Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1110/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçılar İddiaçı və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 6 saylı Notariat Ofisi və DƏDRX-nin 14 saylı Şamaxı rayon Ərazi İdarəsi olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: 17 yanvar 2023-cü il tarixdə iddiaçılar İddiaçı və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 6 saylı Notariat Ofisi və DƏDRX-nin 14 saylı Şamaxı rayon Ərazi İdarəsi olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,035 ha. torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına Daşınmaz əmlakın Dövlət reyestrində 19 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış ********** Qeydiyyat nömrəli və Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış ********** Qeydiyyat nömrəli çıxarışların, həmin əmlakın satılmasına dair 16 iyul 2022-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirmişdir “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sisteminin portalındakı çıxarışdan görünür ki, cavabdehlər – 1)Cavabdeh1 rəsmi qeydə alındığı yer kimi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, mənzil 137, 2) Cavabdeh2 rəsmi qeydə alındığı yer kimi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, mənzil 137, 3) Cavabdeh3 rəsmi qeydə alındığı yer kimi ünvan 2 ünvanıdır. Belə olan halda mülki işə aidiyyət normaları tətbiq edilməli və işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinin əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 6 saylı Notariat Ofisi və DƏDRX-nin 14 saylı Şamaxı rayon Ərazi İdarəsi olmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçılara izah edilsin ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1110/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1110/2023
18.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver