Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-988/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m. (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzilin dəyərinin əvəzi olaraq 80 382 (səksən min üç yüz səksən iki) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 332 (üç yüz otuz iki manat) manat pul vəsaitinin Cavabdehndən alınaraq mənim xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının C korpusunun, 15ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m. (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzil, 12 yanvar 2012-ci il tarixində o, İddiaçı alqı-satqı yolu ilə satılmış və Cavabdeh MMC-nin direktorunun imzalı və möhürlü 12 yanvar 2012-ci il tarixli kassa mədaxil orderinin qəbzi və 12 yanvar 2012-ci il tarixli maliyyə arayışı ilə həmin mənzilə dair borcumun olmadığı təsdiq olunmuşdur (12 yanvar 2012-ci il tarixli, 485 saylı müqavilə, kassa mədaxil orderinin qəbzi və maliyyə arayışı qoşmaya əlavə olunur). Bununla yanaşı qeyd olunan binanın C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m. (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzilin 21 aprel 2011-ci il tarixli № 379 saylı müqavilə ilə X1 baxmayaraq, göstərilən mənzil 2012-ci il tarixdə yuxarıda göstərildiyi kimi alqı- satqı yolu ilə 47284 ABŞ dolları pul dəyərində mənə satılmışdır. Cavabdeh MMC pulu “Amay" Ticarət Mərkəzinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşdiyi binada nağd şəkildə qəbul etməklə alaraq, MMC-nin rəhbəri tərəfindən imzalı və möhürlü kassa mədaxil orderinin qəbzi və maliyyə arayışı ilə mənzilə dair pulun ödənilməsi təsdiq edilmişdir. Bildirməyi zəruri hesab edir ki, Cavabdeh MMC-nin eyni mənzili başqa şəxsə satması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)- 13299/2014 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin qətnaməyə əsasən, iddiaçı X3 Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzilin təmiri üçün şəraitin yaradılması tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m., yaşayış sahəsi 79,68 kv.m. olan, 3 otaqlı, 29 saylı mənzilin cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı X5 təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işləri aparılması üçün müvafiq şərait yaradılması qət edilmişdir. Sözügedən qətnamədən X6 (maraqlarına toxunan şəxs) apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, 18.05.2016-cı il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, 18.05.2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, 18.05.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)- 13299/2014 saylı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, 18.05.2016-cı il tarixli qətnaməsi surətləri qoşmaya əlavə olunur). Beləlikə, 12 yanvar 2012-ci il tarixli, 485 saylı alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, “İcraçı” (Cavabdeh MMC) Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m. (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzil “Alıcıya təhvil verməli olduğu halda təhvil verməmişdir. Belə olan halda 12 yanvar 2012-ci il tarixli, 485 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının C korpusunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139,21 kv.m. (yaşayış sahəsi 79,68 kv.m.) olan, 3 otaqlı, 29 saylı mənzilin alınması üçün ödədiyim 80 382 (səksən min üç yüz səksən iki) manat pulun geri qaytarılması üçün məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-icraçı ilə İddiaçı-alıcı arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli 485 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, icraçı “C”korpusu 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m yaşayış sahəsi 7968 kv.m təşkil edən mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 47284 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eyni tarixli maliyyə arayışından görünür ki, alıcı tərəfindən qeyd edilən məbləğ müvafiq mənzilə görə ödənilmiş və alıcının bəhs olunan mənzil ilə bağlı icraçıya borcu yoxdur; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)-13299/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllədə yerləşən Yeni Yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m təşkil edən 29 saylı mənzil cavabdeh Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı X5 təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işlərinin aparılması üçün müvafiq şərait yaradılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2939/2016 saylı, 18.05.2016-cı il tarixli qətnaməsi ilə X4 apelyasiya şikayəti təmin edilməmiş, haızkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.01.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 332 (üç yüz otuz iki) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh-icraçı ilə İddiaçı-alıcı arasında bağlanmış 12.01.2012-ci il tarixli 485 nömrəli müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən yaşayış binasının C korpusunun 15-ci mərtəbəsindəki ümumi sahəsi 139,21 m.kv olan, 3 otaqlı 29 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 80.382 (səksən min üç yüz səksən iki) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ müvafiq mənzilə görə alıcı tərəfindən icraçının hesabına ödənilmiş və borcun olmamasına dair iddiaçıya müqavilə ilə eyni tarixli maliyyə arayışı təqdim edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir, 337.1-ci maddəsinə əsasən bu Məcllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, 337.5-ci maddəyə əsasən əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir, 567-ci maddəyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür, 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddia ərizəsinin, əlavə edilmiş sənədləri və işin araşdırılmış hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış 12 yanvar 2012-ci il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, alıcı tərəfindən qeyd edilən məbləğ müvafiq mənzilə görə ödənilmiş və alıcının bəhs olunan mənzil ilə bağlı icraçıya borcu yoxdur. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli, 2(001)-13299/2014 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllədə yerləşən Yeni Yaşayış binasında “C” korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 139,21 kv.m, yaşayış sahəsi 79,68 kv.m təşkil edən 29 saylı mənzil cavabdeh Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı X5 təhvil verilməsi və cavabdeh tərəfindən mənzildə təmir işlərinin aparılması üçün müvafiq şərait yaradılması qət edilmişdir. Qeyd edilən qətnamədən verilmiş şikayətlət təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi mənzilə dair İddiaçı ilə Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış olsa da, qeyd edilən mənzil məhkəmə qətnaməsi əsasında digər şəxsə verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 yanvar 2012-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etməməklə hazırkı iş üzrə İddiaçı hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, müqavilə üzrə cavabdehə ödənilmiş 80382 (səksən min üç yüz səksən iki) manat məbləğində pul vəsaiti Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 80.382 (səksən min üç yüz səksən iki) manat məbləğində pul vəsaiti və ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-988/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-988/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver