Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-747/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan ipoteka predmetinə - Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC tərəfindən həyata keçirilən hərracla bağlı xx.xx.2022-ci il tarixli 68-01-1 saylı hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kreditin (borcun) təminatı qismində tələbin ipoteka predmintə yönəldilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2078/2018 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə mülkiyyətindəki Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinə və Sumqayıt şəhəri, 13-ci mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzilinə tutma yönəldilmiş və həmin mənzillərin açıq hərracda satılması üçün satışa çıxarılacağı ilə bağlı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən mənə bildirilmiş göndərilmişdir. Bildirişdə hərracın keçiriləcəyi vaxt olaraq xx.xx.2022-ci il, yer olaraq isə ünvan 1 ünvanı qeyd edilmişdir. Həmin bildiriş ona tamamilə qanunsuz və əsassız olaraq göndərilmişdir. Belə ki, o, Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusion quruluşunun müdafiəsi ilə əlaqədar aldığı baş-beyin, kəllədaxili zədələr, pozuntular, anemiya, hipertenziya, eşitmənin itirilməsi və bu kimi ağır diaqnozlarla 3-cü dərəcəli əlildir. Hazırda ağır xəstəliyinə görə stasionar şəraitdə müalicə alır. Bununla da tamamilə qanunsuz və əsassız olaraq, açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli 8(060)-654 saylı Sumqayıt şəhər məhkəməsinin qərardında aydın göstərilmişdir ki, borclu İddiaçı stasionar müalicədə olduğu vaxtda icra məmuruna hərracın dayandırlması barədə öhdəlik qoymuşdur. Sumqayıt şəhər İcra idarəsi Sumqayıt şəhər məhkəməsinin dövlətin adından çıxan qərardadını saymamış və qanunsuzluq etmişdir. Buna görə də Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən tərtib edilmiş 01/677 nömrəli, xx.xx.2022-ci il tarixli bildiriş üzrə mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinin açıq hərraca çıxarılaraq satılmasına dair iş qanunsuzdur. Həmin hərracın yekunları barədə yekun protokola baxdıqda məlum olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2078/2018 saylı xx.xx.2018 tarixli icra sənədi əsasında xx.xx.2022-cu il tarixli Sumqayıt şəhər icra idarəsinin 10837/27 sifariş məktubu əsasında hərracda satılmışdır. Həmin hərracda əmlak tam qanunsuz saxta sənədlər əsasında satılmış hərracın yekunların barədə protokol tərtib olunmuşdur.Həmin keçirilmiş xəstə yatdığından hərraclardan ümumiyyətlə xəbəri olmamışdır. Elə bir şeyin olma ehtimalını belə fikirləşməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ASC iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixində keçirilən hərrac prosesi barədə məlumatı olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)- 20178/2018 saylı icra sənədinin icrası ilə əlaqədar Bankın yüklülüyündə olan iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi üçün icra qurumu tərəfindən təşkilatına sifariş olunmuşdur. Hərrac təşkilatı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə əsasən, keçirilmiş birinci hərrac prosesi baş tutmamış elan edildiyindən, ikinci hərrac prosesi xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Bundan sonra iddiaçı icra məmuruna “Təbib” Publik Hüquqi şəxsi, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsi 1 nömrəli xəstəxanasının xx.xx.2022-ci il tarixli, 763 nömrəli arayışını təqdim etmiş və icra məmurunu iddiaçının ona təqdim etdiyi arayışa əsaslanaraq, xx.xx.2022-ci il tarixində icra sənədinin icrasının dayandırılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat göndərilmişdir. Lakin iddiaçının icra məmuruna təqdim etdiyi arayışın saxta olduğu müəyyən edilmişdir. “İcra Haqqında” AR Qanununda icra sənədinin məcburi qaydada icrasının dayandırılmasının əsasları göstərilmişdir. Bu əsaslardan biri, icra sənədi üzrə borclu şəxsin stasionar müalicədə olmasıdır. Borclu qanunun bu tələbini yaxşı bildiyindən, bir neçə dəfə bu üsulla icra sənədinin icraatının dayandırılmasına nail olmuşdur. Lakin, borclu sonuncu dəfə Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsi 1 nömrəli xəstəxanasında 22-xx.xx.2022-ci il tarixlərində stasionar müalicədə olmasının icra sənədinin icrasını dayandırılması üçün əsas olmadığını bildiyindən, xəstəxana tərəfindən ona verilmiş arayışın mətnində göstərilən tarixləri təhrif edərək, rəsmi sənədi saxtalaşdırılmışdır. Təbii ki, borclunun bu hərəkətləri etməsində məqsədi, qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmaq onun icrasını ləngitmək və xx.xx.2022-ci il tarixinə təyin olunmuş hərrac prosesinin dayandırılmasına nail olmaq olmuşdur. İcra məmuru ona təqdim olunmuş arayış mötəbərliyini yoxlamadan, arayış əslinə deyil surətini əsas tutaraq, ilk öncə hərrac təşkilatına hərracın dayandırılmasına dair məktub, daha sonra isə məhkəməyə təqdimat göndərmişdir. Təqdimatında da həmin arayışa əsaslanmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(060)-654/2022 saylı qərardadında icra işinin dayandırılmasına qeyd olunan arayış deyil, iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi arayışa əsaslanmışdır. Bundan sonra Sumqayıt Şəhər İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 200913/27 nömrəli məktubu ilə hərrac təşkilatına hərracın davam etdirilməsini xahiş etmişdir. Hərrac təşkilatı hərrac prosesini xx.xx.2022ci il tarixinə təyin etmiş və bu barədə tərəflərə bildiriş göndərməklə, kütləvi informasiya vasitələrində rəsmi elan etmişdir. Keçirilən hərrac prosesi baş tutmamış elan edildiyindən, əmlak borc müqabilində Bankın balansına alınmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 68/01-1 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin,Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 10837/27 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 20913/27 saylı, xx.xx.2022-ci il tarixli məktubunun və Cavabdeh2 ASC-nin müvafiq məktubunun icrasına əsasən ipoteka predmetinin ilkin hərrac qiyməti 59000 (əlli doqquz min) manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 50150 (əlli min bir yüz əlli manat), ipoteka predmetinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsaəsn 25 % aşağı olan qiyməti 37612,50 (otuz yeddi min altı yüz on iki manat əlli qəpik təşkil edir; xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı mülkiyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır; xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişə əsasən açıq hərracın keçirilməsinə dair bildirişin məzmunundan görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifin məzmunundan görünür ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 10837/27 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinə və Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 37612,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. xx.xx.2022-ci il tarixli Stasionardan çıxarış kartasından görünür ki, X6 baş beynin digər dəqiqləşdirilməmiş zədələnmələri diaqnozu ilə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək stasionar müalicə almışdır; xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər nevrologiya şöbəsində stasionar müalicədə olmuşdur. TƏBİB publik hüquqi şəxsinin Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsinin 1 nömrəli xəstəxanasının 329 saylı, xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı xəstəxananın Nevrologiya şöbəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək, “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, arterial hipertenziya 2-ci dərəcə, orta əlavə risk diaqnozu ilə stasionar müalicədə olmuşdur. “Birja Yenilikləri” Qəzetinin 2022-ci ilə aid olan 322 nömrəli buraxılışında yerləşdirilmiş elana əsasən hərracın keçirilməsi barədə məlumatlar dərc edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı icra vərəqəsinə əsasən İddiaçı 56818.70 ABŞ dolları əsas borc, 12.916,08 ABŞ dolları faiz borcu, 327,16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70,062.66 ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin Cavabdeh2 ASC-nin xeyrinə ödənilsin. Tutma ilə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı evin 3 otaqlı, 76,1 kv.m ümumi 50,3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinə və xüsusi mülkiyyət hüququ əsasında cavabdeh X4 məxsus Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən, 1 saylı evin, 2 otağlı 50.94 kv.m ümumi 30,05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinə yönəldilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 3 otaqlı 76,1 kv.m ümumi 50,3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinin ilkin satış qiyməti 59000 manat, cavabdeh X5 məxsus Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən, 1 saylı evin, 2 otağlı 50.94 kv.m ümumi 30,05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin 45000 (qırx beş min) manat dəyərində qiymətləndirilməklə açıq hərracdan satılması qət edilmişdir ; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq hərracın yekunları barədə Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 68/01-1 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin,Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 10837/27 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 20913/27 saylı, xx.xx.2022-ci il tarixli məktubunun və Cavabdeh2 ASC-nin müvafiq məktubunun icrasına əsasən ipoteka predmetinin ilkin hərrac qiyməti 59000 (əlli doqquz min) manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 50150 (əlli min bir yüz əlli manat), ipoteka predmetinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsaəsn 25 % aşağı olan qiyməti 37612,50 (otuz yeddi min altı yüz on iki manat əlli qəpik) manata alıcı Cavabdeh2 ASC tərəfindən əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatının olmamasına və müvafiq dövrdə stasionar müalicədə olmasına istinad etmiş və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman stasionar müalicədə olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə vurğulayır ki, hərrac bildirişlərinin göndərilməsi zamanı qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının arvadının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Hazırkı iş üzrə İddiaçı hərracla bağlı proseslərdən məlumatının olmadığını və həmin dövrdə stasionar müalicədə də olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş arayışlardan görünür ki, cavabdehin müvafiq stasionar müalicə dövrü xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə etmiş və açıq hərracın keçirilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, müvafiq hərrac xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyi tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" QSC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hərracın yekunları haqqında protokolun və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-747/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-747/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver