Məhkəmə qərarları › İş №e-2(005)-4690/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4690/2025

15.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4690/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 7 saylı Bakı Cavabdeh2nə qarşı “arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi və mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və 7 saylı Bakı Cavabdeh2nə qarşı “arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi və mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasının arvadı Cavabdeh1 təxminən 1995-ci ildən, yəni mirasın açılmasından əvvəl 30 (otuz) ilə qədər müddət artıq atası ilə yaşamadığını və onların nikahına faktiki xitam verildiyini nəzərə alaraq, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, atasının vərəsəsi qismində özü və qardaşı X1 tanınması, atasından miras qalmış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakı fəhləsi küçəsində yerləşən,173,7 kv.m sahəsi olan 7/26 saylı fərdi yaşayış evi və ünvan 1 ünvanındakı fərdi yaşayış evində 1 (bir) otaq, habelə xx.xx.2016-cı il buraxılışlı “İNFİNİTİ“ markalı, ** CR *** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərində özünün ½ hissədə və qardaşı X1 ½ hissədə vərəsəlik üzrə payların müəyyənləşdirilməsi və mirasın bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Vəsatət: İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı vəsatət təqdim edərək, Azərbaycan Respublikasının MPM-in tələblərinə əsasən, icraatınızda olan e-2(005)-4690/2025 nömrəli mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Nərgiz Tağıyevanın icraatında olan e-2(005)-3978/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməsi üçün göndərilməsini xahiş etmişdir. III. Tərəflərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəsatəti müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə hazırki iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə vəsatəti, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan e-2(005)-4690/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3978/2025 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbi Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, vərəsə qismində özü və qardaşının tanınması, miras qalmış əmlaklar üzərində özünün ½ hissədə və qardaşı X1 ½ hissədə vərəsəlik üzrə payların müəyyənləşdirilməsi və mirasın bölüşdürülməsi barədədir. Digər tərəfdən məhkəmə tərəfindən iş müəyyən olunmuşdur ki: - iddiaçılar Cavabdeh1 və X3 cavabdeh 7 saylı Bakı Cavabdeh2nə qarşı (İddiaçı üçüncü şəxs cəlb edilməklə) iddia ərizəsi təqdim edərək mərhum həyat yoldaşı X4 ilə birgə nikahda olduqları müddətdə əldə etdikləri ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan B tik-1 otaq, ümumi sahəsi 18.5 kv.m yaşayış sahəsi 11.9 kv.m yardımçı sahə 6.6 kv.m olan fərdi yaşayış evinə, ünvan 2 ünvanında yerləşən, 173,7 kv.m sahəsi olan iki otaqlı evinə və “İNFİNİTİ“ markalı, ** CR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ½ pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir (mülki iş № 2(005)-3978/2025). Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Hazırda iddiaçının nümayəndəsi və vəkili yazılı vəsatət təqdim edərək, mülki iş üzrə icraatların birləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət əsaslıdır. Belə ki, hazırki iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1 və 7 saylı Bakı Cavabdeh2nə qarşı iddia tələbi irəli sürərək Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, atasının vərəsəsi qismində özü və qardaşı X1 tanınması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakı fəhləsi küçəsində yerləşən,173,7 kv.m sahəsi olan 7/26 saylı fərdi yaşayış evi və ünvan 1 ünvanındakı fərdi yaşayış evində 1 (bir) otaq, habelə xx.xx.2016-cı il buraxılışlı “İNFİNİTİ“ markalı, ** CR *** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərində özünün ½ hissədə və qardaşı X1 ½ hissədə vərəsəlik üzrə payların müəyyənləşdirilməsi və mirasın bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər tərəfdən isə hazırkı iş üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixdə mirasda payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu (hər iki tələbin mərhum X2 qalmış miras əmlaklarla bağlı olmasını), habelə tərəflərin eyni olmasını - nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş mülki işlərin birləşdirilməsi barədə vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdehlər Cavabdeh1 və 7 saylı Bakı Cavabdeh2nə qarşı “arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi və mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-4690/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh1 və X1 cavabdeh 7 saylı Bakı Cavabdeh2nə qarşı (İddiaçı üçüncü şəxs cəlb edilməklə) “mirasda payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3978/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Göründüyü kimi qanunvericiliyə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki qərardaddan şikayətin verilməsi halı Mülki Prosessual Məcəllədə nəzərdə tutulmadığından və məhkəmənin hazırki qərardadı işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. V. Nəticə: Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdehlər Cavabdeh1 və 7 saylı Bakı Cavabdeh2nə qarşı “arvadın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi və mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-4690/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh1 və X1 cavabdeh 7 saylı Bakı Cavabdeh2nə qarşı (İddiaçı üçüncü şəxs cəlb edilməklə) “mirasda payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3978/2025 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar