Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-963/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple Macbook PRO 14 kompüter üçün 5032 manat ödənilməmiş hissə, 1522,8 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********71715 Samsung Galaxy A52 markalı telefon, İMEİ kodu **********44647 Samsung Galaxy A52 markalı telefon üçün 940 manat ödənilməmiş hissə, 280,5 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Electrolux paltaryuyan üçün 421 manat ödənilməmiş hissə, 56,4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57878 Samsung Galaxy A22 markalı telefon üçün 311 manat ödənilməmiş hissə, 92,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Saft Pioneer təkər üçün 201 manat ödənilməmiş hissə, 59,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********25882 Xiaomi Redmi 9 markalı telefon üçün 44 manat ödənilməmiş hissə, 13,2 manat dəbbə pulu olmaqla, ümumilikdə 8973,7 manat borcun və 109,74 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple Macbook PRO 14 kompüter üçün 5032 manat ödənilməmiş hissə, 1522,8 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********71715 Samsung Galaxy A52 markalı telefon, İMEİ kodu **********44647 Samsung Galaxy A52 markalı telefon üçün 940 manat ödənilməmiş hissə, 280,5 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Electrolux paltaryuyan üçün 239 manat ödənilməmiş hissə, 14,1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57878 Samsung Galaxy A22 markalı telefon üçün 311 manat ödənilməmiş hissə, 92,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Saft Pioneer təkər üçün 201 manat ödənilməmiş hissə, 59,4 manat dəbbə pulu, ümumilikdə 8692,2 manat borc və 109,74 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixlərində bağladığı müqavilələrə əsasən Apple Macbook PRO 14 kompüter, İMEİ kodu **********71715 Samsung Galaxy A52 markalı telefon, İMEİ kodu **********44647 Samsung Galaxy A52 markalı telefon, Electrolux paltaryuyan, İMEİ kodu **********57878 Samsung Galaxy A22 markalı telefon, Saft Pioneer təkər, İMEİ kodu **********25882 Xiaomi Redmi 9 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5782 manat (9 ay x 564.7 manat + 699.7 manat ilkin ödəniş) olan Apple Macbook PRO 14 kompüter üçün 6554,8 manat olmaqla, ondan 5032 manat ödənilməmiş hissə, 1522,8 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1540,8 manat (18 ay x 85.6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********71715 Samsung Galaxy A52 markalı telefon, İMEİ kodu **********44647 Samsung Galaxy A52 markalı telefon üçün 1220,5 manat olmaqla, ondan 940 manat ödənilməmiş hissə, 280,5 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 860,04 manat (18 ay x 47.78 manat + 0 manat ilkin ödəniş) olan Electrolux paltaryuyan üçün 477,4 manat olmaqla, ondan 421 manat ödənilməmiş hissə, 56,4 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 535,2 manat (12 ay x 44.6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********57878 Samsung Galaxy A22 markalı telefon üçün 403,4 manat olmaqla, ondan 311 manat ödənilməmiş hissə, 92,4 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 549,6 manat (24 ay x 22.9 manat + 0 manat ilkin ödəniş) olan Saft Pioneer təkər üçün 260,4 manat olmaqla, ondan 201 manat ödənilməmiş hissə, 59,4 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 549,6 manat (24 ay x 22.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********25882 Xiaomi Redmi 9 markalı telefon üçün 57,2 manat olmaqla, ondan 44 manat ödənilməmiş hissə, 13,2 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2868,24 manat təşkil edir. Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21045391 nömrəli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 549,6 manat olan Saft Pioneer 500 almışdır; Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24048719 nömrəli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 535,2 manat olan İMEİ kodu **********57878 Samsung Galaxy A22 markalı telefon almışdır; Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 860,04 manat olan Electrolux paltaryuyan almışdır; Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23162630 nömrəli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan ümumi dəyəri 1540,8 manat olan İMEİ kodu **********71715 Samsung Galaxy A52 markalı telefon və İMEİ kodu **********44647 olan Samsung Galaxy A52 markalı telefon almışdır; Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 5781,9 manat olan Apple Macbook PRO 14 markalı kompüter almışdır; xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 109,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdehin nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 6723 manat əsas borcu, 1969,2 manat cərimə borcu olmaqla, cəmi 8692,2 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırki iş üzrə iddiaçının tələb etdiyi cərimə məbləğlərinin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimələrin miqdarının azaldılaraq xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 70 manat, xx.xx.2021-ci il tarixli, 23162630 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 60 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 14,1 manat, xx.xx.2021-ci il tarixli, 24048719 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 20 manat, xx.xx.2020-ci il tarixli, 21045391 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 15 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 5032 manat, cərimə borcu 70 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 940 manat, cərimə borcu 60 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 239 manat, cərimə borcu 14,1 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 311 manat, cərimə borcu 20 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 201 manat, cərimə borcu 15 manat olmaqla, cəmi 6902,1 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 109,74 manatın 87 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 5032 manat, cərimə borcu 70 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 940 manat, cərimə borcu 60 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 239 manat, cərimə borcu 14,1 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc 311 manat, cərimə borcu 20 manat; xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borc 201 manat, cərimə borcu 15 manat olmaqla, cəmi 6902,1 (altı min doqquz yüz iki manat, on qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 109,74 manatın 87 (səksən yeddi) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-963/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-963/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver