Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-69/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı (Açar sözlər: mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.4-cü km-də, 39 T 0406382; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindəninşa edilmiş evin, hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olanŞirvan- Böyük-Şor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.4-cü kmdə, 39 T 0406382; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, ünvan 2 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş, hasaralanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində mövcud 3.5 metr uzunluğunda, 3 metr enində, 2.2 metr hündürlüyündə olan çardağın hasara bitişik hissəsinin altında hasarın üzərində 3.5 metr uzunluğunda, 40 sm hündürlüyündə əlavə hörgü işlərinin aparılması faktı aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyük-Şor-Dş-500-mm-lik yeraltı neft kəmərinin 126.4-cü km-də, 39 T 0406382; ******* saylı koordinat üzrə kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında ünvan 2 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş hasarın (20 metr hissəsi) və köməkçi tikilinin (tam) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, özü tikili ilə üzbəüz evdə yaşayır. Orada qeydiyyatda olduğuna görə qeyd ediblər ki, güya ki, özünü şəhid ailəsi kimi təqdim edir. Özü əlavə iki kərpic qoymuşdur ki, hündür qalsın və maşının giribçıxması rahat olsun. Köhnə ev olduğuna görə torpaq həyətdir və hündürdə qaldığına görə sağ tərəfini hündürə qaldırmışdırlar. Həmin ev valideynlərinə məxsusdur və şəhid ailəsidir. Evə dair çıxarış yoxdur. Özü hal-hazırda həmin evdə yaşayır. 1969-cu ildən orada qeydiyyatdadırlar və həmin ildən də həmin hasar tikilib. Köməkçi tikili isə çoxdan tikilib. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: - Tİ-nin 35 saylı komandasının qarovul rəisi X7, müfafizəçilər X4 və X6 ğlunun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə 6 saylı qarovulun 1-ci iş növbəsində saat 10:10-da 13-14 saylı postların ərazisində (ünvan 2) Şirvan-Böyük-Şor Dş 500 mm-lik yerüstü neft kəmərinin 126.4-cü km-də, 39 T 0406382; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, özünü şəhid atası kimi təqdim edən Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində mövcud 3.5 metr uzunluğunda, 3 metr enində, 2.2 metr hündürlüyündə olan çardağın hasara bitişik hissəsinin altında hasarın üzərində 3.5 metr uzunluğunda, 40 sm hündürlüyündə əlavə hörgü işlərinin aparılması və çardağın dam örtüyünün yenisi ilə əvəz edilməsi aşkar edildi. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu ev sahibinə izah edildi. Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə şifahi xəbərdarlıq olundu və ərazi üzrə icra nümayəndəsi Mirzə adlı şəxsə (əlaqə nömrəsi 055 259-9954) saat 10:00-da məlumat verildi və o, gün ərzində əraziyə baxış keçiriləcəyini bildirdi. xx.xx.2022-ci il tarixdə sözügedən ünvanda analoji işlər aparılan zaman aşkar edilərək müvafiq tədbir görülmüşdür. - 55 saylı MKİS tərəfindən verilmiş 55/1144 saylı arayışa əsasən X3 PYUA 38/10 46 saylı evdə pasport qeydiyyatındadır. 1969-cu ildən bu ünvanda yaşayır. - AZ-İİ seriyalı 389019 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən elektron çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli 10/157 saylı ekspert rəyindən görünür ki, tədqiqat obyektinin 3,2 x 7,6 metr ölçüdə taxta talvar tikilisinin altında inşa olunmuş 7,2 x 0,4 ölçüdə hasar tikilisi olduğu müəyyən olundu. Aparılmış ölçü işləri nəticəsində mübahisəli hasar tikilisi ilə Şirvan-Böyük-Şor DŞ- 500 mm-lik yerüstü neft kəməri arasındakı məsafənin 30 metr olduğu müəyyən olundu. Təqdim olunmuş hasar tikilisinin Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 30 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/4918 saylı ekspert rəyindən görünür ki, qeyd olunan tarixdə keçirilən baxış zamanı təqdim olunmuş torpaq sahəsində hasar tikilisinin, köməkçi tikilinin və fərdi yaşayış evinin olduğu müəyyən olundu. Distomer cihazı vasitəsilə aparılmış ölçü işləri nəticəsində Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 30 metr məsafdə mişar daşında inşa olunmuş hasarın, 42 metr məsafədə 3.2 x 2 metr ölçüdə köməkçi tikilinin, 59 metr məsafədə isə fərdi yaşayış evinin mövcud olduğu müəyyən olundu. Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəməri ilə ünvan 4 ünvanında inşa edilmiş hasar arasındakı məsafənin 30 metr, köməkçi tikili arasındakı məsafənin 42 metr, fərdi yaşayış evi ilə arasındakı məsafənin 59 metr olduğunu nəzərə alaraq, hasarın (20 metr hissəsi) və köməkçi tikilinin magistral neft kəmərinin 50 metrlik mühafizə zonasına düşdüyü, fərdi yaşayış evinin isə mühafizə zonasına düşmədiyi müəyyən olunmuşdur. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan-Böyük-Şor DŞ- 500 mm-lik yerüstü neft kəmərinin yaxınlığında 126.4-cü km-də, 39 T 0406382; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada ünvan 5 ünvanında hasar tikili, köməkçi tikili və fərdi yaşayış evi tikilmişdir. İnşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində 3.5 metr uzunluğunda, 3 metr enində, 2.2 metr hündürlüyündə olan çardağın hasara bitişik hissəsinin altında hasarın üzərində 3.5 metr uzunluğunda, 40 sm hündürlüyündə əlavə hörgü işlərinin aparılması və çardağın dam örtüyünün yenisi ilə əvəz edilməsi aşkar edilmişdir. Hazırda Cavabdeh həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Onun tərəfindən fərdi yaşayış evi yaxınlığında tikintiquraşdırma işləri aparılmışdır. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu ona izah edilmiş və görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə şifahi xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixdə sözügedən ünvanda analoji işlər aparılan zaman aşkar edilərək müvafiq tədbir görülmüşdür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -22.2-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. -55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqlabağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. -66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. -67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. -67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. -111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının: 4.1-ci bəndinə əsasən, İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: 1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci maddəsinə əsasən, "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2-ci maddəsinə əsasən, "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir (6.3). Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır (6.7). Məhkəmə araşdırması zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və onun ətrafında olan tikililərin Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsi, əgər yerləşirsə nə qədər məsafədə yerləşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli 10/157 saylı və 29 noyabr 2023-cü il tarixli 3- 16-16/2-10/4918 saylı ekspert rəylərindən görünür ki, hasar tikilisi ilə Şirvan-Böyük-Şor DŞ- 500 mm-lik yerüstü neft kəmərindən 30 metr məsafədə mişar daşında inşa olunmuş hasarın, 42 metr məsafədə 3.2 x 2 metr ölçüdə köməkçi tikilinin, 59 metr məsafədə isə fərdi yaşayış evinin mövcud olduğu, hasarın (20 metr hissəsi) və köməkçi tikilinin magistral neft kəmərinin 50 metrlik mühafizə zonasına düşdüyü, fərdi yaşayış evinin isə mühafizə zonasına düşmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə hasarın (20 metr hissəsi) və köməkçi tikilinin birbaşa neft kəmərinin mühafizə zonasında yerləşməsi öz təsdiqini tapır. Məhkəmə iş üzrə təqdim edilən sübutları nəzərdə keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli 10/157 saylı və 29 noyabr 2023-cü il tarixli 3-16-16/2- 10/4918 saylı ekspert rəyləri mötəbər sübut kimi qəbul edilməli və rəylər üzrə gəlinən nəticə nəzərə alınmalıdır. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir (6.7). Məhkəmə araşdırması zamanı, cavabdeh tərəfindən həmin tikilinin inşa edilməsinə dair neft kəmərlərini istismar edən iddiaçı təşkilat, müvafiq yerli icra hakimiyyəti orqanları və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırılması, bu barədə yazılı razılığı, icazənin alınmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Halbuki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” tələbinə əsasən magistral neft kəmərlərinin mühafizə zonasında hər hansı tikinti işlərinin aparılması üçün qeyd edilən razılaşdırılmanın aparılması və yazılı icazənin alınması imperativ norma kimi qeyd edilmişdir. İndiki halda isə cavabdeh tərəfindən həmin tələblərə əməl edilməmiş, qanunvericiliyin tələbləri, habelə qeyd edilən qaydaların tələbləri pozulmuşdur. Neft kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə cavabdeh arasında torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı bir razılaşmanın mövcud olması müəyyən edilməmişdir. Hasar (20 metr hissəsi) və köməkçi tikili SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərindən müvafiq olaraq 30 metr və 42 metr məsafədə yerləşdiklərinə görə neft kəmərlərinin 50 metrlik mühafizə zonasına düşür. Hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur, bununla da iddia tələbinə əsasən cavabdehin hüquqlarına müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır. Bununla yanaşı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində mövcud 3.5 metr uzunluğunda, 3 metr enində, 2.2 metr hündürlüyündə olan çardağın hasara bitişik hissəsinin altında hasarın üzərində 3.5 metr uzunluğunda, 40 sm hündürlüyündə əlavə hörgü işlərinin aparılması və çardağın dam örtüyünün yenisi ilə əvəz edilməsi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu ev sahibinə izah edilmiş, qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair həmin şəxsə şifahi xəbərdarlıq olunmuşdur. Cavabdeh tikinti-quraşdırma işləri apararkən aidiyyəti inzibati orqanlardan lazımi icazələr almamış, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olma vizual müşahidə ilə mümkün olmasına - neft kəmərinin yerin üstündə olmaqla, mübahisəli tikilidən 30-42 metr aralıda yerləşməsinə - baxmayaraq qanunvericiliyə uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməmişdir. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Avropa Məhkəməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2021-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığmı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı və eyni zamanda yerüstü neft kəmərinin mühafizə zolağında yerləşdikləri üçün, iddiaçının mübahisəli tikililərin - hasarın (20 metr hissəsi) və köməkçi tikilinin sökülməsi tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları keçirilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri cəmi 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 100 (yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.4-cü km-də, 39 T 0406382; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, ünvan 2 ünvanında kəmərdən 30 metr məsafədə mişar daşında inşa olunmuş hasar (20 metr hissəsi) və 42 metr məsafədə 3.2 x 2 metr ölçüdə köməkçi tikili Cavabdeh hesabına sökülərək ərazidən çıxarılmalı, Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) xeyrinə ödənilməli, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. VI. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan, Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.4-cü km-də, 39 T 0406382; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar, 2-ci sırada, ünvan 2 ünvanında kəmərdən 30 metr məsafədə mişar daşında inşa olunmuş hasar (20 metr hissəsi) və 42 metr məsafədə inşa olunmuş 3.2 x 2 metr ölçüdə köməkçi tikili Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) xeyrinə ödənilsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-69/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-69/2024
29.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver