Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-795/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 2 saylı Sumqayıt Ərazi İdarəsinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 2 saylı Sumqayıt Ərazi İdarəsinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ipoteka predmetinə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC tərəfindən keçirilən hərracla bağlı xx.xx.2022-ci il tarixli 68/01-2 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditin (borcun) təminatı qismində tələbin ipoteka predmintə yönəldilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə mülkiyyətindəki Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinə və Sumqayıt şəhəri, 13-ci mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzilinə tutma yönəldilmiş və həmin mənzillərin açıq hərracda satılması üçün satışa çıxarılacağı ilə bağlı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən ona bildiriş göndərilmişdir. Bildirişdə hərracın keçiriləcəyi vaxt olaraq xx.xx.2022-ci il, yer olaraq isə Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933 məhəllə ünvanı qeyd edilmişdir. Qeyd edir ki, həmin bildiriş ona ümumiyyətlə göndərilməmişdir. Belə ki, onun qardaşı Elman Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusion quruluşunun müdafiəsi ilə əlaqədar aldığı baş-beyin, kəllədaxili zədələr, pozuntular, anemiya, hipertenziya, eşitmənin itirilməsi və bu kimi ağır diaqnozlarla 3-cü dərəcəli müharibə əlilidir. Hazırda ağır xəstəliyinə görə stasionar şəraitdə müalicə alır. Bununla da tamamilə qanunsuz və əsassız olaraq, ona açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. Qeyd edir ki, xx.xx.2022-ci il tarixli 8(060)-654 saylı Sumqayıt şəhər məhkəməsinin qərardında aydın göstərilmişdir ki, borclu Maraqlı şəxs1 oğlu stasionar müalicədə olduğu vaxtda icra məmuruna hərracın dayandırlması barədə öhdəlik qoymuşdur. Sumqayıt şəhər İcra idarəsi Sumqayıt şəhər məhkəməsinin dövlətin adından çıxan qərardadını saymamış və qanunsuzluq etmişdir. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən tərtib edilmiş 01/677 nömrəli, xx.xx.2022-ci il tarixli bildiriş üzrə mülkiyyətində olan Sumqayıt şəhəri, 18ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinin açıq hərraca çıxarılaraq satılmasına dair iş qanunsuzdur. Həmin hərracın yekunları barədə yekun protokola baxdıqda məlum olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2078/2018 saylı xx.xx.2018 tarixli icra sənədi əsasında xx.xx.2022-cu il tarixli Sumqayıt şəhər icra idarəsinin 10837/27 sifariş məktubu əsasında hərracda satılmışdır. Həmin hərracda əmlak tam qanunsuz saxta sənədlər əsasında satılmış hərracın yekunları barədə protokol tərtib olunmuşdur. Həmin keçirilmiş hərrac qardaşı xəstə yatdığından bildirişləri almamış onun isə hərraclardan ümumiyyətlə xəbəri olmamışdır. Cavabdeh1 ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixində keçirilən hərrac prosesi barədə məlumatı olmamışdır. Aşağıda qeyd olunanlara əsasən, hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-2078/2018 nömrəli icra sənədinin icrası ilə əlaqədar Bankın yüklüyündə olan iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün icra qurumu tərəfindən hərrac təşkilatına sifariş olunmuşdur. Hərrac təşkilatı hərrac prosesini xx.xx.2022-ci il tarixinə təyin etmiş və bu barədə tərəflərə bildiriş göndərməklə (iddiaçının həmin bildirişi almasına dair poçt xidmətinin qəbzi etiraza əlavə olunur), kütləvi informasiya vasitələrində rəsmi elan vermişdir. Keçirilən hərrac prosesi baş tutmamış elan edildiyindən, ipoteka predmeti borc müqabilində Bankın balansına alınmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixinə təyin olunmuş hərrac prosesi barədə məlumat olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı Sanqam oğlunun iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx"nin Maraqlı şəxs1, Cavabdeh1 ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdaərsinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli №02 saylı bildirişindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzilinə və Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. İlkin satış qiyməti 50150 manat və 43350 manat, hərracda iştirak üçün 5 % miqdarında behin məbləği 2507,50 manat və 2167,50 manat müəyyən edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzili və Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı evin 65 saylı mənzili ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə № 68/01-2 saylı protokolun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzili 32512,50 manata ipoteka saxlayan Cavabdeh1SC-yə satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2022-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzili Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakın hərrac qiyməti 32512,50 manat olmaqla Cavabdeh1 ASC-nin balansına keçirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 1 saylı evin 8 saylı mənzili ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlərin göndərilməsinə dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. “İpoteka haqqında” 42.1-ci maddəsi hərracın təşkilatçısının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsini, ipoteka saxlayana və ipoteka qoyana bildirişin göndərilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iş materiallarından da, görünür ki, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “Birja” qəzetlərində elanlar verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məxsus mənzil kreditin qaytarılmasının təminatı kimi 2018-ci ildən bank qarşısında yüklü olmuş, hərrac bundan 4 il sonra – 2022ci ildə keçirilmişdir. İddiaçı hərrac keçirilənədək ötən müddət ərzində kredit borcunun ödənilməsi, kredit üzrə tutmanın əmlaka yönəldilməsinin qarşısını almaq istiqamətində hər hansı cəhdlər etməmişlər. İşin faktiki hallarından görünür ki, iddiaçı qətnamənin icrasının gedişi ilə də maraqlanmamışdır. Belə ki, iddiaçı hərrac barədə ümumiyyətlə məlumatlandırılmadığını qeyd edirsə, hərracın gedişatı ilə bağlı icra məmuruna müraciət edib, keçiriləcək hərracın vaxtı və yeri ilə bağlı məlumat əldə edə bilərdi. Belə olan təqdirdə İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 2 saylı Sumqayıt Ərazi İdarəsinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 2 saylı Sumqayıt Ərazi İdarəsinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Maraqlı şəxs1, Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 2 saylı Sumqayıt Ərazi İdarəsinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-795/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-795/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver