Məhkəmə qərarları › İş №e-2(005)-61/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-61/2024

18.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-61/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs1 MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı, ekspert rəyi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia tələbi üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia tələbi üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi X10 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs1 MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: "xxxx" MTK ilə İbişzadə Rəhman arasında bağlanmış 10 iyun 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030 məhəllədə ünvanında yerləşən 140 kv.m qeyri-yaşayış sahəsi X4 verilmişdir. X8 pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməklə son nəticədə həmin sahənin qəbul etməyi öz üzərinə götürmüşdür. Bakı şəhəri, X28 10A ünvanında tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 32 kv.m qeyri-yaşayış sahəsi 02 oktyabr 2012-ci il tarixli 033 nömrəli müqavilə ilə Cavabdeh2 MMC (Satıcı) tərəfindən müvafiq sənədləşdirmələrə əsasən X5 (Alıcı) satılmışdır. Bakı şəhəri, X28 10A ünvanında tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 108 kv.m qeyri-yaşayış sahəsi 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqavilə ilə Cavabdeh2 MMC (Satıcı) tərəfindən müvafiq sənədləşdirmələrə əsasən İddiaçı (Alıcı) satılmışdır. Cavabdeh2 MMC-nin xx.xx.2015-ci il tarixli, 48 saylı arayışına əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən 10 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. Göstərilən yaşayış sahəsi İddiaçı məxsusdur. Cavabdeh2 MMC-nin 16 avqust 2021-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə, 1 saylı binanın kürsülü mərtəbəsində ümumi sahəsi 105,4 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərini müqavilə əsasında mülkiyyətçi Cavabdeh1 tərəfindən razılaşma yolu tam ödənilmişdir və heç bir borcu qalmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllədə yerləşən 1 saylı binanın kürsülü mərtəbəsindəki qeyri-yaşayış sahəsi 16 avqust 2021-ci il tarixli binanın qeyri-yaşayış sahəsi tikintisi haqqında Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən, şirkət müqavilə əsasında mülkiyyətçiyə verməyi, müqavilə əsasında mülkiyyətçi isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və müqavilə əsasında mülkiyyətçi ilə şirkət arasında qeyri-yaşayış sahəsini qəbul etməyi və müqavilə əsasında mülkiyyətçi ilə şirkət arasında qeyri-yaşayış sahəsinin dəyərinin razılaşdırma yolu ilə ödəməyi (12 avqust 2021-ci il tarixli Protokol №02) “ müqavilə əsasında mülkiyyətçi” öhdəsinə götürmüşdür. 29 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, X28 1030 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Maraqlı şəxs1 MMC-yə icarəyə vermişdir. 643828 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Hazırda ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs1 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxslər olmaqla) qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ˝lioretnizA˝ MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə, səlahiyyətli şəxslərin əməllərində cinayətin əlamətlərinin olması səbəbindən bu barədə xüsusi qərardad çıxarılmasını, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin və xx.xx.2015-ci il tarixli 48 saylı arayışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İlkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq 140 kv.m. sahəyə münasibətdə lioretnizA˝-İnşaat˝ MTK ilə X8 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış alğı-satqı müqaviləsinə əsasən sonuncunun sahiblik və istifadəsinə verilmişdir. Daha sonra R.İbişzadə sözügedən sahənin 108 kv.m. -ni xx.xx.2012-ci il tarixdə öz razılığı ilə X1, bundan sonra R.İbişzadə tərəfindən MTK-ya verilmiş razılıq ərizəsi əsasında sözügedən sahəyə dair ˝lioretnizA˝ MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Eyni zamanda ˝lioretnizA˝ MMC-nin həmin tarixdə direktoru olmuş Heydər İbrahimov tərəfindən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən 108 kv.m. qeyri-yaşayış sahəsi üzrə MMC-yə hər hansı borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair˝ xx.xx.2010-cu il tarixli Qərarına əsasən nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər˝. Qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair R.İbişzadə İddiaçı, Ş.Şahbazova və Y.Şahbazova qarşı lup˝ tələbinə dair˝ iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 220000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2500/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, həmin qətnamədən cavabdehlərin verdiyi apellyasiya şikayətləri BakıApelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-697/2022 saylı qətnaməsi ilə təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2500/2021 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Apelyasiya məhkəməsinin sözügedən qərarı ilə bir daha mübahisələndirilən qeyri-yaşayış sahəsinin İddiaçı qanuni əsaslarla satıldığı və həmin həmin sahənin İddiaçı qanuni əsaslarla sahiblik və istifadəsində olması halı müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanunu qüvvəsini almışdır. Eyni zamanda qeyd edilməlidir ki, R.İbişzadə Ş.Şahbazova, İddiaçı və digərlərinə qarşı lup˝ tələbinə dair˝ iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsində ˝lioretnizA˝ MMC-nin nizamnamə kapitalının 50% payına sahib olan X24 üçüncü şəxs qismində göstərmiş və sonuncu tərəfindən İddiaçı hüquqlarını şübhə altına alacaq hər hansı etiraz və ərizə məhkəməyə daxil olmamışdır. Göstərilən əsaslardan çıxış edərək, İddiaçı qeyri-yaşayış sahəsini etibarnamə üzrə nümayəndəsi X25 vasitəsilə YTUAEB˝ SİGN˝ MMC ilə bağlamış olduğu xx.xx.2021-ci il tarixli, 3M-1598 saylı icarə müqaviləsinə əsasən icarəçinin istifadəsinə vermişdir. Lakin hazırda İddiaçı məlum olmuşdur ki, ˝lioretnizA˝ MMC sözügedən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi bağlayaraq, sonuncuya maliyyə arayışı vermiş, bunun əsasında qeyri-yaşayış sahəsi dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən bir kimsəyə satılmamış, hər hansı formada özgəninkiləşdirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair˝ xx.xx.2010-cu il tarixli Qərarında formalaşdırmış olduğu hüquqi mövqedən aydın olur ki, MMC ilə bağlanılmış müqavilədən sonra borcunu tamamilə ödəmiş və buna dair maliyyə arayışı əldə etmiş şəxs MMC-dəki əmlaka dair istifadə və sahiblik hüquqlarını əldə etmiş olur. Belə olan təqdirdə həmin əmlak artıq MMCnin balansından çıxdığı və ona məxsus olmadığı üçün, MMC özünə məxsus olmayan əmlaka – hazırki halda qeyri-yaşayış sahəsinə dair hər hansı formada başqa müqavilə bağlaya bilməzdi. Bu qanunun tələbinin kobud şəkildə pozulmasıdır. İşin görünən halı ondan ibarətdir ki, kimlərsə qanuni əsaslarla İddiaçı məxsus əmlakı saxta sənədlər əsasında Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Burada müvafiq səlahiyyətli şəxslərin əməlində cinayət tərkibinin əlamətləri də mövcuddur. Qarşılıqlı iddia ərizəsinin dəlilləri İddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini (İddia tələbi dəqiqləşdirilmişdir) onunla əsaslandırmışlar ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli 034 saylı müqaviləni isə ilk dəfədir görməklə yanaşı qeyd edirlər ki, həmin müqavilə saxtadır və qanunsuzdur. Belə ki, Cavabdeh2 MMC xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 479 saylı Sərəncamı ilə Nəsimi rayonu, X28 küçəsi, 1030cu məhəllədə Cavabdeh2 MMC-nin mövcud istifadəsində olan 0,26 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evinin və ofis binasının layihələndirmə, tikinti və abadlıq işlərinin aparılmasına icazə verilmişdir. Həmin sərəncam və digər hüquq müəyyənedici sənədlər əsasında Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu X28 küçəsi 1030 məhəllə ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin, çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə heç bir müqavilə bağlanmamış və həmin qeyri-yaşayış sahəsi cavabdehə satılmamışdır. Adi gözlə də müəyyən etmək olar ki, xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilə saxtadır, həmin müqavilə Cavabdeh2 MMC-nin direktoru X9 tərəfindən imzalanmamışdır və cəmiyyətin möhürü ilə eynilik təşkil etməyən saxta möhür ilə təsdiqlənmişdir. Bundan əlavə, müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin dəyəri ilə bağlı İddiaçı tərəfindən cəmiyyətə heç bir məbləğdə vəsait ödənilməmişdir. Göründüyü kimi, Cavabdeh2 MMC ilə İddiaçı arasında heç bir müqavilə bağlanmamış, xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilədə Cavabdeh2 MMC-nin rəhbərinin imzası, cəmiyyətin möhürü saxtalaşdırılmışdır. Bununla yanaşı bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixədək Cavabdeh2 MMC-nin balansında olmuş, hal-hazırda isə xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Məhz həmin qeyriyaşayış sahəsinin cəmiyyətin balansında olması bir daha iddia ərizəsində qeyd etməklə Cavabdeh2 MMC-də 50% paya malik olan təsisçi X27 Cavabdeh1 qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququnun verilməsinə dair aparılmış qeydlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3119/2022 saylı qərardadı ilə xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 MMC-nin iddia tələbinə “maliyyə arayışının etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə öz izahatında bildirib ki, İddiaçı Əliyev İlqarla bağlanmış müqavilə və onun çıxarış almasından məlumatı olmayıb. Yalnız başqa məhkəmə işi ilə əlaqədar müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilərək məhkəmə tərəfindən qərardad qəbul edildikdən sonra, mübahisəli qeyri-yaşayış sahəsi ilə əlaqədar Ə. İlqar ilə Cavabdeh2 MMC arasında belə bir müqavilənin olduğundan və həmin müqavilə əsasında çıxarış əldə etməyindən xəbər tutub. İbişzadənin ilkin müqaviləsi MTK ilə bağlanıb, sonrakı müqaviləni (32 kv.m. ilə əlaqədar) MMC təsdiqləyib. İ. Rəhmanın həmin qeyri-yaşayış sahəsini Şahbazoba Arzuya satdığını etiraf edən ərizəsi mövcuddur. İ.Rəhmanın müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilməyib. Qeyri-yaşayış sahəsi İddiaçı maneəsiz istifadəsində və sahibliyində olub. Belə ki qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müxləlif şəxslərlə, o cümlədən "xxxx" MMC, daha sonra üçüncü şəxs Maraqlı şəxs1 MMC ilə notarial qaydada icarə müqavilələri bağlanıb. Azinteroli MMC-nin direktoru Heydər İbrahimov tərəfindən xəbərdarlıq məktubları göndərilərək, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin kommunal xidmətləri üzrə ödənişlər tələb edilmişdir. Həmin məsələ məhkəməyə təqdim edilmiş diskdə əks edilmiş video yazıda da təsdiqini tapır. Qarşı tərəfin Şahbazovaya Arzuya məxsus müqavilə barədə məlumatı olmaması ağlabatan deyil. Məhkəmə tərəfindən təyin edilən ekspert rəyi ilə razı deyil. Belə ki, ekspert ilk əvvəl tədqiqatın aparılması üçün ona 3-5 sayda sənəd nümunəsinin zəruri olduğunu bildirsə də, daha sonra bir nümunə ilə kifayətlənmişdir. Məhkəmə tərəfindən AR Dövlət Vergi Xidmətinə göndərilmiş sorğuya tam və dolğun cavab verilməyib. Məhkəmə ekspert rəyini mötəbər hesab edərək, İddiaçı məxsus müqavilədəki imza və möhürün həqiqi olmaması barədə qənaətə gəlsə belə, iddia bu əsasla təmin edilə bilməz. Çünki İddiaçı müqaviləsi sonradan Cavabdeh2 MMC tərəfindən bəyənilmişdir. Eyni zamanda əvvəlki məhkəmə qətnamələrində, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 2(103)-697/2022 saylı qətnaməsində 02 oktyabr 2012-ci il tarixli müqaviləyə hüquqi qiymət verilmiş, müqavilənin legitim olduğu təsbit edilmişdir. İddiaçı çıxarış almasına maneə binanın istismara təhvil verilməməsi olmuşdur. Digər tərəfdən bu şəxsin hüququdur, öhdəliyi deyil. Ə.Riyadın ilə bağlanmış müqavilə isə etibarsızdır, belə ki, daha əvvəl tarixdə Ş.Arzu ilə artıq müqavilə bağlanmışdı. Deyilənlərin nəzərə alınmasını və ilkin iddia tələbinin təmin,qarşılqılı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etmədiklərini bildirdi. O qeyd etdi ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilədən yalnız hazırki ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman məlumat alıblar. Qarşılıqlı iddia üzrə iddiaçı ölkə xaricində yaşadığından həmin qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsində olduğu barədə heç bir məlumatı olmamışdır. Ş.Şahbazovla H.İbrahimov arasında etibarlı münasibətlər olub. Belə ki, Ş.Şahbazov da Cavabdeh2 MMC-nin həmtəsisçilərindən biri olub. Ş.Şahbazov bundan istifadə edərək bir neçə belə müqavilə bağlamışdır. Digər tərəfdən qeyri-yaşayış sahəsinin Ş.Arzunun istifadəsində olması, həmin əmlak üzərində mülkiyyət hüququna məxsus olması demək deyil. Müqavilədəki imza və möhürün həqiqi olmaması ekspert rəyi ilə təsdiq edilb. AR Vergilər Xidmətinin məhkəmə sorğusuna cavab məktubunda da, Ş.Arzu ilə bağlanmış müqavilədəki möhür aşkar edilmir. Cavabdeh2 MMC tərəfindən heç bir bəyənmə olmayıb. Şahbaz Şahbazov hüquqi şəxsin həmtəsisçisi olduğundan o əmlakı kiminsə istifadəsinə də verə bilərdi, bu o demək deyil ki, əmlak barədə alqı-satqı müqaviləsi bağlanmasından qarşılıqlı iddia üzrə iddiaçıların məlumatı olub.İlkin iddia üzrə iddiaçının istinad etdiyi məhkəmə qətnaməsində Ş.Arzu ilə bağlanmış müqaviləyə hüquqi qiymət verilməyib. Ə.İlqar qanunvericilikdə nəzərdə tutulmuş şəkildə müqavilə imzalayıb, xüsusi mülkiyyətini təsdiq edən çıxarış əldə edib. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi X20 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X15 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1975-5/1680 rəyi tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan sənədlər əsasında tərtib edilmişdir. Nümunə vermək nə qədər çox olarsa rəy vermək daha uyğundur. Nümunənin olmaması mümkün deyildir və 146-cı vərəqdə etibarnamənin nümunəsi var idi. Vəsatətdən sonra götürülmüş nümunələr təqdim edilib, iş materiallarında olan nümunəyə əsasən rəy tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X21 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1975-5/1680 rəyi tərəfindən tərtib edilmişdir. Sözügedən rəy əsaslı olaraq iş materiallarında olan sənədlər əsasında tərtib edilmişdir. O möhürlər üzrə ekspertdir. Rəydə 3-cü bənddə eksperimental nümunədir və sərbəst nümunələr təqdim edilməsini istəmişdir. Lakin təqdim edilməmişdir. Eyniləşdirmə üzrə sual qoyulub və aşkar edilməyib. Vəsatətə əsasən rəyimi tərtib etmişdir. 3-cü sual üzrə təhqiqat aparmamışdır, çünki aydın müəyyə edilir. 4-cü sual üzrə isə nümunələr təqdim edilərsə tədqiqat aparıla bilər. Mülki işin materialları - "xxxx" MTK X8 arasında bağlanmış 10 iyun 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilədən görünür ki, Cavabdeh2 MTK Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030 məhəllədə tikilən Cavabdeh2 MTK-da 140 kv.m qeyri-yaşayış sahəsini X4 verməyi öhdəsinə götürmüşdür. X8 pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməklə son nəticədə həmin sahənin qəbul etməyi öz üzərinə götürmüşdür. - 07 may 2012-ci il tarixli 117 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 MMC “Satıcı” müqavilənin predmeti müvafiq sənədləşdirməlrə əsasən Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanda tikintisini həyta keçdirdiyi çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqavilədə göstərilən şərtlərə uyğun tikilmiş halda X16 “Alıcı” satmağı, “Alıcı” isə mənzilin dəyərini bu müqaviləyə əlavə edilən ödəniş qrafikinə uyğun müəyyən edilmiş müddətdə ödəmək vəzifəsini üzərinə götürmüşdür. - 02 oktyabr 2012-ci il tarixli 033 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 MMC (Satıcı) müvafiq sənədləşdirmələrə əsasən Bakı şəhəri, X28 10A ünvanında tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 32 kv.m qeyri-yaşayış sahəsini X5 (Alıcı) satmışdır. - 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqavilədən görünür ki, Cavabdeh2 MMC (Satıcı) müvafiq sənədləşdirmələrə əsasən Bakı şəhəri, X28 10A ünvanında tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 108 kv.m qeyri-yaşayış sahəsini İddiaçı (Alıcı) satmışdır. - Cavabdeh2 MMC-nin xx.xx.2015-ci il tarixli, 48 saylı arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 10 kv.m qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. Göstərilən yaşayış sahəsi İddiaçı məxsusdur. - Cavabdeh2 MMC tərəfindən İddiaçı ünvanlanan 18 oktyabr 2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı bildirilir ki, 02 oktyabr 2012-ci il tarixli 034 nömrəli müqaviləyə əsasən istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 10/30 ünvanda yerləşən 22 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m sahəyə malik qeyri-yaşayış sahəsi tərəfinizdən istifadə olunduğu halda, 5 il müddətində şirkətə kommunal, işıq, qaz, su və istilik haqqı olaraq heç bir ödəniş edilməmişdir. Ondan 5 iş günü müddətində qeyd olunan məsələni həll etməsi tələb olunur. Əks halda 24 oktyabr 2016-cı il tarixdən hüquq mühafizə orqanlarına müraciət edilməklə, qeyd olunan qeyri-yaşayış sahəsinin su, işıq və istilik təchizatı dayandırılacaqdır. - Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən 10 saylı hüquq məsləhətxanasının vəkili Vasif Mirzəyevə ünvanlanan 24 fevral 2018-ci il tarixli məktubundan görünür ki, bildirilir ki, Cavabdeh2 MMC-nin təsisçilərinin birgə yığıncağının protokollarında iclasa sədrlik edən sədr və iclas katibinin imzalarının həqiqiliyi və protokol surətləri xx.xx.2014-cü il tarixdə 7902, 7903 və 7905 reyestrlərlə qeydə alınaraq tərəfindən təsdiq edilmişdir. Sənədlərdən surət çıxarışlarının və imzanın həqiqiliyinin təsdiqi ilə bağlı notariat hərəkəti aparılarkən notariat kontorunda heç bir nüsxə saxlanılması “ Notariat haqqında Qanun”da və “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatda nəzərdə tutulmadığından notariat arxivində saxlanılmadığına görə onların surətlərini Ona təqdim etmək imkanları xaricindədir. - 29 iyun 2018-ci il tarixli icra müddətinin sonlandırılması barədə xəbərdarlıqdan görünür ki, icarəçi "xxxx" MMC-nin direktoru X12, icarəyə verən fiziki şəxs İddiaçı Məhəmməd qzına bildirir ki, 30 avqust 2016-cı il tarixli icarə müqaviləsinə əsasən, son altı aylıq 10 avqust 2018-ci il tarixə qədər ödəniş etmələrinə baxmayaraq, fəaliyyətlərini 31 iyul 2018-ci il tarixdən dayandırma qərarına gəlmişdirlər. Müqavilənin şərtlərinə uyğun olaraqxitam üçün ona bir ay əvvəldən xəbərdarlıq edirlər. - Cavabdeh2 MMC-nin Şahbazov Şahbaz Qara oğluna ünvanlanan 15 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, onun xx.xx.2018-ci il tarixə kommunal, işıq, qaz, su və istilik haqqı üzrə istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 10/30 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 767 kv.m-dən ibarət olan 25, 26, 27 nömrəli mənzillərə görə 37791 manat, ümumi sahəsi 291,5 kv.m ibarət olan 50 nömrəli mənzilə görə 14976 manat, həmin binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108 kv.m –dən ibarət olan qeyri-yaşayış sahəsinə görə 2916 manat, həmin binanın 3-cü mərtəbəsində ümumi sahəsi 726,42 kv.m ibarət olan qeri-yaşayış sahəsində uzun müddət fəaliyyət göstərmiş və faktiki rəhbəri olduğu “Nigar” Tibbi Klinikasına görə 19620 manat, ümumilikdə 75303 borcu vardır. Göstərilən borc məbləğinin 5 gün müddətində Cavabdeh2 MMC-yə ödənilməsi ondan tələb edilir. Əks təqdirdə 75303 manat borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3755/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 MMC ilə X25 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 117 saylı müqavilə ləğv edilmiş, ünvan 9 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81.3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər boşaldılaraq Cavabdeh2 MMC-yə geri qaytarılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-208/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Şahbazov Şahbaz Qara oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(006)-64/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münaisbətdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-743/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Yaqub Şahbazovun, üçüncü şəxs Şahbaz Şahbazovun apellyasiya şikayətləri rədd edilmiş, iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 29 sentyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, X28 1030 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Maraqlı şəxs1 MMC-yə icarəyə vermişdir. - "xxxx" Azərbaycan ASC-nin xx.xx.2021-ci il tarixli 0475 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına 75000 ABŞ dolları məbləğində pul ödənilmişdir. - "xxxx" Azərbaycan ASC-nin xx.xx.2021-ci il tarixli 0137 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin hesabına 75000 ABŞ dolları məbləğində pul ödənilmişdir. - Cavabdeh2 MMC-nin 16 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə, 1 saylı binanın kürsülü mərtəbəsində ümumi sahəsi 105,4 kv.m qeyri-yaşayış sahəsinin pay dəyərini müqavilə əsasında mülkiyyətçi Cavabdeh1 tərəfindən razılaşma yolu tam ödənilmişdir və heç bir borcu qalmamışdır. - 16 avqust 2021-ci il tarixli binanın qeyri-yaşayış sahəsi tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 müqavilə bağlamış, şirkət Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllədə yerləşən 1 saylı binanın kürsülü mərtəbəsindəki qeyri-yaşayış sahəsini müqavilə əsasında mülkiyyətçiyə verməyi, müqavilə əsasında mülkiyyətçi isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və müqavilə əsasında mülkiyyətçi ilə şirkət arasında qeyri-yaşayış sahəsini qəbul etməyi və müqavilə əsasında mülkiyyətçi ilə şirkət arasında qeyri-yaşayış sahəsinin dəyərinin razılaşdırma yolu ilə ödəməyi (12 avqust 2021-ci il tarixli Protokol №02) “ müqavilə əsasında mülkiyyətçi” öhdəsinə götürür. - Cavabdeh2 MMC-nin 19 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəlləsində yerləşən 1 saylı binanın kürsülü mərtəbəsinin qeyri-yaşayış sahəsi 105.4 kv.m dəyəri 320000 manat ödənilmişdir və Cavabdeh2 MMC-yə borcu yoxdur. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin eidlmiş, cavabdehlər Şahbazov Şahbaz Qara oğlu və İddiaçı müştərək qaydada dəymiş zərəin əvəzi kimi 220000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq iddiaçı X4 verilmiş, iddia tələbi cavabdeh X17 münasibətdə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-697/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və Şahbazov Şahbaz Qara oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2021 saylı, 30 aqvust 2021-ci il tarixli qətnaməsi iddia tələblərinin təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbləri həmin hissədə təmin edilməmişdir. - 643828 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. - 11 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, X28 1030 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Maraqlı şəxs1 MMC-yə icarəyə vermişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10481/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X18 və cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. - AR Ali Məhkəməsinin 2(102)-5518/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh X25 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahbazov Şahbaz Qara oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - AR Ali Məhkəməsinin 2(102)-6832/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(103)-697/2022 nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmişdir. - "xxxx" ASC-nin 58798 saylı abunə haqqında məlumatlarından görünür ki, H.Əliyv 1030 ünvanındakı **********01930 nömrəli abunə kodu İddiaçı məxsusdur. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-697/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 697/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin və kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1775/2023 saylı, xx.xx.2023-cü il tarixli iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixə, saat 14:00-a və xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının keçirilməsi ilə bağlı bildirişlər, xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərar və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyi etibarsız hesab edilmiş, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X9 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyəti bərpa edilmiş və bu barədə məlumat kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş, cavabdeh Şahbazov Şahbaz Qara oğlundan dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat tutularaq iddiaçı X13 ödənilmişdir. - Cavabdeh2 MMC-nin 26 aprel 2023-cü il tarixli arayışından görünür ki, arayış verilir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-305/2023 saylı mülki iş üzrə ondan ötrü ki, həqiqətən Cavabdeh2 MMC Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında olan çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı ilə heç bir müqavilə bağlamamış, İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC-yə ümumiyyətlə ödəniş edilməmiş və xx.xx.2015-ci il tarixdə İddiaçı adına cəmiyyətin direktoru tərəfindən heç bir sənəd hazırlanmamış və təsdiqlənməmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1160/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X27, Cavabdeh2 MMC və “ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X31 1 saylı Bakı Ərazi İdarəsinə qarşı əqdin etibarsız hesab edilməsi və əmlak tələbinə dair ilk iddiası, iddiaçılar X27 və Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin və arayışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. - AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2036/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 697/2022 nömrəli mülki iş üzrə 07 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-721/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Şahbazov Şahbaz Qara oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2-2(113)-1775/2023 saylı qətnaməsi – “xx.xx.2022-ci il tarixli Cavabdeh2 MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu, onun əsasında qəbul edilmş xx.xx.2022-ci il tarixli qərarın və həmin qərar əsasında hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin etibarsız hesab edilməsi, Cavabdeh2 MMC-nin (VÖEN **********) əvvəlki qanuni təmsilçisi X3 (Ş/V: AZE 02805424, FİN: 3NFY6VA) cəmiyyətin qanuni təmsilçisi qismində fəaliyyətinin bərpa edilməsi, bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi, cavabdeh Şahbazov Şahbaz Qara oğlundan dəymiş mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat tutularaq iddiaçı X13 ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X27, Cavabdeh2 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əqdin etibarsız hesab edilməsi və əmlak” tələbinə dair ilk, iddiaçılar X27 və Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin və arayışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1160/2023 saylı işi üzrə 12 may 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdehlər(qarşılıqlı iddia üzrə iddiaçılar) X27 və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki iş üzrə məhkəmə tikintitexniki və kompleks (məhkəmə-mühasibatlıq, sənədlərin texniki və xətşünaslıq) ekspertizaları təyin edilməsi qərara alinmışdir. Qərardadf əsasən ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert(lər) tərəfindən tədqiqat aparılaraq aşağıdakı suallar qoyulmuşdur; Məhkəmə tikinti-texniki ekspertizası üzrə: 1. "xxxx" MTK ilə İddiaçı arasında bağlanan 15 aprel 2006-cı il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030 məhəllədə tikilən "xxxx" MTK-da 22,5 kv.m qeyri-yaşayış sahəsinin və Cavabdeh2 MMC ilə X27 arasında bağlanan Binanın qeyriyaşayış sahəsi tikintisi haqqında 16 avqust 2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllədə yerləşən 1 saylı binanın kürsülü mərtəbəsindəki ümumi sahəsi 23,6 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (texniki-tikinti-inşaat sənədlərə əsasən cizgi tərtib edilməklə) üst-üstə düşməsi və ya müxtəlif sahələrdə yerləşməsi müəyyən edilsin. Kompleks (məhkəmə-mühasibatlıq, sənədlərin texniki və xətşünaslıq) ekspertizası üzrə: 2. "xxxx" MTK ilə İddiaçı arasında bağlanan 15 aprel 2006cı il tarixli və Cavabdeh2 MMC ilə X27 arasında bağlanan 16 avqust 2021-ci il tarixli müqavilələrin, habelə 01 oktyabr 2015-ci il tarixli, 49 nömrəli arayışın və 16 avqust 2021-ci il tarixli maliyyə arayışının mühasibat uçotu qaydasına müvafiq qeydiyyatı (tarixi), müqavilələr üzrə pul vəsaitinin ödənilməsi (məbləği, tarixi və s.), hansı müqavilənin cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın qeydə alınmış formaya (möhür və məsul şəxsin imza nümunəsinə, rəsmi sənədlərlə səlahiyyətli şəxslərin imza nümunələrinə və s. yoxlanılmaqla) uyğunluğu (həqiqiliyi) müəyyən edilməsi, iddia, apellyasiya şikayəti və işin hallarına təsir amili daşıyan (ixtisaslı mütəxəssislər tərəfindən aidiyyəti hesab edilən) digər zəruri xüsusatlar müəyyən edilməsi, zəruri ola bilən texniki, maliyyə-mühasibat, qeydiyyat, möhür, imza və onların rəsmi qeydiyyatını müəyyən edən nümunələrin, habelə ekspertlərin tələb etdikləri digər rəsmi sənədlərin təqdim edilməsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 5201/2023 nömrəli mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilsin. Ekspertlər bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilsinlər. Ekspert rəyi Mülki Prosessual Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə icra edilsin. Ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 4/1975-5/1680 nömrəli rəyindən görünür ki, məhkəmə-xəttşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 62-63-cü vərəqələrində olan xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin sonunda “Satıcı” Cavabdeh2 MMC-nin direktoru” qrafasındakı imza - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Sənədlərin texniki ekspertizası üzrə- tədqiqata təqdim edilmiş xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin və xx.xx.2015-ci il tarilxi 48 nömrəli sənədin üzərlərində olan möhür əksi relyef klişeden sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş xx.xx.2012-ci il tarixli 034 saylı müqavilə və xx.xx.2015-ci il tarilxi 48 nömrəli sənədin üzərlərində olan möhür əksi öz aralarında eynilik təşkil etmirlər. Tədqiq olunan sənədlərin üzərlərindəki möhür əksləri təqdim edilmiş Cavabdeh2 MMC-yə məxsus möhürün eksperimental əks nümunələrindən məzmununa, konsentrik dairənin sayına və ay ulduz təsvirlərinə görə fərqləndiyi üçün onların müqayisəli tədqiqatları aparılmadı. Cavabdeh2 MMC-yə məxsus möhürün sərbəst əks nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “ iş materiallarınd aolan xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin və xx.xx.2015-ci il tarilxi 48 nömrəli sənəddə olan möhür əksləri Cavabdeh2 MMC-yə məxsus möhürlə eynilik təşkil edirmi?” sual üzrə tədqiqat aparılmadı. - AR Ali Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2-2(102)-202/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 yanvar tarixli 2-2(103)-721/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - ÜCD diskdə olan görüntülərdən görünür ki, Cavabdeh2 MMC-nin direktoru Heydər İbrahimov bildirir ki, Şahbazov Şahbaz Qara oğlundan kommunal ödənişlər tələb edilir, lakin 5 ildən çoxdur ki, onun tərəfindən ödənişlər icra edilmir. Həm mənzil həm də klinikanın kommunal borcları Şahbazov Şahbaz Qara oğlu tərəfindən ödənilmir. Onun tərəfindən 18 oktyabr 2016-cı il tarixində 4 məktub göndərilmiş və borcların 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Hazırda 03 dekabr 2016-cı ildir və Şahbazov Şahbaz Qara oğlu tərəfindən kommunal borclar hələ də ödənilməmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İlk olaraq, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır ("Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərar). Mülki Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də(pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin maddələrin məzmunundan göründüyü kimi “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Bu əsasla əqdin mübahisələndirilməsi yalnız şəxsin məhz əqd bağlanması məqsədilə aldadıldığı, həmçinin aldatma nəticəsində bağlanmış əqdin onun aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda mümkündür. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin materiallarından görünür ki, tərəflər bir-birinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, qeyri-yaşayış sahəsinə dair bağlanılmış müqavilələrin qanuniliyini mübahisələndirirlər. İlk iddia üzrə iddiaçı sözügedən ünvanda yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsini, qarşılıqlı iddiaçılar isə həmin ünvandakı cavabdeh İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin etibarsız hesab edilməli olmasını iddia etmişlər. İlk iddiaçı tələbinin əsaslı olması ilə bağlı Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq, 140 kv.m. sahəyə münasibətdə lioretnizA˝-İnşaat˝ MTK ilə X8 arasında xx.xx.2006-cı il tarixdə bağlanılmış alğı-satqı müqaviləsinə əsasən sonuncunun sahiblik və istifadəsinə verilməsini, daha sonra sonuncunun sözügedən sahənin 108 kv.m.-ni xx.xx.2012-ci il tarixdə öz razılığı ilə İddiaçı satmasını və bundan sonra isə R.İbişzadə tərəfindən MTK-ya verilmiş razılıq ərizəsi əsasında sözügedən sahəyə dair ˝lioretnizA˝ MMC ilə İddiaçı arasında xx.xx.2012ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmasını göstərməklə yanaşı, onun istifadəsində olan bu sahənin bir çox məhkəmə mübahisələrinin predmeti olmaqla işdə olan çoxsaylı məhkəmə qərarlarına, həmçinin mübahisəli qeyri-yaşayış sahəsini etibarnamə üzrə nümayəndəsi X25 vasitəsilə YTUAEB˝ SİGN˝ MMC ilə bağlamış olduğu xx.xx.2021-ci il tarixli, 3M-1598 saylı icarə müqaviləsinə əsasən icarəçinin istifadəsinə verməsi kimi hallara istinad etmişdir. İşin materiallarından görünür ki, xx.xx.2002-ci il tarixdə təsis edilərək dövlət qeydiyyatına alınmış Azinteroil” MMC-yə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 479 saylı Sərəncamı ilə Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllədə Azinteroil” MMC-nin mövcud istifadəsində olan 0,26 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evinin və ofis binasının layihələndirmə, tikinti və abadlıq işlərinin aparılmasına icazə verilmişdir. Həmin sərəncam və digər hüquq müəyyənedici sənədlər əsasında Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu X28 küçəsi 1030 məhəllə ünvanında çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Qarşılıqlı iddiaçı çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə heç bir müqavilə bağlanmamasını və həmin qeyri-yaşayış sahəsinin cavabdehə satılmamasını xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilənin saxtalığı ilə, yəni həmin müqaviləni Cavabdeh2 MMC-nin direktoru X9 tərəfindən imzalanmaması və cəmiyyətin möhürü ilə eynilik təşkil etməyən saxta möhür ilə təsdiqlənməsi, eləcə də müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin dəyəri ilə bağlı İddiaçı tərəfindən cəmiyyətə heç bir məbləğdə vəsait ödənilməməsi ilə əsaslandırmışdır. Həmçinin işin materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixədək Cavabdeh2 MMC-nin balansında olmuş, hal-hazırda isə xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Qarşılıqlı iddiaya veriləcək hüquqi qiymət, ilk iddianın əsaslı olub-olmamasından asılı olmasını, eləcə də ilk növbədə ilk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli sahənin 108 kv.m hissəsinə dair xx.xx.2012-ci il tarixli 034 saylı müqavilə ilə bağlı irəli sürülən dəlillərin araşdırılması önəmli olduğundan məhkəmə həmin dəlillərin əsaslı olub-olmasını aydınlaşdırılması məqsədi ilə məhkəmə xəttşünaslıq və sənədləri texniki ekspertizalarını təyin etmişdir. Təqdim edilmiş ekspertiza rəyində xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin sonunda “Satıcı” Cavabdeh2 MMC-nin direktoru” qrafasındakı imzanın - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi və həmin müqavilə ilə xx.xx.2015-ci il tarilxi 48 nömrəli sənədin üzərlərində olan möhürün əksinin relyef klişeden sənədlərin üzərlərinə birbaşa vurulmaları, sözügedən müqavilə və sənədin üzərlərində olan möhürün əksinin öz aralarında eynilik təşkil etməməsi göstərilmişdir. Həmçinin məhkəmə iclasında texniki ekspertiza üzrə ekspert X21 ifadəsində verdiyi rəyi müdafiə etmişdir. Qeyd edilən müqavilənin ilk iddiaçı ilə bağlanmamasını Cavabdeh2 MMC-nin direktoru X7 tərəfindən imzalanmış, həmin MMC-nin 26 aprel 2023-cü il tarixli arayışının məzmunu ilə də təsdiq edilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilən cavablar qeyri-müəyyən xarakter daşımır. Məhkəmə ilk iddia tələbində iddiaçının istifadəsində olan sahənin bir çox məhkəmələrin predmeti olmaqla işdə olan çoxsaylı məhkəmə qərarlarına istinad etməsinə qiymət verərək bu halların mövcud olmasını qeyd etməklə yanaşı vurğulayır ki, həmin məhkəmə çəkişmələri zamanı xx.xx.2012-ci il tarixli 034 saylı müqavilədə tərəf kimi göstərilən Cavabdeh2 MMC-i tərəfindən edilmiş imzanın onun direktoru tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi, başqa sözlə, müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun olmaması məlum deyildi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkə-mə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbi-nin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, ilk iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar əsaslı sayıla bilməz və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu X28 küçəsi 1030 məhəllə ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 108 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış xx.xx.2012-ci il tarixli, 034 saylı müqavilə etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmır. Bu fakt məlum olana kimi ilk iddiaçının həmin müqavilədən istifadə etməklə bağladığı müqavilələr və digər razılaşmalar bağlandığı andan əhəmiyyətsizdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Beləliklə də məhkəmə hesab edir ki, ˝lioretnizA˝ MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, 1030- cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddiası bu hissədə əsaslı sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk iddia üzrə hesab edir ki, sahəsi 105.40 kv.m. olan qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilənin qanuni əsaslarla bağlanması müəyyən edildiyindən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsinə dair tələbə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 034 saylı müqavilənin etibarsız sayılması üçün irəli sürülən dəlillərin məhkəmə araşdırması zamanı təsdiqini tapdığı üçün təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 və Cavabdeh2 MMC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar