Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-78/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İndiyədək ödənilməmiş əmək haqqı məbləği olaraq 70,815.24 AZN (yetmiş min səkkiz yüz on beş manat iyirmi dörd qəpik), Əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc olaraq -140,818.8 AZN (bir yüz qırx min səkkiz yüz on səkkiz manat səkkiz qəpik), Ödənilməmiş məzuniyyət haqqı olaraq- 25,328.95 (iyirmi beş min üç yüz iyirmi səkkiz manat doxsan beş qəpik) İşçiyə vurulmuş maddi zərər olaraq -1000 AZN (bir min manat) və İşçiyə vurulmuş mənəvi zərərin əvəzi olaraq - 20,000 AZN-in (iyirmi min manat), cəmi: 257,962.99 (iki yüz əlli yeddi min doqquz yüz altmış iki manat doxsan doqquz qəpik) manat məbləğində vəsaitin İddiaçı-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 04.04.2022-ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina edərək, mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında vəsatəti müdafiə edərək iş üzrə icraata xitam verilməsii xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuş, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan İmtina etmə yazılı formada ifadə edilməlidir; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişdir, iddiaçının iddia tələbindən imtina edilməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddia tələbindən imtina edilmə məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtinanın qanuna zidd olması, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilmədiyindən qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-78/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-78/2022
13.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver