Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-702/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 1500 manat kirayə haqqının, ödənilmiş 40 manat dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 360 manat, ümumilikdə isə 1900 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli Yaşayış Binasında Mənzil Tikintisi haqqında xx.xx.2022-ci il tarixli Müqaviləsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin (İcraçı adlandırılacaq) qanuni təmsilçisi X5 şəxsində bir tərəfdən, ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçı, İddiaçı (Sifarişçi adlandırılacaq) digər tərəfdən bu müqaviləni (Müqavilə adlandırılacaq) aşağıdakı məqsəd və şərtlərlə imzalamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş, iddiaçıya məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın İcraçı tərəfindən sökülməsinə razılıq verir. Müqavilənin 2.1.9-cu bəndinə əsasən bu müqavilədə qeyd edilən Yeni bina İcraçı tərəfindən mülkiyyətçilərə tam təhvil verilənədək Sifarişçinin yeni yaşayış sahəsini kirayə götürməsi üçün aylıq 500 (beş yüz) manat nəzərdə tutulmuş kirayə haqqını tələb etmək hüququna malikdir. Müqavilənin 2.2.4cü bəndinə əsasən İcraçı 1 oktyabr 2023-cü ildən başlayaraq (mənzil təhvil verilən gündən, 1 fevral 2022-ci ildən) yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək və Sifarişçinin mənzili sonuncuya təhvil verilənədək müvəqqəti yaşayış məqsədi ilə bu müqavilənin 2.1.9-cu bəndində nəzərdə tutulmuş şərtlərlə rübdə 1 dəfə hər rübün 1-ci ayının 15-dək Sifarişçiyə kirayə haqqı ödənilməsini təmin etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçi və İcraçı razılaşırlar ki, Sifarişçinin mülkiyyətinə veriləcək mənzilin sahəsinin bü müqavilədə qeyd edilmiş söküləcək mənzildən çox olmasına görə İcraçı bu Müqavilənin 2.1.9-cu bəndində qeyd edilən Kirayə haqqının xx.xx.2022-ci ildən etibarən 21-ci aydan, yəni 1 oktyabr 2023-cü ildən başlayaraq Sifarişçiyə ödənilməsini təmin etməlidir. Sifarişçinin mülkiyyətinə keçəcək mənzilin sahəsi əvvəlki mənzilin sahəsindən 16.3 kv.m artıq olduğundan, Sifarişçi Müqavilənin imzalanmasından etibarən 21-ci ayadək olan kirayə haqqından və mənzilin əsaslı təmir edilməsindən imtina edir. 21ci aydan başlayaraq İcraçı bü Müqaviləyə uyğun qaydada kirayə ödənişini təmin edir və əmlak bazarında kirayə qiymətləri qalxarsa, kirayə haqqı həmin qiymətlərə uyğun qaydada artırılmalıdır. Müqavilənin 6.2-ci bəndinə əsasən qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. 3 (üç) aylıq kirayə haqqının ödənilməsi tələbi ilə cavabdehin ofisinə müraciət etdikdə ona "xxxx" ASC-nin Nəsimi filialında hesab açılmasının vacibliyini bildirmişlər. xx.xx.2023-cü il tarixdə həmin bankda hesab açıb bank rekvizitlərini cavabdehə təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə isə tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı Pretenziya məktubu təqdim edilməsinə baxmayaraq bu günə kimi borc ödənilməmiş qalmaqdadır. Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəsatət təqdim edərək, Nərimanov rayon məhkəməsinin icraatında (hakim Mehriban Əfəndizadə) olan iddiaçı X2 cavabdeh “Ailə Park" QSC-yə qarşı kirayə haqqının ödənilməsi və s. tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh QSC-nin cavabdeh X3 qarşı “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 06 oktyabr 2021-ci il tarixli müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(005)-564/2024 saylı mülki işin icraatda olan İddiaçı Cavabdeh QSC-yə qarşı kirayə haqqının ödənilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə 2(005)-702/2024 saylı mülki işin biri-biri ilə əlaqədar olduğu üçün bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsinin icraatında (hakim Mehriban Əfəndizadə) olan iddiaçı X2 Cavabdeh QSC-yə qarşı kirayə haqqının ödənilməsi və s. tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh QSC-nin cavabdeh X3 qarşı “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 06 oktyabr 2021-ci il tarixli müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(005)-564/2024 saylı mülki işə baxılır. İş üzrə məhkmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi İddiaçı ilə X4 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 109/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 (kirayə haqqı ödənilməsi nəzərdə tutulan mənzil) İddiaçı V4 hissədə və X2 14 hissədə payları müəyyən edilərəkonların həmin paya mülkiyyət hüquqularının tanınması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X4 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 28 saylı mənzilin paylı mülkiyyətçisinə (1/2 hissədə) xx.xx.2023cü il tarixdə çevrilmişlər (hüququ əldə etmişlər). Cavabdeh QSC ilə X4 arasında “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə ci il tarixdə bağlanmışdır. Cavabdeh QSC ilə İddiaçı qızı arasında “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin qeyd edilən tarixlərdə bağlanmasına İddiaçı və H.Cəfərovanın nə hüququ (1/2 hissəsdə mülkiyyət hüququ) nə də ki, səlahiyyəti var idi. Qeyd edilən tarixlərdə yeni mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanarkən müqavilələrin 2.1.1-ci bəndində göstərilən öhdəliklər İddiaçı və H.Cəfərova tərəfindən yerinə yetirilməmişdir (müqavilə şərtlərini pozmuşlar) - qeyd edilən müqavilələrin bağlanması üçün mənzildə qeydiyyatda olan adları çəkilən hər iki şəxsin biri digərinə notarial qaydada təsdiq olunmuş razılıq ərizələri QSC-yə təqdim edilməmişdir. H.Cəfərova ilə QSC arasında mübahisəli mənzilin 1/2 hissəsinə müqavilə bağlanan tarixə (xx.xx.2021-ci il) həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********32-05101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam pay (100%) üzrə İddiaçı mülkiyyətində olduğu üçün sonuncunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququ və ayrıca mənzildən istifadə hüququ H.Cəfərova tərəfindən kobud şəkildə pozulmuşdur. xx.xx.2020-ci il tarixdən (Nərimanov rayon Məhkəməsinin 2(005)-213/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi) etibarən (hətta bu tarixdən əvvəl) H.Cəfərova mübahisəli mənzildə yaşamamışdır. Kirayə haqqı QSC tərəfindən yalnız mənzil (bina) sökülən tarixə kimi orada yaşamış və köçürülmüş sakinlərə verilməsi nəzərədə tutulmuşdur. Göründüyü kimi, icraatda olan mülki mübahisənin əsasını məhz mübahisəli mənzil və həmin mənzilin sökülməsi nəticəsində İddiaçı müvəqqəti başqa bir mənzildə yaşaması üçün kirayə haqqının ödənilməsi təşkil edir. Belə olan halda kirayə haqqının ödənlib-ödənilməməsi, əgər ödəniləcəksə kimə ödənilməli olduğunu müəyyən etmək üçün Nərimanov rayon məhkəməsinin icraatında (hakim Mehriban Əfəndizadə) olan X2 Cavabdeh QSC-yə qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə icraatınızda olan mülki işlə birlikdə baxılmalıdır. Bu cür işlər üzrə birgə hüquqi dəyərləndirmə aparılaraq düzgün nəticəyə gəlinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə vəsatəti müdafiə edərək, onun təmin olunmasını və mülki işlərin birləşdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdehin vəsatətini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan e-2(005)-702/2024 saylı iş e-2(005)-564/2024 saylı mülki işə birləşdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-109/2021 saylı xx.xx.2021-ci l tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, İddiaçı "xxxx" MMC-də 100 manat dəyərində 1 pay hüququna, "xxxx" MMC-də 30 manat dəyərində 30 pay hüququna, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0570 ha torpaq sahəsinə X2 ½ hissədə payı, İddiaçı ½ hissədə payı müəyyən edilməsi və onların həmin paya mülkiyyət hüququ tanınması, İddiaçı “X9” markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin satışına görə əldə edilmiş vəsaitin yarısı olan 10000 manat (on min) məbləğində pul X2 xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, İddiaçı X3 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə ½ hissədə X2, ½ hissədə İddiaçı payı vardır. - İddiaçı X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsindən görünür ki, cavabdehin hüquqi varisi olduğu,Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış 06 oktyabr 2021-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı binanın yerində inşa edilmiş yeni binanın (2-8-ci) mərtəbələrində razılaşdıqları 48,7 kv.m sahəyə malik olan mənzilin ona təqdim edilməsini və 06 oktyabr 2021-ci ildən ödənilməmiş 6 000 (altı min) manat məbləğində kirayə haqqı məbləğinin birdəfəyə ona ödənilməsinin və mənzilin ona təqdim edilməsinə qədər hər ay 600 (altı yüz) manat kirayə haqqının hesablanıb ona ödənilməsinin "AİLƏ PARK” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4413/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı öhdəliklər üzrə mübahisələr iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarından göründüyü kimi, hazırki iş üzrə İddiaçı və Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olan e-2(005)-564/2024 saylı mülki iş üzrə iddiaçı X4 birgə nikahda olmuşdurlar. ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 28 fevral 2022-ci il tarixli, X4 ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında 06 oktyabr 2021-ci il tarixli müqavilələr bağlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-109/2021 saylı xx.xx.2021-ci l tarixli qətnaməsinə əsasən, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 ünvanında yerləşən 28 nömrəli mənzilinə X2 ½ hissədə payı, İddiaçı ½ hissədə payı müəyyən edilmiş və bu barədə tərəflərə dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı Cavabdeh QSC-yə qarşı ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış müqavilə üzrə kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdir. X1 Cavabdeh QSCyə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi,14 saylı binanın yerində inşa edilmiş yeni binanın (2-8-ci) mərtəbələrində razılaşdıqları 48,7 kv.m sahəyə malik olan mənzilin ona təqdim edilməsi və ödənilməmiş kirayə haqqı məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə üzrə e-2(005)- 702/2024 saylı mülki iş daha sonra (xx.xx.2023-cü il tarixdə) icraata qəbul olunduğundan e-2(005)-702/2024 saylı mülki iş məhkəmənin icraatında olan, daha əvvəl icraata qəbul edilmiş e-2(005)-564/2024 saylı mülki işə birləşdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-702/2024 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və s.” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin cavabdeh X3 qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia ərizələri üzrə e- 2(005)-564/2024 saylı mülki işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə e- 2(005)-702/2024 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi və s.” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin cavabdeh X3 qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia ərizələri üzrə e-2(005)-564/2024 saylı mülki işə birləşdirilsin. Hazırki mülki iş, e-2(005)-564/2024 nömrəli mülki işlə bir icraatda baxacaq hakimə təqdim olunması məqsədilə məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-702/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-702/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver