Məhkəmə qərarları › İş №e-2(005)-4593/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4593/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4593/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bayramova (Hacıyeva) Tünzalə Kazım qızına qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh Bayramova (Hacıyeva) Tünzalə Kazım qızına qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli müqavilə üzrə X2, X1, Asus Vıvobook, LG Soyuducu, Panasonic Headphones, Panasonic Ətçəkən , Mİ Wireless Mouse və Bıg Racer mebel dəsti üçün cəmi 2248 (iki min iki yüz qırx səkkiz) manat borcun və 42,48 (qırx iki manat 48 qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdeh Bayramova (Hacıyeva) Tünzalə Kazım qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrinə əsasən, X2, X1, Asus Vıvobook, LG Soyuducu, Panasonic Headphones, Panasonic Ətçəkən , Mİ Wireless Mouse və Bıg Racer mebel dəsti almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1764 min yeddi yüz altmış dörd) manat (12 ayx 147 manat + 0 manat ilkin ödəniş) olan X2, X1, Asus Vıvobook üçün ümumilikdə, 1617 (min altı yüz on yeddi) manat olmaqla ondan, 1470 (min dörd yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 147 (yüz qırx yeddi) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1406 (min dörd yüz altı) manat (12 ay x 117 manat + 2 manat ilkin ödəniş) olan LG Soyuducu üçün ümumilikdə, 514 (beş yüz on dörd) manat olmaqla ondan 468 (dörd yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 (qırx altı) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (12 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan Panasonic Headphones, Panasonic Ətçəkən, Mİ Wireless Mouse üçün ümumilikdə, 88,4 (səksən səkkiz manat 40 qəpik) manat olmaqla ondan, 80 (səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,4 (səkkiz manat 40 qəpik) manat cərimə; xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3816 (üş min səkkiz yüz on altı) manat (23 ay x 159 manat + 159 manat ilkin ödəniş) olan Bıg Racer mebel dəsti üçün ümumilikdə, 28,6 (iyirmi səkkiz manat 60 qəpik) manat olmaqla ondan, 28,6 (iyirmi səkkiz manat 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır)manat cərimə borcu hesablanmışdır. Cavabdehin xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrinə əsasən sonuncu ödəniş tarixi müvafiq olaraq xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 5683,4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirlsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh Bayramova (Hacıyeva) Tünzalə Kazım qızına rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh Bayramova (Hacıyeva) Tünzalə Kazım qızı tərəfindən qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə borclu Bayramova (Hacıyeva) Tünzalə Kazım qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1764 min yeddi yüz altmış dörd) manat (12 ayx 147 manat + 0 manat ilkin ödəniş) olan X2, X1, Asus Vıvobook almışdır. - "xxxx" MMC ilə borclu Bayramova (Hacıyeva) Tünzalə Kazım qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1406 (min dörd yüz altı) manat (12 ay x 117 manat + 2 manat ilkin ödəniş) olan LG Soyuducu almışdır. - "xxxx" MMC ilə borclu Bayramova (Hacıyeva) Tünzalə Kazım qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (12 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan Panasonic Headphones, Panasonic Ətçəkən, Mİ Wireless Mouse almışdır. - "xxxx" MMC ilə borclu Bayramova (Hacıyeva) Tünzalə Kazım qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3816 (üş min səkkiz yüz on altı) manat (23 ay x 159 manat + 159 manat ilkin ödəniş) olan Bıg Racer mebel dəsti almışdır. - xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrin bütün şərtləri yerinə yetirilənə qədər əşya "xxxx" MMC-nin əmlakı hesab olunur və “Müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”-a tam sahiblik hüquq “Müştəri”-yə keçir. - "xxxx" MMC tərəfindən Bayramova (Hacıyeva) Tünzalə Kazım qızına göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən cavabdeh X2, X1, Asus Vıvobook, LG Soyuducu, Panasonic Headphones, Panasonic Ətçəkən , Mİ Wireless Mouse və Bıg Racer mebel dəsti almış, lakin müqavilə üzrə öhdəlikləri gecikdirmiş və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış borcu ödəməsi tələb olunur. - xx.xx.2022-ci il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Bayramova (Hacıyeva) Tünzalə Kazım qızının "xxxx" MMC-yə ümumilikdə 2248 (iki min iki yüz qırx səkkiz) manat borcu var. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Bayramova (Hacıyeva) Tünzalə Kazım qızı ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2022-ci il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 42,48 (qırx iki manat 48 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə kredit yolu ilə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin 147 (yüz qırx yeddi) manat və 46 (qırx altı) manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 1470 (min dörd yüz yetmiş) manata mütənasib olmadığından 147 (yüz qırx yeddi) manat məbləğində cərimə pulunun 14,70 (on dörd manat 70 qəpik) manat həddinədək azaldılmasını, 468 (dörd yüz altmış səkkiz) manata mütənasib olmadığından 46 (qırx altı) manat məbləğində cərimə pulunun 4,60 (dörd manat 60 qəpik) manat həddinədək azaldılmasını ədalətli hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 42,48 (qırx iki manat 48 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 20 (iyirmi) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia qismən təmin edilməli, cavabdeh Bayramova (Hacıyeva) Tünzalə Kazım qızından xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli 4 müqavilə üzrə X2, X1, Asus Vıvobook, LG Soyuducu, Panasonic Headphones, Panasonic Ətçəkən , Mİ Wireless Mouse və Bıg Racer mebel dəsti üçün 2046,60 (iki min qırx altı manat 60 qəpik) manat əsas borc, 27,70 (iyirmi yeddi manat 70 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2074,3 (iki min yetmiş dörd manat 30 qəpik) manat borc və 42,48 (qırx iki manat 48 qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bayramova (Hacıyeva) Tünzalə Kazım qızından xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli 4 müqavilə üzrə X2, X1, Asus Vıvobook, LG Soyuducu, Panasonic Headphones, Panasonic Ətçəkən, Mİ Wireless Mouse və Bıg Racer mebel dəsti üçün 2046,60 (iki min qırx altı manat 60 qəpik) manat əsas borc, 27,70 (iyirmi yeddi manat 70 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2074,3 (iki min yetmiş dörd manat 30 qəpik) manat borc və 42,48 (qırx iki manat 48 qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar