Məhkəmə qərarları › İş №e-2(005)-738/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-738/2022

14.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-738/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı, son haqq hesab və əmək haqqının gecikdirilməsinə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı, son haqq hesab və əmək haqqının gecikdirilməsinə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 7400 manat məbləğində ödənilməmiş əmək haqqının, 4600 manal məbləğində verilməmiş məzuniyyət üçün kompensassiyamn, və əmək haqqının gecikdirilnıəsinə görə 26492 manat məbləğində pulun. 50 manal mediasiya xərci 38542 manal məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən 18.05.2018-ci il tarixli 41 saylı əııırə əsasən iddiaçı "xxxx" ASC-nin satınalma və təchizat Departamentinə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra eyni tarixli 42 saylı əmrə əsasən "xxxx" ASC-nin satınalma və təchizat Depanamentinin müdir vəzifəsinin müvəqqəti əmək funksiyalarının icrası iddiaçıya tapşırılmışdır. 13.07.2018-cı il tarixli, 57saylı əmrə əsasən iddiaçı "xxxx" ASC-nin satınalma və təchizat Departamentində müdir vəzifəsinə təyin edilmişdir. 03.01.2019-cu il tarixli, 03 saylı əmrə əsasən "xxxx" ASC-nin satınalma və təchizat Şöbəsinin müdir vəzifəsinə keçirilmişdir. 30.12.2020-ci İl tarixli, 84 saylı əmri ilə AR ƏMin 68.2-ci maddəsinin a bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Sonuncu əmək müqaviləsi ilə İddiaçı aylıq 3700 (üç min yeddi yüz) manat məbləğində əmək haqqı almış, əmək müqaviləsinə 30.12.2020-ci il tarixində xitam verişlə də, iddiaçı ilə son haqq hesab aparılmamış nəticədə cavabdeh təşkilatın həm ödənilməmiş əmək haqqı borcu qalmış, həm də ödənilməmiş məzuniyyət haqqı qalmışdır. Belə ki, cavabdeh təşkilat iddiaçıya iki aylıq əmək haqqını ödəməmiş, nəticədə 7400 manat ödənilməmiş əmək lıaqqı borcu yaranmışdır. Bundan başqa iki illik müddət üçün ödənilməmiş məzuniyyət haqqı qalmışdır, təxmini hesablamakarına görə cavabdeh təşkilatın 4600 manat məbləğində məzuniyyət üçün ödənilməmiş kompensasiya borcu yaranmışdır. Ümumlikdə cavabdeh təşkilatın iddiaçıya 12000 manat məbləğində borcu yaranmışdır. Hazırki tələb üzrə cavabdeh tərəf 7400 manat əmək haqqını 358 gün gecikdirmişdir bu səbəblə də cavabdeh iddiaçıya 7400x358=26492 manat məbləğində pul ödəməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, müvafiq qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 23.02.2022-ci il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərin arasında iddiaçının həqiqətən də "xxxx" ASC- nin əməkdaşı olub-olmadığı anlaşılmır. İddiaçı əmək müqaviləsini, əmək müqaviləsinin qeydiyyata alınmasına dair hökümət portalından bildirişi, çıxarışı, işdən çıxma əmrini təqdim etməmişdir. İddiaçının tələb etdiyi əmək haqqının nə formada və nəyə əsaslanaraq hesablandığı bəlli deyil. Düşünürlər ki, işin mahiyyəti üzrə, tam və hərtərəfli baxılması üçün bu məlumatların təqdim edilməsi zəruridir. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 18.05.2018-ci il tarixdə baş mütəxəssis vəzifəsinə işə düzəlmiş, həmin tarixdə 42№-li əmrlə müdir vəzifəsinin müvəqqəti əmək funksiyalarının icrası ona tapşırılmışdır. Daha sonra 57 №-li əmrlə 13.07.2018-ci il tarixdə müdir vəzifəsinə təyin edilmiş, 03№-li, 03.01.2019-cu il tarixli əmrə əsasən isə satınalma və təchizat şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. 30.12.2020-ci il tarixdə 84 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə görə Əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 87.5-ci maddəsinə görə işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir; 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir; 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 154-cü maddəsinə görə əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172.1-ci maddəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın)-müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir; 197-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bütövlükdə və ya qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin “d” bəndinə əsasən bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır; 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar; 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətləri 18.05.2018-ci il tarixldən başlanmış və 30.12.2020-ci il tarixə qədər davam etmişdir. Bu müddət ərzində İddiaçı "xxxx" ASC-də müxtəlif vəzifələdə fəaliyyət göstərmiş, sonuncu dəfə 03№-li, 03.01.2019-cu il tarixli əmrə əsasən "xxxx" ASC-də satınalma və təchizat şöbəsinə müdir vəzifəsinə keçirilmişdir. Bundan sonra 30.12.2020-ci il tarixdə 84 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 7400 manat məbləğində ödənilməmiş əmək haqqının, 4600 manal məbləğində verilməmiş məzuniyyət üçün kompensassiyamn, və əmək haqqının gecikdirilnıəsinə görə 26492 manat məbləğində pulun, 50 manal mediasiya xərci 38542 manal məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin cəmiyyətin işçisi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona işlədiyi son iki ay üçün əmək haqqı ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 7400 manat ödənilməmiş əmək haqqı hissəsində əsaslı olduğundan təmin edilməli, qeyd edilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla əmək haqqının gecikdirilməsinə görə 26492 manat ödənc hissəsində və verilməmiş məzuniyyətə görə hesablanmış 4600 manat məbləğində pulun ödənilməsi hissəsində rədd edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, 7400 manat ödənilməmiş əmək haqqı, 50 manat mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7400 manat ödənilməmiş əmək haqqı, 50 manat mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən etibarən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar