Məhkəmə qərarları › İş №e-2(006)-1055/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1055/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1055/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********90272 İPHONE 11 PRO MAX markalı telefonu, İMEİ KODU **********71973 İPHONE 11 markalı telefon, İMEİ KODU **********62682 İPHONE SE markalı telefoanlmış və nəticədə 2275 (iki min iki yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3130.8 (üç min yüz otuz manat səksən qəpik) manat (18 ay x 173.1 manat + 15 manat ilkin ödəniş), İMEİ KODU **********90272 İPHONE 11 PRO MAX markalı telefon üçün ümumilikdə, 1764 (min yeddi yüz altmış dörd) manat olmaqla ondan, 1604 (min altı yüz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 160 (yüz altmış) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2282.4 (iki min iki yüz səksən iki manat qırx qəpik) manat (18 ay x 126.8 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********71973 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 497 (dörd yüz doxsan yeddi) manat olmaqla ondan, 451.5 (dörd yüz əlli bir manat əlli qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.5 (qırx beş manat əlli qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1492.2 (min dörd yüz doxsan iki manat iyirmi qəpik) manat (18 ay x 82.9 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********62682 İPHONE SE markalı telefon üçün ümumilikdə, 14 (on dörd) manat olmaqla ondan, 12.35 (on iki manat otuz beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.65 (bir manat altmış beş qəpik) manat cərimə; Cavabdehin xx.xx.2021-ci il , xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü ildir. Cəmi ödədiyi məbləğ 4837.55 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il , xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********90272 İPHONE 11 PRO MAX markalı telefon üçün 1604 (min altı yüz dörd) manat ödənilməmiş hissə, 160 (yüz altmış) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********71973 İPHONE 11 markalı telefon üçün 451.5 (dörd yüz əlli bir manat əlli qəp) manat ödənilməmiş hissə, 45.5 (qırx beş manat əlli qəp) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********62682 İPHONE SE markalı telefon üçün 12.35 (on iki manat otuz beş qəpik) manat ödənilməmiş hissə, 1.65 (bir manat altmış beş qəp) manat cərimə, ümumilikdə 2275 manat borc və 42.75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə heç bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC İMEİ kodu İMEİ KODU **********90272 İPHONE 11 PRO MAX markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 15 manat ilkin ödəniş edərək hissə-hissə 18 ay müddətinə hər ay 173.1 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC İMEİ KODU **********71973 İPHONE 11 markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş etmədən hissə-hissə 18 ay müddətinə hər ay 126.8 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC İMEİ KODU **********62682 İPHONE SE markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş etmədən hissə-hissə 18 ay müddətinə hər ay 82.9 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 06 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1604 AZN (min altı yüz dörd manat) ödənilməmiş hissə, 160 AZN (yüz altmış manat) cərimə borcu olmaqla, ümumilikdə 1764 AZN (min yeddi yüz altmış dörd manat) məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 451.5 AZN (dörd yüz əlli bir manat, əlli qəpik) ödənilməmiş hissə, 45.5 AZN (qırx beş manat, əlli qəpik) cərimə borcu olmaqla, ümumilikdə 497 AZN (dörd yüz doxsan yeddi manat) məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12.35 AZN (on iki manat, otuz beş qəpik) ödənilməmiş hissə, 1.65 AZN (bir manat, altmış beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə 14 AZN (on dörd manat) məbləğində borcu, ümumilikdə isə 2275 AZN (iki min iki yüz yetmiş beş manat) məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İPHONE 11 PRO MAX markalı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********71973 İPHONE 11 markalı və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən isə İMEİ KODU **********62682 İPHONE SE markalı telefonları almış və nəticədə borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1604 AZN (min altı yüz dörd manat) ödənilməmiş hissə, 160 AZN (yüz altmış manat) cərimə borcu olmaqla, ümumilikdə 1764 AZN (min yeddi yüz altmış dörd manat) məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 451.5 AZN (dörd yüz əlli bir manat, əlli qəpik) ödənilməmiş hissə, 45.5 AZN (qırx beş manat, əlli qəpik) cərimə borcu olmaqla, ümumilikdə 497 AZN (dörd yüz doxsan yeddi manat) məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 12.35 AZN (on iki manat, otuz beş qəpik) ödənilməmiş hissə, 1.65 AZN (bir manat, altmış beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə 14 AZN (on dörd manat) məbləğində borcu, ümumilikdə isə 2275 AZN (iki min iki yüz yetmiş beş manat) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1604 AZN (min altı yüz dörd manat) ödənilməmiş hissə, 160 AZN (yüz altmış manat) cərimə borcu olmaqla, ümumilikdə 1764 AZN (min yeddi yüz altmış dörd manat) məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 451.5 AZN (dörd yüz əlli bir manat, əlli qəpik) ödənilməmiş hissə, 45.5 AZN (qırx beş manat, əlli qəpik) cərimə borcu olmaqla, ümumilikdə 497 AZN (dörd yüz doxsan yeddi manat) məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 12.35 AZN (on iki manat, otuz beş qəpik) ödənilməmiş hissə, 1.65 AZN (bir manat, altmış beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə 14 AZN (on dörd manat) məbləğində borcu, ümumilikdə isə 2275 AZN (iki min iki yüz yetmiş beş manat) məbləğində borc tutularaq İddiaçı MMC-yə verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş cəmi 42.75 AZN (qırx iki manat, yetmiş beş qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1604 AZN (min altı yüz dörd manat) ödənilməmiş hissə, 160 AZN (yüz altmış manat) cərimə borcu olmaqla, ümumilikdə 1764 AZN (min yeddi yüz altmış dörd manat) məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 451.5 AZN (dörd yüz əlli bir manat, əlli qəpik) ödənilməmiş hissə, 45.5 AZN (qırx beş manat, əlli qəpik) cərimə borcu olmaqla, ümumilikdə 497 AZN (dörd yüz doxsan yeddi manat) məbləğində borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 12.35 AZN (on iki manat, otuz beş qəpik) ödənilməmiş hissə, 1.65 AZN (bir manat, altmış beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə 14 AZN (on dörd manat) məbləğində borcu, ümumilikdə isə 2275 AZN (iki min iki yüz yetmiş beş manat) məbləğində borc və 42.75 AZN (qırx iki manat, yetmiş beş qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar