Məhkəmə qərarları › İş №e-2(005)-4364/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4364/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4364/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Case, Samsung 45W Charger + cable, qızıl zəmanət ultra 3 il xidməti paket XL xidməti, İmei kodu **********59774 Samsung Galaxy S24+ markalı telefon üçün 2557,25 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 255,73 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket l xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İmei kod **********33684 Samsung Galaxy tab S9 FE + 5G markalı planşet üçün 1963,40 manat ödənilməmiş hissə, 196,34 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USB-C adapter, qızıl zəmanət ultra 2 il xidməti, paket Apple xidməti, İmei kodu **********43439 İphone 15 markalı telefon üçün 1612,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 161,28 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4 ədəd Yokohama təkər üçün 480 manat ödənilməmiş hissə, 48 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 3 il xidməti, Hoffman TV üçün 382,4 manat ödənilməmiş hissə, 38,24 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, kombi immergas üçün 248,24 manat ödənilməmiş hissə, 24,82 manat dəbbə, ümumilikdə 8015,70 manat borc, 100,16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2024-cü il, xx.xx.2024-сü il, xx.xx.2024cü il, xx.xx.2023-cü il, tarixli müqavilələrə əsasən, CASE, SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PАKET XL XİDMƏTİ, İMEİ KODU **********59774 SAMSUNG GALAXY S24+ markalı telefon, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İmei kod **********33684 SAMSUNG GALAXY TAB S9FE+ 5G markalı planşet, APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET APPLE xidməti, İMEİ KODU **********43439 İPHONE 15 markalı telefon, YOKOHAMA təkər 4 ədəd, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMANN TV, ZƏMANƏT + 3 İL xidməti, KOMBİ İMMERGAS almış və nəticədə 8015.70(səkkiz min on beş manat, 70 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3046.50(üç min qırx altı manat, 50 qəpik) manat (18 ay x 169.25 manat + 0 manat ilkin ödəniş) olan CASE, SAMSUNG 45W CHARGER+CABLE, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL XİDMƏТİ, İMEİ KODU **********59774 SAMSUNG GALAXY S24+ markalı telefon üçün ümumilikdə, 2836.58(iki min səkkiz yüz otuz altı manat, 58 qəpik) manat olmaqla ondan, 2557.25(iki min beş yüz əlli yeddi manat, 25 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 255.73 (iki üyz əlli beş manat, 73 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2140.98(iki min yüz qırx manat, 98 qəpik) manat (18 ay x 115.61 тanat + 60 manat ilkin ödəniş) olan PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İmei kod **********33684 SAMSUNG GALAXY TAB S9FE+ 5G markalı planşet üçün ümumilikdə, 2159.74(iki min yüz əlli doqquz manat, 74 qəpik) manat olmaqla ondan 1963.40 (min doqquz altmış üç manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 196.34 (yüz doxsan altı manat, 34 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2772.54(iki min yeddi yüz yetmiş iki manat, 54 qəpik) manat (18 ay x 154.03 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET APPLE xidməti, İMEİ KODU **********43439 İPHONE 15 markalı telefon üçün ümumilikdə, 1797.68(min yeddi yüz doxsan yeddi manat, 68 qəpik) manat olmaqla ondan, 1612.80(min altı yüz on iki manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 161.28(yüz altmış bir manat, 28 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (12 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan YOKOHAMA təkər 4 ədəd üçün ümumilikdə, 528(beş yüz iyirmi səkkiz) manat olmaqla ondan, 480 (dörd yüz səskən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 (qırx səkkiz) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 688.32(altı yüz səksən səkkiz manat, 32 qəpik) manat (18 ay x 38.24 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMANN TV üçün ümumilikdə, 420.64 (dörd yüz iyirmi manat, 64 qəpik) manat olmaqla ondan, 382.40 (üç yüz səksən iki manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.24(otuz səkkiz manat, 24 qəpik) manat dəbbə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2320.02 (iki min üç yüz iyirmi manat, 02 qəpik) manat (18 ay x 128.89 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, KOMBİ İMMERGAS üçün ümumilikdə, 273.06 (iki yüz yetmiş üç manat, 06 qəpik) manat olmaqla ondan, 248.24 (iki yüz qırx səkkiz manat, 24 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.82 (iyirmi dörd manat, 82 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3955.02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-1 həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da "ABC" "mal"-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri"nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC və X1 arasında bağlanmış xx.xx.2024-cü il il tarixli, müqavilənin surətindən, Case, Samsung 45W Charger + cable, qızıl zəmanət ultra 3 il xidməti paket XL xidməti, İmei kodu **********59774 Samsung Galaxy S24+ markalı telefon müştəriyə təqdim edilmişdir. - "xxxx" MMC və X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket l xidməti, qızıl zəmanət ultra 2 il xidməti, İmei kod **********33684 Samsung Galaxy tab S9 FE + 5G markalı planşet müştəriyə təqdim edilmişdir. - "xxxx" MMC və X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USB-C adapter, qızıl zəmanət ultra 2 il xidməti, paket Apple xidməti, İmei kodu **********43439 İphone 15 markalı telefon müştəriyə təqdim edilmişdir. -"xxxx" MMC və X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4 ədəd Yokohama təkər xidməti müştəriyə təqdim edilmişdir. -"xxxx" MMC və X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 3 il xidməti, Hoffman TV müştəriyə təqdim edilmişdir. -"xxxx" MMC və X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, kombi immergas müştəriyə təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, 6 müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 7244,09 manat, İnnovativ Layihələr Mərkəzi Rüsumu 47,2 manat, dəbbə pulu 724,41 manat olmaqla ümumilikdə ödənilməmiş məbləğ 8015,70 manat təşkil edir. - xx.xx.2025 tarixli xəbərdarlıq məktubuna əsasən Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, mallar almış almışdır. Lakin aldığı malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirmisiniz, yəni "ödəniş cədvəli"ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən tam şəkildə icra edilmədiyindən, onun iddiaçı qarşısında hazırkı iddiadan irəli gələn pul öhdəliyi yaranmışdır. Yəni iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 7244,09 manat əsas borc cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının müqavilələr üzrə dəbbə borcunun tutulmasına dair hissələrinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbləri qeyd edilən hissələrdə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, müqavilələr üzrə dəbbə pulu yaranmış borc məbləğlərinə mütənasib olmadığından həmin cərimə məbləğləri azaldılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 255,73 manat dəbbə pulu azaldılaraq 50 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 196,34 manat dəbbə pulu azaldılaraq 30 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 161,28 manat dəbbə pulu 30 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 48 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış 38,24 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış 24,82 manat dəbbə pulu azaldılaraq 10 manat məbləğində müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, maliyyə arayışını və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, Cavabdeh "xxxx" MMC-nin xeyrinə hər altı müqavilə üzrə 7244,09 manat manat əsas, 140 manat dəbbə pulu cəmi 7384,09 manat borc məbləğində pul vəsaiti tutulmalıdır. Bundan əlavə məhkəmə iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndinə əsasən müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, iddiaçı tələb etdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 manat rüsumu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100,16 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə altı müqavilə üzrə 7244,09 manat əsas, 140 manat dəbbə pulu olmaqla cəmi 7384,09 manat borc və 100,16 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar