Məhkəmə qərarları › İş №e-2(005)-638/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-638/2023

26.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-638/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı Cavabdeh qarşı “Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan–Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı sahədə yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) “Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan–Böyükşor Dş- 500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı sahədə yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin, 126.6-cı km-də, 39 T 0406514; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/25 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı sahədə yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin, 126.6-cı kmdə, 39 T 0406514; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/25 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyani sahədə yeni otaq tikilisi faktları aşkar edilmişdir. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğınpartlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Nümayəndə bildirdi ki, Bakı-X5-500 mm-lik magistral neft kəərinin tikintisi 1963-cü ildə başlayıb, 1963-cü ildə yekunlaşıb və istismara verilib. Neft kəməri 1964-cü ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir və iddiaçının balansındadır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə, o cümlədən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə sms-bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə 8 saylı qarovulun 1-ci iş növbəsində saat 10:40-da 13-14 saylı postların ərazisində (Nərimanov rayonu PYUA 38/25) Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin,126.6-cı km-də, 39 T 0406514; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində iki otaq arasında olan 4.4 metr enində olan boş sahəyə otaq inşa edilməsi məqsədilə, 3 metr hündürlüyündə 3 ədəd 40 sm enində və 40 sm uzunluğunda tumba inşa edilməsi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu həmin şəxsə izah edilərək görülən işin dayandırılması və sökülməsi tələb edilmiş, lakin o, edilən qanuni tələblərə məhəl qoymayaraq sökməkdən imtina edərək işi tamamlayacağını bildirmişdir. Qeyd olunanlarla əlaqədar görülən işlərə, həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə yazılı xəbərdarlıq verilmişdir və ərazi üzrə icra nümayəndəsi Mirzə adlı (əlaqə nömrəsi 055 259-99-54) şəxsə saat 10:30-da məlumat verilmiş və o, sözügedən ünvana gün ərzində baxış keçiricəyini bildirmişdir. - 12 oktyabr 2022-ci il tarixli xəbərdarlığın surətindən məlum olur ki, Cavabdeh bildirilmişdir ki, ünvan 2 ünvanı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126.6 km-liyi magistral neft kəmərinin mühafizə zonasıdır. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/727 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mübahisəli tikili Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında inşa olunduğuna görə, həmin tikilinin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilmədiyi müəyyən olunmuşdur. Təqdim olunmuş tikili Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 13 metr məsafədə yerləşdiyinə görə, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydaları Bənd 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Bəndə 6.7 “a”. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 9.26-cı bəndinə əsasən, sənaye müəssisələrinin və anbarların təchizatı üçün tez alışan və yanar-maye, həmçinin maye qaz nəql edən boru kəmərlərinin məskunlaşma ərazilərindən çəkilməsinə yol verilmir. Magistral boru kəmərləri qüvvədə olan normativ sənədə (SNiP 2.05.06) müvafiq olaraq, məskənlərin ərazi sərhədlərindən kənarda çəkilməlidir. Məskənin ərazisindən neft məhsulları kəmərləri çəkilərkən, qüvvədə olan normativ sənədin (SNiP 2. 05.3) tələbləri nəzərə alınmalıdır. Yanğın əleyhinə tələblərin (Əlavə 1) 3-cü bəndinə əsasən, yaşayış və ictimai binalardan neft və neft məhsulları saxlanılan İ qrup anbarlaradək məsafə qüvvədə olan normativ sənədin (SNiP İİ-106-79) tələblərinə, ictimai və yaşayış binalarına xidmət göstərən qazanxanaların, dizel elektrik stansiyaları və digər enerji obyektlərinin tərkibində nəzərdə tutulan maye yanacaq saxlanan İİ qrup anbarlarına qədər isə məsafə cədvəl 2də göstərilənlərdən az olmayaraq qəbul edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406514; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/25 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikili – fərdi yaşayış evi, hasar və həyətyan sahədə otaq inşa olunmuşdur. xx.xx.2022-ci il tarixdə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh məxsus tikili Nərimanov rayonu, PYUA 38/25 ünvanında Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 2-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə inşa edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/727 saylı ekspert rəyindən də görünür ki, Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 13 metr məsafədə yerləşdiyinə görə, cavabdeh tərəfindən inşa olunmuş tikililərin (fərdi yaşayış evi və hasar) Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü təsbit edilib. İddiaçının nümayəndəsinin izahatından aydın olur ki, magistral neft kəməri 1964-cü ildə istismara verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. İddiaçı cavabdeh tərəfindən inşa edilmiş tikililərin yerüstü magistral kəmərinin mühafizəsi zonasında inşa edildiyini, həmin evə heç bir müəyyənedici sənədinin olmadığını bildirir. Mühafizə zonasının hər zaman yanğın-partayış təhlükəsinin mövcudluğu, insanların sağlamlığına və ölkə iqtisadiyyatına ciddi xələl yetirilməsi ilə əsaslandırır. İddiaçı tərəfindən təqdim edilmiş akt, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının rəyi ilə dəlillərini təsdiq edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiya etirazını bildirməmiş, fərdi yaşayış evinin sənədlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, Cavabdeh qeyd edilən torpaq sahəsinə və inşa edilən tikiliyə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Cavabdeh heç bir hüquqa əsaslanmadan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin qanuni sahibliyində olan torpaq sahəsində mövcud olan tikiliyə əlavə özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququnu pozmuşdur. Həmin tikili həm iddiaçının razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan iddiaçı “mübahisəli tikilinin sökülməsi” tələbini irəli sürməkdə haqlıdır və iddia tələbi təmin olunmalıdır. Göründüyü kimi, qeyd olunan ərazidəki neft kəmərləri 1964-cü ildən mövcud olmuş, cavabdeh tərəfindən isə fərdi yaşayış evi sonradan inşa edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən həm iddiaçının izahatına, həm də mülki işin materiallarında olan akta, fərdi yaşayış evinin fotoşəkillərinə və ağlabatan mühakiməyə istinad edir. Beləliklə, mübahisəli tikili Neft kəmərlərinin istismara verilməsindən uzun müddət sonra tikilmişdir. Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Bundan əlavə, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara; Kalvelli və Çiqlio İtaliyaya qarşı; Eriksson İtaliyaya qarşı, 26 oktyabr 1999; Leri və başqaları Fransaya qarşı, 16 yanvar 2001).” 35. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, neft kəməri yüksək təhlükə mənbəyi olduğundan, kəmərdə hər an insanların həyatı və sağlamlığı üçün təhlükəli olan yanğın, partlayış və digər fövqəladə halların baş verməsi riski vardır. Dövlət isə bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Məhz bu səbəbdən də qanunvericiliklə neft kəmərinin mühafizə zonaları müəyyən edilmişdir ki, həmin zonada tikinti işlərinin aparılması qadağandır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, neft kəməri yüksək təhlükə mənbəyi olduğundan, kəmərdə hər an insanların həyatı və sağlamlığı üçün təhlükəli olan yanğın, partlayış və digər fövqəladə halların baş verməsi riski vardır. Dövlət isə bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Məhz bu səbəbdən də qanunvericiliklə neft kəmərinin mühafizə zonaları müəyyən edilmişdir ki, həmin zonada tikinti işlərinin aparılması qadağandır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406514; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/25 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyanı sahədə yeni otaq tikilisi cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh 100 manat dövlət rüsumunun əvəzi iddiaçı SOCAR-ın İddiaçınə ödənilməlidir. İş üzrə keçirilmiş tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406514; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/25 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyanı sahədə yeni otaq tikilisi Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h:AZ33AİİB********************,KOD:200071,M/H:AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) xeyrinə ödənilsin. Mülki iş üzrə keçirilmiş tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar