Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4571/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********10582 olan X2 10S markalı telefon üçün 100 (bir yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********22553 X2 10 Pro markalı telefon üçün 865 (səkkiz yüz altmış beş) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 30.8 (otuz manat səksən qəpik) manat ödənilməmiş hissə, 3.2 (üç manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1095 (bir min doxsan beş) manat borc və 30,95 (otuz manat doxsan beş qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********10582 olan X2 10S markalı telefon, İMEİ Kodu **********22553 olan X2 10 Pro markalı telefon, X1 almış və nəticədə 1095 (bir min doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 650.04 (altı yüz əlli manat dörd qəp) manat (12 ay x 54.17 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********10582 X2 10S markalı telefon üçün ümumilikdə, 110 (yüz on) manat olmaqla ondan, 100 (yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 916.02 (doqquz yüz on altı manat iki qəp) manat (18 ay x 50.89 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********22553 X2 10 Pro markalı telefon üçün ümumilikdə, 951 (doqquz yüz əlli bir) manat olmaqla ondan, 865 (səkkiz yüz altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86 (səksən altı) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 91.8 (doxsan bir manat səksən qəp) manat (6 ay x 15.3 manat + 0 manat ilkin ödəniş) X1 üçün ümumilikdə, 34 (otuz dörd) manat olmaqla ondan, 30.8 (otuz manat səksən qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.2 (üç manat iyirmi qəp) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 662.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil verilmişdir. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər müvafiq olaraq tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli № ******* saylı müqaviləsinə və əlavəyə əsasən, alqı-satqı qiyməti 650.04 (altı yüz əlli manat dörd qəp) manat (12 ay x 54.17 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********10582 olan X2 10S markalı telefon almışdır. Həmin əşya "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilmişdir. ABC TELECOM” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləsinə və əlavəyə əsasən, alqı-satqı qiyməti 916.02 (doqquz yüz on altı manat iki qəp) manat (18 ay x 50.89 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********22553 X2 10 Pro markalı telefon almışdır. Həmin əşya "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilmişdir. ABC TELECOM” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 23131001 saylı müqaviləsinə və əlavəyə əsasən, alqı-satqı qiyməti 91.8 (doxsan bir manat səksən qəp) manat (6 ay x 15.3 manat + 0 manat ilkin ödəniş) X1 almışdır. Həmin əşya "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh xx.xx.2021ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, öhdəliklərini 3 (iş) günü ərzində icra etməyi, digər təqdirdə öhdəliyin lazımi qaydada icra olunmaması ilə bağlı məsələnin məhkəmə qaydasında həll olunacağı ilə bağlı bildirmişdir. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki , Cavabdeh iddiaçı "xxxx" MMC-yə müvafiq tarixə qədər ümumilikdə 1095 (bir min doxsan beş) manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli № ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 30,95 (otuz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********10582 olan X2 10S markalı telefon üçün 100 (bir yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********22553 X2 10 Pro markalı telefon üçün 865 (səkkiz yüz altmış beş) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 30.8 (otuz manat səksən qəpik) manat ödənilməmiş hissə, 3.2 (üç manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1095 (bir min doxsan beş) manat borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ümumilikdə 1095 (bir min doxsan beş) manat borc və 30,95 (otuz manat doxsan beş qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********10582 olan X2 10S markalı telefon üçün 100 (bir yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********22553 X2 10 Pro markalı telefon üçün 865 (səkkiz yüz altmış beş) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 30.8 (otuz manat səksən qəpik) manat ödənilməmiş hissə, 3.2 (üç manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1095 (bir min doxsan beş) manat borc və 30,95 (otuz manat doxsan beş qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4571/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4571/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver