Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4652/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2412 (iki min dörd yüz on iki) manat məbləğində əsas borc, hesablanmış dəbbə pulunun bir qismi olan 150 (bir yüz əlli) manat məbləğində pulu, ümumilikdə 2562 (iki min beş yüz altmış iki) manat məbləğində borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* №-li “Alqı-satqı” müqaviləsinə əsasən ona 2762 (iki min yeddi yüz altmış iki) manat dəyərində “Samsung UE65AU7100UXCE” markalı 1 ədəd televizor satılmış, tərəfindən ilkin ödəniş olaraq 350 (üç yüz əlli) manat məbləğ ödənilmiş və bundan sonra 12 aylıq qrafik təşkil edilərək aylıq ödənişi 134 (bir yüz otuz dörd) manat müəyyənləşdirilmişdir. Cavabdeh həmin tarixdən hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. Bununla cavabdehin ümumi ödəmədiyi əsas məbləğ 2412 (iki min dörd yüz on iki) manat təşkil etmiş və 342 gün gecikməsi olmuşdur. Müqavilənin 5.2.5-ci bəndində “Alıcı malın dəyərini ona təqdim edilmiş Ödəniş Cədvəlində göstərilən qaydada ödənilməsini 45 gündən artıq müddətə həyata keçirmədikdə Satıcı ödənişi tələb etmək, eyni zamanda malın geri götürülməsi hüququna malikdir” göstərilmişdir. Həmçinin eyni Müqavilənin 7.1-ci bəndində “Alıcı satılan malın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş hər gün üçün 1.5% cərimə ödəyir” qeyd edilmişdir. Bundan başqa həmin Müqavilənin 7.2-ci bəndində “Alıcı satılan malın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş müddət 45 gündən artıq olduqda Satıcı öz mülahizəsinə əsasən malın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya malın qaytarılmasını Alıcıdan tələb edə bilər” bildirilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən gecikdirmənin hər günü üçün qalıq borcun 1,5%-i məbləğində olmaqla 12 373,56 (on iki min üç yüz yetmiş üç manat əlli altı qəpik) manat məbləğində dəbbə pulu hesablanmışdır. Hesablanmış dəbbə pulunun 150 (bir yüz əlli) manat olan hissəsi cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin ödəməli olduğu əsas borc (2412 manat) və dəbbə pulu (150 manat) ümumilikdə 2562 (iki min beş yüz altmış iki) manat təşkil edir. Şirkət tərəfindən öz növbəsində pulməbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə telefon vasitəsilə şifahi formada, o cümlədən yazılı bildiriş göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan müqavilə üzrə əsas borc və hesablanmış dəbbə pulu haqqında məlumat verilmiş və onların 10 (on) gün ərzində şirkətə ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Cavabdeh qeydiyyat ünvanı üzrə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş cavabdehin qeyd olunan ünvandan köçməsi səbəbindən qəbul edilməmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Beləliklə məhkəmə iddiaçının təqdim etdiyi sənədlərə əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, qanunvericilikə müəyyən edilmiş müddət ərzində cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* №-li (hissəhissə ödənilmək şərti ilə) “Alqı-satqı” müqaviləsinə əsasən ona 2762 (iki min yeddi yüz altmış iki) manat dəyərində “Samsung UE65AU7100UXCE” markalı 1 ədəd televizor satılmışdır. Alıcı – cavabdeh, "Müqavilə" və Ödəniş Cədvəl ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada satılan "Mal"m ilkin ödənişindən sonra qalan məbləğini "Satıcı"ya ödəmək öhdəliyi götürmüşdür. - xx.xx.2023-cü il tarixli, ******* №-li müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, ilkin ödəniş 350 manat, qalıq 2412 manatdır. Cavabdeh 18 ay müddətinə aylıq 134 manat ödəniş etməlidir. Müqavilənin 7.1 və 7.2 bəndinə əsasən müştəri ödənişi Müqavilədə göstərilən tarixdə ödəmək vəzifəsini icra etmədikdə, hər bir gecikdirilən günə gecikdirilən məbləğin 1,5%-ni cərimə ödəyir. - xx.xx.2023-cü il tarixli, ******* №-li müqaviləyə əlavə olunan akta əsasən, 2762 (iki min yeddi yüz altmış iki) manat dəyərində “Samsung UE65AU7100UXCE” markalı 1 ədəd televizor Cavabdeh təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC təsdiq edir ki, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* №-li “Alqı-satqı” müqaviləsinə əsasən ona 2762 (iki min yeddi yiiz altmış iki) manat dəyərində “Samsung UE65AU7100UXCE” markalı 1 ədəd televizor satılmış, tərəfindən ilkin ödəniş olaraq 350 (üç yüz əlli) manat məbləğ ödənilmiş və bundan sonra 12 aylıq qrafik təşkil edilərək aylıq ödənişi 134 (bir yüz otuz dörd) manat müəyyənləşdirilmişdir. Cavabdeh həmin tarixdən hazırki vaxta qədər heç bir ödəniş etməmiş, bu günədək tərəf öz öhdəliyini icra etməmişdir. İddiaçı MMC bildirir ki, Cavabdeh bugünə olan borcu 14785,56 (on dörd min yeddi yüz səksən beş manat əlli altı qəpik) manat təşkil edir. Göstərilən borcun tərkibi aşağıdakı kimidir: Ödənilməmiş əsas borc 12412 (iki min dörd yüz on iki) manat; Ödənilməmiş əsas borca hesablanmış dəbbə pulu: 12 373,56 (on iki min üç yüz yetmiş üç manat əlli altı qəpik) manat. İddiaçı MMC əlavə olaraq bəyan edir ki, 2412 (iki min dörd yüz on iki) manat əsas borc və hesablanmış dəbbə pulunun bir qismi olan 150 (bir yüz əlli) manat məbləğində pul, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödəniləcək dövlət rüsumu ödənildiyi halda Cavabdeh şirkət qarşısında icra olunmamış öhdəliyi qalmayacaqdır. - xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıqdan görünür ki, cavabdehlə bağlanmış alqı-satqı müqavilələrinə əsasən yaranmış borcu 10 gün müddətində ödəməsi tələb olunur, əks halda haqqında hüquqi tədbirlər görüləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası DİN-nin QMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 46 (qırx altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın alqı-satqıının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* №-li “Alqı-satqı” müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı - “Samsung UE65AU7100UXCE” markalı 1 ədəd televizoru müəyyən edilmiş müddətdə və məbləğdə (18 ay müddətinə aylıq 134 manat olmaqla) onun dəyərini ödəmək şərti ilə Cavabdeh nisyə alqı-satqı (hissə-hissə ödəmə şərtilə) yolu ilə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı - “Samsung UE65AU7100UXCE” markalı 1 ədəd televizoru qəbul etmiş, cavabdeh tərəfindən ilkin ödəniş olaraq 350 (üç yüz əlli) manat məbləğ ödənilmiş və bundan sonra qrafik təşkil edilərək aylıq ödənişi 134 (bir yüz otuz dörd) manat müəyyənləşdirilmiş, lakin müqavilə üzrə ödənişləri müəyyən edilmiş müddətdə iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin cavabdehdən 150 manat məbləğində cərimə tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7.1 və 7.2 bəndinə əsasən müştəri ödənişi Müqavilədə göstərilən tarixdə ödəmək vəzifəsini icra etmədikdə, hər bir gecikdirilən günə gecikdirilən məbləğin 1,5%-ni cərimə ödəyir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Hazırki iş üzrə müqavilənin 7.1-ci bəndinə əsasən gecikdirmənin hər günü üçün qalıq borcun 1,5%-i məbləğində olmaqla 12 373,56 (on iki min üç yüz yetmiş üç manat əlli altı qəpik) manat məbləğində dəbbə pulu hesablanmışdır. Bununla belə iddiaçı qeyd olunan dəbbə pulunun 150 manat hissəsini cavabdehdən tələb edir. Məhkəmə işin hallarını, əsas borcun məbləğini, dəbbə pulunun iddiaçı tərəfindən tələb edilən məbləğini (azaldılaraq tələb edilməsini) nəzərə alaraq, tələb olunan 150 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* №-li alqı-satqı müqaviləsi üzrə 2412 (iki min dörd yüz on iki) manat əsas borc, 150 (yüz əlli) manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 2562 (iki min beş yüz altmış iki) manat məbləğində borc və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* №-li alqı-satqı müqaviləsi üzrə 2412 (iki min dörd yüz on iki) manat əsas borc, 150 (yüz əlli) manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 2562 (iki min beş yüz altmış iki) manat məbləğində borc və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4652/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4652/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver