Məhkəmə qərarları › İş №e-2(005)-620/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-620/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-620/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 5, 6, 19 və 20 saylı mənzillərin hərrac yolu ilə satılmasına dair 01.10.2021-ci il tarixli 68/02, 68/03, 68/04 və 69/01 nömrəli X6 protokolların və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə ilk "xxxx"ASC-nin iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 29 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 27 iyun 2012-ci il tarixli, 014 saylı razılaşma üzrə 430052 manat əsas borc, 37789,71 manat faiz borcu olmaqla 467841,71 manat borcun, 13 dekabr 2012-ci il tarixli razılaşma üzrə 352980 manat əsas borc, 37215,86 manat faiz borcu olmaqla, 390195,86 manat borcun, ümumilikdə 858.037,57 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumun iddiаçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında Z.Səmədovaya məxsus olan ünvan 2 ünvanda yerləşən 163.7 m2 ümumi, 96.2 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 40 saylı mənzilə, mülkiyyət hüququ əsasında N.Ə.Kərimova məxsus olan ünvan 3ünvanda yerləşən 76.5 m2 ümumi, 62.4 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında N.Kərimova məxsus ünvan 4 ünvanda yerləşən 66.9 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 5, 6, 19 və 20 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların müəyyən edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin borcun təmin edilməsinə yönəldilməsi, artıq məbləğin qaytarılması qət edilmiş, ilk iddia qalan hissədə, eləcə də qarşılıqlı iddia təmin olunmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra vərəqəsi Bakı Şəhəri Yasamal Rayon İcar Şöbəsinə göndərilmişdir. Məlum olmuşdur ki, Yasamal rayon İcra Şöbəsinin 17/72-132325/3-17501 saylı 22.07.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən Hərrac Mərkəzi «Кülək» ММC tərəfindən hərrac keçirilmişdir. Həmin sifariş məktubun göndərilməsi qanunsuz olduğundan İddiaçı cavabdeh Yasamal rayon İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun üzərinə İddiaçı əmlakına dair hərracın keçirilməsi barədə "xxxx" ММC-yə göndərilmiş sifarişin geri götürülməsi vəzifəsinin həvalə edilməsinə” dair iddia tələbləri ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və inzibatiiş üzrə məhkəmə iclası 06.01.2022-ci il tarixə təyin edilmişdir. Bundan əlavə,Yasamal rayon İcra Şöbəsinə 14.10.2021-ci il tarixdə daxil olunmuş Hərrac Mərkəzi«Кülək» ММC-nin məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri,Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylıevin ümumi sahəsi 45,2 m olan 6 saylımənzili qiyməti- 63750 (altmış üç min yeddi yüzəlli) manat, İddiaçı məxsus Bakı şəhəri,Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylı evin ümumi sahəsi 32 m olan 19 saylı mənzili qiyməti - 60562,50 (altmış min beş yüz altmış iki manat əlli qəpik) manat, İddiaçı məxsus Bakı şəhəri,Yasamal rayonu, Araz küçəsi (4-cü köndələn), 7 saylı evin ümumisahəsi 39,15 m olan 20 saylı mənzili qiyməti- 57375 (əlli yeddimin üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayan "xxxx"ASC əldə etmişdir. Eyni zamanda, həmin məktubda qeyd edilmişdir ki, əmlakın dəyəri hərrac təşkilatının depozit hesabına ödənilməmişdir. Bundan əlavə, "xxxx" MMC tərəfindən verilmiş X6 68/02 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 45,2 m olan 6 saylı mənzilin ilkin satış qiyməti 100000 (yüz min) manat, təkrar hərracdakı satış qiyməti – 85000 (səksən beş min) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinəəsasən 25%aşağı olan qiymət 63750 (altmış üç min yeddi yüzəlli) manatmüəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmişX6 68/03 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 32 m olan 19 saylı mənzilin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat, təkrar hərracdakı satış qiyməti – 80750 (səksən min yeddi yüz əlli) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25%aşağı olan qiymət 60562,50 (altmış min beş yüzaltmış ikimanatəlli qəpik) manatmüəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmişX6 68/04 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 39,15 m olan 20 saylımənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat, təkrar hərracdakı satış qiyməti – 76500 (yetmiş altı min beş yüz) manat, İpoteka haqqında AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymət 57375 (əlli yeddimin üç yüz yetmiş beş) manat müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş X6 69/01 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28,3 m olan 5 saylı mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat, təkrar hərracdakı satış qiyməti – 51000 (əlli bir min) manat, İpoteka haqqında AR Qanunun 43.7-cimaddəsinə əsasən 25% aşağı olan qiymət 38250 (otuzsəkkizmin iki yüzəlli) manatmüəyyən olunmuşdur. Hərrac “İpoteka haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir.Belə ki, cavabdehHərrac Mərkəzi «Кülək» ММC tərəfindən hərracın keçirilməsi, onun vaxtı və yeri barədə İddiaçı müvafiq bildirişlər göndərilməmiş, bu səbəbdən İddiaçı həraccın keçirilməsi barədə məlumatı olmamışdır. Həmçinin, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və cavabdehin rəsmi internet saytında elan dərc edilməsi barədə heç bir məlumat da yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiklərini bildirərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda 04 mart 2022-ci il tarixdə etiraz təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, hərracın keçirilmə yeri və vaxtı barədə ona məlumat verilməmiş və nəticədə hərracın keçirilməsi zamanı qaydalar pozulmuşdur. Bununla bağlı qeyd edilməsi zəruridir ki, hazırda mübahisə predmeti olan hərracla bağlı hərrac təşkilatı tərəfindən 26 avqust 2021ci il tarixli və 15 sentyabr 2021-ci il tarixi olmaqla iki dəfə hərrac keçirilmiş və hər iki hərrac barəsində hazırki iş üzrə iddiaçıya hərrac təşkilatı tərəfindən rəsmi qaydada məlumat verilmişdir. Belə ki, iddiaçı üzünün qeydiyyat və yaşayış ünvanı kimi ünvan 6r həmin ünvana göndərilmişdir. Bildirişlərin həmin ünvana göndərilməsinə baxmayaraq həmin məktublar hazırki iş üzrə iddiaçı tərəfindən faktiki olaraq müxtəlif əsaslar gətirilərək qəbul edilməmişdir. Belə ki, hərracın keçirilməsinə dair bildirişlər faktiki olaraq "xxxx" MMC tərəfindən dair müvafiq aktlar tərtib edilmiş, həmin aktlarda qeyd edilmişdir ki, qapı bağlıdır. Mövcud telefon nömrələri ilə əlaqə saxlanıldığı zaman isə həmin telefon nömrələrinə cavab verilməmiş və ya həmin cavab verilən zaman onun İddiaçı olmadığını və onunla əlaqə saxlanılması üçün əlavə telefon nömrələri təqdim edilmişdir. Lakin müvafiq telefon nömrələri ilə əlaqə saxlanılsa da həmin telefon nömrələri işlək olmamış və ya zəng çatmamışdır. Digər tərəfdən hazırki iş üzrə iddiaçı iddia ərizəsində hərracın keçirilmə yeri və vaxtı barədə məlumatın olmamasını qeyd etsə də, faktiki olaraq həmin dövrdə Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddiaçı X3 və digər şəxslərin “X1 Mərkəzi” MMC-yə qarşı mülki iş üzrə məhkəmədə üçüncü şəxs kimi iştirak etmiş, eyni zamanda Bakı İnzibati Məhkəməsində "xxxx" Hərrac Mərkəzi MMC-yə və Bakı şəhəri Yasamal rayon İcra və Probasiva Şöbəsinə qarşı “hərracın keçirilməsinin qadağan edilməsi” tələbinə dair iddia qaldırmış, hər iki məhkəmədə iddianın təmin tədbiri olaraq keçirilən hərracın dayandırılması ilə bağlı ərizə vermişdir. Qeyd etmək lazımdır ki, həm Bakı Şəhəri Səbail rayon Məhkəməsində (06.08.2021-ci il tarixli 2(009)-1213/2021 saylı qərardad), həm də Bakı İnzibati Məhkəməsində (20.08.2021-ci il tarixli MXMT (112)- 225/2021 saylı qərardad) keçirilən məhkəmə iclaslarında verilmiş iddia ərizələrindən də bəlli olur ki, hazırki iş üzrə iddiaçının qeydiyyatda olduğu və yaşadığı yer ünvan 8 ünvanıdır, hansı ki, hərrac təşkilatı tərəfindən də bildirişlər həmin ünvana göndərilmişdir. Mövcud məhkəmə iclaslarından da bəlli olur ki, hazırki iş üzrə iddiaçı faktiki olaraq hərracın keçirilmə yeri və vaxtı barədə tam məlumatlı olmuş, lakin həmin məktubları rəsmi qaydada qəbul etməyərək bundan yayınmışdır. Bundan başqa iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, hərracın keçirilməsi ilə bağlı müvafiq elanlar verilməmişdir. Bununla bağlı qeyd etmək zəruridir ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilmə yeri, vaxtı və saatı baıədə elanın harada verilməsi barədə məlumatlar hazırki iş üzrə iddiaçıya göndərilmiş bildirişlərdə tam öz əksini tapmış, eyni zamanda “Birja yenilikləri” qəzetində elan verilmişdir. Lakin hazırki iş üzrə iddiaçı həmin bildirişlər rəsmi qaydada qəbul etməməsini əsas gətirərək bu barədə elanın verilməməsi halında istinad edir ki, bu hal hərracın nəticələrinin etibarsız hesab olunması üçün əsas hesab edilə bilməz. İddiaçı hərracın keçirilmə yeri, vaxtı və saatı barədə məlumatlı olmasa idi, bu zaman hansı səbəbdən Bakı şəhəri Səbail rayonu Məhkəməsində keçirilən məhkəmə iclaslarında, habelə Bakı İnzibati Məhkəməsində iddianın təmin tədbirinə (müvəqqəti təminat tədbirinə) dair ərizələr təqdim etmişdir? Həmçinin həmin ərizələr təqdim edilməməsinə baxmayaraq onlardan apellyasiya şikayətlərinin verilməsi və həmin məhkəmə iclaslarında özlərinin və səlahiyyətli nümayəndələrinin iştirakı faktiki olaraq bir daha sübut edir ki, hazırki iş üzrə iddiaçı hərracın keçirilmə yeri və vaxtı barədə tam məlumatlı olmuş, lakin hərəkətsizlik nümayiş etdirmişdir. İddiaçı öz iddia ərizəsində əlavə olaraq qeyd etmişdir ki, hərracın yeri barədə məlumatlı olmaması səbəbindən onun hərracda iştirak hüququ təmin edilməmiş, nəticədə İpoteka haqqında qanunvericiliyin normaları pozulmuşdur. Bununla bağlı qeyd edilməsi zəruridir ki, hər iki hərracın keçirilmə yeri və vaxtı barədə tərəflərə məlumat verilməklə bərabər hərracın keçirilməsinə heç bir maneçilik yaradılmamışdır. Belə ki, İddiaçı məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində yerləşən, ümumi sahəsi 28,3 kv.m olan 5 saylı mənzilə dair 26 avqust 2021-ci il tarixində edə bilməmişdir. X2 tərəfindən iddiaçı ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edilsə də, iddiası təmin edilməmişdir. Qeyd edilir ki, həmin vaxtı Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(005)- 4728/2021 saylı qərardadı ilə İddiaçı məxsus olmuş əmlakların üzərinə həbs qoyulmuş, daha sonra üçüncü şəxs kimi Bank tərəfindən verilmiş şikayət əsasında Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(005)-4728/2021 saylı qərardadı ilə həmin həbs ləğv edilmişdir. Qeyd edilən hal təsdiq edir ki, iddiaçı faktiki olaraq hərracın keçirilmə yeri və vaxtı barədə məlumatlı olmuş, lakin qəsdən həmin bildirişləri qəbul etməyərək sonradan lüzumsuz məhkəmə çəkişmələrinin yaranmasına səbəbiyyət vermiş, eyni zamanda hərracın keçirilməsində onun iştirakının təmin edilməməsini əsas gətirərək hərracın keçirilmə qaydalarının pozulmasına istinad etmişdir. Bildirilir ki, qeyd edilən əmlaklar ikinci hərrac baş tutmadığından “İpoteka haqqında” AR qanununun tələblərinə uyğun olaraq Banka təklif edilmiş və buna uyğun olaraq həmin əmlaklar bank tərəfindən əldə edilmiş və buna uyğun olaraq ünvan 9 ünvanında yerləşən 5,6,19 və 20 saylı mənzillər Cavabdeh, Yasamal rayon İcra Şöbəsi və "xxxx" ASC tərəfindən imzalanmış 01 oktyabr 2021 -ci il tarixli 68/02 №-li, 68/03 №-li, 68/04 №-li və 12 oktyabr 2021- ci il tarixli 69/01 №-li X6 Protokollarına əsasən "xxxx" ASC tərəfindən əldə edilmişdir. Eyni zamanda qeyd edilən əmlakların alqı-satqısına dair "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında alqısatqı müqavilələri imzalanmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0050590 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 5 saylı mənzil 02.04.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0052606 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 19 saylı mənzil 02.04.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0053139 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 6 saylı mənzil 02.04.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətin reyestrindən MA seriyalı №0053074 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7, 20 saylı mənzil 02.04.2010-cu il tarixdə İddiaçı adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx"MMC- ”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASC-yə,X4, İddiaçı, X5 və "xxxx"MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 28.07.2021-ci il tarixli №1 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 20.08.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, M.A.Şərifzadə küçəsi, ev 146 A, Bakı şəhəri, Yasamal rayonu, AK.Ş.Mehdiyev küçəsi, ev 97-də yerləşən qeyri yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 28.3 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) olan əmlaklar tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti müvafiq olaraq 130950 manat, 200000 manat, 60000 manat, 100000 manat, 95000 manat, 90000 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 6547.50 manat, 10000 manat, 3000 manat, 5000 manat, 4750 manat, 4500 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx"MMC- ”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASC-yə,X4, İddiaçı, X5 və "xxxx"MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 14.09.2021-ci il tarixli №2 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 20.08.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 28.3 kv.m) olan əmlaka tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 51000 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 2550 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx"MMC- ”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASC-yə,X4, İddiaçı, X5 və "xxxx"MMC-yə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 31.08.2021-ci il tarixli №2 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı, 20.08.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) olan əmlaklar tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti müvafiq olaraq 85000 manat, 80750 manat, 76500 manat hərracda iştirak üçün 5 % miqdarında behin məbləği müvafiq olaraq 4250 manat, 4037.50 manat, 3825 manat müəyyən edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 28.3 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) olan əmlaklar ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X9 Mərkəzi "xxxx"MMC- ”nin Yasamal rayon İcra şöbəsinə, "xxxx"ASC-yə,X4, İddiaçı, X5 və "xxxx"MMC-yə ünvanlanmış 21.09.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubundan görünür ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsi № 17/72-132325/3- 17501 saylı 22.07.2021ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 45.2 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 32 kv.m), Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsi, ev 7(ü/s 39.15 kv.m) əmlakların təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin 21.09.2021ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni müvafiq olaraq 63750 manat, 60562.50 manat və 57375 manar olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan 01.10.2021-ci il tarixli X6 № 68/03 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 32k.m olan 19 saylı mənzil 60562.50 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır. İş materiallarında olan 01.10.2021-ci il tarixli X6 № 68/02 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 45.2 kv.m olan 6 saylı mənzil 63750 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır. İş materiallarında olan 12.10.2021-ci il tarixli X6 № 69/01 saylı protokolun və onun əsasında tərtib edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzil 38250 manata ipoteka saxlayan "xxxx"ASC-yə satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 32k.m olan 19 saylı mənzil, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 45.2 kv.m olan 6 saylı mənzil , İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Araz küçəsində (4-cü köndələn) 7 saylı evin ümumi sahəsi 28.3 kv.m olan 5 saylı mənzil Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı 20.08.2019-cu il tarixli icra sənədinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakların ilkin hərrac qiyməti müvafiq olaraq 95000 manat, 10000 manat, 60000 manat əmlakın 25% endirimlə müvafiq olaraq 60562.50 manat, 63750 manat, 38250 manat olmaqla "xxxx" ASC-nin balansına keçirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" ASC -yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja” qəzetlərində elanlar verilmişdir. Belə olan təqdirdə İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar