Məhkəmə qərarları › İş №e-2(005)-4350/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4350/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4350/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88478 Samsung Galaxy A12 İMEİ kodu **********59868 olan, İMEİ kodu **********60023 olan və İMEİ kodu **********78309 olan 3 ədəd BQ-7098G markalı telefon üçün 1051,6 (bir min əlli bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 305,4 (üç yüz beş manat, əlli qəpik) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Nevada - Yataq - Çarpayı, Nevada - Yataq - Sürgülü Dolab, Nevada - Yataq - Termo, 2 ədəd Nevada - Yataq - Tumba, Döşək Uretan, Nado - Yumsaq - Kunc, Alyans-Paris 2 qapili vitrin, Alyans- Paris tv-altı, Paris - Qonaq - Jurnal masa, 6 ədəd Venetsiya FS-5, Antakya qonaq - masa üçün 5416 (beş min dörd yüz on altı manat) manat ödənilməmiş hissə, 1593 manat dəbbə; ümumilikdə 8366 manat borc, 103,66 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88478 Samsung Galaxy A12 İmei kodu **********59868 olan, İMEİ kodu **********60023 olan və İmei kodu **********78309 olan 3 ədəd BQ-7098G markalı telefon, Nevada - Yataq - Çarpayı, Nevada- Yataq - Sürgülü Dolab, Nevada - Yataq - Termo, 2 ədəd Nevada - Yataq - Tumba, Döşək Uretan, Nado - Yumşaq - Kunc, Alyans-Paris 2 qapılı vitrin, Alyans-Paris tv-altı, Paris - Qonaq- Jurnal masa, 6 ədəd VENETSİYA FS-5, Antakya Qonaq - Masası almış və nəticədə 8366 (səkkiz min üç yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1309 (bir min üç yüz doqquz) manat (18 ay x 68 manat + 85 manat ilkin ödəniş) olan İmei kodu **********88478 Samsung Galaxy A12 İmei kodu **********59868 olan, İmei kodu **********60023 olan və İmei kodu **********78309 olan 3 ədəd BQ- 7098G markalı telefon üçün ümumilikdə, 1357 (bir min üç yüz əlli yeddi) manat olmaqla ondan, 1051.6 (bir min əlli bir manat, altmış qəpik) manat ödənilməmiş hissə, 305.4 (üç yüz beş manat, əlli qəpik) manat dəbbə pulu. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7113.8 (yeddi min yüz on üç manat, səksən qəpik) manat (24 ay x 295.8 manat + 14.6 manat ilkin ödəniş) olan Nevada - Yataq - Çarpayı, Nevada- Yataq - Sürgülü Dolab, Nevada - Yataq - Termo, 2 ədəd Nevada - Yataq - Tumba, DOSHEK URETAN, Nado - Yumsaq - Kunc, Alyans-Paris 2 qapili vitrin, Alyans-Paris tv-altı, Paris - Qonaq- Jurnal masa, 6 ədəd Venetsiya FS-5, Antakya-Qonaq - Masa üçün ümumilikdə, 7009 (yeddi min doqquz) manat olmaqla ondan, 5416 (beş min dörd yüz on altı manat) manat ödənilməmiş hissə, 1593 (bir min beş yüz doxsan üç) manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 1955.2 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçının arasında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********88478 Samsung Galaxy A12 İMEİ kodu **********59868 olan, İMEİ kodu **********60023 olan və İmei kodu **********78309 olan 3 ədəd BQ-7098G markalı telefon, Nevada - Yataq - Çarpayı, Nevada- Yataq - Sürgülü Dolab, Nevada - Yataq - Termo, 2 ədəd Nevada - Yataq - Tumba, Döşək Uretan, Nado - Yumşaq - Kunc, Alyans-Paris 2 qapılı vitrin, Alyans-Paris tv-altı, Paris - Qonaq- Jurnal masa, 6 ədəd VENETSİYA FS-5, Antakya Qonaq - Masası almış və nəticədə 8366 (səkkiz min üç yüz altmış altı) manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişə əsasən Cavabdeh borcun ödənilməsinə dair xəbərdarlıq edilmiş, borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh 8366 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2022 il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam saz vəziyyətdə təhvil almışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə Cavabdeh iddiaçı "xxxx" MMC-yə qarşı olan əsas borcu 6467,6 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 305,4 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 100 manata, eyni zamanda cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 1593 manat dəbbə pulu 500 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 103,66 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-cu il tarixli müqavilə üzrə 5416 manat ödənilməmiş hissə, 500 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1051,6 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu və 103,66 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-cu il tarixli müqavilə üzrə 5416 manat ödənilməmiş hissə, 500 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1051,6 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu ümumilikdə 7067,6 manat borc və 103,66 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar