Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5580/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əzizova Şəbnur Rəfail qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********66441 olan İphone 13, apple adapter, qızıl zəmanət ultra 2 İL xidməti üçün 1092,87 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 109,29 manat cərimə olmaqla, ümumilikdə 1225,76 manat borc və 32,26 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda İddiaçı MMC (səlahiyyətli nümayəndəsi) tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. - 260.1, 260.3-cü maddələrinə müvafiq olaraq, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. - 114.1.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.1.2-ci maddəsinə müvafiq olaraq, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd edilməlidir ki, ərizənin baxılmamış saxlanılması barədə müraciətin həll edilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin “Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” adlanan 23-1-ci fəslində xüsusi normalar nəzərdə tutulmadığından, məhkəmə MPM-in 13.4-cü maddəsini tətbiq edərək, 259.0.11-ci maddəsi əsasında ərizənin baxılmamış saxlanılmasını məqsədəmüvafiq hesab edir. Görünən odur ki, iddia tələbi ilə müraciət etmiş iddiaçı hazırda ərizəsinin baxılmamış saxlanılmasını və təqdim etmiş olduğu sənədlərin geri qaytarılmasını tələb edir. Məhkəmənin qənaətinə görə ərizənin təmini üçün hər hansı maneə müəyyən edilmədiyinə görə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi (əlavələri ilə birlikdə) iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı MMC tərəfindən ********** nömrəli qəbz əsasında ödənilmiş 32,26 manat məbləğində dövlət rüsumu dövlət büdəsindən rüsum ödəyicisi "xxxx" MMC-yə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi (əlavələri ilə birlikdə) iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 32,26 manat məbləğində pul vəsaiti (Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnur Əzizova
Məhkəmə qərarları › İş №e-2(005)-5580/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5580/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver