Məhkəmə qərarları › İş №e-2(005)-775/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-775/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-775/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Avtomobil Alqı-satqısına dair xx.xx.2021-ci il tarixli B-149- SA-21 saylı Müqavilədən görünür ki, dəyəri ƏDV daxil 65.236 (altmış beş min iki yüz otuz altı manat) müəyyən edilən Skoda Superb 1.4 TSİ modelli, buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən 6.124 ( altı min yüz iyirmi dörd) manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 59.112 ( əlli doqquz min yüz on iki) manat məbləği isə xx.xx.2021-ci il tarixindən etibarən 36 (otuz altı) ay müddətinə, ayda 1.642 ( min altı yüz qırx iki) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür; Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(005)-69/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, e-2(005)-775/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, İddiaçı MMC mülkiyyətində olan Skoda Superb 1.4 TSİ modelli, buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) ** JJ *** nömrəli avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilsin və AR Daxili İşlər Nazirliyinin müvəqqəti duracağına yerləşdirilməsi qərara alınmışdır. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin AR ƏN Nərimanov rayon İcra şöbəsinin rəisi Ədliyyə müşaviri Zaur Abdullayevə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Skoda Superb 1.4 TSİ modelli, buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) ** JJ *** nömrəli avtonəqliyyat vasitəsi saxlanılaraq ünvan 2 ünvanında yerləşən mühafizə olunan duracağa yerləşdirilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli B-149-SA-21 saylı Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş 1 ədəd Skoda Superb 1.4 TSİ modelli buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) avtonəqliyyat vasitəsinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə geri qaytarılması və182 (bir yüz səksən iki) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2021-ci il tarixli B-149- SA-21 saylı Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 65.236 (altmış beş min iki yüz otuz altı manat) müəyyən edilən Skoda Superb 1.4 TSİ modelli, buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən 6.124 ( altı min yüz iyirmi dörd) manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 59.112 ( əlli doqquz min yüz on iki) manat məbləği isə xx.xx.2021-ci il tarixindən etibarən 36 (otuz altı) ay müddətinə, ayda 1.642 ( min altı yüz qırx iki) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş və bu səbəbdən, İddiaçı tərəfindən xx.xx.2023cü il tarixində B-149-SA-21 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqaviləyə xitam verilən tarixədək cavabdeh tərəfindən ödəniş öhdəliklərinin vaxtında həyata keçirilməməsini nəzərə alaraq bildiririk ki, Cavabdeh İddiaçı MMC qarşısında B- 149-SA-21 saylı Müqavilə üzrə 30.408, 00 (otuz min dörd yüz səkkiz) manat məbləğində maliyyə öhdəliyi yaranmışdır Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsini rəhbər tutaraq, 30.408, 00 (otuz min dörd yüz səkkiz) manat məbləğində borcun ödənilməsi və təhvil verilmiş Skoda Superb markalı nəqliyyat vasitəsinin İddiaçının qanuni sahibliyinə geri qaytarılması tələbi ilə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixlərində Xəbərdarlıq (Pretenziya) məktubları göndərilmiş və dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, sözügedən müraciətlər heç bir müsbət nəticə verməmiş, edilmiş müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, borcun ödənilməsi və Skoda Superb markalı nəqliyyat vasitəsinin İddiaçının qanuni sahibliyinə geri qaytarılması istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həlledilməsiməqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları Avtomobil Alqı-satqısına dair xx.xx.2021-ci il tarixli B-149-SA-21 saylı Müqavilədən görünür ki, dəyəri ƏDV daxil 65.236 (altmış beş min iki yüz otuz altı manat) müəyyən edilən Skoda Superb 1.4 TSİ modelli, buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən 6.124 ( altı min yüz iyirmi dörd) manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 59.112 ( əlli doqquz min yüz on iki) manat məbləği isə xx.xx.2021-ci il tarixindən etibarən 36 (otuz altı) ay müddətinə, ayda 1.642 ( min altı yüz qırx iki) manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür; xx.xx.2021-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmiş, alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli B- 149- SA-21 saylı Müqavilə üzrə yaranmış 30.408 (otuz min dörd yüz səkkiz) manat məbləğində pul vəsaitinin “Skaz Autohouse" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini, həmçinin nəqliyyat vasitəsinin “Skaz Autohouse" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni sahibliyinə geri qaytarılmasını hazırki pretenziya məktubunu aldıqdan sonra 5 gün ərzində təmin edilməsini xahiş etmişdir. Əks təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcək və “Skaz Autohouse" Məhdud Məsuliyyətli Cəmiyyətinin bununla bağlı çəkdiyi bütün xərclər iddia predmetinə əlavə edilərək ondan tələb olunacaqdır. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(005)-69/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, e-2(005)-775/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, İddiaçı MMC mülkiyyətində olan Skoda Superb 1.4 TSİ modelli, buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) ** JJ *** nömrəli avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilsin və AR Daxili İşlər Nazirliyinin müvəqqəti duracağına yerləşdirilməsi qərara alınmışdır. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin AR ƏN Nərimanov rayon İcra şöbəsinin rəisi Ədliyyə müşaviri Zaur Abdullayevə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Skoda Superb 1.4 TSİ modelli, buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) ** JJ *** nömrəli avtonəqliyyat vasitəsi saxlanılaraq ünvan 2 ünvanında yerləşən mühafizə olunan duracağa yerləşdirilmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin e-16(005)-69/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə qeyd olunan tələb tam şəkildə təmin olunduğundan xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mülkiyyət hüququ»nun anlayışı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.2-ci maddəsi təsbit edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 389.1. və 390.1. maddələri). İşə baxan məhkəmənin mövqeyi: Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə, yaxud müqavilədə nəzərdə tutulduğu hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddədə müqavilənin əhəmiyyətli dərəcədə pozulmasının anlayışı da verilmişdir. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunun digər tərəfə vurduğu zərər müqavilə bağlayarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərin yaranma əsaslarından biri müqavilədir. Müqavilə iki tərəfin iradə ifadəsi ilə şərtləri müəyyən edilən və hər iki tərəfin iradə ifadəsini əks etdirən əqddir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf (satıcı) digər tərəfə (alıcıya) mülkiyyətində olan əmlakı verir, alıcı isə həmin əmlakın dəyərini ödəməklə həmin əmlak üzərində mülkiyyət hüququ əldə edir. Tərəflərin iradə ifadəsi ilə bağlanan müqavilədə hər hansı bir qeyd şərt müəyyən edilə bilər. Bu zaman müqavilə şərtlə bağlanmış müqavilə hesab olunur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh satış dəyəri ƏDV daxil 65.236 (altmış beş min iki yüz otuz altı manat) müəyyən edilən Skoda Superb 1.4 TSİ modelli,buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) avtonəqliyyat vasitəsini satın almış, lakin iddiaçı öhdəliyi yerinə yetirmiş olsa da, cavabdeh ödənişləri etməmişdir. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Mülki Məcəllənin 448.2. maddəsində nəzərdə tutulduğu kimi öhdəliyin iştirakçısı öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqaviləsinin 3.2.4. bəndinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə satıcı müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq hüququna malikdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədən uzun müddət keçməsinə baxmayaraq, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum omuşdur. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (Mülki Məcəllənin 600.1.,600.4-cü maddələri). Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndinə əsasən, alıcının bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlandığı tarixdən metibarən lıcı müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyəti haqqında mötəbər sübut təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, avtomobil onun ani likvid dəyəri ilə tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Məhkəmə hesab edir ki, Skoda Superb 1.4 TSİ modelli, buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) avtonəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçınə verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, iddia təmin edilməli, , İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli B-149- SA-21 saylı Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş 1 ədəd Skoda Superb 1.4 TSİ modelli buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən İddiaçı MMC-yə geri qaytarılmalı, ödənilmiş 182 (bir yüz səksən iki) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməldir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1 və 241.4-cü maddələrinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "Skaz Autohouse” MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli B-149- SA-21 saylı Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş 1 ədəd Skoda Superb 1.4 TSİ modelli buraxılış ili 2020 olan (VİN: TMBAB6NP0L7076451) avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən İddiaçı MMC-yə geri qaytarılsın. Mülki iş üzrə 182 (bir yüz səksən iki) manat mənləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "Skaz Autohouse” MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar