Məhkəmə qərarları › İş №e-2(005)-456/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-456/2024

09.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-456/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və vərəsəlik haqqında yeni şəhadətnamənin verilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və vərəsəlik haqqında yeni şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: a. Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 9 saylı Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv olunması, notariusun qərarının ləğvi, buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik haqqında şəhadətnamənin yenidən verilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, 1-ci cavabdeh tərəfindən verilmiş xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında 2-ci və 3-cü cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanında yerləşən mənzili faktiki olaraq qəbul etməyini, həmçinin iddiaçının adına da vərəsəlik işi üzrə yeni şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək 1-ci cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, 1-ci cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında 2-ci və 3-cü cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanında yerləşən mənzili faktiki olaraq qəbul etməyini, həmçinin iddiaçının adına da vərəsəlik işi üzrə yeni şəhadətnamə verilməsi və bu zaman digər vərəsələr X4 və Cavabdeh3 paylarını da iddiaçıya verilməsini nəzərə alaraq, 3/5 payın iddiaçının adına, 1/5 payın 2-ci cavabdeh X5 adına, 1/5 payın isə 3-cü Cavabdeh2 adına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum bacısı X11 vərəsələri ola biləcək şəxslərin cavabdeh qismində işə cəlb edilməsinə etiraz etmədiklərini bildirmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum bacısı X26 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X2 miras qalmış ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanında yerləşən mənzili üzrə xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni digər bacıları Cavabdeh1 və Cavabdeh2 ½ hissə olmaqla, cavabdeh tərəfindən şəhadətnamələr verilmişdir. Vərəsəlik işi üzrə iddiaçı 11 may 2012-ci ildə, 2-ci cavabdeh bacısı Cavabdeh1 06 aprel 2012-ci ildə, 3-cü cavabdeh bacısı isə xx.xx.2012-ci il tarixdə 9 saylı notariat ofisinə müraciət etmişik, daha sonra aralarında olan söz-söhbətə görə və notariat kontoru tərəfindən araşdırma aparılmasını gözləmişdir. Bildirilir ki, bacısı xx.xx.2011-ci ildə vəfat etdiyi gündən bu günə kimi həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Vərəsəlik işində iddiaçının ərizəsi, doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi vardır. İddiaçıya məlum olmayan səbəblərə görə, 1-ci cavabdeh tərəfindən ona xəbər verilmədən və məlumatı olmadan 2-ci və 3-cü cavabdehlərə, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanda yerləşən mənzilə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli V-56 saylı vərəsəlik işi üzrə hər birinə ½ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verir. Bunları 2-ci və 3-cü cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı miras əmlaka gələrək bildirmişdir. Daha sonra 1-ci cavabdeh müraciət etmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli notarial hərəkətlərini aparmaqdan imtina edilməsi barədə Qərar qəbul etmişdir. Həmçinin bildirilir ki, X9dur, anası isə X16r, həmin nikahdan 6 övlad dünyaya gəlmişdir. İddiaçı, vəfat etmiş bacısı X26 (miras ondan qalıb), digər bacıları 2-ci və 3-cü cavabdehlər, digər bacısı X17 (mirası qəbul edilməsi barədə ərizə yazmış və iddiaçının xeyrinə paydan imtina etmişdir, xx.xx.2019-cu ildə vəfat etmişdir) və sonuncu bacısı Cavabdeh3 (o, ümumiyyətlə, bütün paydan imtina etmişdir və qəbulundan da imtina etmişdir)

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

5. Cavabdeh1 etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələblərini faktiki və hüququ baxımdan əsassız hesab edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, bacısı X26 xx.xx.2011-ci il tarixdə vəfat etdiyi gündən bu günə qədər ünvan 1al rayonu, C.Cabbarlı küçəsi ev 16 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Bununla bağlı bildirilir ki, iddia ərizəsində qeyd olunanlar yalan məlumatdır. Belə ki, bacısı mərhum X18 vəfat etmədən əvvəl onlar baxmış və vəfat etdikdən sonra da 40 mərasimi də daxil bütün yas mərasimlərini cavabdehlər vermişdir. Yenə bacısına məxsus olan ünvan 1al rayonu, C.Cabbarlı küçəsi ev 16 ünvanda yerləşən mənzilə o vəfat etdikdən sonra cavabdeh sahiblik etmiş və bir neçə illər həmin mənzili idarə etmişdir. Sonra maddi vəziyyəti yaxşı olmadığı üçün qardaşının müvəqqəti olaraq orda yaşamasına icazə vermişdir. Eyni zamanda iddiaçının 12 il ərzində vərəsəliklə bağlı müraciət etməməsi də iddia ərizəsində qeyd olunanların əsassız olduğunu sübuta yetirir. Bundan əlavə, cavabdeh hesab edir ki, iddiaçı qanun ilə müəyyən edilmiş ümumi iddia müddətini də ötürmüşdür. Göründüyü kimi mirasın açıldığı vaxt olan xx.xx.2011-ci il tarixdən 12 ilə yaxın bir müddətdən sonra iddiaçı iddia qaldırmışdır və bununla da qanunla müəyyən olunan ümumi iddia müddətini də buraxmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələblərinə etiraz edərək, iddianı qəbul etmədiklərini bildirmiş, iddia tələbinə etirazın dəlilləri ilə eyniməzmunlu izahat verib iddianın rədd olunmasıını xahiş etmişdir.

8. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, iddiaçı əmisinin oğlu, cavabdehlər isə əmisinin qızlarıdır. İddiaçının bir-neçə evi olmuş, sonradan onları sataraq yenisini aldı. Mərhumun yas mərasimi ilə bağlı xərcləri də Tamilla qarşılamışdır. Mübahisəli mənzil boş olduğuna görə, Tamilla iddiaçıya müvəqqəti yaşamaq üçün təklif etmişdir. Bununla bağlı onunla da məsləhətləşmişdir. Hazırda da iddiaçı mübahisəli mənzildə yaşayır. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, Əminə ilə Tağının münasibətləri yaxşı olmamışdır, iddiaçı təqribən 2014-2015-ci ildən həmin mənzildə yaşayır, amma dəqiq məlumatı yoxdur. İddiaçı ilə münasibətləri yaxşıdır. O, mübahisəli mənzildə yaşamamışdır, amma həmin mənzilə gedib-gəlmişdir. Cavabdeh İddiaçı onunla payların bölünməsi barədə məsləhətləşmişdir.

11. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, tərəflər xala uşaqlarıdır. İddiaçı əvvəlcə kirayədə yaşayırdı. Tamilla iddiaçının ehtiyacı olduğuna görə müvəqqəti yaşamaq üçün mübahisəli mənzildə qalmağı iddiaçıya təklif etmişdi. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, 2015-ci ildə iddiaçı mübahisəli mənzilə köçmüşdür, həmin vaxta qədər iddiaçının özünün köçmək barədə istəyi olmamışdır. Mərhumun yas və dəfn xərclərini Tamilla qarşılamışdır. 2015-ci ildə iddiaçını mübahisəli mənzilə yerləşdirmişlər. Tamilla da ona ev satıldıqdan sonra payını verəcəyini bildirmişdi. Mərhumun ölümündən sonra mənzildə heç kim yaşamayıb. Əminə evli idi, ondan sonra həyat yoldaşı da rəhmətə getmişdir. Mədinə miras üzrə paydan sağlığında yazılı şəkildə imtina etmişdir. Validə də miras paydan imtina etmişdir.

İş materialları:

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 456/2024 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 9 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “notariusun qərarının, vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması və vərəsəlik haqqında yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə “notariusun qərarının ləğvi” hissəsində xitam verilməsi qərara alınmışdır.

13. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş X30, X22 və X13 23 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi 16 saylı ünvanda yerləşən evdə 2011-ci ilin noyabr ayından yaşayır.

14. Bakı şəhəri 9 saylı notariat ofisinin “Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X11 miras əmlakına dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində müraciət etmədiyindən, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.

15. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. X9, anası X16r.

16. Azərbaycan Respublikası DİN ünvan 4 ünvanlanan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X23 barəsində Yasamal Rayon Polis İdarəsinın Qeydiyyat Məsələləri Bölməsinin kartotekasında heç bir məlumat yoxdur.

17. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş X4 xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, X17 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrinin olmadığını bildirmiş və paydan qardaşı İddiaçı xeyrinə imtina etmişdir.

18. 15 oktyabr 2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 təsdiq etmişdir ki, ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi, B 16, M ünvanda yerləşən mənzil miras əmlakıdır, X11 vərəsələri: Cavabdeh2 (1/2 hissə) və Cavabdeh1 (1/2 hissə).

19. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ № 490016 saylı, xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2011-ci il tarixdə ölmüşdür.

20. 60 saylı MKİS-in arayışından müəyyən olunur ki, X26 ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi, B 16, M ünvanda yerləşən mənzildə xx.xx.2011-ci ilədək (vəfat etdiyi tarix) qeydiyyatda tək olub.

21. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1959cu ildə Bakı şəhərində doğulmuşdur. X9, anası X16r.

22. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. X9, anası X7r.

23. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1986-cı il tarixdə ölmüşdür.

24. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ № 184185 saylı, xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2005-ci il tarixdə ölmüşdür.

25. Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilən 14 oktyabr 2006-cı il tarixli arayışın surətindən müəyyən olunur ki, X23 ilə X8 nikahı haqqında 24 mart 1987-ci il tarixli 136 №-li qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir.

26. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 30 sentyabr 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X20 28 yanvar 2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

27. İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 11 may 2012-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı bacısı X18 məxsus olmuş miras əmlaka (ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi, B 16, M ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

28. X17 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 11 may 2012-ci il tarixli ərizədən məlum olur ki, İddiaçı bacısı X18 məxsus olmuş miras əmlaka (ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi, B 16, M ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

29. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 22 sentyabr 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, X17 20 fevral 1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X9, anası X16r. X3 rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 68 №-li akt qeydinə əsasən vəfat etmişdir.

30. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuşdur. X9, anası X16r.

31. Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiqlənmiş Cavabdeh3 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, etmək fikrinin olmadığını bildirmişdir.

32. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1al rayonu, C.Cabbarlı küçəsi, ev 16 ünvanda yerləşən mənzil X11 3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m xüsusi mülkiyyətindədir. Bu barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

33. Cavabdeh1 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 06 aprel 2012-ci il tarixli ərizədən məlum olur ki, Cavabdeh1 bacısı X18 məxsus olmuş miras əmlaka (ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi, B 16, M ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

34. X15 tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinə ünvanlanan 15 may 2012-ci il tarixli ərizədən məlum olur ki, X15 bacısı X18 məxsus olmuş miras əmlaka (ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi, B 16, M ünvanda yerləşən mənzil) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir.

35. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 Saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1al rayonu, C.Cabbarlı küçəsi, ev 16 ünvanında yerləşən evdən X11 adına olan paya dair çıxarışı vərəsəsi İddiaçı verilməsi xahiş olunmuşdur.

36. “Elektron notariat” X1 vasitəsilə “X10” AQİS-dən çıxarışdan müəyyən olunur ki, Cavabdeh4 X4 əri, Cavabdeh5 isə onun oğludur.

37. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1al rayonu, C.Cabbarlı küçəsi, ev 16 ünvanda yerləşən mənzil Cavabdeh1 (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m-nin ½ hissədə) xüsusi mülkiyyətindədir. Bu barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Həmin mənzilə dair Cavabdeh2 adına da (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m-nin ½ hissədə) xx.xx.2023-cü il tarixdə qeydiyyat aparılmışdır.

Əsaslandırıcı hissə:

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

38. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunan və mübahisələndirilməyən hallarına görə ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi, B 16, M ünvanda yerləşən mənzil (3 otaq, 34.5 kv.m-dən 5.75 kv.m) iddiaçının bacısı X11 mülkiyyətində olmuşdur. X26 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin 15 oktyabr 2002ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mərhum X11 miras əmlakı olan ünvan 1al rayonu, Cəfər Cabbarlı küçəsi, B 16, M ünvanda yerləşən mənzilin Cavabdeh2 (½ hissə) və (½ hissə) Cavabdeh1 vərəsəlik hüququ (payları) tanınmışdır. İddiaçı 11 may 2012-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinə İddiaçı bacısı X18 məxsus olmuş miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində müraciət etmədiyi bildirilərək, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.

39. Hazırda iddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması, bu sənəd əsasında mənzilə dair verilmiş çıxarışlara dair qeydin ləğv edilməsi, eyni zamanda miras əmlaka dair payın müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir.

40. Cavabdeh1 yazılı etiraz təqdim edərək, mərhum bacısı Əminə Hacıyevaya sağlığında onun qulluq etdiyini, bacısının vəfatından sonra həmin mənzilə özünün sahiblik etdiyini, daha sonra qardaşı İddiaçı maddi vəziyyəti ilə əlaqədar olaraq sonuncunun müvəqqəti yaşamasına icazə verdiyini bildirir, habelə iddiaçının ümumi iddia müddətini ötürdüyünü bildirərək, iddia tələbinin rədd edilməsini xahiş edir.

41. Digər cavabdehlər məhkəməyə dəvət edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, habelə iddia tələbinə yazılı münasibət bildirməmişlər.

Tətbiq edilən hüquq:

42. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1261.Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Maddə 384.0.4. İddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, şamil edilmir.

43. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. 55-ci maddəsinə əsasən Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Plenum Qərarı:

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin gəldiyi nəticə:

46. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidirlər.

47. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir.

48. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi)

49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

50. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürüb bildirir ki, hazırda İddiaçı xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, habelə həmin şəhadətnamə əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia irəli sürməkdə haqlı olmuşdur. Belə ki, işin faktiki hallarına əsasən İddiaçı mərhum bacısı Əminə Hacıyevadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.2012-ci il (təkrar xx.xx.2023-cü il) tarixdə notariusa müraciət etməklə mirası qəbul etdiyini nümayiş etmişdir. Lakin Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu xx.xx.2023-cü il tarixli qərarı ilə miras əmlaka dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin keçməsi əsası ilə notarial hərəkətlərin aparılmasından imtina etmişdir.

51. Belə olanda məhkəmə, mirasın qəbulu ilə bağlı hazırki işin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilən hüquqi mövqedən çıxış edərək qiymətləndirilməsini düzgün hesab edir. Həmin qərarda qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

52. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

53. Məhkəmə, iddia tələbinin Əminə Hacıyevadan miras qalmış ünvan 1al rayonu, C.Cabbarlı küçəsi, ev 16 ünvanda yerləşən mənzilinin 3/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə Cavabdeh1 və 1/5 hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi hissəsində iddianı qismən əsaslı hesab edir.

54. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə, digər vərəsə Mədinə Məmmədova xx.xx.2017-ci il tarixdə mirasdan imtina etmələri barədə notariusa müraciət etmişlər. Göründüyü kimi, onların mirasdan imtinası qanunvericiliklə müəyyən edilmiş müddət ərzində olmamış, üstəlik də cavabdeh Mədinə Məmmədova xx.xx.2012-ci il tarixdə mərhum bacısından miras qalmış əmlakla bağlı notariusa ərizə ilə müraciət etmişdir (§29). Belə olanda məhkəmə hesab edir ki, Cavabdeh3 və Mədinə Məmmədova qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsələr olduğundan, mirası qəbul etmiş vərəsələr hesab edilməlidir.

55. Məhkəmə qeyd edir ki, mirası qəbul etmək hüququnun məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir: mirası qəbul etmək imkanı; mirasdan imtina etmək imkanı. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülki-hüquqi əqddir. Özü də bu əqd yalnız bir tərəfin - mirasdan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması - vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur.

56. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Mirasdan imtina dedikdə, birtərəfli elə mülkihüquqi əqd başa düşülür ki, bunun nəticəsində müəyyən mirası qəbul etməyə çağırılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir.

57. Bundan başqa mirasdan imtina dönməz xarakterə malikdir. Bu o deməkdir ki, vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir. Mirasdan imtinanın dönməzliyi (qətiliyi) onu ifadə edir ki, əgər vərəsə artıq mirasdan imtina etmişsə, onu qəbul etmək olmaz.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir... Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

59. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh3 miras əmlaka payı 1/5 hissədə müəyyən edilməli, digər vərəsə X17 vəfat etdiyindən (§30) ona məxsus 1/5 hissə miras payı irsi transmissiya qaydasında sonuncunun vərəsələri olan cavabdehlər Cavabdeh4 və Cavabdeh5 arasında hər birinə 1/10 hissədə olmaqla bərabər bölüşdürülməlidir. (1/5 : 2 = 1/10)

60. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi məhkəməyə təqdim olunan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədə olsa da, mülki iş məhkəmənin icraatında olan zaman, yuxarıda qeyd edilən Qərarla həmin maddələr qüvvədən düşmüşdür. Qərarda o da qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Hazırki mülki iş Qərar qəbul olunan zaman məhkəmənin icraatında olduğundan məhkəmə bu Qərarda qeyd edilən hüquqi tənzimlənmə əsas götürülməklə işə mahiyyəti üzrə baxaraq yekun nəticəyə gəlir.

61. Göründüyü kimi, notariat ofisinin yuxarıda qeyd edilən məktubunda istinad edilən maddi hüquq norması qüvvədən düşmüş hesab edilmişdir.

62. Hüquqi müəyyənlik prinsipi baxımından eyni mübahisələr üzrə tətbiq edilmiş maddi hüquq norması kimi çıxış edən Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşdüyündən, bu iddiaçının hüquqlarının pozulmasına hər hansı əsas vermədiyindən, ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanda yerləşən mənzilə dair miras əmlakın qəbulu müddətinin buraxılmasına dair notariat ofisinin məktubu artıq hüquqi əhəmiyyətini itirdiyindən (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 456/2024 saylı qərardadı), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasdan imtina etmə halları olmadığından iddiaçı mirası qəbul etmiş vərəsə hesab edilməli, miras əmlak üzərində 1/5 hissədə onun da payı müəyyən olunmalıdır. Belə olanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da müvafiq olaraq 1/5 hissədə payları müəyyən edilməlidir.

63. Beləliklə məhkəmədə araşdırılan işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı qanun üzrə vərəsədir, iddiaçı mirasdan imtina etməmiş, o bacısının ölümündən sonra faktiki həmin əmlakı qəbul etmiş, (bu hal iş materiallarında olan 60 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 56 nömrəli arayışından, tərəflərin izahatları və şahid ifadələri, habelə notarial ərizə ilə təsdiq olunur) həmin ünvanda yaşamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə əsasən, iddiaçının və cavabdehlərin miras əmlakında payı müəyyən edilməlidir. Bu baxımdan həmin Qərarda formalaşdırılmış hüquqi mövqe nəzərə alınmalı, tərəflərin vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməmələri əsasında hüquqi qiymət verilməlidir.

64. Məhkəmə Cavabdeh1 notariat orqanına müraciət edərkən bacısının başqa vərəsələrinin olmadığını (notarial ərizədə həmin qrafa boşdur) qeyd etməklə, iddiaçının mübahisəli mənzildən qanun üzrə vərəsə kimi pay almaq hüququndan məhrum olmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Belə ki, mirası rəsmi qaydada sənədləşdirən vərəsə cavabdehlər isə notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə iddiaçının iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır.

65. Məhkəmə hesab edir ki, iddiaçının miras qalmış əmlakdan imtina etməsi halları aşkarlanmadığından, əksinə bacısının vəfat etməsindən sonra həmin ünvanda yaşamaqla, miras əmlaka payın alınması üçün ərizə ilə müraciət etməklə miras əmlakını faktiki olaraq qəbul etmişdir. Lakin bütün bunlara baxmayaraq, iddiaçı mərhum Əminə Hacıyevadan miras qalmış əmlaka dair vərəsəlik payından məhrum edilməklə, konstitusion hüquqları pozulmuşdur. Buna görə də cavabdehlərin adına verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir.

66. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-531 № ilə reyestrdə qeyd olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Bu məqamda məhkəmə xüsusilə onu vurğulayır ki, iddiaçı tələbində müvafiq şəhadətnamənin ləğv edilməsini xahiş etsə də, əslində məhkəmə iclaslarında və iddia tələbinin dəlillərində həmin şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Belə olanda qeyd olunmalıdır ki, məhkəmə xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qənaətə gəlir.

67. Bundan başqa iddia tələbinin “iddiaçının adına yeni şəhadətnamənin verilməsi” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlərə verilmiş şəhadətnamə etibarsız hesab edildiyindən, o cümlədən hazırki qətnamə yeni şəhadətnamənin alınması üçün əsas olduğundan iddiaçının belə tələblə müvafiq notariat orqanına müraciət etmək hüququ mövcuddur. Ona görə də məhkəmə, iddianın bu hissəsinə əlavə olaraq hüquqi qiymət verilməsini zəruri hesab etmir.

68. Məhkəmə qeyd edir ki, MM-nin 149-cu maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli çıxarış ləğv edilməlidir.

69. Bundan başqa, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 digər vərəsələrin pay hüquqlarının müəyyən olunması ilə bağlı iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edir ki, etirazın bu hissədə heç bir hüquqi əsası mövcud deyil. Bundan başqa məhkəmə, mübahisə olduğu hallarda iddia tələblərinə qiymət verərkən, iddiaçının payını müəyyən etməklə yanaşı cavabdehlərin də miras əmlakdakı payını qeyd etməli, o cümlədən mərhumun ölümü ilə açılan miras kütləsini, vərəsələrin kimliyini, həmin mirasın vərəsələr arasında bölüşdürülməsi məsələsini də həll etməlidir.

70. İş materiallarından görünür ki, Cavabdeh1 iddiaçının 12 il ərzində vərəsəliklə bağlı müraciət etməməsi səbəbindən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş ümumi iddia müddətini ötürdüyünü göstərməklə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

71. Göründüyü kimi, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır, həmin Məcəllənin 384.0.4-cü maddəsinə uyğun olaraq mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

72. Eyni zamanda o da qeyd edilməlidir ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin əldə edilməsi üçün xx.xx.2012-ci il tarixdə notariusa müraciət etmiş, lakin ona müvafiq şəhadətnamə verilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia tələblərinə iddia müddəti şamil olunmadığından, Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır.

73. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-531 № ilə reyestrdə qeyd olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanında yerləşən mənzil üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2023cü il tarixli qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilməli, ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanda yerləşən mənzilə 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh3, 1/5 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh4, 1/10 hissədə Cavabdeh5 miras pay hüququ müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

74. Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-531 № ilə reyestrdə qeyd olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanda yerləşən mənzil üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2023-cü il tarixli qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilsin. ünvan 1al rayonu, C.Cabbarlı küçəsi B 16 m ünvanda yerləşən mənzilə 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh3, 1/5 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh4, 1/10 hissədə Cavabdeh5 payları müəyyən edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar