Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-499/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Bakı Şəhəri 21 saylı Dövlət Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən ünvan 2, 7 saylı mənzilə (yeni qaydalarla: Bakışəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) dair digər Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi 35) vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, Cavabdeh3 və Cavabdeh4 da cavabdeh qismində işə cəlb edilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, həmçinin mübahisəli mənzilə dair başqa Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi 36) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin də etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2, 7 saylı mənzil iddiaçının atası X3 xüsusi mülkiyyətində olmuşdur. N.Qasımov xx.xx.2020-ci il tarixdə başqa dövlətdə rəhmətə getmişdir. Mərhumdan sözügedən ev və qeyri-yaşayış sahəsi (qaraj) miras qalmışdır. Cavabdeh1 iddiaçının anası, digər cavabdehlər isə bacı-qardaşlarıdır. İddiaçı və cavabdehlərdən bacısı-Cavabdeh1 Azərbaycanda, anası və qardaşı isə illərdir başqa dövlətdə yaşayırlar. Cavabdeh-bacı Cavabdeh1 mübahisəli evin çox hissəsinə mülkiyyət hüququ əldə etmək üçün iddiaçının xəbəri olmadan anasına və qardaşına təsir edərək, onlar tərəfindən onun adına etibarnamə göndərilməsinə nail olmuş, həmin etibarnamə əsasında cavabdeh notariusa müraciət edərək, mübahisəli miras əmlakın guya valideynlərinin birgə nikahı dövründə əldə olunması ilə bağlı analarının adına şəhadətnamə, eyni zamanda qanun üzrə digər vərəsəlik haqqında şəhadətnamələr alınmış, həmin şəhadətnamələrə əsasən elə eyni tarixdə də miras payın bağışlanmasına dair müqavilələr bağlanmış, bundan sonra isə həmin müqavilələrə uyğun olaraq Cavabdeh1 mübahisəli mənzilin 7/8 hissəsinə dair öz adına müvafiq çıxarış almışdır. Bununla bağlı tərəflərindən cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X2 miras qalmış ünvan 2, 7 saylı mənzilə dair digər Cavabdeh4 adına verilmiş ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(005)-3785/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Tərəflərindən qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilərək, qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X2 miras qalmış ünvan 2, 7 saylı mənzilə dair Cavabdeh4 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə həmçinin onlara yuxarıda sözügedən bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin ümumi qaydada ayrıca icraatda mübahisələndirmək hüququnun olması izah edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bundan sonra tərəflərindən iddia ilə məhkəməyə müraciət edilərək, ünvan 2, 7 saylı mənzilin (yeni qaydalarla: ünvan 1 ½ hissəsinin Cavabdeh4 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, həmçinin həmin mənzilin yerdə qalan-onların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh4 və Cavabdeh3 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə və onların əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2(005)-4027/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1888/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2902/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2(005)-4027/2022 saylı qətnaməsinin icrası zamanı müəyyən edilmişdir ki, etibarsız hesab edilmiş sənədlər arasında mübahisəli mənzilə dair Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməmişdir. Halbuki həm həmin şəhadətnamənin verilməsinə əsas olmuş, həm də həmin şəhadətnamə əsasında alınmış sənədlərin hamısı etibarsız hesab edilmişdir. Bununla da müəyyən edilir ki, həmin şəhadətnamə artıq öz-özlüyündə etibarsız sənəddir. Buna görə də hazırda həmin şəhadətnamənin də məhkəmə tərəfindən etibarsız sayılması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki Prosssual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ölüm haqqında 1xx-xx-035958 saylı şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, Natiq Qasımov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir; - Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən xx.xx.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış əri (arvadı) Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsində mülkiyyət hüququ vardır. X3 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı AR ƏMDK DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş **********82-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, mənzil 7 (Yeni qaydalarla: Az1008, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.1 kv.m olan mənzildən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdakı payı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, mənzil 7 (Yeni qaydalarla: Az1008, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh1dır və əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş **********82-05***-******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, mənzil 7 (Yeni qaydalarla: Az1008, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.1 kv.m olan mənzildən ibarətdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh4, Cavabdeh3dur və onların hər biri miras əmlakdan 1/8 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş **********82-05***-******* reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, mənzil 7 (Yeni qaydalarla: Az1008, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv.m olan mənzildən ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iş üzrə tərəflər yaxın qohum olmaqla, miras qoyanın birinci növbə vərəsələridirlər. ünvan 2 ünvanında yerləşən 7 saylı mənzil tərəflərin ataları, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmışdır. Tərəflər arasında daha öncə də miras əmlakla bağlı məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisələndirilən mənzilə dair anaları Cavabdeh4 adına verilmiş mənzilin 1/2 hissəsi üçün mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmiş, digər məhkəmə qətnaməsi ilə isə Cavabdeh4 və Cavabdeh3 tərəfindən mənzilə miras payın Cavabdeh1 bağışlanmasına dair müqavilələr etibarsız hesab edilmişdir. İddiaçı əvvəlki məhkəmə proseslərində yanlışlıqla vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbini irəli sürmədiklərini bildirərək, məhkəmə aktlarının preyudisiallığına istinad edərək bacı və qardaşının adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsini xahiş edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145 və 1151.1-ci maddəsinə uyğun olaraq, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1 və 1255-ci maddələrinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı daha öncə də cavabdehlər Cavabdeh4 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxslər: Cavabdeh1, Cavabdeh3) şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X2 miras qalmış ünvan 2, 7 saylı mənzilə dair digər Cavabdeh4 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3785/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3785/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X2 miras qalmış ünvan 2, 7 saylı mənzilə dair Cavabdeh4 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmçinin iddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 qarşı miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilin (yeni qaydalarla: ünvan 1 1/2 hissəsinin Cavabdeh4 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, həmçinin həmin mənzilin yerdə qalan-onların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh4 və Cavabdeh3 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə və onların əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4027/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: ünvan 1 ½ hissəsinin Cavabdeh4 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: ünvan 1 Cavabdeh4 və Cavabdeh3 tərəfindən onların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1888/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4027/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2902/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(103)- 1888/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırki mülki iş üzrə Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X2 miras qalmış ünvan 2, 7 saylı mənzilə dair Cavabdeh4 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə, eləcə də Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin ½ hissəsinin Cavabdeh4 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin Cavabdeh4 və Cavabdeh3 tərəfindən onların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh1 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilmiş, məhkəmələrin yekun qətnamələri öz qanuni qüvvələrini almışdır. Hazırda da iddiaçı məhz mübahisələndirilən əmlaka dair cavabdehlərin adına verilmiş qanun üzrə şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş edir. Qeyd edilənlərdən də göründüyü kimi, hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olub-olmaması, mübahisələndirilən miras əmlaka dair şəhadətnamələrdə miras payın müəyyən edilməsinə bilavasitə təsir edən, sağ qalmış arvadın adına miras əmlakın ½ hissəsinə verilmiş şəhadətnamənin etibarsızlığı məsələsi daha öncə məhkəmələr tərəfindən müəyyən edildiyindən, həmin qətnamələr hazırki iş üzrə preyudisial xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə iş üzrə qəbul edilmiş qətnamə ilə sağ qalmış arvada verilmiş mübahisələndirilən mənzilin ½ hissəsinə mülkiyyət hüququ barədə şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğvini əsas götürərək, bu halın isə miras əmlaka dair qanun üzrə vərəsələrin paylarının qanuna uyğun yenidən bölünməsini şərtləndirdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilə (yeni qaydalarla: ünvan 1 dair digər Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli, 35 reyestr nömrəli, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 adına verilmiş xx.xx.2021-ci il tarixli, 36 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən ünvan 2 ünvanında yerləşən 7 saylı (yeni qaydalarla: ünvan 1 mənzilə dair digər Cavabdeh1 adına verilmiş xx.xx.2021ci il tarixli, 35 reyestr nömrəli, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 adına verilmiş xx.xx.2021-ci il tarixli, 36 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-499/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-499/2025
19.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver