Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4393/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, X1, onun vəkili Nümayəndə, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh3, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-ə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Daşınmaz mlakın Dövlət Kadastrı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-ə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 onun yaxın qohumu olmadığı halda, iddiaçının adından iddia ərizəsini imzaladığı müəyyən edildi. Məhkəmə iclasında X3 iddiaçının mərhum atası ilə faktiki nikah münasibətlərinə olduğunu, iddiaçı Rusiya Federasiyasında olduğu üçün etibarnamə ilə onu təmsil etdiyini bildirdi. Məhkəmə iclasında vəkil Nümayəndə izahatında iddiaçı tərəfindən təmsil edilmək hüququnun RF-da X2 etibarnamə əsasında ötürüldüyünü, özünü isə hazırki mülki işdə Baxışova Miniranın təmsilçisi olduğunu bildirdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfin əvvəllər də iddia ərizələrinin baxılmamış saxlandığını bildirdi. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq iddia ərizəsinin iddiaçının nümayəndəsi (yaxın qohumu olmadığına baxmayaraq) tərəfindən imzalandığını, o cümlədən vəkil orderində X1 adının qeyd edildiyini müəyyən etdi. Eyni zamanda iddiaçının X3 ilə yaxın qohumluq münasibətlərində olmaması tərəflərin izahatları ilə təsbit edildi. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh3, Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-ə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu X2 qaytarılsın. Qərardadın surəti rəmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-4393/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4393/2024
03.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver