Məhkəmə qərarları › İş №e-2(005)-95/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-95/2025

29.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-95/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı1 Cavabdeh qarşı “məcburi payın müəyyən edilərək naturada ayrılması və məcburi pay üzrə əldə edilmiş əmlaklara dair pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “məcburi payın müəyyən edilərək naturada ayrılması və məcburi pay üzrə əldə edilmiş əmlaklara dair pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 932/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5751/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək mülki iş üzə icraat dayandırılmışdır. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5751/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verildiyi bildirilmiş və iş üzrə icraatın təzələnməsi xahiş edilmişdir. Eyni zamanda tərəflərin arasında barışıq sazişinin bağlandığı qeyd edilmiş və barışıq sazişinin tədiq edilərək mülki iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 95/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər prosesdə iştirak etməmişdirlər. Eyni zamanda İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Həbi oğlu ayrı-ayrılıqda elektron kabinet vasitəsilə ərizələr təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Cavabdeh qarşı “məcburi payın müəyyən edilərək naturada ayrılması və məcburi pay üzrə əldə edilmiş əmlaklara dair pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı1 ilə Cavabdeh arasında 14 mart 2025-ci il tarixdə Bakı şəhəri 1 saylı Notariat Ofisində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Bir tərəfdən, Cavabdeh (Ş/V AA*******, FİN: xxxxxxx) (bundan sonra “Birinci tərəf’ adlanacaq), digər tərəfdən, İddiaçı1 (Ş/V AA*******, FİN: xxxxxxx) (bundan sonra “İkinci tərəf’ adlanacaq), birlikdə “Tərəflər” adlandırılacaq aşağıdakı şərtlərlə bu Sazişi imzalayırlar. Nəzərə alaraq ki, - İddiaçı1 cavabdehlər Cavabdeh, X1, Gəncə şəhər 3 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı alqı-satqı və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 cavabdehlər İddiaçı1, Cavabdeh, X1, Gəncə şəhər 3 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əilakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunmasına və miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(125)- 5751/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iş hazırda Gəncə Apellyasiya Məhkəməsinin (Sədrlik edən və məruzəçi hakim: Rəhman Muradov, İş № 2(104)-75/2025) icraatındadır; - Həmçinin, iddiaçı X4 cavabdeh X5 qarşı “məcburi payın müəyyən edilərək naturada ayrılması və məcburi pay üzrə əldə edilmiş əmlaklara dair pul tələbi” üzrə iş Nərimanov rayon Məhkəməsindədir (hakim Mehriban Əfəndizadə, İş № e-2(005)-95/2025) və iş üzrə icraat dayandırılmışdır. Bu tərəflər arasında mövcud olan məhkəmə mübahisələrini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, AR Mülki-prosessual məcəlləsinin 52 və 191-ci maddələrinə əsasən bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:

1. Cavabdeh tərəflərin atası mərhum X3 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satışından əldə olunan vəsaitdə və ünvan 2 ünvanında 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 92.6 kv.m yaşayış sahəsi 44.2 kv.m köməkçi sahəsi 48.4 kv.m olan iki otaqlı fərdi yaşayış evində qardaşı İddiaçı1 məcburi payının əvəzinə İddiaçı1 50 000 (əlli min) manat notariusun depozit hesabı vasitəsilə ödəyir.

2. Tərəflər təsdiq edirlər ki, mərhum X3 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin satışından əldə olunan vəsaitdə və ünvan 2 ünvanında 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 92.6 kv.m yaşayış sahəsi 44.2 kv.m köməkçi sahəsi 48.4 kv.m olan iki otaqlı fərdi yaşayış evində İddiaçı1 məcburi payı göstərilən 50 000 (əlli min) manatdan ibarətdir və bununla da İddiaçı1 həmin payı almış hesab olunur. İddiaçı1 qeyd olunan miras əmlakla bağlı hər hansı əlavə tələb irəli sürmür və gələcəkdə də sürməyəcək.

3. İddiaçı1 öhdəsinə götürür ki, bu Sazişin imzalandığı gün 5 gün ərzində Gəncə Apellyasiya Məhkəməsinə 2(104)- 75/2025 saylı iş üzrə apellyasiya şikayətindən imtina etməsi barədə yazılı ərizə təqdim edəcək. Həmin ərizədən daha sonra imtina etməyəcək və məhkəmədən ərizənin qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş edəcək.

4. Tərəflər öhdəlik götürürlər ki, bu barışıq sazişi təsdiqləndikdən sonra Nərimanov rayon məhkəməsinə (İş № e-2(005)-95/2025) ərizə ilə müraciət edərək icraatın təzələnməsi, eyni zamanda və eyni məzmunda barışıq sazişinin təsdiq olunması və icraata xitam verilməsini xahiş edəcəklər.

5. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2. və 261.0.5.-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tədbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.

6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər ı olaraq tənzimlənir.

7. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 7 (yeddi) nüsxədə tərtib olunur. Nüsxələrin dördü hər birində 2 nüsxə olmaqla tərəflərdə, biri notariusda saxlanılır, biri Gəncə Apellyasiya Məhkəməsinə, biri isə Nərimanov rayon Məhkəməsinə təqdim olunur. Bu Saziş tərəflərin imzası ilə təsdiq edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar