Məhkəmə qərarları › İş №e-2(005)-856/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-856/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-856/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X3 Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Sumqayıt şəhər icra və probasiya şöbəsinə, Cavabdeh2 ASC-yə və "xxxx" MMC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Sumqayıt şəhər icra və probasiya şöbəsinə, Cavabdeh2 ASC-yə və "xxxx" MMC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətinin qanunsuz hesab edilməklə, cavabdeh "xxxx" ASC- nin mənzilin və torpaq sahələrinin yenidən qiymətləndirilməsindən imtinasının, həmçinin Sumqayıt İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov ray, M.K.Atatürk pr, yerləşən 23/25 nümrəli binanın 69 nömrəli mənzil ilkin satış qiyməti 55000 AZN-ə yenidən hərraca çıxarılmasının, Sumqayıt səhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilkin satış qiyməti 12000 AZN, Bakı səhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi ilkin satış qiyməti 24000 AZN olmaqla satışa çıxarılmasına dair 15 noyabr 2022-ci il tarixli 15/11 Bildirişinin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 09 sentyabr 2020-ci il tarixdə verilmiş QXM 320/M nömrəli qiymətləndirmə rəyinin hazırkı real bazar qiymətlərinə uyğun olmamaqla, hüquqi qüvvəsi olmayan və torpaq sahələrinə dair hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 856/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(005)- 856/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 856/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərardadına düzəliş edilməsi, həmin qərardadın təsviri, əsaslandırıcı və nəticə hissələrində “cavabdehlər Cavabdeh1 MMC-yə, Sumqayıt şəhər icra və probasiya şöbəsinə, "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə” və nəticə hissəsində “İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona qaytarılsın” yazısı qeyd olunmaqla düzəliş edilməsi qərara alınmışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə şikayətlə müraciət edərək, xx.xx.2023-cü il tarixli e-2(005)-856/2023 saylı və xx.xx.2023-cü il tarixli e-2(005)-856/2023 saylı qərardadlarının qanunsuz olduğundan ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 856/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(005)-856/2023 saylı və xx.xx.2023-cü il tarixli, e-2(005)-856/2023 saylı qərardadlarından iddiaçı X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2536/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(005)-856/2023 saylı qərardadı iddianın-Sumqayıt İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk pr, yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzil ilkin satış qiyməti 55000 AZN-ə yenidən hərraca çıxarılmasının, Sumqayıt səhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilkin satış qiyməti 12000 AZN, Bakı səhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi ilkin satış qiyməti 24000 AZN olmaqla satışa çıxarılmasına dair 15 noyabr 2022-ci il tarixli 15/11 Bildirişinin etibarsız hesab edilməsi ilə bağlı iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə işə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb təqdim etmədən məkhəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işi o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddianın predmetini Sumqayıt İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk pr, yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzil ilkin satış qiyməti 55000 AZN-ə yenidən hərraca çıxarılmasının, Sumqayıt səhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilkin satış qiyməti 12000 AZN, Bakı səhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi ilkin satış qiyməti 24000 AZN olmaqla satışa çıxarılmasına dair 15 noyabr 2022-ci il tarixli 15/11 Bildirişinin etibarsız hesab edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə mübahisələndirilən Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk pr, yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzil ilkin satış qiyməti 55000 AZN-ə yenidən hərraca çıxarılması, Sumqayıt səhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilkin satış qiyməti 12000 AZN, Bakı səhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi ilkin satış qiyməti 24000 AZN olmaqla satışa çıxarılmasına dair 15 noyabr 2022-ci il tarixli 15/11 bildiriş özü-özlüyündə hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmır. Adı çəkilən bildiriş hərracın keçirilməsinin yeri və vaxtı barədə tərəflərə məlumat vermək məqsədi daşıyır. Qeyd edilən halda hərracın yekunları barədə protokol hüquqi nəticə yaradır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-ci maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Sumqayıt şəhər icra və probasiya şöbəsinə, Cavabdeh2 ASC-yə və "xxxx" MMC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov ray, M.K.Atatürk pr, yerləşən 23/25 nümrəli binanın 69 nömrəli mənzil ilkin satış qiyməti 55000 AZN-ə yenidən hərraca çıxarılmasının, Sumqayıt səhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilkin satış qiyməti 12000 AZN, Bakı səhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi ilkin satış qiyməti 24000 AZN olmaqla satışa çıxarılmasına dair 15 noyabr 2022-ci il tarixli 15/11 Bildirişinin etibarsız hesab edilməsi hissəsində icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Sumqayıt şəhər icra və probasiya şöbəsinə, Cavabdeh2 ASC-yə və "xxxx" MMC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İcra və Probasiya Şöbəsi və "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk pr, yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzil ilkin satış qiyməti 55000 AZN-ə yenidən hərraca çıxarılmasının, Sumqayıt səhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilkin satış qiyməti 12000 AZN, Bakı səhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi ilkin satış qiyməti 24000 AZN olmaqla satışa çıxarılmasına dair 15 noyabr 2022-ci il tarixli 15/11 bildirişinin etibarsız hesab edilməsi hissəsində icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar