Məhkəmə qərarları › İş №e-2(005)-716/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-716/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-716/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 7418.7 AZN əsas 2225.6 AZN cərimə ümumilikdə 9644.3 AZN borcun və 116.45 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh tərəfindən ayrı ayrı tarixlərdə məişət elektronikası alətlərinin nisyə alqı-satqısı ilə bağlı müqavilələr imzalanmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqısatqımüqaviləsi (müqavilələri) barədə məlumat: Müqavilənin nömrəsi və tarixi: xx.xx.2024cü il tarixli № ********* saylı Müqavilənin məbləği: 8418,78 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 468,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): SAMSUNG markalı telefon, XİAOMİ markalı telefon, HONOR markalı telefon, İphone markalı telefon və 3 ədəd aksesuar. Son ödəniş məbləği və tarixi: 500,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 7418,70 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 22256,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 2225,60 AZN Tutulmalı olan cəmi məbləğ: 9644,30 AZN. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı SAMSUNG markalı telefon, XİAOMİ markalı telefon, HONOR markalı telefon, İphone markalı telefon və 3 ədəd aksesuar görə 18 ay ödəniş cədvəli üzrə hər ay 468 manat ödəməyi öhdəsinə götürmüşdür. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsindən görünür ki, Cavabdeh 6950 manat ilkin ödəniş edərək SAMSUNG markalı telefon, XİAOMİ markalı telefon, HONOR markalı telefon, İphone markalı telefon və 3 ədəd aksesuar görə 18 ay ödəniş cədvəli üzrə hər ay 468 manat ödəməyi öhdəsinə götürməklə müqavilə üzrə cəmi 8418,78 manat ödəməlidir.. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə cəmi borcu 29674,70 manat təşkil edir. Bundan 7418,7 manat müqabilə üzrə məbləğ, 22256 manat cərimə məbləğidir. Cavabdeh tərəfindən 1000 manat məbləğində ödəniş aparılmışdır. - 407341 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli göndərilən məhsulları xx.xx.2024-cü ildə Cavabdeh təhvil almışdır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xx.xx.2024cü il tarixində bağlanmış müqaviləyə əsasən 7418,7 manat əsas borc və müqavilənin şərtlərinə əasən gecikdirilən günlərə görə hesablanmış 22256 mant cərimə borcunun, müqavilə üzrə cəmi 29674,7 manat morcunun olduğu barədə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müəyyən edilir ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. İddiaçı cavabdehə müqavilə predmeti olan əşyaları təhvil vermiş, cavabdeh isə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, aylıq ödənişləri aparmaqdan yayınmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsas borcun məbləği hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 7418,70 (yeddi min dörd yüz on səkkiz manat yetmiş qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cərimə məbləğləri əsas borc məbləğinə tənasübsüz çox olduğundan azaldılmalı və xx.xx.2024-ci il tarixli № ********* müddətli (nisyə) alqı satqı müqavilə üzrə 370 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsində mütənasib olaraq 94 manatı Cavabdeh tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli № ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 7418,70 (yeddi min dörd yüz on səkkiz manat yetmiş qəpik) manat əsas, 370 (üç yüz yetmiş qəpik) manat cərimə, ümumilikdə 7788.70 (yeddi min yeddi yüz səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Mülki iş üzrə ödənilmiş 116,45 manat bdövlət rüsumunun 94 (doxsan dörd) manatı Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar