Məhkəmə qərarları › İş №e-2(005)-48/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-48/2024

19.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-48/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qeyri-qanuni quraşdırılmış dəmir qurğularının, həmin qurğuların üzərində qoyulmuş su çənin və qeyri-qanuni tikilmiş həyət mətbəxinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 oktyabr 2020-ci il tarixdən başlayaraq, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 97.8 kavadrat metrdən ibarət 97 A nömrəli fərdi yaşayış evi, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş **********13-10301 nömrəli reyestrli çıxarışa əsasən müdafiə etdiyim şəxs İddiaçı adınadır. 2021-ci il tarixdə İddiaçı tərəfindən Azərbaycan Respublikası, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə həmin fərdi yaşayış evin sökülüb yenidən tikilməsi üçün müraciət olunmuş və 08 iyul 2021-ci il tarixli B-46-159 nömrəli sənədə əsasən Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evin istismar müddətinin bitdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evin sökülüb yenidən tikilməsinə icazə verilmişdir. Lakin İddiaçı məxsus fərdi yaşayış evinə qonşu olan cavabdeh tərəfindən böyük dəmir qurğular qurularkən, həmin dəmir qurğuların üstündə böyük su çənini quraşdırılmışdır. Həmin qurğuların və su çənini bir hissəsi İddiaçı məxsus fərdi yaşayış evinin həyətinə düşür. İddiaçı tərəfindən cavabdehə dəfələrlə bu barədə məlumat verilərkən və həmin dəmir qurğuları ilə su çənin İddiaçı məxsus torpaqdan yığışdırılması barəsində xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir reaksiya olmayaraq, tədbir görülməmişdir. Buna əsasən İddiaçı vəkili olaraq, tərəfimdən Bakı şəhər, Nərimanov Rayon İcra Hakimiyyətinə həmin dəmir qurğuların və üzərində qoyulmuş su çəni ilə əlaqədər müraciət olunmuş, nəticədə Bakı Şəhər, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 29 iyun 2022-ci il tarixli Ə-113- 070 nömrəli cavaba əsasən cavabdeh tərərfindən qoyulmuş dəmir qurğuların və üzərində olan su çənin qanunsuz olduğunu etiraf edilərək, bu məsələnin həll olunması ilə əlaqədər məhkəməyə müraciət edilməsini bildirmişdirlər. Bundan başqa cavabdeh tərəfindən qeyriqanuni əlavə tikilmiş həyət mətbəxidə İddiaçı məxsus torpaq sahəsinə düşür. Bu kimi qeyri-qanuni tikili ilə əlaqədər cavabdehə məlumat verilərək, xəbərdarlıq edilmişdir ki, qeyri-qanuni tikilmiş həyat mətbəxini İddiaçı məxsus torpaq sahəsindən sökülsün. Lakin növbəti dəfədə, cavabdeh tərəfindən heç bir reaksiya verilməmiş və bu barədə tədbirlər görülməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 izahat verərək iddia tələblərini qəbul etmədiklərini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri əsassızdır və aşağıdakı səbəblərə təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edimiş: - “10 Dağüstü, 97” ünvanı üzrə həyət tiklilərinin 13 sentyabr 1974-cü ildə tərtib edilmiş planından görünür ki həyət mətbəxi planda qeyd edilmişdir. - xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 79/97 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. - AR Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavininin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 01 yanvar 2013-cü il tarixdən qüvvəd olan AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq inşa edilməsi təklif olunan yaşayış evinin təqdim olunmuş layihəyə uyğun yenidən tikintisinə etiraz etmirlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdraəsinin fərdi yaşayış evinə dair Texniki pasportdan görünür ki, Bakı şəhəri, ünvan 2 mənzil X7 məxsusdur. - 08 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, ünvan 2 mənzili X1. Mənzilin dəyəri 75000 manat müəyyən edilmişdir. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 mənzil X7 xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 79/97 yeni qaydalarla: AZ1110, ünvan 1 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin fərdi yaşayış evinə dair Texniki pasportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 79/97 yeni qaydalarla: AZ1110, ünvan 1 Cavabdeh məxsusdur. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2023-cü il tarixli 10/5966 nömrəli rəydən görünür ki, Aparılmış tədqiqatla və o cümlədən mülki iş materiallarında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı adına olan çıxarışda və texniki pasportda qeyd olunan torpaq sahəsi, likinti aparılan torpaq sahəsi ilə uyğunluq təşkil edir. Həmin torpaq sahəsində hal-hazırda tikinti işləri aparıldığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən tikilmiş tikilnin (yay mətbəxi) 6 m2 hissəsi iddiaçı Bayramov Azər Rizvan oğluna məxsus və Texniki Pasportda göstərilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh tərəfindən quraşdırılmış, üzərində su çəni olan dəmir konstruksiyanın bir hissəsi (iki ayağı) İddiaçı məxsus və Texniki Pasportda göstərilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. - Hüquq torpaq məsələləri və Ekspertiza Mərkəzinin 20 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 79/97 yeni qaydalarla: AZ1110, ünvan 1 ünvanında yaşayan Cavabdeh həmin ünvanda həyətyanı sahəsində olan tikililər **********241-10302 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir, qonşu həyətyanı sahəyə düşmür. - 08 sentyabr 2022-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 2 saylı mənzil X10 tərəfindən X3 bağışlanmışdır. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 mənzil X3 xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu barədə xx.xx.2022-ci il tarixində qeydiyyata aparılmışdır. Məhkəmə mülki işin materiallarını araşdıran zaman müəyyən etmişdir ki, 08 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, ünvan 2 mənzili X1. Bakı şəhəri, ünvan 2 mənzil X7 xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu xx.xx.2020-ci il tarixində qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 79/97 yeni qaydalarla: AZ1110, ünvan 1 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. 08 sentyabr 2022-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 2 saylı mənzil X10 tərəfindən X3 bağışlanmışdır. ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 mənzil X3 xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunlamüəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən qanunsuz tikililərin sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilsə də, 08 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 97,8 kv/m olan fərdi yaşayış evi anası X3 bağışlanmışdır. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, onun nümayəndəsi və vəkili tərəfindən isə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır vədövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ-İİİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç birnövünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədənvə ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sonqoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblikhaqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulmasıbarədə iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı bağışlanma müqaviləsi əsasında daşınmaz əmlak üzərində olan bütün hüquqlarından anası X2 xeyrinə imtina etdiyindən, cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi barədə iddian tələbini müdafiə etməyə subyektiv hüququ olmamışdır. İddiaçının subyektiv hüququ olmadığı ilə əlaqədar iddia tələbləri məhkəmə tərəfindən rədd edildiyindən, məhkəmə hesab edir ki, mülki iş üzrə sonrakı araşdırılmanın aparılmasına zərurət yoxdur. Məhkəmə bu nəticəyə gələrkən prosessual qənaət prinsipinin tələblərini rəhbər tutur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar