Məhkəmə qərarları › İş №e-2(005)-432/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-432/2025

15.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-432/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 Saylı Yevlax Ərazi İdarəsi, Cavabdeh3 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ağdaş rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 Saylı Yevlax Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli süürməyən üçüncü şəxs qismində Ağdaş rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: 13 oktyabr 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən Ələkbərov Fəzail "xxxx" Ascnin Bankdan götürdüyü bir neçə kreditin qaytarılmasının təminatı olaraq,Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş, xx.xx.2004-cü il tarixli,002891 №-li və xx.xx.2005-ci il tarixli, 005669 №-li “Mülkiyyət hüququ haqında şəhadətnamələrə”əsasən mülkiyyətində olan restoran və qeydri yaşayış sahəsini Bankın xeyrinə ipoteka yüklü etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) cavabdehlər X14, X15 və “Ağdaş İstixana" ASC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərdən 2.776.999 manat məbləğində əsas borcun, hesablanmış 155.000 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2.931.999 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranına, habelə Bankın girovuna qoyulmuş ASC-nin adi adlı növlü səhmlərinə yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin, restoranın, səhmlərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə üzrə cavabdehlərdən biri, ipoteka qoyan X14 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 atasıdır və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X3 adına Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixli, 2V-765 reyestr nömrəli X29 hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixli, 4Ə-205 reyestr nömrəli bağışlanma əqdi ilə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X3 adına ünvan 3 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə (“Şirvan restoranı”) xx.xx.2023-cü il tarixli, 2V-97 reyestr nömrəli X29 hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. ünvan 3 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə (“Şirvan restoranı”) xx.xx.2022-ci il tarixli, 4Ə-204 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 Saylı Yevlax Ərazi İdarəsi, Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranın (ünvan 3 əmlak kompleksi) Cavabdeh3 adına özgəninkiləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli, 4Ə-204 reyestr nömrəli və xx.xx.2024cü il tarixli, 4Ə-205 reyestr nömrəli bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) cavabdehlər X14, X15 və “Ağdaş İstixana" ASC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərdən 2.776.999 manat məbləğində əsas borcun, hesablanmış 155.000 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2.931.999 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranına, habelə Bankın girovuna qoyulmuş ASCnin adi adlı növlü səhmlərinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin, restoranın, səhmlərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamənin icrasının təmin edilməsi məqsədilə DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********196 saylı sorğuya cavab olaraq (xx.xx.2024- cü il tarixli, 3- 21-3-35/2-928/2024 saylı məktubla) bildirilmişdir ki, X3 adına Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır (ümumi sahəsi 2.493,3 kv.m qeyd olunan əmlak). Həmin daşınmaz əmlak xx.xx.2022-ci il tarixli, 2V-765 reyestr nömrəli X29 hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş, daha sonra xx.xx.2022-ci il tarixli, 4Ə-205 reyestr nömrəli bağışlanma əqdi ilə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X3 adına ünvan 3 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (“Şirvan” restoranı). Həmin daşınmaz əmlak xx.xx.2023-cü il tarixli, 2V-97 reyestr nömrəli X29 hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş, daha sonra xx.xx.2022-ci il tarixli, 4Ə-204 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsində "xxxx" ASC ilə (İddiaçı ASC) X14 arasında bağlanmış və Bakı şəhəri 12 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli G-2913 saylı ipoteka müqaviləsinə əsasən X14 tərəfindən ona məxsus olmuş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyriyaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranının kredit müqavilələrinin təminatı qismində bankın xeyinə ipoteka ilə yüklü edildiyi və bununla əlaqədar olaraq göstərilən əmlakların ipotekasının dövlət qeydiyyatının aparıldığı öz təsdiqini tapmışdır.Sözügedən daşınmaz əmlakların "xxxx" ASC (hazırda LPO İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edilməsinə və həmin əmlaklara qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutma yönəldilməsinə baxmayaraq, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən LPO Bankın ləğvedicisinin razılığı alınmadan özgəninkiləşdirilmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki,iddia ərizəsindən məlum olduğu kimi, iddia tələbi Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranın (ünvan 3 əmlak kompleksi) Cavabdeh3 adına özgəninkiləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli, 4Ə-204 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 4Ə-205 reyestr nömrəli bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədədir. Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi əsasları Mülki Məcəllədə tənzimlənmişdir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1-ci bəndinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. Vaxtı ilə qardaşı onun xeyrimə vərəsəlikdən imtina etmişdir, indi isə o, həmin əmlaklardan ikisini ona bağışladığını qeyd edir. İddia tələbində göstərilən bağışlamanın ləğvi və hədiyyə verənin öhdəliklərinin xitamı üçün aşağıdakı şərtlər ödənilməlidir: Mülki Məcəllənin 674-cü maddəsinə (Bağışlamanın ləğvi və hədiyyə verənin öhdəliklərinin xitamı) əsasən, 674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. İstinad olunan maddənin mətninin təhlilindən görünür ki, iddia ərizəsində göstəriən əsaslardan heç biri Mülki Məcəllənin tələblərinə uyğun deyil. Eyni zamanda, iş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş Çıxarışa əsasən, Cavabdeh3 məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 103A saylı qeyri yaşayış binası xx.xx.2024-cü il tarixində **********85-06301 reyetr nömrəsi ilə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş Çıxarışa əsasən, Cavabdeh3 məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 103C saylı əmlak kompleksi kimi müəssisə xx.xx.2024-cü il tarixində **********65- 12301 reyetr nömrəsi ilə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, iddia tələbi ilə mübahisələndirilən Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranın (ünvan 3 əmlak kompleksi) Cavabdeh3 adına özgəninkiləşdirilməsinə dair bağışlanma müqavilələri əmlaklar ipoteka ilə yüklü edilən tarixiə qədər bağışlanmışdır. Bundan başqa nəzərə alınmaldır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən tutma ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranından başqa habelə Bankın girovuna qoyulmuş X8 və X9 məxsus "xxxx" ASC-nin adi adlı növlü səhmlərinə yönəldilməsi də nəzərdə tutlmuşdur. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə digər cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Mülki işin materialları - 13 oktyabr 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən Ələkbərov Fəzail "xxxx" Asc-nin Bankdan götürdüyü bir neçə kreditin qaytarılmasının təminatı olaraq,Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş,xx.xx.2004-cü il tarixli,002891 №-li və xx.xx.2005-ci il tarixli,005669 №-li “Mülkiyyət hüququ haqında şəhadətnamələrə”əsasən mülkiyyətində olan restoran və qeyri yaşayış sahəsini Bankın xeyrinə ipoteka yüklü etmişdir. - 13 oktyabr 2005-ci il tarixli G-2913 saylı ipoteka müqaviləsinə Əlavə №1 əsasən X8 məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası 400 000(dörd yüz min ABŞ dolları) dəyərində,”Şirvan Restoranı” 240 000 (iki yüz qırx min ABŞ dolları) dəyərində müəyyən edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) cavabdehlər X14, X15 və “Ağdaş İstixana" ASC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərdən 2.776.999 manat məbləğində əsas borcun, hesablanmış 155.000 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2.931.999 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranına, habelə Bankın girovuna qoyulmuş ASC-nin adi adlı növlü səhmlərinə yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin, restoranın, səhmlərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının №2(103)-3256/2011 saylı,27 sentyabr 2011-ci il tarixli cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş,Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2011-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 14 may 2020-ci il tarixli,№ 2- 3(103)-132/2020 saylı qərarına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməmiş,”AG Bank” Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmişdir.Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlaklarının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən, X2 şəhəri,Azadlıq küçəsi 17 ünvanında yerləşən “Şirvan”restoranın mülkiyyətçisidir. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixli şəhadətnaməyə əsasən, X2 şəhəri,Azadlıq küçəsində yerləşən 2493,3 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixli verilmiş şəhadətnaməyə əsasən, X8 Ağdaş şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2828.3 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış və satış qiyməti 650 manat təşkil etmişdir. - 12 dekabr 2012-ci il tarixli Cavabdeh3 tərəfindən Bakı şəhəri notariat kontoruna ünvanlanan ərizədən görünür ki, 01 oktyabr 2012-ci ildə vəfat etmiş atası X4 qalan ona çatası miras payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. - 13 dekabr 2012-ci il tarixli X5 tərəfindən Bakı şəhəri notariat kontoruna ünvanlanan ərizədən görünür ki,01 oktyabr 2012-ci ildə vəfat etmiş atası X4 qalan ona çatası miras payından Cavabdeh1 xeyrinə imtina etmişdir. - ünvan 12 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki,xx.xx.2012-ci ildə vəfat etmiş X7 vərəsəlik işinin aparılması üçün Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən 2493,3 kv.m qeydi-yaşayış sahəsinin üzərində məhdudiyyətin olub olmaması barədə arayış məktubu təqdim edən vərərəsi Cavabdeh1 göndərilməsi xahiş edilmişdir. - ünvan 12 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki,xx.xx.2012-ci ildə vəfat etmiş X7 vərəsəlik işinin aparılması üçün Ağdaş şəhəri,H.Əliyev pr ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2828.3 kv.m olan torpaq sahəsinə dair çıxarışı məhdudiyyətin olub-olmamasına dair arayış oun vərəsəsi Cavabdeh1 göndərilməsi xahiş edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 13 ünvanında yerləşən 354,5 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətində olmuş və xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası 0.2828 ha yaşayış məntəqələrinin torpaqları X7 xüsusi mülkiyyətində olmuş və xx.xx.2022-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - X29 Hüququ Haqqında 29 oktyabr 2022-ci il tarixli Şəhadətnaməyə əsasən,xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan- Ağdaş şəhəri,20 yanvar küçəsi,E/63 ünvanında yerləşən ümumi shaəsi 354.5 kv/m olan fərdi yaşayış evi tam hissədə pay almalıdır. - 13 dekabr 2022-ci il tarixli Müqaviləyə düzəlişə dair müqaviləyə əsasən xx.xx.2020ci il tarixli barışıq sazişinə əlavə olaraq “broclu tərəflər” olan X5 və Cavabdeh1,”tələbkar tərəflər” X16 və X1 şəhəri,H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2828,3 kv.m olan X8 məxsus torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən X10 məxsus “Şirvan“ restoranı, Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən 2493,3 kv.m olan X10 məxsus qeyri-yaşayış sahəsi, Ağdaş rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 97 saylı qərarı ilə satılmış 0,41 hektar X10 məxsus torpaq sahələrinə pay haqlarından imtina etməklə X11 mülkiyyətinə keçməyə razılıq verirlər. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 əmlak kompleksi kimi müəssisə Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A ünvanında yerləşən 0.2828 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və xx.xx.2023cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103C ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə X7 xüsusi mülkiyyətində olmuş və xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - X29 Hüququ Haqqında 13 dekabr 2022-ci il tarixli Şəhadətnaməyə əsasən,xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan- Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası və 0,2828 ha,0.0551 ha torpaq sahələri, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 105A ünvanında yerləşən ümumi sahəsi 0.3529 ha olan torpaq sahəsi tam hissədə pay almalıdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - X29 Hüququ Haqqında 16 mart 2023-cü il tarixli Şəhadətnaməyə əsasən, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdanünvan 3 əmlak kompleksi kimi müəssisə tam hissədə pay almalıdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 əmlak kompleksi kimi müəssisə Cavabdeh3 mülkiyyətindədir və xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən “hədiyyə verən”-Cavabdeh1 Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A ünvanında yerləşən ümumi sahəsi 1909.8 kv/m olan qeyri-yaşayış binasının (şadlıq sarayı) və Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A ünvanında yerləşən ümumi sahəsi 0.2828 ha olan yaşayış məntəqələrinin torpaq sahəsi tam mülkiyyət üzrə ona məxsus olan hissəsini “hədiyyə alan”a – Cavabdeh3 bağışlamışdır. - xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən “hədiyyə verən”-Cavabdeh1 Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103C ünvanında yerləşən,ümumi sahəsi 1595.7 kv/m olan qeyri-yaşayış binasının (Restoran) tam mülkiyyət üzrə ona məxsus olan hissəsini “hədiyyə alan”a – Cavabdeh3 bağışlamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş 24 may 2024-cü il tarixli məktubuna əsasən, xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası ümumi sahəsi 1909.8 kv.m olan və ümumi sahəsi 1595.7 kv.m olan Ağdaş şəhəri Heydər Əliyev prospekti 103C saylı əmlak kompleksi kimi müəssisə üzərində xx.xx.2005-ci il tarixli G- 2913 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh3 tərəfindən "xxxx"ASC-nin yüklülüyü qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubuna əsasən,görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-16(014)-35/2024 saylı icra vərəqəsinə əsasən Ağdaş şəhəri H.Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası və Ağdaş şəhəri H.Əliyev prospekti 103C saylı əmlak kompleksi kimi müəssisə üzərinə qadağa qoyulmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş 14 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası Cavabdeh3 xüsusi mülkiyyətindədir və xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş 11 aprel 2025-ci il tarixli məktubuna əsasən görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası Bakı şəhəri 12 saylı DNKnun təsdiq etdiyi xx.xx.2005-ci il tarixli 1M-74280 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə,Ağdaş şəhəri,Heydər Əliyev prospekti 103C nömrəli əmlak kompleksi ********** qeydiyyat nömrəsi ilə "xxxx"ASC-nin xeyrinə yüklü(ipoteka) edilmişdir. Həmin əmlaklar üzərində ləğv prosesində olan AGBank ASC-nin LPO AGBank ASC-nin xx.xx.2024-cü il tarixli **********908 saylı məktuba əsasən xx.xx.2024-cü il tarixdən və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 16(014)-35/2024 saylı qərardadına əsasən xx.xx.2024-cü il tarixdə qadağa edilmişdir. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə idda qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır ("Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərar). Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: - 46-cı bəndinin 3-cü abzasına əsasən Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən X12 Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə həmin mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığının olması tələb edilir. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (Mülki Məcəllənin 222.2-ci maddəsi). 8.2-ci maddəsinə əsasən isə ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 30.1-ci bəndinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair) 48.1, 48.1.1-48.1.5-ci maddələrinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın: - 7-1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi üçün notarius müraciət etmiş şəxslərin həqiqi niyyətinə uyğun şərtlər əsasında müqavilə layihəsini tərtib edir və layihə tərəflərlə razılaşdırıldıqdan sonra müqavilənin rəsmiləşdirilməsi və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı ilə bağlı həmin notariusun depozit hesabına mədaxil ediləcək bütün xərcləri (daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı və daşınmaz əmlaka dair çıxarışın hazırlanması, daşınmaz əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın alınması, dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqı, bank xidmət haqqı, habelə sadələşdirilmiş verginin ödənilməsi və əmlakın dəyəri) əks etdirən mədaxil bildirişini hazırlayır. Mədaxil bildirişi çap edilərək tərəflərə təqdim olunur. - 48-ci bəndinə əsasən Notarius tərəfindən daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius tərəfindən dövlət reyestrindən X12 Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notariusun istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). İddiaçını iddia tələbinin hüquqi əsasını AR MM-nin 284.2; 269.1; İpoteka haqqında Qanunun 30.1-ci bəndi təşkil eidr. Belə ki, iddiaçı mərhum X14 ilə bağlanmış xx.xx.2005ci il tarixli G-2913 nömrəli ipoteka müqaviləsinə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə istinad edərək, ipoteka saxlayan – "xxxx" ASC-nin razılığı olmadan ipoteka predmetləri olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranının özgəninkiləşdirilməsi (bağışlanması) barədə mərhumun övladları – Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış bağışlanma müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki işin materialları ilə müəyyən edilir ki, 13 dekabr 2022-ci il tarixli X29 hüququ haqqında şəhadətnaməyə əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası və 16 mart 2023-cü il tarixli X29 hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 əmlak kompleksi üzərində X3 vərəsəsi Cavabdeh1 tam hissədə pay almışdır. Hər iki şəhadətnamədə notarius tərəfindən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş arayışlara əsasən (müvafiq olaraq xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********BO70501 və xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********SP70501 olan) əmlakların ipoteka ilə ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağan qoyulmaması qeyd edilmişdir. İddiaçı iddia ərizəsində ipoteka predmeti olan X29 şəhadətnaməsi əsasında əmlakın miras əmlak qismində Cavabdeh1 mülkiyyətinə keçməsini, həmçinin sonuncunun adına olan çıxarışı mübahisələndirməmişdir. Lakin məhkəmə qeyd edir ki, əmlak Cavabdeh1 mülkiyyətinə keçirilən zaman da notarius tərəfindən real vaxt rejimində arayış əldə edilmiş və həmin arayışda hər hansı bir yüklülük öz əksini tapmamışdır. Yenə mülki işin materiallarında olan LPO İddiaçı ASC tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********020 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin icra mərhələsində borclular ilə şifahi razılaşma əldə olunmuşdur. Bu səbəbdən İcra haqqında AR Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbkar bank Ağdaş Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etmiş; sonuncu xx.xx.2015-ci il tarixdə qətnaməni icra olunmadan məhkəməyə qaytarmışdır. Daha sonra bank zərurət yarandığından icra sənədinin yenidən icraya yönəldilməsini xahiş edir. 09 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə 4Ə-204 reyestr nömrəli və 4Ə-205 reyestr nömrəli müqavilələrə əsasən, sözügedən əmlaklar Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanılmışdır. Müqavilədə istinad edilən real vaxt rejimində əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********LN33410 arayışa əsasən əmlakların ipoteka ilə ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağan qoyulmaması qeyd edilmişdir. DƏDKR PHŞ-nin 17 saylı Yevlax ərazi idarəsinin məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilir ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyriyaşayış binası Bakı şəhəri 12 saylı DNK-nun təsdiq etdiyi xx.xx.2005-ci il tarixli 1M-74280 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103C nömrəli əmlak kompleksi xx.xx.2024-cü il tarixli ********* qeydiyyat nömrəsi ilə "xxxx"ASC-nin xeyrinə yüklü (ipoteka) edilmişdir. Həmin əmlaklar üzərində ləğv prosesində olan AGBank ASC-nin xx.xx.2024-cü il tarixli **********908 saylı məktuba əsasən xx.xx.2024-cü il tarixdən və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(014)-35/2024 saylı qərardadına əsasən xx.xx.2024-cü il tarixdə qadağa qoyulmuşdur. Göründüyü kimi, mülki işin materiallarında mübahisə predmeti olan əmlakların üzərində ipoteka müqaviləsinin bağlandığı xx.xx.2005-ci il tarixdən və ya məhkəmə qətnaməsinin qanuni qüvvəyə minərək icraya yönəldiyi xx.xx.2012-ci il tarixdən hər hansı məhdudiyyətin dövlət reyestrində qeydiyyatdan keçdiyini göstərən sübut yoxdur. Əksinə, məhdudiyyətin yalnız xx.xx.2024-cü il tarixdən başlayaraq qeydiyyata alındığı çoxsaylı yazılı sənədlərlə təsdiq edilir. Mübahisələndirilən bağışlanma müqavilələrinin - 09 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə 4Ə-204 reyestr nömrəli və 4Ə-205 reyestr nömrəli müqavilələr bağlanarkən real vaxt rejimində əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********LN33410 arayışa əsasən əmlakların ipoteka ilə ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağan qoyulmaması qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, notariat ofisi qanunvericiliyin tələblərinə uyğun qaydada bağışlama müqaviləsini bağlayarkən həmin ünvanda yerləşən əmlakların ipoteka ilə yüklü olması barədə məlumatı olmamış və bu hal «Elektron notariat» informasiya sistemində əks edilmədiyi üçün ola da bilməzdi. Digər tərəfdən bu yüklülük barədə bağışlama müqaviləsinin tərəfləri olan Cavabdeh1 və Cavabdeh3 də məlumatlı olması mülki işin materialları ilə müəyyən edilmir. Belə ki, ipoteka müqaviləsi üzrə borclu, məhkəmə proseslərində cavabdeh qismində onlar deyil, mərhum ataları cəlb edilmişdir. Bağışlama müqavilələri balanarkən məhkəmə qətnaməsinin qəbulundan on üç, ipoteka qoyanın vəfatından iki ilə yaxın müddət ötmüşdür. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin bağışlama müqavilələrini bağlamaqda məqsədlərinin qətnamənin icrasında yayınma olması barədə mülahizəsi mötəbər sübutlarla təsdiqini tapmır. Eyni zamanda məhkəmə təkrar qeyd edir ki, bağışlanma müqaviləsi bağlanan vaxt mülkiyyətçi qismində səlahiyyətli şəxs Cavabdeh1 çıxış etmiş, onun ipoteka predmeti olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqları iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qətnaməsinin icra edilməməsinin səbəbi əmlakın özgəninkiləşdirilməsi deyil, tərəflərin arasında barışıqla bağlı danışıqlar davam etdirildiyi üçün tələbkar bank tərəfindən icra işinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etməsi olmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, X14 tərəfindən ona məxsus olmuş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyriyaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranının ipoteka ilə yüklü olmadığını tam yəqin etdikdən və bu fakt da notariat orqanının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin «Elektron notariat» informasiya sistemi vasitəsilə əldə etdiyi Daşınmaz Əmlakın dövlət reyestrindən Arayışın məzmunu ilə təsdiqini tapdığından, başqa sözlə, bağışlama müqaviləsi bağlanarkən hər hansı qanunsuzluğa və ya saxtakarlığa yol verilməsi öz təsdiqini tapmadığından müqavilələrin etibarsız hesab edilməsi barədə iddia təmin edilə bilməz. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə 6 dekabr 2011-ci il tarixli qərarında göstərir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydalarının icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 Saylı Yevlax Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ağdaş rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar