Məhkəmə qərarları › İş №e-2(005)-985/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-985/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-985/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “mənzilin dəyərinin ödənilməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. (yaşayış sahəsi 117,66 kv.m.) olan, 4 otaqlı mənzilin dəyərinin əvəzi olaraq 160605 (yüz altmış min altı yüz beş) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 451 (dörd yüz əlli bir) manat pul vəsaitinin cavabdeh "Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. (yaşayış sahəsi 117,66 kv.m.) olan, 4 otaqlı mənzil, 26 dekabr 2011-ci il tarixində İddiaçı alqı-satqı yolu ilə satılmış və Cavabdeh MMC-nin direktorunun imzalı və möhürlü 26 dekabr 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə həmin mənzilin dəyərinin, yəni 160605 (yüz altmış min altı yüz beş) manat pulun ödənilməsi təsdiq olunmuşdur. Bununla yanaşı qeyd olunan binanın E korpusunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m. olan 4 otaqlı mənzilin X1 baxmayaraq, göstərilən mənzil 2011-ci il tarixdə yuxarıda göstərildiyi kimi alqı-satqı yolu ilə 160605 manat pul dəyərində iddiaçıya satılmışdır. Cavabdeh MMC pulu “Amay” Ticarət Mərkəzinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşdiyi binada nağd şəkildə qəbul etməklə alaraq, MMC-nin rəhbəri tərəfindən imzalı və möhürlü kassa mədaxil orderinin qəbzi ilə mənzilə dair pulun ödənilməsi təsdiq edilmişdir. Cavabdeh MMC-nin eyni mənzili başqa şəxsə satması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 28.09.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışı ilə öz təsdiqini tapır. Belə ki, sözü gedən çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X5 prospekti, korpus E, 24 saylı mənzil X2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Beləlikə, 26 dekabr 2011-ci il tarixli, 468 saylı alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, “İcraçı” (“Xudafərin" MMC) Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. (yaşayış sahəsi 117,66 kv.m.) olan, 4 otaqlı mənzil “Alıcıya təhvil verməli olduğu halda təhvil verməmişdir. Belə olan halda, 26 dekabr 2011-ci il tarixli, 468 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. (yaşayış sahəsi 117,66 kv.m.) olan, 4 otaqlı mənzilin alınması üçün ödədiyi 160605 (yüz altmış min altı yüz beş) manat pulun geri qaytarılması üçün məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi və vəkili etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-985/2022 saylı 20 aprel 2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 26.12.2011-ci il tarixli 468 nömrəli alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. (yaşayış sahəsi 117,66 kv.m.) olan, 4 otaqlı mənzilin alıcı İddiaçı satılması, sonuncu isə həmin mənzili qəbul etməyi öhdəsinə götürür. Bunun müqabilində 4 otaqlı ümumi sahəsi 214,14 m2 sahəsi olan mənzilin şirkətə hər m2-nə 750 manat olmaqla, cəmi 160605 manat ödənilməsi müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş 26.12.2021-ci il tarixli X4 görünür ki, İddiaçı tərəfindən 26.12.2011-ci il tarixli 468 nömrəli müqaviləsi üzrə 160605 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 28.09.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X5 prospekti, korpus E, 24 saylı mənzil X2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti olan mənzil təqdim edilməmişdir. Qeyd olunan mənzil X2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə alınması nəzərədə tutulan mənzilin dəyəri ilə tənzimlənir. Qeyd olunan mənzilin dəyərinin tam şəkildə ödənilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş kassa mədaxil qəbzi ilə təsdiq olunur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında məznilin alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş mənzilin dəyərini cavabdehə ödəmiş, cavabdeh isə həmin mənzilin başqa şəxsin xüsusi mülkiyyətinə verərək iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 451 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. (yaşayış sahəsi 117,66 kv.m.) olan, 4 otaqlı mənzilin dəyərinin əvəzi olaraq 160605 (yüz altmış min altı yüz beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 451 (dörd yüz əlli bir) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin Cavabdeh "Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının E korpusunun, 12ci mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.m. (yaşayış sahəsi 117,66 kv.m.) olan, 4 otaqlı mənzilin dəyərinin əvəzi olaraq 160605 (yüz altmış min altı yüz beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 451 (dörd yüz əlli bir) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar