Məhkəmə qərarları › İş №e-2(005)-4363/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4363/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4363/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd zəmanət + 3 il xidməti, parma-yataqcarpayı-bazasız, matras-letto, lizbon-yumsaq-künc mebel əşyası üçün 2364 manat ödənilməmiş hissə, 236,40 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 5 ədəd zəmanət + 2 il xidməti, 4 ədəd stul-rıo, nevada-qonaq-masa üçün 1032,40 manat ödənilməmiş hissə, 103,24 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 2 il xidməti, “fen ütü philips”, çaydan ronde üçün, 508,10 manat ödənilməmiş hissə, 50,81 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, paket xxxl xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********51951 “Oppo A78” markalı telefon üçün 481,50 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 48,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, case, urbanısta seoul qulaqlıq üçün 92,70 manat ödənilməmiş hissə, 9.27 manat cərimə, ümumilikdə 4950,17 manat borcun və 69,51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli müqavilələrə əsasən, 2 ədəd zəmanət + 3 il xidməti, parma-yataq-carpayıbazasız, matras-letto, lızbon-yumsaq-kunc mebel əşyası, 5 ədəd zəmanət + 2 il xidməti, 4 ədəd stul-rıo, nevada-qonaq-masa, zəmanət + 2 il xidməti, fen ütü philips, çaydan rondell, paket xxxl xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********51951 “Oppo A78” markalı telefon, case, urbanısta seoul qulaqlıq almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2252,58 manat olan 2 ədəd zəmanət + 3 il xidməti, parma-yataq-carpayı-bazasız, matras-letto, lızbon-yumsaq-kunc mebel əşysı üçün ümumilikdə 2600,40 manat olmaqla, ondan 2364 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 236,40 manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1052.40 manat olan 5 ədəd zəmanət + 2 il xidməti, 4 ədəd stul-rıo, nevada-qonaq-masa üçün ümumilikdə 1135,64 manat olmaqla, ondan 1032,40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 103,24 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 679,14 manat olan zəmanət + 2 il xidməti, fen ütü philips, çaydan rondell üçün ümumilikdə 558,91 manat olmaqla, ondan 508,10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,81 (əlli manat, 81 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı 957,42 manat olan paket xxxl xidməti, qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********51951 “Oppo A78” markalı telefon üçün ümumilikdə, 553,25 manat olmaqla, ondan 481,50 (dörd yüz səksən bir manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, müştəriyə güzəşt olunaraq 48,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 208,80 (iki yüz səkkiz manat, 80 qəpik) manat (18 ay x 11,60 manat + 0 manat ilkin ödəniş) olan case, urbanısta seoul qulaqlıq üçün ümumilikdə, 101,97(yüz bir manat, 97 qəpik) manat olmaqla, ondan 92,70 (doxsan iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9,27 (doqquz manat, 27 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 971,64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riski müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan; - 19 avqust 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında İMEİ kodu **********51951 OPPO A78 telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir; - 19 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcdan 188,58 manat ödəniş etmiş, həmin müqavilə üzrə 2364 manat əsas, 236,4 manat cərimə borcu olmaqla, cəmi borcu 2600,4 manat təşkil etmiş; xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borcdan 20 manat ödəniş etmiş, həmin müqavilə üzrə 1032,4 manat əsas, 103,24 manat cərimə borcu olmaqla, cəmi borcu 1135,64 manat təşkil etmiş; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcdan 171,04 manat ödəniş etmiş, həmin müqavilə üzrə 508,1 manat əsas, 50,81 manat cərimə borcu olmaqla, cəmi borcu 558,91 manat təşkil etmiş; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcdan 475,92 manat ödəniş etmiş, həmin müqavilə üzrə 481,5 manat əsas, 23,6 manat İnnovativ Layihələr Mərkəzi üçün, 48,15 manat cərimə borcu olmaqla, cəmi borcu 553,25 manat təşkil etmiş; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borcdan 116,1 manat ödəniş etmiş, həmin müqavilə üzrə 92,7 manat əsas, 9,27 manat cərimə borcu olmaqla, cəmi borcu 101,97 manat təşkil etmişdir; - 18 iyun 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - 04 avqust 2025-ci il tarixli "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və “ABC Teleсоm” Мəhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “təhvil-təslim” aktının surətindən görünür ki, "xxxx" QSC-yə olan borcun məbləği 116457.74 manat təşkil etmişdir; - 06 dekabr 2024-cü il tarixli bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh 223433 nömrəli müqaviləyə əsasən parma-yataq-carpayı-bazasız, matras-letto, lızbonyumsaq-kunc mebel əşyası, 2 ədəd zəmanət + 3 il xidməti, ödənişin təminatı xidmətini qüsursuz təhvil almışdır; - 26 fevral 2025-ci il tarixli bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh 223433 nömrəli müqaviləyə əsasən 5 ədəd zəmanət + 2 il xidməti, 4 ədəd stul-rıo, nevada-qonaq-masa və ödənişin təminatı xidmətini qüsursuz təhvil almışdır; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11481813 nömrəli müqavilədən, bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ümumi qiyməti 679,1 manat olan zəmanət + 2 il xidməti, fen ütü philips, çaydan rondell məhsullarını 18 ay müddətinə, aylıq 37,73 manat ödəmə şərtilə qüsursuz şəkildə təhvil almışdır; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* müqavilədən, bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ümumi qiyməti 957,47 manat olan “Oppo A78” markalı telefon və digər məhsulları 18 ay müddətinə, aylıq 53,19 manat ödəmə şərtilə almışdır; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09382827 nömrəli müqavilədən, bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ümumi qiyməti 208,8 manat olan case və urbanısta seoul qulaqlığı 18 ay müddətinə, aylıq 11,06 manat ödəmə şərtilə almışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 69,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 2364 manat, cərimə borcuna görə 236,4 manat olmaqla, cəmi 2600,4 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borca görə 1032,4 manat, cərimə borcuna görə 103,24 manat olmaqla, cəmi 1135,64 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 508,1 manat, cərimə borcuna görə 50,81 manat olmaqla, cəmi 558,91 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 481,5 manat, İnnovativ Layihələr Mərkəzinə 23,6 manat, cərimə borcuna görə 48,15 manat olmaqla, cəmi 553,25 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 92,7 manat, cərimə borcuna görə 9,27 manat olmaqla, cəmi 101,97 manat olmaqla, ümumilikdə 4950,17 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələrdə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 118 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 25 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 24 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə iddia tələbinin "xxxx"nə ödənilmiş rüsumun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu və pul öhdəliyinin icra etmədiyi hallarda "xxxx" MMC cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respulikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən, məhdudiyyətin icrası ilə bağlı müştəridən əlavə xərclər tələb edilə bilər. Həmçinin təqdim edilmiş arayışdan da göründüyü kimi, İnnovativ Layihələr Mərkəzinə iddiaçı tərəfindən 23,60 manat pul ödənilmişdir. Eyni zamanda məhkəmə tərəfindən “my.gov.az” internet portalında qeyd olunan İMEİ kodlarının yoxlanılması zamanı "xxxx" MMC tərəfindən telefonun istifadəsinə məhdudiyyət qoyulduğu öz təsdiqini tapmışdır. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 2364 manat, cərimə borcuna görə 118 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borca görə 1032,4 manat, cərimə borcuna görə 50 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə əsas borca görə 508,1 manat, cərimə borcuna görə 25 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 481,5 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23,6 manat, cərimə borcuna görə 24 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 92,7 manat, cərimə borcuna görə 4 manat, cəmi 4723,3 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 69,51 manat pulun 66 manatı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 2364 manat, cərimə borcuna görə 118 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə əsas borca görə 1032,4 manat, cərimə borcuna görə 50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 508,1 manat, cərimə borcuna görə 25 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 481,5 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23,6 manat, cərimə borcuna görə 24 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borca görə 92,7 manat, cərimə borcuna görə 4 manat, cəmi 4723,3 (dörd min yeddi yüz iyirmi üç manat, otuz qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 69,51 manat pulun 66 (altmış altı) manatı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar