Məhkəmə qərarları › İş №e-2(005)-776/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-776/2023

13.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-776/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X7 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, gecikdirilmiş günlər üçün ödəncin tutulması və sosial sığortanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, gecikdirilmiş günlər üçün ödəncin tutulması və sosial sığortanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 6682 (altı min altı yüz səksən iki) manat məbləğində hesablanmış əmək haqqının tutularaq İddiaçı ödənilməsi; ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün iki faiz məbləğində ödəncin aşağıdakı qaydada Cavabdehndən tutularaq İddiaçı ödənilməsi: 2021-ci ilin mart-aprel ayları üçün - 1 may 2021-ci il tarixdən əmək haqqı ödənildiyi tarixədək hər gün üçün 60,72 (altmış manat 72 qəpik) manat məbləğində; 2021-ci ilin oktyabr ayı üçün - 1 noyabr 2021-ci tarixdən əmək haqqı ödənildiyi tarixədək hər gün üçün 43,36 (qırx manat 36 qəpik) manat məbləğində; 2021-ci ilin noyabr ayı üçün - 1 dekabr 2021-ci il tarixdən əmək haqqı ödənildiyi tarixədək hər gün üçün 29,56 (iyirmi doqquz manat 56 qəpik) manat məbləğində, İddiaçı hesablanmış əmək haqqından məcburi tutulmalı olan 15947.33 (on beş min doqquz yüz qırx yeddi manat 33 qəpik) manat məbləğində sosial sığortanın pensiya kapitalı yığımına ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra "İddiaçı") ilə Cavabdeh (bundan sonra "Cavabdeh") arasında 1 may 2015-ci il tarixli AKH00045 nömrəli əmək müqaviləsi (bundan sonra "Müqavilə") bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı Şəmki layihəsinə layihə rəhbəri vəzifəsinə işə qəbul edilmiş və ona aylıq 2514 (iki min beş yüz on dörd) manat məbləğində əmək haqqı təyin edilmişdir. 03 noyabr 2021-ci il tarixdə cavabdehlə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilsə də, Cavabdeh İddiaçının əmək haqqının aşağıda qeyd olunan hissəsini ödəməmişdir: 2021-ci ilin mart-aprel ayları üçün - 3036 (üç min otuz altı) manat məbləğində; 2021-ci ilin oktyabr ayı üçün - 2168 (iki min bir yüz altmış səkkiz) manat məbləğində; 2021-ci ilin noyabr ayı üçün - 1478 (bir min dörd yüz yetmiş səkkiz) manat məbləğində. Cəmi: 6682 (altı min altı yüz səksən iki) manat. İddiaçı azad edilən zaman və ondan sonrakı müddətdə Cavabdehdən dəfələrlə əmək haqqımın ödənilməsini tələb etsə də, ödənişlə bağlı müxtəlif instansiyalara müraciət etsə də, Cavabdeh müxtəlif bəhanələr gətirməklə, İddiaçıya əmək haqqı ödənişindən yayınmışdır. Hətta İddiaçı Cavabdeh tərəfindən pozulmuş əmək hüquqlarımın bərpası məqsədilə, X5 Xidmətinin Bakı Şəhər İdarəsinə də müraciət etmişdir. Müraciətlə bağlı araşdırma aparılmış və Cavabdehin vəzifəli şəxsi barədə 29 mart 2022-ci il tarixli ******* nömrəli "İnzibati xəta haqqında" protokol tərtib edilmişdir. Bundan əlavə, Cavabdeh İddiaçıya hesablanmış əmək haqqından məcburi tutulmalı olan 15947.33 (on beş min doqquz yüz qırx yeddi manat 33 qəpik) manat məbləğində sosial sığortanı pensiya kapitalı yığımına ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişidr. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İşçi Şəmkir layihəsinə layihə rəhbəri vəzifəsinə işə qəbul edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, “X2 Company" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanladığınız müraciətə Bakı şəhər idarəsində baxılmışdır. Müraciətlə əlaqədar cəmiyyətin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən son haqq-hesabınızın ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən də, tərəfimizdən cəmiyyətin direktoru X3 barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.Həmçinin, cəmiyyətin rəhbərinə son haqqhesabınızın düzgün hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı **********3 nömrəli xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin Vəkil Asif oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Sizin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığınız xx.xx.2023-ci il tarixli müraciətinizə tərəfimizdəm baxılmışdır. Bildiririk ki, Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli müraciəti ilə bağlı işəgötürən- “X1 Company" MMCdən müvafiq sənədlər tələb olunmuşdur. Təqdim olunmuş sənədlərdən işçi İddiaçı son haqq- hesabı və digər ödənişlərinin ödənilmədiyi müəyyən edilmişdir. Müvafiq olaraq “X1 Company" MMC-nin direktoru X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4- cü maddəsinə əsasən MN ******* nömrəli 11.04.22 tarixli inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edilərək 1200 (bir min iki yüz) manat cərimə edilmişdir. Həmin qərar tam olaraq icra edilmiş, borclu X4 tərəfindən dövlət büdcəsinə 1200 ( bir min iki yüz) manat məbləğində cərimə ödənilmiş, ödəniş X5 Xidmətinin aparatının təhlil və strateji planlaşdırma sektoru tərəfindən təqdim edilən daxilolma cədvəli ilə dəqiqləşdirilmişdir. Həmçinin müraciətinzdə tələb olunan qərar və protokolun sürəti sizə təqdim edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, İddiaçı əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarış təqdim edilmişdir. İş materiallarında olan Sosial arayışın çıxarışından görünür ki, 2020-ci il tarixdə Cavabdeh tərəfindən dövlət büdcəsinə 9173,94 manat məcburi ödənişlər hesablanmış, cəmi 2494,26 manat ödənilmişdir. İş materiallarında olan Sosial arayışın çıxarışından görünür ki, 2021-ci il tarixdə Cavabdeh tərəfindən dövlət büdcəsinə 7971,81 manat məcburi ödənişlər hesablanmış, 0 manat ödənilmişdir. İş materiallarında olan Sosial arayışın çıxarışından görünür ki, 2015-ci il tarixdə Cavabdeh tərəfindən dövlət büdcəsinə 4830 manat məcburi ödənişlər hesablanmış, cəmi 4292,88 manat ödənilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə işçi İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə Şəmkir layihəsinə layihə rəhbəri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı son haqq-hesab ödənilməmişdir. xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, İddiaçı əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir. Məhkəmədə hazırda mübahisələndirilən hal ondan ibarətdir ki, 2021-ci ilin mart-aprel ayları üçün - 3036 (üç min otuz altı) manat məbləğində; 2021-ci ilin oktyabr ayı üçün - 2168 (iki min bir yüz altmış səkkiz) manat məbləğində; 2021-ci ilin noyabr ayı üçün - 1478 (bir min dörd yüz yetmiş səkkiz) manat məbləğində cəmi 6682 (altı min altı yüz səksən iki) manat əmək haqqının ödənilmədiyini, əmək haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün iki faiz məbləğində ödəncin əmək haqqı ödənildiyi tarixədək cavabdehdən tutulmasını, habelə əmək haqqından məcburi tutulmalı olan 15947.33 (on beş min doqquz yüz qırx yeddi manat 33 qəpik) manat məbləğində sosial sığortanı pensiya kapitalı yığımına ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının 2021-ci ilin mart-aprel, 2021-ci ilin oktyabr və 2021-ci ilin noyabr ayı üçün əmək haqqının ödənilməməsi iddiasına qarşı bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, o cümlədən cavabdeh tərəfindən iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı və DƏM-nin əmək haqqının ödənilməməsi ilə bağlı məktubu, işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar, protokollar təqdim olunmuşdur. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi yuxarıda qeyd olunan tarixlər üçün cəmi 6682 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir; - Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə onu da qeyd edir ki, iddia tələbi 6682 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə iki faiz ödəncin tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əmək haqqının gecikdirilməsinə görə bir faiz ödənc tutulması, işçinin pozulan hüquq və mənafelərinin təmin edilməsi üçün kifayət edir, məhkəmənin bu mövqeyi ədalət prinsipi baxımından da əsaslı və məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə onu da qeyd edir ki, iddia tələbi 01 may 2021-ci il tarixdən, 01 noyabr 2021-ci il tarixdən və 01 dekabr 2021-ci il tarixdən ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün müvafiq olaraq günlük 30,36 manat, 21,68 manat və 14,78 manat məbləğində ödəncin tutulması hissəsində də əsaslıdır. Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi, əmək haqqının hesablanması sahəsində məhkəmə ixtisaslaşmamışdır, Cavabdeh isə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün müvafiq sübutlar təqdim etməmişdir. Qeyd olunan xüsusatlara görə məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, orada çalışmış İddiaçı 6682 manat məbləğində əmək haqqını ödəməmişdir. Bununla da cavabdeh tərəfindən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə iddiaçıya hər gün üçün 1% ödənc həcmində pul öhdəliyi yaranmışdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38.1-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38.3-cü maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək, sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək; işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 54-cü maddəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini təmin etməlidir. 304-cü maddəsinə əsasən, sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. 307-ci maddəsinə əsasən, işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında» “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 6-cı maddəsinin tələbinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə pensiya yaşına çatmaq, əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olmağı, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti, işsiz olmaq daxildir. Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü sosial sığorta haqqı isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır. Həmin Qanununun 8-ci maddəsinin tələbinə əsasən, Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq. Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir, sığortaolunanlar— xeyrinə sığorta fəaliyyəti həyala keçirilənlərdir, sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 11-ci maddəsinin tələbinə əsasən, Sıgortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək: sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Sosial Sığorta haqqında Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, İddiaçı əmək haqqından hər ay hesablanmış, lakin dövlət büdcəsinə ödənilməli olan məcburi sosial sığorta ödənişlərini etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi 2015, 2020 və 2021-ci illər üçün 21975,75 manat həcmində hesablanmış sosial sığorta ödənişlərindən yalnız 6787,14 manat ödənilmişdir. İddiaçı isə iddia ərizəsində 15947,33 manat sığorta ödənişinin ödənilməsini tələb edir. Belə olanda məhkəmə hesab edir ki, 15188,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq, iddiaçının sosial sığortanın pensiya kapitalı yığımına ödənilməsi öhdəliyi həvalə edilməlidir. ( 21975,75 – 6787,14 = 15188,61 ) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının “Cavabdehndə işlədiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq, İddiaçı sosial sığortanın pensiya kapitalı yığımına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara və mülki işin faktiki hallarına məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə ödənilməmiş 6682 manat məbləğində əmək haqqı, 01 may 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3036 manat məbləğində əmək haqqının 1 %-i məbləğində yəni, günlük 30,36 manat ödənc, 01 noyabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 2168 manat məbləğində əmək haqqının 1 %-i yəni, günlük 21,68 manat ödənc, 01 dekabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1478 manat məbləğində əmək haqqının 1 %-i yəni, günlük 14,78 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməli, Cavabdeh üzərinə İddiaçı işlədiyi dövrlər üzrə 15188,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqları sosial sığortanın pensiya kapitalı yığımına ödənilməsi öhdəliyi həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ödənilməmiş 84040 manat məbləğində əmək haqqı, ezamiyyət dövrü üçün 18515 manat və əmək haqqının gecikdirilməsinə görə 336160 manat (400 x 840,4=336160) ödənc, ümumilikdə 438715 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. 01 may 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3036 manat məbləğində əmək haqqının 1 %-i məbləğində yəni, günlük 30,36 manat ödənc, 01 noyabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 2168 manat məbləğində əmək haqqının 1 %-i yəni, günlük 21,68 manat ödənc, 01 dekabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 1478 manat məbləğində əmək haqqının 1 %-i yəni, günlük 14,78 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdeh üzərinə İddiaçı işlədiyi dövrlər üzrə 15188,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqları sosial sığortanın pensiya kapitalı yığımına ödənilməsi öhdəliyi həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar