Məhkəmə qərarları › İş №e-2(005)-4397/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4397/2025

10.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4397/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəlüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il təvəlüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X1 X11 arasında bağlanmış rəsmi nikahdan dünyaya gəlmişlər. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1347/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 anaları Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın yanında saxlanılması, Ərizəçi xx.xx.2021ci il tarixdən başlayaraq, xx.xx.2002-ci il təvəlüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1000 manat sabit pul məbləğində alimentin Voropayeva (Lobanova) Natalya Dmitriyevnanın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-225/2023 saylı xx.xx.2023-c il tarixi qətnaməsi ilə qətnamənin qismən ləğv edilməsi tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X3 atası Ərizəçi (cavabdehin) yanında saxlanılması qət edilmişdir. xx.xx.2002-ci il təvəlüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X10 autizm spektr pozuntusundan əziyət çəkirlər. xx.xx.2002-ci il təvəlüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X10 2 nömrəli X2 uşaq autizmi, kanner sindrom, yüngül kəmağıllıq, ciddi nitq və davranış pozuntusu diaqnozu ilə mualicə olunmuşdur. 4 saylı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2002-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X8 sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət və onlara qulluq edən şəxsə (anasına) Prezident təqaüdü təyin edilmişdir. Bununla da xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması və onların himayəçisi təyin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2006-cı ildə anadan olmuşdur; - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2002-ci ildə anadan olmuşdur; - “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 2746 nömrəli arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X8 “Tipik autizm, əqli inkişafın geriliyi ilə F84.0” diaqnozu qoyulmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 5579 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X5 uşaq autizmi nəticəsində yaranan orta dərəcəli əqli gerilik müəyyən edilmişdir. X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Onu fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 4315 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X6 uşaq autizmi, Kanner sindromu nəticəsində yaranan orta dərəcəli əqli gerilik müəyyən edilmişdir. X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Onu fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyləri ilə müəyyən olunmuşdur ki, X9 və X10 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyillər. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2002-ci il təvəlüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəlüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar