Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-836/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406286; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar uzaqlaşmaqla və paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/10 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması; Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı kmdə, 39 T 0406286; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar uzaqlaşmaqla və paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/10 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi faktları aşkar edilmişdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları 16 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 16.11 2022-ci il tarixdə 8 saylı qarovulun 1-ci iş növbəsində saat 11:10-da 13-14 saylı postların ərazisində (Nərimanov rayonu PYUA 38/10) Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406286; ******* saylı koordinat üzrə, 1-cı sırada, kəmərə perpendikulyar uzaqlaşmaqla və paralel kəmərdən təqribən 6 metr aralı məsafədə, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, evlərlə əhatə edilən və bir tərəfi hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsinin ön hissəsinin onun verdiyi məlumata əsasən mövcud hasarının uçması səbəbindən yenidən inşa edilməsi məqsədilə 20 metr uzunluğunda 20 sm hündürlüyündə mişar daşlarının düzülməsi aşkar edildi. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu həmin şəxsə izah edilərək görülən iş hal-hazırda saxlanıldı. Qeyd olunanlarla əlaqədar həmin şəxsə görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair yazılı xəbərdarlıq verildi və ərazi üzrə icra nümayəndəsi Firdovsi adlı (əlaqə nömrəsi 070 614-06-90) şəxsə saat 11-05-də məlumat verildi və o, sözügedən ünvana baxış keçirəcəyim bildirdi. 16 noyabr 2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, qanunvericiliyə görə dövlət əhəmiyyətli torpaqları qanunsuz zəbt edərək, üzərində tikinti işləri aparmaq və ya digər analoji fəaliyyətlərin həyata keçirilməsinin qanunvericiliyə zidd olması barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6545 saylı ekspert rəyindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Cavabdeh istifadəsində olan uzunluğu 8.3 metr, eni 2.1 metr olan köməkçi tikilililər SOCARİN "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərindən 2.4 metr; uzunluğu 12.5 metr, eni 6.4 metr olan fərdi yaşayış evinin 11.1 metr; daş hasarın isə 0.9 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin köməkçi tikililərin, fərdi yaşayış evinin və daş hasarın Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları" ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406286; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar uzaqlaşmaqla və paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/10 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikilisi olduğu müəyyən edilmiş və cavabdehə dövlət əhəmiyyətli torpaqları qanunsuz zəbt edərək, üzərində tikinti işləri aparmaq və ya digər analoji fəaliyyətlərin həyata keçirilməsinin qanunvericiliyə zidd olması barədə xəbərdarlıq edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı bu tikililərin qanunsuz olması səbəbindən cavabdehin hesabına sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş rəydən həmin tikililərin iddia ərizəsində qeyd edilən mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan maddələrdə göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin həyata keçirilməsi dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 9.26-cı bəndinə əsasən, sənaye müəssisələrinin və anbarların təchizatı üçün tez alışan və yanar-maye, həmçinin maye qaz nəql edən boru kəmərlərinin məskunlaşma ərazilərindən çəkilməsinə yol verilmir. Magistral boru kəmərləri qüvvədə olan normativ sənədə (SNiP 2.05.06) müvafiq olaraq, məskənlərin ərazi sərhədlərindən kənarda çəkilməlidir. Məskənin ərazisindən neft məhsulları kəmərləri çəkilərkən, qüvvədə olan normativ sənədin (SNiP 2. 05.3) tələbləri nəzərə alınmalıdır. Yanğın əleyhinə tələblərin (Əlavə 1) 3-cü bəndinə əsasən, yaşayış və ictimai binalardan neft və neft məhsulları saxlanılan İ qrup anbarlaradək məsafə qüvvədə olan normativ sənədin (SNiP İİ- 106-79) tələblərinə, ictimai və yaşayış binalarına xidmət göstərən qazanxanaların, dizel elektrik stansiyaları və digər enerji obyektlərinin tərkibində nəzərdə tutulan maye yanacaq saxlanan İİ qrup anbarlarına qədər isə məsafə cədvəl 2-də göstərilənlərdən az olmayaraq qəbul edilməlidir. 2951 Nömrəli “03” yanvar 2003-cü il tarixli “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.7-ci bəndinə əsaən, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406286; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar uzaqlaşmaqla və paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə Cavabdeh tərəfindən qanunsuz tikili inşa olunmuşdur. 16 noyabr 2022-ci il tarixdə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh məxsus tikili Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406286; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar uzaqlaşmaqla və paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə inşa edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli ekspert rəyindən də görünür ki, Cavabdeh istifadəsində olan uzunluğu 8.3 metr, eni 2.1 metr olan köməkçi tikilililər SOCARİN "Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərindən 2.4 metr; uzunluğu 12.5 metr, eni 6.4 metr olan fərdi yaşayış evinin 11.1 metr; daş hasarın isə 0.9 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin köməkçi tikilililərin, fərdi yaşayış evinin və daş hasarın Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları" ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406286; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar uzaqlaşmaqla və paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/10 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapital bank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H:AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməlidir. Eyni zamanda aparılmış məhkəmə ekspertizalarının cəmi dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 126.6-cı km-də, 39 T 0406286; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar uzaqlaşmaqla və paralel, kəmərdən təqribən 6 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, Nərimanov rayonu PYUA 38/10 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul Cavabdeh tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapital bank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H:AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Aparılmış məhkəmə ekspertizalarının cəmi dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-836/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-836/2023
22.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver