Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4452/2025 11.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehə ümumillikdə 1290 manat dəyərində məhsul vеrilmişdir. Müqaviləyə əsasən İddiaçı “müştəri”- Cavabdeh məhsulları verməyi, “müştəri” isə müqavilədə göstərilən müddətdə və qaydada məhsulların dəyərini ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və İddiaçınə olan borcunu tam qaytarmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək alqı-satqı müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh: Cavabdeh xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə borcuna görə 240 (iki yüz qırx) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 240 (iki yüz qırx) manat pulun və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hüquqi şəxs İddiaçı (VÖEN **********) “Ocean Terra” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq İddiaçınə məxsus olan və qiymə1ti290 (bir min iki yüz doxsan) manat məbləğində olan “Ocean Terra” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2022-ci il tarixli müqavilə və müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “Ocean Terra” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 100 (bir yüz) manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 12 ay müddətinə olmaqla hər ayın 23dən gec olmayaraq, 11 ay 100 (bir yüz) manat, sonuncu ayüçün isə 90 (doxsan) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022- ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 240 (iki yüz qırx) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 240 (iki yüz qırx) manat təşkil edir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materialları - 23 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən,”Satıcı”- İddiaçı “alıcı”- Cavabdeh markalı su təmziləmə sistemini satır,”Alıcı” isə həmin “Mal”ı qəbul edir və müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı” ya ödəyir.Müqavilənin 4.6. “Alıcı” ödənişi müqavilə üzrə həyata keçirir, əks təqdirdə “Alıcı” “Satıcı”ya hər gecikdirilmiş gün üçün “Mal”ın qalıq məbləğinin 1 % miqdarında penya ödəməyi üzərinə götürür. 4.7-ci bəndinə əsasən,“Alıcı” müəyyən olunmuş ödəniş günündən 3 (üç) təqvim günü ərzində ödəməni həyata keçirməzsə, “Satıcı” “Alıcı”ya verilən “Mal”ı geri götürmək hüququna malikdir və “Alıcı” o zamana qədər “Satıcı”ya ödədiyi məbləği geri tələb etmək hüququna malik deyil.4.8-ci bəndinə əsaəsn “Alıcı” hazırki müqavilə qüvvədə olanadək qeydiyyat və ya yaşayış yerini dəyişdikdə 3 (üç) təqvim günü ərzində “Satıcı”nı yazılı şəkildə məlumatlandırmalıdır. Əks halda “Alıcı” müqavilənin 4.8-ci bəndini pozduğu üçün “Satıcı ”ya 200 (iki) yüz manat cərimə ödəməyi üzərinə götürür. - 23 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən, “alıcı”- Cavabdeh “Ocean Terra” markalı su təmziləmə sistemini 100 manat ilkin ödəniş etməklə 1290 manata əldə etmişdir. - 09 avqust 2025-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziyadan görünür ki,şirkət ilə bağladığı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, Cavabdeh razılaşma əldə etmək üçün 7 gün müddətində müqavilədə qeyd edilən 1290 manat əsas borcdan qalıq borc olaraq 240 manat ödənilməsini tələb olunur. Əks halda məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir. - İddiaçınə məxsus kassa mədaxil orderindən görünür ki, Cavabdeh 23 yanvar 2022ci il tarixdə 100 manat ilkin ödəniş, 02 mart 2022-ci il tarixdə 100 manat kredit ödənişi, 25 mart 2022-ci il tarixdə 100 manat kredit ödənişi, 05 iyun 2022-ci il tarixdə 200 manat kredit ödənişi,26 avqust 2022-ci il tarixdə 100 manat kredit ödənişi ,28 oktyabr 2022-ci il tarixdə 100 manat kredit ödənişi, 16 yanvar 2023-cü il tarixdə 100 manat kredit ödənişi, 09 sentyabr 2023-cü il tarixdə 150 manat kredit ödənişi, 13 yanvar 2024-cü il tarixdə 50 manat kredit ödənişi, 02 may 2024-cü il tarixdə 50 manat kredit ödənişi həyata keçirilmişdir. - 30 oktyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 23 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 240 manat borcu yaranmışdır. - **********42 saylı ödəniş qəbzindən görünür ki,iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə, ödənilməmiş qalan əsas borca hesablanmış cəriməni tələb etməkdə haqlıdır. İş materiallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə əşyanı təhvil almış və əşyanı təhvil aldığı zaman imzaladığı müqaviləyə əsasən həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borclunun İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin, cavabdeh alqı-satıq müqaviləsi əsasında iddiaçıdan malların təhvil alınmasına dair hüququndan istifadə etmiş, əşyaların dəyəri və həmin müqavilələr üzrə yaranan cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-Cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı Cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Belə ki,tərəflər arasında bağlanmış 23 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən,”Satıcı”- İddiaçı “alıcı”- Cavabdeh markalı su təmziləmə sistemini satır,”Alıcı” isə həmin “Mal”ı qəbul edir və müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı” ya ödəyir.Müqavilənin 4.6. “Alıcı” ödənişi müqavilə üzrə həyata keçirir, əks təqdirdə “Alıcı” “Satıcı”ya hər gecikdirilmiş gün üçün “Mal”ın qalıq məbləğinin 1 % miqdarında penya ödəməyi üzərinə götürür. 4.7-ci bəndinə əsasən,“Alıcı” müəyyən olunmuş ödəniş günündən 3 (üç) təqvim günü ərzində ödəməni həyata keçirməzsə, “Satıcı” “Alıcı”ya verilən “Mal”ı geri götürmək hüququna malikdir və “Alıcı” o zamana qədər “Satıcı”ya ödədiyi məbləği geri tələb etmək hüququna malik deyil.4.8-ci bəndinə əsaəsn “Alıcı” hazırki müqavilə qüvvədə olanadək qeydiyyat və ya yaşayış yerini dəyişdikdə 3 (üç) təqvim günü ərzində “Satıcı”nı yazılı şəkildə məlumatlandırmalıdır. Əks halda “Alıcı” müqavilənin 4.8-ci bəndini pozduğu üçün “Satıcı ”ya 200 (iki) yüz manat cərimə ödəməyi üzərinə götürür. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30 oktyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 23 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 240 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən alqısatqı müqaviləsi üzrə ümumillikdə 1050 manat ödəniş edilmişdir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (dəbbə puluna münasibətdə), 600.4 (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462, 600.4-cü maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında yuxarıda qeyd edilən nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh İddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Sözügedən xx.xx.2022-ci il tarixli Müqavilənin bəndləri “müqavilə azadlığı” prinsipinin kontekstindən etibarlı şərt hesab edilir, müqavilə üzrə tam və ya hissəvi (müvafiq bəndlər üzrə) etibarsızlıq xüsusatları müəyyən edilmir. Belə olan halda, İddiaçı Cavabdeh müvafiq pul məbləğinin ödənilməsini tələb etmək hüququ əsaslı və qanunidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, müqaviləyə əsasən İddiaçı “Ocean Terra” markalı su təmizləmə sistemini Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini müvafiq şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq öhdəliklərə əməl edilməmişdir. Nəticədə, Cavabdeh İddiaçınə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 240 manat əsas borc yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əleyhinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu barədə aktiv sübutetmə (təkzibetmə) funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 240 manat əsas borc, 31 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 240 (iki yüz qırx) manat borc İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə