. Belə ki, fərdi yaşayış evinin alqı-satqı müqaviləsi bağlananda ilk iddia üzrə Cavabdeh tərəfindən ilk iddia üzrə İddiaçı 30.000 manat ödənilsə də, həmin daşınmaz əmlakın ümumi birgə mülkiyyətçiləri olan ər və arvadın birlikdə 80.000 ABŞ dolları məbləğində borclarının olmasını və həmin borca görə ayda 10.000 ABŞ dolları faizin ödənilməli olmasını tərəflər şifahi olaraq, nəzərə almışlar. Tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman notariat qaydasında ödəniləməli olan dövlət rüsumunun məbləğinin çox olması nəzərə alınaraq, satılan fərdi yaşayış evinin qiyməti olduğundan az məbləğdə yəni, 30.000 manat göstərilmişdir. Təəssüf ki, işin bu halı da ilk iddia ərizəsində etiraf edilməmişdir. Cavabdeh ilə Sultanov AzadYusif oğlu arasında qarşılıqlı inam və etibar olduğuna görə 80.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair şifahi borc müqaviləsi bağlanmışdır. X16 aldığı borcu hər ay 10 000 ABŞ dolları faiz ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Borc münasibətlərindən yaranan öhdəliklərini yerinə yetirə bilmədiyinə yəni, aldığı 80.000 ABŞ dolları məbləğində borcunu qaytara bilmədiyinə görə borcu ödəmək niyyəti ilə qarşılıqlı razılıq əsasında ər-arvadın ümumi birgə mülkiyyətində olmuş hazırkı fərdi yaşayış evi aşağı qiymətlə alqı-satqı müqaviləsi bağlamaq yolu ilə Cavabdeh satılmışdır. Bu növ müqavilələr üçün Mülki Məcəllədə müəyyən edilmiş formaya əməl edilməsə də, ümumilikdə hazırkı alqı-satqı müqaviləsi borcun qaytarılaması niyyəti ilə bağlanmışddır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X16 izahat verərək, bildirmişdir ki, Fəyyaz müəllim ondan 130.000 dollar pul istəmişdir. Onun 50.000 dollar vəsaiti var idi, o 80.000 dollar pul lazım olduğu üçün həmin pulu Fərqanə xanımın qardaşından istəmişdir. Fərqanə xanımın qardaşı Nurlanı tanıyırdı və ondan bir neçə dəfə pul almışdır. Nurlan pulunun olmadığını bildirdikdən sonra Fərqanə xanım özü onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq həmin vəsaiti verə biləcəyini bildirdi. Fərqanə xanım Fəyyaz bəylə öncə şifahi qaydada danışıqlar apardı və pul verilən zaman notariusun qarşısında ilk dəfə görüşdülər. Notariusa gedən zaman məqsədləri bağı girov qoymaq olmuş, lakin notariusun əməkdaşlarının təkliflərindən sonra razılaşaraq Fərqanə xanımla alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman depozit qoyulması üçün onda olan puldan 30.000 manatı bank yolu ilə depozit qoyulmuş və geri götürülmüşdür. Fərqanə xanım 80.000 dollar pulu Fəyyaz bəyə notariusun qarşısında vermişdir. Danışıqlara əsasən Fəyyaz bəy 1 ay ərzində 80.000 dollar pulu Fərqanə xanıma qaytaracaqdı. Pulun üzərində isə 10% ödəniləcəkdi. Fəyyaz bəy hissə-hissə yəni 10.000 dollar, 10.000 dolar və 20.000 dollar onun vasitəsilə Fərqanə xanıma geri qaytarıb. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, Fəyyaz İbrahimovu tanımır, Azad müəllim müdiri olmuş, Özbəkistanda olan zaman o ondan 80.000 dollar pul istəmiş, onda həmin məbləğin olmadığını dedikdə isə həmin məbləği tapmağını xahiş etmişdir. Onun tanışından 80.000 dollar pulu istədikdə girov olaraq nə qoyulacağını soruşduqda, Azad müəllim bağını girov qoyacağını bildirmişdir. Notariatda pul verilmiş, onların niyyəti bağı almaq olmamışdır. Həmin pulu onun yaxını vermiş, o da Azad müəllimə vermiş,verilmiş pul isə geri qaytarılmamışdır. Azad müəllimin ona 80.000 dollar və 30.000 manat borcu vardır. Qarşı tərəf bağı girov qoymasa idi pulun verilməsini sübut etmək mümkün olmayacaqdı. O notariusda Azad müəllimlə müqavilə bağlamışdır. O 30.000 manatı öz büdcəsindən bağın ada keçməsi üçün vermişdir, ona pul lazımdır, niyyəti bağ almaq olmamışdır. Bütün xərcləri o çəkmişdir. O bağa çıxarış almış, lakin hazırda istifadə etmir, 40.000 dollar ona qaytarılmış, lakin o onu faiz kimi hesablamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, X12 dostu Şahin vasitəsi ilə tanımışdır. Fərqanə xanımı notariusda pul verilən zaman görmüş və şəxsi işləri ilə bağlı 80.000 dollar pul lazım olduğu üçün Azad Sultanova pulla bağlı müraciət etmiş, o isə özündə pul olmadığını bir nəfər tanışından alıb verəcəyini bildirmişdir. O 80.000 dollar pulu Azad Sultanovdan almışdır. Əmlakı olmadığı üçün onun əvəzinə Azad Sultanov əmlakını girov kimi deyil, əmlakını alqısatqı müqaviləsi bağlanılaraq verilib. Notariusda o, Azad Sultanov və Fərqanə xanım iştirak etmişdirlər. Pul isə 80.000 dollar olmaqla 100 dollarlıq əskinazlardan ibarət olmuşdur. Pulu faizlə götürmüş və ay ərzində 10 faiz verilməli idi. İşləri alınmadığı üçün faizi deyil, əsas borcdan 40.000 dollar qaytarmışdır. O 40.000 dollar pulu Azad müəllimə verməklə ödənilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - 09 aprel 2018-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X17 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X1. - 24 yanvar 2023-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 tərəfindən Cavabdeh satılmışdır. - Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən təsdiq edilən X9 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X16birgə nikah dövründə əldə edilmiş arvadı İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bu xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 09 aprel 2018-ci il tarixli, ******* saylı müqavilə əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X17 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X1. 24 yanvar 2023-cü il tarixli, ******* saylı müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 tərəfindən Cavabdeh satılmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bu xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən təsdiq edilən X9 xx.xx.2023-cü il tarixli ərizəsi ilə X16 birgə nikah dövründə əldə edilmiş arvadı İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmir. Eyni zamanda o bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Hazırda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçı bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin idianın rədd edilməsini, təmin olunacağı halda 80000 dollar və 30000 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmasını xahiş edir. İlkin iddia üzrə iddiaçının əri X20 adlı şəxs ilə Cavabdeh tanış etdiyini və 80000 dollar pulun verilməsində vasitəçi olduğunu bildirir, həmin borcdan 40000 dolların qaytarıldığını bildirir. Cavabdeh Fəyyaz adlı şəxsi tanımadığını, pulu Sultanov Azada şəxsən verdiyini, şərtə əsasən borcun faizi ilə birlikdə 2 ay ərzində qaytarılması şərtləndirilsə də, cəmi 40000 dolların qaytarıldığını, onun da faizə hesablandığını bildirir. Mülki iş üzrə tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (bundan sonra MM) MM-nin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. MM-nin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmənin gəldiyi nəticə: Müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən Fərdi yaşayış evi onunla (müqaviləni İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 imzalamışdır) Cavabdeh arasında bağlanmış 24 yanvar 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin predmeti olsa da, faktiki olaraq müqavilə tərəflər arasında mənzilin 30000 manata satılması və alınması niyyəti ilə deyil, «alıcı»nın «satıcı»ya verdiyi 80000 ABŞ dolları məbləğində borc pulun təminatı kimi çıxış etmişdir. Hazırda tərəflər arasında yaranmış mübahisə ilk iddiaçı tərəfin cavabdehin alqısatqı müqaviləsi əsasında 1 ay müddətində girov qoyuduqları evi onlara qaytarmaq deyil, başqa şəxsə satmaq niyyətinin olmasını, qarşılıqlı iddia üzrə iddiaçının da borc verdiyi 80.000 ABŞ dolları məbləğində əsas borc qaytarılmadığı üçün bu məbləğin cavabdehlər X16 ilə İddiaçı ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılmalı olması ilə bağlıdır. Qarşılıqlı iddia tələbindən də göründüyü kimi, Cavabdeh mübahisəli evin hazırda onun adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına baxmayaraq, verdiyi borcun qaytarılmasını təmin etmək üçün məhz cavabdehlər X16 ilə İddiaçı ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməklə satılması olmasını iddia edir. Başqa sözlə, öz adına çıxarış olsa da, qarşılıqlı iddiaçı hazırki məqamda da mübahisə predmetinin X16 ilə İddiaçı ümumi birgə mülkiyyəti kimi qiymətləndirir. Göründüyü kimi, tərəflər arasında 80000 ABŞ dolları məbləğində borc pula dair münasibətlərin olması həm tərəflərin izahatları, həm şahid ifadəsi, həm də işin faktiki müəyyən edilmiş halları ilə təsdiq olunduğundan məhkəmə bunu işin mübahisəsiz halı kimi qiymətləndirir. Lakin buna baxmayaraq ilk iddia üzrə cavabdeh iddiaya etiraz edərək alqı-satqı müqaviləsinin etibarsızlığını qəbul etmir. Bununla bağlı məhkəmə ilk iddia ilə bağlı tələbə qiymət verərək hesab edir ki, tələb 24 yanvar 2023-cü il tarixli, ******* saylı müqavilə əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh mülkiyyət hüququ barədə verilən Çıxarış və onunla Səkinə Məhərrəm qızının etibarnamə üzrə nümayəndəsi X16 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı ilə əlaqədar olduğundan həmin sənəd və əqdin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanıb - bağlanmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İlk iddia üzrə tərəfin təqdim etdiyi sübutlar onların mülkiyyəti sayılan daşınmaz əmlakın digər bir əqdi pərdələmək niyyəti ilə özgəninkiləşdirildiyi üçün mübahisələndirdikləri hüquqmüəyyənedici sənədlərin (müqavilə və çıxarış) qanunsuz və əsassız olduğunu təsdiq etməyə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, mülki iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, ilk iddiaçı tərəfin mübahisələndirdiyi alqı-satqı müqaviləsi zahirən həmin əqdin etibarlı hesab edilməsinə əsas olan şərtlərə cavab versə də, eləcə də, tərəflər müqavilənin bütün mühüm şərtlərinə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab verməklə onların mülki qanunvericiliyin tələblərinə uyğun bağlanması müşahidə edilsə də, faktiki olaraq cavabdehin həmin mənzili məhz alqı-satqı əsasında əldə etmək niyyətinin olması öz təsdiqini tapmamışdır. Başqa sözlə, 24 yanvar 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsi alqısatqı məqsədi ilə deyil, Cavabdeh X11 verdiyi 80000 ABŞ dolları məbləğində borc pulun təminatı olaraq girov münasibətlərini pərdələmək niyyəti ilə bağlanmışdır. Bu müqavilənin alqı-satqı niyyətinin formal, digər münasibəti pərdələmək niyyəti ilə bağlanması həmçinin mübahisə predmetinin qiymətinin əmlakın yerləşdiyi ərazi nəzərə alınmaqla real dəyərindən olduqca aşağı dəyərdə göstərilməsi ilə, eləcə də, Cavabdeh Sultanov AzadYusif oğlu arasında qarşılıqlı inam və etibar olduğuna görə 80.000 ABŞ dolları məbləğində borcun verilməsinə dair aralarında şifahi borc müqaviləsi bağlanması kimi izahatı ilə də təsdiqlənir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, borc münasibətlərinin təminatı ilə bağlı girovun rəsmiləşdirilməsi üçün Mülki Məcəllədə müəyyən edilmiş formaya əməl edilməməsi nəticəsində təsdiq edilmiş 24 yanvar 2023-cü il tarixli, ******* saylı alqı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır. Məhkəmə ilk iddia tələblərinə qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Alqı-satqı müqaviləsi bağlanan zaman depozit qoyulması üçün borca verilməli olan puldan 30.000 manatı bank yolu ilə depozit qoyularaq, sonradan geri götürülməsinə dair ilk iddiaçı tərəfin izahatlarını nəzərə alaraq və işin faktiki araşdırılmış halları baxımından bu izahatın inandırıcı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər ilkin vəziyyətə qaytarılmasına baxmayaraq müqavilədə qeyd edilən 30000 manat Cavabdeh tərəfindən ödənilmədiyindən və nümayəndə kimi çıxış etmiş X16 bu notariat əməliyyatını həyata keçirmək üçün ona verdiyi borc puldan götürərək bank yolu ilə depozit qoyduğundan MM-nin 337.5-ci maddəsi hazırki mübahisəyə tətbiqi real görünmür. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd edir ki, ilk iddia üzrə tələbə verilən hüquqi qiymət qarşılıqlı tələbin 80.000 (səksən min) ABŞ dolları məbləğində əsas borc üzrə tələbin (ödəmənin) qarşılıqlı iddia üzrə cavabdehlər X16 ilə İddiaçı ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və digər hissələrinin təmin ediməsini tam mümkünsüz edir. Lakin bununla belə, məhkəmə qarşılıqlı iddianın aşağıdakı qaydada qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, yuxarıda göstərildiyi kimi, işin araşdırılmış halları ilə İddiaçı həyat yoldaşı X2 Fəyyaz Möhübbət oğluna vermək üçün Cavabdeh 80000 ABŞ dolları məbləğində borc pul alması faktı təsdiq edilmişdir. Əlizadə X8 Azad Yusif oğluna verdiyi puldan hazırki vaxta kimi ona 40000 ABŞ dolları məbləğində pulun faiz olaraq qaytarıldığından sonuncunun və onun həyat yoldaşı İddiaçı ona 80000 ABŞ dolları məbləğində əsas borcun olmasını iddia edir. Məhkəmə iclasında X3 xanımın 80.000 dollar pulu Fəyyaz bəyə notariusun qarşısında verməsini bildirsə də, şahid qismində dindirilmiş X5 ifadəsində 80.000 dollar pulu Azad Sultanovdan almasını göstərmişdir. Həmçinin də, müəyyən edilmişdir ki, X5 4 dəfəyə 40.000 dollar pulu X11 vermiş, sonuncu da həmin məbləği Cavabdeh qaytarmışdır. Tərəflərin izahatlarından 80000 ABŞ dollarının aylıq 10% ilə verilməsi razılaşdırılsa da, şahid ifadəsində işləri alınmadığı üçün faizi deyil, əsas borcdan 40.000 dollar qaytarmasını göstərmişdir. Məhkəmə Cavabdeh aldığı 40000 ABŞ dollarının əsas borcdan deyil, əsas borc olan 80000 ABŞ dollarının faizi olaraq qəbul etməsi kimi izahahatına qiymət verərək hesab edir ki, tərəflər bu məbləğin faizlə borc verilməsini göstərsələr də, faizə borc pul verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl edilməydiyi üçün məhkəmə qaytarılan pulun faiz kimi qiymətləndirmir. Məhkəmə X9 Cavabdeh verdiyi 40000 ABŞ dolları məbləğinin 80000 ABŞ dollar borcdan qaytarılmış məbləğ kimi qiymətləndirir və hesab edir ki, qalan 40000 ABŞ dolları məbləğində pul (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia təmin edilməli, Xəzər Rayonu, Mərdəkan qəsəbəsi, Pioner küçəsi Ev 17 C ünvanında yerləşən fərdi yaşayış evinin alqı satqısına dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* saylı, 24 yanvar 2023-cü il tarixli, ******* saylı müqavilə etibarsız hesab edilməli, Cavabdeh adına verilmiş 20 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” ləğv edilməli, qarşılıqlı iddia isə qismən təmin edilərək X7 40000 ABŞ dolları məbləğində pul (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin alqı satqısına dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* saylı, 24 yanvar 2023- cü il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh adına verilmiş 20 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” ləğv edilsin. İlkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh X7 40 000 ABŞ dolları məbləğində pul (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 427 manat dövlət rüsumunun 175 manatı qarşılıqlı iddia üzrə cavabdeh X7 tutularaq, Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar