Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-593/2024 26.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat məbləğində sığorta ödənişinin, 54.54 (əlli dörd manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı məbləğinin, cəmi 3508.8 (üç min beş yüz səkkiz manat, səksən qəpik) məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus olan “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz C250” markalı, ** AN *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı mütənasiblik qaydasında 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASCyə geri ödənilmişdir. AR Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 05 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş AR Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 05 sentyabr 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan və “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Range Rover” markalı, 90SJ555 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 8495 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-C-23/2203 saylı geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubların çatdırılmasına dair xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi çıxıldıqdan sonra qalan 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat məbləğində olan hissəsinin ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödənilmiş 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişinin “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə mütənasiblik qaydasında ödənilmiş 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi çıxıldıqdan sonra qalan 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat məbləğində olan hissəsini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur. Bununla yanaşı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54.54 (əlli dörd manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı da cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə tutulmalıdır. Bununla bağlı bildirir ki, dövlət rüsumunun və xidmət haqqının ödənilməsini təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, ekspert rəyi ilə razı deyildir. Avtomobili arxa hissədən vurmuşdur, onun dəyəri təxminən 13000-15000 ətrafındadır. Zərər vurulmuş avtomobilə özü və ustaları tərəfindən şəxsən baxış keçirilmişdir, bu zaman müəyyən olunmuşdur ki, dəymiş ziyan təxminən 4000 manat ətrafındadır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq digər cavabdeh və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə digər cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. -AR Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 05 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, 22 avqust 2023-cü il tarixdə saat 13:30-da Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 49-cu kilometrliyində xx.xx.1963-cü il təvəllüdlü Salyan rayonu Quyçu kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi «Range Rover» markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qazax rayonu istiqamətində yolun orta hərəkət zolağı ilə hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə, eyni zolaqda hərəkətdə olan xx.xx.1994-cü il təvəllüdlü Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olan və yaşayan X1 idarə etdiyi «Mercedes Benz C250» markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə düzgün ara məsafəsi saxlamadığından idarə etdiyi avtomobilin qabaq hissəsilə «Mercedes Benz C250» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində «Mercedes Benz C250» markalı avtomobilin sərnişini xx.xx.1967-ci il təvəllüdlü Lənkəran rayonu Yuxarı Nüvədi kəndində qeydiyyatda olan və yaşayan X3 təcili yardıma müraciət etmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində İXM-nin 327.1. maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti BDYPİ YPXA-na göndərilmişdir. - TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat cərimə olunmuşdur. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan və “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. Hadisə zamanı sürücüsü isə Cavabdeh2 olmuşdur. - “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışla və BB154552 saylı nəqliyya vasitəsinin şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, “Range Rover” minik markalı ağ rəngli 90SJ555 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış və ƏN-V seriyalı 789079 saylı nəqliyyat vasitələrindən istifadə haqqında etibarnamənin surətləri ilə müəyyən olunur ki, etibar edən (mülkiyyətçi) Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 2019-cu il buraxılışlı “Mercedes Benz CLS 450 4 Matic minik” markalı 90OC555 dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnu xx.xx.2028-ci il tarixədək etibar edilən Cavabdeh2 etibar etmişdir. - xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 8495 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 100 (yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 8395 (səkkiz min dörd yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - xx.xx.2023-cü il tarixli, BS-C-23/2203 saylı geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubların çatdırılmasına dair xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi çıxıldıqdan sonra qalan 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat məbləğində olan hissəsinin 5 gün müddətində ASC-yə geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli 9/1405 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC-nin tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı ‘Mercedes Benz C250” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6638,00 manat müəyyən edilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli 9/5422 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktında 2012-ci il buraxılışlı “Mercedes Benz C250” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8495 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 6520,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1975,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6638,00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 4663,00 manat; təmir-bərpa işlərinin qiyməti — 1975,00 manat. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin kasko növündə sığortalanmışdır. Həmin avtomobil xx.xx.2023cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən etibarnamə əsasında idarə olunan, Cavabdeh1 məxsus “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı Cavabdeh1 ara məsafəsini düzgün seçməmiş, nəticədə o, AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər qarşılanmışdır. Hazırda iddiaçı ödənilmiş sığorta ödənişinin (geriyə qalan hissəsinin) cavabdehlərdən müştərək qaydada tutulması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun: - 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. - 37.1 -ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının: 35.1-ci bəndinə əsasən, sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh2 təqsiri iş materialları ilə müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Bakı- Qazax-Gürcüstan kəsişməsində “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsini düzgün seçməmiş, nəticədə “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmuşdur. Nəticədə TP ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ilə AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən cərimə olunmuşdur. 2012-ci il buraxılışlı “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi BOKT "xxxx" MMC-dir. Həmin avtomobilə dəymiş zərərin əvəzi sığortaçı kimi iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən, Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı “Mercedes Benz C250” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmiş, həmçinin yaranmış sualların aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 məhkəmə iclasına dəvət olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli 9/1405 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC-nin tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı ‘Mercedes Benz C250” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6638,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli 9/5422 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu iləmateriallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktında 2012-ci il buraxılışlı “Mercedes Benz C250” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8495 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 6520,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1975,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6638,00 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 4663,00 manat; təmir- bərpa işlərinin qiyməti — 1975,00 manat. Məhkəmə iclasında ekspert X5 bildirmişdir ki, ekspert rəyi iş materiallarına əlavə edilmiş qüsur aktına əsasən verilmişdir. Başqa sənədlərə əsasən ekspertiza aparılması səlahiyyətləri yoxdur. Avtomobilə dəymiş ziyanla bağlı baxış keçirilmir, yalnız qüsur aktı nəzərə alınır. Bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli daxili əmri vardır. Yalnız qüsur aktına əsasən dəymiş zərər hesablanır. Ekspert rəyində həm köhnəlmə əmsalı ilə, həm də köhnəlmə əmsalı nəzərə alınmadan məbləğlər göstərilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmələrini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəyin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Subroqasiya qaydasında tələb olunan məbləğ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən “Mercedes Benz C250” minik markalı, **-AN- *** dövlət qeydiyyat nişanlı avtomobilə 8495 (səkkiz min dörd yüz doxsan beş) manat zərər vurulduğu göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli 9/5422 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi ilə köhnəlmə faizi nəzərə alınmadan qeyd olunan zərərin məbləği təsdiq olunur. "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 8395 manat məbləğdən "xxxx" ASC tərəfindən icbari sığorta qaydasında ödənilmiş 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat çıxıldıqdan sonra yerdə ödənilməmiş 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat zərər qalır. Qeyd olunan məbləğ iddiaçının tələb etdiyi məbləğlə uyğun gəlir. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəylərini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, sığorta müqaviləsində sığorta ödənişi həyata keçirilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq olunması nəzərdə tutulmadığından, iddiaçı - sığortaçı tərəfindən avtomobilə dəymiş zərərin əvəzi köhnəlmə əmsalı tətbiq edilmədən zərərçəkmişə ödənildiyindən avtomobilə vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci 8495 (səkkiz min dörd yüz doxsan beş) manat həddində müəyyən edilməlidir. Bununla yanaşı, iş materialları və iddia ərizəsindən müəyyən olunur ki, avtomobilə dəymiş zərərə görə 4941.14 (dörd min doqquz yüz qırx bir manat, on dörd qəpik) manat məbləğində olan hissəsi “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilmiş məbləğ, habelə 100 (yüz) manat azadolma məbləği də nəzərə alınmalı, 3453.86 (8495 – 100 - 4941.14 = 3453.86 manat) manat cavabdehlərdən iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı pul məbləğini həm avtomobilin mülkiyyətçisindən, həm də hadisə zamanı avtomobili idarə edən şəxsdən tələb edir. İş materialları ilə Cavabdeh2 hadisə zamanı “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən etibarnaməsinin olması müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarış və ƏN-V seriyalı 789079 saylı nəqliyyat vasitələrindən istifadə haqqında etibarnamənin surətləri ilə müəyyən olunur ki, etibar edən (mülkiyyətçi) Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 2019-cu il buraxılışlı “Mercedes Benz CLS 450 4 Matic minik” markalı 90OC555 dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnu xx.xx.2028-ci il tarixədək Cavabdeh2 etibar etmişdir. Hadisə zamanı Cavabdeh2 tərəfindən idarə edilən avtomobil isə “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, pul vəsaiti həm avtomobilin mülkiyyətçisi kimi Cavabdeh1, həm də “Range Rover” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsas olmadan idarə edən Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 54.54 (əlli dörd manat, əlli dörd qəpik) manat və bank xidmət haqqı kimi 0,40 (qırx qəpik) manat cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 100 (yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat məbləğində sığorta ödənişi, 54.54 (əlli dörd manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı məbləği tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3453.86 (üç min dörd yüz əlli üç manat, 86 qəpik) manat məbləğində sığorta ödənişi, 54.54 (əlli dörd manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-593/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-593/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver