Məhkəmə qərarları › İş №e-2(005)-966/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-966/2021

21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-966/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı oglunun cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X4 Madencilik Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialına, müstəqil tələblət irəli sürməyən üçüncü şəxs X3 Şirkətinə qarşı “müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması və zərər tələbi”nə dair mülki iş üzrə İddiaçı oglunun nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-966/2021 nömrəli qərardadından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oglu cavabdehlər “xxxx” ASC-yə və “X4 Madencilik Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialına qarşı müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1xxxx“X4 Madencilik Ticaret Anonim Şirkətf’nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış “qarantiya verilməsi haqqında müqavilə”nin və həmin müqavilə əsasında Cavabdeh1 ASC tərəfindən X3 Şirkətinin xeyrinə verilmiş 4080 saylı, 09 iyul 2020-ci il tarixli qarantiya (təminat) məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oglu iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Türkiyə Repubikasında yerləşən X4 Madencilik Ticaret Anonim Şirkətinin yeganə iştirakçısıdır (təsisçisidir) və o, həmin Şirkətdə 100 faiz paya malikdir. Şirkətin əsas fəaliyyəti krom mədən işlərinin görülməsindən ibarətdir. Şirkət, öz fəaliyyətinin genişləndirilməsi məqsədilə, 2019-cu ildə Azərbaycan Respublikasında Filial təsis etmiş və Filial hazırda qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. 2020-ci iin iyul ayında cavabdehlər Cavabdeh1xxxx“X4 Madencilik Ticaret Anonim Şirkəti’nin Azərbaycan Respublikasındakı Filialı arasında müqavilə bağlanmışdır. Müqaviləyə görə, Şirkətin X3 Şirkəti (Türkiyə hüquqi şəxsi) qarşısında götürdüyü öhdəliklərinin təminatı kimi Cavabdeh1 AS C tərəfindən ümumi dəyəri 3.000.000 (üç miyon) TL məbləğində 09 iyul 2020-ci il tarixli, 4080 saylı təminat (qarantiya) məktubu verilmişdir. Qarantiyanın müddəti 09 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. Qeyd edir ki, nə Şirkətin təsisçisi kimi İddiaçının, nə də Şirkətin İdarə Heyətinin cavabdehlər arasında qarantiya verilməsi barədə müqavilənin bağlanmasından, habelə 4080 saylı, 09 iyul 2020-ci il tarixli qarantiya məktubundan məlumatı olmamışdır. Belə ki, Şirkətin X3 Şirkəti qarşısında götürdüyü öhdəliyinin icrasının təmin edilməsi üçün qarantiya müqaviləsi Şirkətin təsisçisi kimi iddiaçının razılığı ilə və Şirkətin İdarə Heyətinin qərarı ilə məhz İdarə Heyətinin sədri tərəfindən imzalana bilərdi. Lakin Şirkətin Türkiyə Respublikasında olan digər şəxs (X3 Şirkəti) qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün müqaviləni nədənsə, Şirkətin özü deyil, onun Azərbaycan Respublikasındakı Filialı imzalamışdır. Hesab edir ki, cavabdehlər Cavabdeh1xxxx“X4 Madencilik Ticaret Anonim Şirkətf’nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış “qarantiya verilməsi haqqında” müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 ASC-nin X3 Şirkətinin xeyrinə verdiyi 4080 saylı, 09 iyul 2020-ci il qarantiya (təminat) məktubu etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Əzizaga oğlu 01 mart 2021-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək cavabdehlər Cavabdeh1xxxx“X4 Madencilik Ticaret Anonim Şirkətf’nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış “qarantiya verilməsi haqqında müqavilə”nin və həmin müqavilə əsasında Cavabdeh1 ASC tərəfindən X3 Şirkətinin xeyrinə verilmiş 4080 saylı, 09 iyul 2020-ci il tarixli qarantiya (təminat) məktubunun etibarsız hesab edilməsi və maddi zərərin əvəzi kimi 13.150 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun Cavabdeh1 ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 Şirkəti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(005)-966/2021 nömrəli qərardadı ilə İddiaçı oglunun cavabdehlər “xxxx” MMC-yə və “X4 Madencilik Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialına, müstəqil tələblət irəli sürməyən 3-cü şəxs X3 Şirkətinə qarşı müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması, zərər tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Əzizaga oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(005)-966/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti, mülki işin sənədlərini nəzərdən keçirib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(005)-966/2021 nömrəli qərardadı qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmağa başlanana qədər müəyyən edilmişdir ki, İddiaçı, “X4 Madencilik Ticaret Anonim” Şirkəti və Cavabdeh1 ASC arasında bağlanmış sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə, təqdim edilmiş sənədləri, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, iddiaçının sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs, cavabdehlərin isə hüquqi şəxs olmasını, habelə bağlanmış 4080 saylı, 09 iyul 2020-ci il tarixli qarantiya (təminat) məktubunun sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə götürüldüyünü nəzərə alıb belə qənaətə gəlmişdir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir (iqtisadi mübahisədir). Hüquqi nəticə etibarı ilə iş məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən icraata götürülmüşdür. Bu halın mövcudluğu isə işə məhkəmə aidiyyəti baxımından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır; 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə istinad olunan prossesual normaların tələblərini əsas götürüb şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. İddiaçı oglunun cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X4 Madencilik Ticaret Anonim” Şirkətinin Azərbaycandakı filialına, müstəqil tələblət irəli sürməyən üçüncü şəxs X3 Şirkətinə qarşı “müqavilənin və qarantiya məktubunun etibarsız hesab olunması və zərər tələbi”nə dair mülki iş üzrə İddiaçı oglunun nümayəndəsi və vəkili Nümayəndə1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(005)-966/2021 saylı qərardadından verdiyi şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar