Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5107/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, Playstation 5 X2, X3 13, Zəmanət + 3 İL Xidməti, X1 1 İL Xidmət üçün 3742,02 (üç min yeddi yüz qırx iki manat, 02 qəpik) manat ödənilməmiş hissə, 374,20 (üç yüz yetmiş dörd manat 20 qəpik) manat dəbbə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, 2 ədəd X3 13 Markalı Kompüter, 2 ədəd Zəmanət + 1 il Xidməti üçün 3300 (üç min üç yüz) manat ödənilməmiş hissə, 330 (üç yüz otuz) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, X3 13 Markalı Kompüter, Zəmanət + 1 İL Xidmət üçün 1834 (min səkkiz yüz otuz dörd) manat ödənilməmiş hissə, 183,4 (yüz səksən üç manat, 40 qəpik) manat dəbbə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, X3 13 Markalı Kompüter, Zəmanət + 1 i Xidmət üçün 1833,5 (min səkkiz yüz otuz üç manat, 50 qəpik) manat ödənilməmiş hissə, 183,35 (yüz səksən üç manat, 35 qəpik) manat dəbbə Ümumilikdə 11780,47 manat borc, 125,34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, Playstation 5 X2, 5 ədəd X3 13, Zəmanət + 3 İL Xidməti, X1 1 İL Xidmət , 4 ədəd Zəmanət+ 1 İL Xidməti almış və nəticədə 11780,47 (on bir min yeddi yüz səksən manat, 47 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3997.02 (üç min doqquz yüz doxsan yeddi manat, 02 qəpik) manat (18 ay x 207,89 manat + 255 manat ilkin ödəniş) olanPlaystation 5 X2, X3 13, Zəmanət + 3 İL Xidməti, X1 1 İL Xidmət üçün ümilikdə, 4116,22 (dörd min yüz on altı manat, 22 qəpik) manat olmaqla ondan, 3742,02 (üç min yeddi yüz qırx iki manat, 02 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 374,20 (üç yüz yetmiş dörd manat 20 qəpik) manat dəbbə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4404 (dörd min dörd yüz dörd) manat (12 ay x 367 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd X3 13 Markalı Kompüter, 2 ədəd Zəmanət + 1 İL Xidmət üçün ümumilikdə, 3630 (üç min altı yüz otuz) manat olmaqla ondan 3300 (üç min üç yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 330 (üç yüz otuz) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2202 (iki min iki yüz iki) manat (12 ay x 183,5 manat + 0 manat ilkin ödəniş) olan X3 13 Marklaı Kompüter, Zəmanət + 3 İL Xidməti üçün ümumilikdə, 2017,40 (iki min on yeddi manat, 40 qəpik) manat olmaqla ondan, 1834 (min səkkiz yüz otuz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 183,4 (yüz səksən üç manat, 40 qəpik) manat dəbbə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2202 (iki min iki yüz iki) manat (12 ay x 183,5 manat + 0 manat ilkin ödəniş) olan X3 13markalı kompüter, Zəmanət + 3 İL Xidməti üçün ümumilikdə, 2016,85 (iki min on altı manat,85 qəpik) manat olmaqla ondan, 1833,5 (min səkkiz yüz otuz üç manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 183,35 (yüz səksən üç manat, 35 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2095,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında verilən izahatlar İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, həmin məhsulları qohumu götürüb, lakin dəyərini ödəməyib. Əlavə kreditlərinin olduğunu və ödəyə bilmədiyini bildirdi. Əsas borc məbləğini qəbul etdiyini, lakin dəbbə borcunun şişirdildildiyini qeyd etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - xx.xx.2024-cü il tarixli, 72194 saylı müqaviləyə və Əlavəyə əsasən, İddiaçı ona məxsus olan ilkin ödəniş daxil olmaqla 3996,98 manat dəyərində X3 13, Playstation 5 X2 , Zəmanət + 3 İL Xidməti və X1 1 İL Xidmət əşyaları“Müştəri”-yə Cavabdeh müqavilədə göstərilən şərtlərlə verir. ”Müştəri”- isə “mal”-ı müqavilə üzrə ödənişləri ödəniş cədvəlinə əsasən vaxtında ödəməklə əldə edir. - 17 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3742,02 manat əsas, 374.20 cərimə borcu, ümumillikdə 4116,22 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3300 manat əsas borc.330 manat dəbbə borcu ümumillikdə 3630 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1834 manat əsas borc,183,4 manat dəbbə pulu, ümumilikdə 2017,40 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1833,5 manat, 183,35 manat dəbbə pulu ümumilikdə 2016.85 manat olmaqla müqavilələr üzrə ümumilikdə 11780,47 manat borcu yaranmışdır. -xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2025-ci il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli bağlanmış tarixli müqavilənin 3.11-ci bəndinə əsasən, öhdəlikləri pozduğu üçün malları “ABC Telecom MMC”-ə tam saz və korlanmamış vəziyyətdə geri qaytarmalıdır. Bu zaman qaytarılan mal birtərəfli qaydada şirkət tərəfindən qiymətləndiriləcək. Bu mümkün olmadıqda, malın müqaviləyə əlavədə qeyd olunmuş dəyəri tərəfinizdən tam şəkildə ödənilməlidir. Hazırki xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, Müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Ödəniş qəbzinə əsasən, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 125,34 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə, ödənilməmiş qalan əsas borca hesablanmış cəriməni tələb etməkdə haqlıdır. İş materiallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə əşyaları təhvil almış və əşyaları təhvil aldığı zaman imzaladığı müqaviləyə əsasən həmin əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borclunun İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin, cavabdeh alqı-satıq müqaviləsi əsasında iddiaçıdan malların təhvil alınmasına dair hüququndan istifadə etmiş, əşyaların dəyəri və həmin müqavilələr üzrə yaranan cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-Cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı Cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Əsas borc məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh xx.xx.2025-cü il tarixli müqavilə üzrə 3742,02 (üç min yeddi yüz qırx iki manat, 02 qəpik) manat, xx.xx.2025-cü il, tarixli müqavilə üzrə 3300 (üç min üç yüz) manat, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 1834 (min səkkiz yüz otuz dörd) manat, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 1833,5 (min səkkiz yüz otuz üç manat, 50 qəpik) manat əsas borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin (dəbbə pulunun) ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2025-ci il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələr üzrə dəbbənin (cərimənin) miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq azaldılmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 3742,02 (üç min yeddi yüz qırx iki manat, 02 qəpik) manat əsas, 300 manat cərimə borcu, xx.xx.2025-cü il, tarixli müqavilə üzrə 3300 (üç min üç yüz) manat əsas borc, 250 manat cərimə borclu, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 1834 (min səkkiz yüz otuz dörd) manat əsas borc,150 manat cərimə borcu, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 1833,5 (min səkkiz yüz otuz üç manat, 50 qəpik) manat əsas borc, 150 manat cərimə borcu olmaqla ümumilikdə 11 559,52 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 3742,02 (üç min yeddi yüz qırx iki manat, 02 qəpik) manat əsas, 300 manat cərimə borcu, xx.xx.2025-cü il, tarixli müqavilə üzrə 3300 (üç min üç yüz) manat əsas borc, 250 manat cərimə borclu, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 1834 (min səkkiz yüz otuz dörd) manat əsas borc, 150 manat cərimə borcu, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 1833,5 (min səkkiz yüz otuz üç manat, 50 qəpik) manat əsas borc,150 manat cərimə borcu olmaqla ümumilikdə 11 559,52 (on bir min beş yüz əlli doqquz manat əlli iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMCnin xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 125,34 manat dövlət rüsumunun 124 manatı Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid eidlsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə