Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5151/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Ventilyator DYSON, Yupiter asqı, X1 MAX 2 ədəd Zəmanət - 3 il xidməti üçün 3215,76 manat ödənilməmiş hissə və 321,58 manat hesablanmış cərimə olmaqla, ümumilikdə 3537,34 manat borcun və 55,38 manat iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Ventilyator DYSON, Yupiter asqı, X1 MAX 2 ədəd Zəmanət - 3 il xidməti alaraq əldə etmiş və nəticədə 3537,34 manat borcu yaranmışdır. Cabadeh müqavilə şərtlərini pozaraq iddiaçıya olan borcunu vaxtında və lazımi qaydada ödəmədiyindən, alğı-satqı qiyməti 3215,76 manat olan Ventilyator DYSON, Yupiter asqı, X1 MAX 2 ədəd Zəmanət - 3 il xidməti üçün ümimilikdə 3537,34 manat olmaqla, ondan 3215,76 manat ödənilməmiş hissə (əsas borc) və müştəriyə güzəşt olunaraq hesablanmış 321,58 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktı”na əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçının cavabdehlə arasında olan telefon danışığı, həmçinin cavabdehə göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olması rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər - tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən сavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. - İşə əlavə edilmiş ********** nömrəli, xx.xx.2025-ci il tarixli Müqavilənin və onun əlavəsi olan həmin tarixli bildirişin surətindən görünür ki, həmin müqavilə ilə cavabdeh Ventilyator DYSON, Yupiter asqı, X1 MAX 2 ədəd Zəmanət - 3 il xidmətini iddiaçıdan satın almış və müqaviləni imzalamaqla müqavilə şərtləri ilə razılaşmışdır. - İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan ümumi dəyəri 3215,76 manat olan Ventilyator DYSON, Yupiter asqı, X1 MAX 2 ədəd Zəmanət - 3 il xidməti 24 ay müddətinə aylıq 133,99 manat ödəmək şərti ilə satın almışdır və onun tərəfindən borcun heç bir hissəsi ödənilməmiş, 3215,76 manat ödənilmədən qalmışdır. Bununla da cavabdehin iddiaçıya 3215,76 manat əsas borcu və 321,58 manat ödənişin gecikdirilməsinə görə hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 3537,34 manat borcu yaranmışdır. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh həmin məktub göndərilməklə aralarında bağlanmış müqavilə üzrə aldığı malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi, öhdəliklər pozulduğu üçün malın saz və korlanmamış vəziyyətdə geri qaytarılması, malın şirkət tərəfindən qiymətləndiriləcəyi və bu mümkün olmadığı halda malın müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödəniləcəyi və öhdəliklərin 3 iş günü müddətini həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. - İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzin surətindən göründüyü kimi, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 55,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, Ümumi Oferta müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Cərimə borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən borcluya göndərilmiş dəbbə pulunun məbləği azaldılmalı və cavabdehdən 300 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Ventilyator DYSON, Yupiter asqı, X1 MAX 2 ədəd Zəmanət - 3 il xidməti üçün 3215,76 manat borc, 300 manat dəbbə pulu və iddia ərizəsi üçün ödənilmiş 55,38 manat dövlət rüsumunun 54,8 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Ventilyator DYSON, Yupiter asqı, X1 MAX 2 ədəd Zəmanət - 3 il xidməti üçün 3215,76 manat əsas borc, 300 manat dəbbə pulu və iddia ərizəsi üçün ödənilmiş 54,8 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-5151/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5151/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver