Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1137/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Asan Xidməti Mərkəzinin X1 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 2 saylı Asan Xidməti Mərkəzinin X1 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edərək İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi, habelə sözügedən uydurma əqdin bağlanmasını faktiki təşkil edən Cavabdeh3 təmsilçiliyinin (vasitəçiliyinin) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X2 Faiq Rafael oğlu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girməklə evlənmiş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2009-cu il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Tərəflərin nikahları xx.xx.2023-cü il tarixli, 2(006)-1568/2023-cü il tarixli məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı bildirmişdir ki, övladı Aysel Rəhmanova evlilik dövründə tərəflərin gələcəyi üçün Cavabdeh3 ilə birlikdə müvafiq olaraq Bakı şəhəri, Xəzər rayonu ərazisində 0,11 ha torpaq sahəsi əldə etmiş, daha sonra orada birgə köməklik edərək, həmin torpaq sahəsində bağ evi tikmişlər, həmin bağ evini daha sonra həmin ev hazır olduqdan sonra lazımı icazələr alaraq, xx.xx.2020-ci il tarixdə adına qeydiyyata aldırmışdır. Bundan sonra həmin torpaq sahəsini və evi əslində iddiaçının adına olmasına baxmayaraq, faktiki olaraq X2 Faiq Rafayel oğlunun faktiki sahibliyinə verilməsi üçün nəzərdə tutulmuşdur. Lakin, sonradan tərəflər arasında nikah pozulduğundan şifahi olaraq razılaşmaları ondan ibarət olmuşdur ki, Aysel Rəhmanovanın nikah dövründə faktiki yaşadığı ünvan 1 ünvanın 1/2 hissəsini övladları Cavabdeh1 olunun adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh3 bağışlayacağı halda isə onu da, həyat yoldaşı Aysel Rəhmanovaya bağışlamağa və həmin evə dair heç bir iddia və tələb irəli sürməyəcəyinə dair razılıq olmuş, bundan sonra aralarında olan razılığa əsasən həmin evi iddiaçı onun əmisioğlu olan iş üzrə Cavabdeh2 adına sənədləşdirmiş, daha sonra isə Cavabdeh3 tərəfindən isə öz payını azyaşlı övladı Cavabdeh1 adına sənədləşdirmişdir. Lakin, qeyd edilən sənədləşmə həyata keçirildikdən sonra Cavabdeh3 tərəfindən qeyd edilən razılaşma tamamilə pozulmuşdur. Belə ki, Cavabdeh3 qızına qarşı iddia qaldıraraq, mübahisəli evə köçmək tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsindən tanış olan zaman məlum olmuşdur ki, qeyd edilən ünvan 2 ünvanın 2/1 hissəsini Gülnarə Rəhmanovanın adında olan hissəsini Cavabdeh3 bağışlasa da, sonuncu öhdəliyini pozaraq, həmin hissədəki payını qızı Aysel Rəhmanovaya bağışlamamış, bu azmış kimi həmin evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. Bundan əlavə qeyd edilən razılaşma zamanı cavabdeh ümumiyyətlə mübahisəli mənzilə dair heç bir iddiası olmayacağını nəzərə alaraq, o sözgedən evi onun əmisioğlunun adına formal olaraq, xx.xx.2023-cü il tarixdə keçirmişdir. Hansı ki, sözügedən əqd yalan olmuş və əslində iddiaçı sözügedən evi Cavabdeh2 satmamış, ondan hər hansı bir məbləğ əldə etməmiş və qeyd edilən evi yuxarıda göstərilən razılıq əsasında Cavabdeh2 adına sənədləşdirmişdir. Hansı ki, sözügedən mənzilin bütün alqısatqı əməliyyatı xərcləri və pulun depozit hesabına qoyulub çıxarılması Cavabdeh3 tərəfindən edilmiş və həmin əməliyyatlar faktiki olaraq onun tərəfindən icra edilmişdir. İşin bu halı orada olan qızı Aysel Rəhmanovanın iştirakı, eləcə də, müvafiq olaraq həmin pulun Cavabdeh1 tərəfindən bank hesabına daxil edilməsi və bundan sonra özü tərəfindən çıxarılması və götürülməsinə dair video görüntülər, eləcə də eyni gündə eyni tarixli iki müqavilənin bağlanması, həmçinin sonradan ananın adına olan 1/2 payın həqiqətən Cavabdeh1 adına keçirməsi və bundan sonra sonuncunun sözgedən evə dair məhkəmədə iddia qaldırması kimi hallar vasitəsi ilə və iş üzrə digər hallarla olan iddiaçı ilə cavabdeh olan Cavabdeh2 arasında heç bir danışığın olmaması və onlar arasında həmin evlə bağlı hər hansı formada müzakirə aparılmaması və ya sözgedən evin alqı-satqısı ilə bağlı hər hansı bir razılaşmanın və iradə ifadəsinin olmaması kimi hallarla tam təsdiqini tapır. Hazırkı iş üzrə də məhz qeyd edilən sözügedən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi də uydurma əqd olmaqla, görünüş üçün bağlanmış, əslində isə Cavabdeh2 ilə X11 arasında hər hansı bir real alqı-satqı müqaviləsi həyata keçirilməmiş, o cümlədən mənzil ona təhvil verilməmiş, habelə qeyd edilən pul vəsaiti iddiaçıya verilməmişdir. Bu cür əqdin bağlanmasında əsas rol iş üzrə cavabdeh olan Cavabdeh3 tərəfindən icra edilmiş, əslində sözgedən əmlak isə yuxarıda göstərilən razılaşma formasında məhz iş üzrə Cavabdeh2 formal təqdim edilərək, sözügedən mənzilin Cavabdeh3 verilməsi məqsədi güdmüşdür. Lakin, sonradan sözügedən cavabdeh olan Cavabdeh3 öhdəliyi və razılaşmanı pozmuş, nəticə olaraq, tərəflərin əqd bağlanarkən arzuladığı və razılaşdığı iradə ifadəsi pozulmuş, yəni tərəflər üçün konkret olaraq, iddiaçı və cavabdeh üçün heç bir hüquqi nəticə yaratmamışdır. Qeyd edilən ən mühüm vacib məqamlardan biri isə qeyd edilən əmlakın sözügedən əqd əsasında və bazar dəyərindən xeyli aşağı qiymətə satmaqla və minumum vergi məbləği nəzərə alınmaqla qiymət təyin edilmiş və həyata keçirilmişdir. Çünki, sözügedən müqavilənin məbləğinin bank hesabına daxil edilməsi və oradan çıxarılması da məhz Cavabdeh3 oğlu tərəfindən tam icra edilmişdir. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Samir Xudaquliyev izahatında iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, Cavabdeh2la İddiaçı arasında bağın alqı-satqısına dair heç bir danışıq və ya razılaşma olmamışdır. İddiaçı, Şahid və Cavabdeh3 arasında olan razılaşma ondan ibarət olmuşdur ki, Faiq anası ilə paylı mülkiyyətində olan və Şahid yaşadığı evdəki payını oğlu Rafaelə, gələcəkdə isə anası da öz payını ona verəcəyi təqdirdə isə o payı da Şahid verəcək. Bunun müqabilində isə Ayselin ananın adına olan, əslində isə Aysel və Faiqin birgə nikah dövründə əldə etdikləri bağı İddiaçı Faiqin adına rəsmiləşdirəcək. Bu rəsmiləşdirməni həyata keçirməyi razılaşdıqları gün Faiq notariusa əmisi oğlu Zauru gətirmiş və bağın onun adına rəsmiləşdirilməsini bildirmişdir. Tərəflər bu təkliflə etiraz etməmişlər. İddiaçı nəinki bağı Cavabdeh2, ümumiyyətlə heç bir şəxsə satmağı düşünməmişdir. İddiaçı ilə nə Cavabdeh2, nə də başqa şəxs arasında bağın alqı-satqısı ilə bağlı danışıqlar olmamışdır. Hətta bağın alqı-satqısı üçün pulu da Cavabdeh3 depozitə yerləşdirmiş və depozitdən özü götürmüşdür. Bütün bunlar kamera görüntülərində əks olunmuş olmalı idi, lakin məhkəmənin sorğusuna cavab olaraq həmin görüntülərin olmadığı bildirilmişdir. Bundan başqa tərəflərindən Şahid Cavabdeh2la aralarında olan “whatsapp” mobil tətbiqi üzərindən olan telefon danışıqlarına dair sübutları da məhkəməyə təqdim etmişlər. Bütün bunlar onu sübut edir ki, tərəflər arasında bağlanmış əqd yalan əqddir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, Cavabdeh2 həmin bağı əvəzli şəkildə, pulunu ödəməklə əldə etmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. İddiaçı tərəfin təqdim etdiyi səs yazısında olan səsin Cavabdeh2 səsinə oxşamasını, lakin həmin səsdən söhbətin məhz bu bağ evindən getməsini dəqiq müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Zaur və Faiq əmioğludurlar, sözsüz ki Zaur Faiqdən ona bağ evi tapmasını xahiş etmiş və Faiq də Zaura elə öz keçmiş qaynanasının bağını təklif etmişdir. Burda qeyri-adi bir hal yoxdur. Həmçinin Şahid iddiaçının qızıdır və iş üzrə maraqlı şəxsdir. Məhkəmənin sonuncu baxış iclasında iştirak edən Cavabdeh3 izahatında göstərmişdir ki, İddiaçı onun keçmiş qaynanasıdır və mübahisəli bağ qaynanasının olmuşdur. Təxminən 2022-ci ilin sonlarından qaynanasının ona pul borcu olduğu üçün qaynanasından borcunun qaytarılmasını tələb etmişdir. Üstəlik də keçmiş arvadı Aysellə də nikahları pozulma ərəfəsində olduqları zaman qaynanası bildirmişdir ki, bağı sataraq onun borcunu qaytaracaqdır. Həmçinin əmisioğlu Cavabdeh2 da 2022-ci ilin yay aylarında bağ almaq istədiyini Zaura bildirmişdir. Ona görə də qaynanasının bağını Zaura təklif etmiş və onlar danışaraq razılaşmışlar. Qaynanası İddiaçı ilə əmisioğlu Cavabdeh2 aralarında vasitəçiliyi bundan ibarət olmuşdur. 2023-cü ilin may ayında qaynanası bağı Zaura satmışdır, lakin qaynanası ona vəd etdiyi kimi 100 min manat məbləğində olan borcunu qaytarmamışdır. Həmin bağ onunla Aysellə birgə nikahı dövründə əldə edilmiş əmlak deyil, həmin əmlak həmişə qaynanasının əmlakı olmuşdur. Mübahisəli alqı-satqı müqaviləsi bağlanan gün o da anası ilə özünün paylı mülkiyyətində olan evdəki payını oğluna, yəni Cavabdeh1 öz istəyi ilə bağışlamışdır. Müqavilələrin eyni tarixdə bağlanmasının hər hansı xüsusi bir mənası yoxdur. Oğluna da həmin payı bağışlamasını valideynlərinin sözünə görə etmişdir. Hazırda oğluna qarşı bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmasına səbəb qaynanasının ona olan pul borcunu qaytarmamasıdır. İş materialları: AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında mülkiyyətində olan 0,11 ha torpaq sahəsini 40 000 (qırx min) manata, həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m olan bağ evini 200 000 (iki yüz min) manata Cavabdeh2 satmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 175,7 kv.m olan mənzilin ona məxsus olan ½ hissəsini Cavabdeh1 bağışlamışdır. Cavabdeh3 xx.xx.2022-ci tarixdə **********670 nömrəli notarial qaydada təsdiq edilmiş Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanladığı ərizənin surətindən görünür ki, o, xx.xx.2007-ci il təvəllüdlü oğlu - Cavabdeh1 Portuqaliya Respublikasında olduğu müddətdə məbləğindən və növündən asılı olmayaraq bütün xərclərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. **********25-05301-093045 nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X25 Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 175,7 kv.m olan mənzilin ½ hissəsi xx.xx.2021-ci il tarixdə X4 adına, ½ hissəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş AZ-İ seriyalı, 298234 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 və Şahid arasında xx.xx.2007-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında eyni tarixdə 200 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikahdan sonra arvada “Rəhmanova” soyadı verilmişdir. **********62-11301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X25 Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m yaşayış evi üzərində sahiblik hüququ xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16- 00332 nömrəli Barışıq sazişindən görünür ki, “birinci tərəf” adlanacaq X8 və “ikinci tərəf” adlanacaq Cavabdeh3 arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən, tərəflər xx.xx.2007-ci il tarixində Səadət Sarayı 298234 nömrəli nikah akt qeydinin pozulması barədə, birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü Rəhmanov Rəfael və xx.xx.2009-cu il təvəllüdlü X15 orta məktəbi bitirənə kimi ataları Cavabdeh3 hər ay 1000 (min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat təhsil haqqı ödəməsi barədə, uşaqlar ananın yanında və himayəsində qalması şərtilə atanın uşaqları hər gün istədiyi vaxt görmək, onlarla bir yerdə vaxt keçirmək, qarşılıqlı razılıq əsasında bir neçə gün müddətdə uşaqların atası ilə bir yerda qalması barədə və Cavabdeh3 övladlarına aylıq 500 (beş yüz) manat aylıq xərci hər ayın 1-dən 5-dək X5 bank hesabına ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 Saylı Bakı “Asan Xidmət” X14 bildirmişdir ki, pulun depozit hesabına qoyulub çıxarılması ilə bağlı video görüntü notariat ofisində yox, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmət göstərən “ABB” bankında aparılmışdır. Həmçinin sorğuya cavab məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli 11200849 nömrəli satış çekin surətindən görünür ki, 322 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Bakı şəhər Notariusunun 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmət göstərən “ABB” bankına ünvanladığı xx.xx.2023-cü il tarixli 695 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Gəncə prospektində yerləşən 95 nömrəli evin 82 nomrəli mənzili ilə daşınmaz əmlakın Alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 240.000 manat məbləğindən 6663 manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan 233337 maat məbləği İddiaçı müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında verilməsi üçün “ABB” bankında olan ******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdirş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışının surətindən görünür ki, İddiaçı ünvan 3nin mülkiyyətçisidir və həmin ünvanda qeydiyyatda olan şəxs yoxdur. X16 xx.xx.2023-cü tarixdə **********949 nömrəli notarial qaydada təsdiq edilmiş Notariat ofisinə ünvanladığı ərizənin surətindən görünür ki, o, birgə nikah dövründə əldə etdiyi ünvan 3 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m. yaşayış evinin satılmasına etiraz etməmişdir. Amasya rayon Soveti tərəfindən verilmiş İİ-СЛ seriyalı, 345433 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və İddiaçı arasında xx.xx.1983-cü il tarixdə bağlanmış nikah haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 12 nömrə ilə qeydiyyat aparılmışdır. 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, satıcı İddiaçı və alıcı Cavabdeh2 İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evinin (1/1 hissə,363.5 kv/m) ünvan 3 ünvanında yerləşən bağ evinin (1/1 hissə, 0.11 ha), ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,363.5 kv/m) ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,0.11 ha) 240000 manat 00 qəpik (iki yüz qırx min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. X10 və Cavabdeh2 arasında “whatsapp” sosial şəbəkəsində yazışmaların ekran görüntüsündən görünür ki, Cavabdeh2 qeyd etmişdir ki, ev həbsdən çıxarıldıqdan sonra Cavabdeh3 mülkiyyətinə keçirəcək. Eyni zamanda bağ evini qaytarmaq niyyətində olduğunu X6 bildirmişdir. İddiaçının nümayəndəsinin (vəkili) vəsatətinə əsasən məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin “ASAN 2 Şöbəsi” tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə aid olan video görüntülər saxlanma müddəti keçdiyinə görə hal-hazırda mövcud deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Cavabdeh3 onun keçmiş əri, İddiaçı onun anası və Cavabdeh2 isə keçmiş ərinin əmisi oğludur. Anasına mülkiyyət hüququ ilə məxsus olan bağ əslində onun Faiqlə ailəvi bağı olmuşdur. Faiqlə boşanma ərəfəsində aralarında olan razılığa əsasən həmin bağ evi Faiqə qalmalı, Faiq də öz anasına məxsus olan evi ona verməli idi. Faiq anasının evindəki payı oğlu Rafaelə bağışladı və bildirdi ki, anası da payını ona verəndə o payı da ona bağışlayacaq. Onların danışığına görə anası Rəhilə də bağ Faiqin adına keçirməli idi. Həmin gün Faiq notariusa Zaurla gəldi və bildirdi ki, müqaviləni Zaurla bağlasınlar. Anası da o da buna etiraz etmədi, müqavilə bağlandı. Ancaq sonradan Faiq aralarındakı razılaşmanı pozdu. Onlara da indiyə kimi aydın deyil ki, niyə Faiq razılaşmadan belə boyun qaçırdı.Zaur da onunla danışıqlarda dəfələrlə bildirmişdir ki, Faiq onu bu işlərə cəlb etmişdir. Zaur özü də bilir və bildirir ki, ev Zaura satılmayıb. Məhkəmə iclasında səsləndirilmiş Cavabdeh2 aid olması bildirilən səs yazısında sonuncunun bağı sahibinə, yəni Faiqə qaytaracağını, bağın sahibinin Ayselin anasının deyil, Faiqin olduğunu bilməsi,bütün bu söhbətlərdən narazılığı,mübahisəni öz aralarında həll etmələrini bildirməsi, tərəflər arasında həqiqi razılaşmaların fərqli olması, Şahid onunla Faiq arasında münasibətlərin bu şəklə düşməsindən təəssüf hissi keçirdiyi aydın olur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasındsn asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Mülki qanunvericilik müəyyən edir ki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Məhkəmə qeyd edir ki, yalan əqd qeyd edilən əsas tərkib əlamətlərə malikdir: 1. görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; 2. gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; 3. yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Məhkəmə hazırki iddia tələbi üzrə işin faktiki və araşdırılmış hallarından müəyyən etmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 0,11 ha torpaq sahəsini və həmin torpaq üzərində yerləşən ümumi sahəsi 363,5 kv.m olan bağ evini xx.xx.2023-cü il tarixdə Cavabdeh2 satarkən qarşılığında heç bir pul vəsaiti əldə etməmiş, həmin alqı-satqı müqaviləsi məhz Cavabdeh3, Şahid və İddiaçı arasında bağlanmış şifahi əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında qeyd edildiyi kimi, məhkəmələr tərəfindən əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində və iddiaçı tərəfin məhkəmə iclasında bildirdiyi izahatlarında ünvan 3nin Cavabdeh3 və Rzayeva (Rəhmanova) Aysel Frunze qızının birgə nikahı dövründə birgə vəsait hesabına əldə edilməsinə dair fikirlər səsləndirilməsinə baxmayaraq İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə bu yerdə qeyd etməyi zəruri bilir ki, hazırki iddia tələbini irəli sürməkdə İddiaçı subyektiv hüququnun mövcudluğu daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipindən irəli gəlir. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanması anında İddiaçı həmin əmlakın qanuni sahibi olmuşdur. Mübahisələndirilən müqavilənin subyekt nöqteyi-nəzərindən tərkibi pozulmamışdır. Məhkəmə işin faktiki halları ilə bağlı iddiaçı tərəfindən irəli sürülmüş əqdin etibarsızlığı ilə bağlı dəlilləri o baxımdan əsaslı hesab edir ki, Cavabdeh3 və Şahid arasında nikah münasibətlərinin pozulması, Cavabdeh3 paylı mülkiyyətində olan mənzildəki payını oğlu Cavabdeh1 bağışlaması, İddiaçı mübahisəli bağ evini Cavabdeh3 əmisi oğlu olan Cavabdeh2 satması, bağışlama və alqı-satqı müqavilələrinin eyni tarixdə rəsmiləşdirilməsi, Cavabdeh2 Şahid ilə olan yazışmalarında Cavabdeh2 həmin bağ evi ilə bağlı laqeyd münasibəti, Cavabdeh2 həmin bağ evini real alıcı qismində almadığını təsdiq etməsinə güman etməyə əsas verən fikirləri şəxslər arasında münasibətlərin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsində göstərilən iradə ifadəsindən fərqli olduğuna dəlalət edir. Belə ki, iddiaçı tərəfindən irəli sürülən dəlillərə qarşılıq olaraq cavabdehlər tərəfindən sözdə etiraz olunsa da, həmin dəlilləri təkzib edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf izahatlarında tərəflər arasında, yəni İddiaçı ilə Cavabdeh2 arasında bağ evinin alğı-satqısına dair müqaviləyə qədərki hər hansı danışıqların olmamasını onunla əsaslandırmışdır ki, tərəflər qohumluq münasibətlərində olmuşlar və bu səbəbdən danışıqların olmaması ağlabatandır. Lakin məhkəmə qeyd edir ki, istənilən müqavilə münasibətlərində, xüsusilə də kifayət qədər dəyəri olan bağ evinin əvəzli şəkildə əldə edilməsi zamanı tərəflərin qohumluq münasibətlərindən asılı olmayaraq şəxslər arasında danışıqların aparılması reallığa daha uyğundur. Cavabdeh2 həmin əmlakı alğı-satqı müqaviləsi əsasında əldə etməsinə dair həmin alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı notariat orqanında iştirak edərək müqaviləni imzalamasından başqa onun həmin müqavilə münasibətlərinə daxil olmasını təsdiq edən başqa əsas yoxdur. Əksinə işin faktiki hallarından və təqdim edilmiş sübutlardan aydın olur ki, Cavabdeh2 mübahisəli müqavilənin bağlanmasında rolu yalnız Cavabdeh3 təklifi ilə olmuşdur. Bu isə o deməkdir ki, Cavabdeh2 mübahisəli müqavilənin bağlanmasında nə iradə ifadəsi olmuş, nə də həmin şəxs alıcı kimi müqavilə üzrə üzərinə düşən vəzifəni, yəni əmlakın dəyərini qarşı tərəfə ödəməmişdir. Hazırda da həmin bağın həqiqətən Cavabdeh2 istifadəsində və sahibliyində olmasını təsbit edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Reallıqda əvəzli şəkildə,üstəlik də 240 min manat məbləğində pulu ödəməklə əmlak əldə etmiş şəxs həmin əmlakın onun qanuni sahibliyindən çıxmaması üçün daha adekvat davranış nümayiş etdirməlidir. Müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi tərəflər arasında şifahi razılaşmalarda nəzərdə tutulmuş nəticələrə çatmaq məqsədi ilə bağlanan əqddir. Lakin tərəflər arasında şifahi razılaşmalarda nəzərdə tutulmuş şərtlər də qarşılıqlı olaraq icra edilməmişdir. Cavabdeh3 tərəfindən irəli sürülən -qaynanasının ona borcu olmasına və bağın alğı-satqısından əldə edilmiş pul vəsaitini İddiaçı özünün əldə etməsinə dair dəlilləri sübuta yetməmişdir. İddiaçı tərəf mübahisəli müqavilənin bağlanmasından sonra prosedura uyğun olaraq pulu qəbul etməsinə dair qəbzə imza etməsini inkar etməmiş, lakin işin faktiki halları fonunda həqiqətən də İddiaçı tərəfindən alğı-satqı müqaviləsindən sonra əmlakın dəyərini təşkil edən məbləği əldə edilməsini demək mümkün olmur. Ümumiyyətlə məhkəmə gəldiyi qənaətə görə iddia tələbində göstərilən dəlillər cavabdehlər tərəfindən üstün hüquqi qüvvəyə malik olan sübutlarla təkzib edilməmişdir. Aydın olan hal odur ki, tərəflər öz aralarında olan şifah razılaşmanı rəsmiləşdirmək əvəzinə, gələcəkdə əsassız faydalanma ehtimalı ilə çıxış edərək həqiqi olmayan münasibətlərə - alqı-satqı münasibətlərinə girməklə ədalətsiz davranmışlar və odur ki, bu məsələ məhkəmə müstəvisində ədalətli həllini tapmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və bu barədə qeyd daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır. İddiaçı mübahisəli əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində bərpa edilərək ilkin vəziyyətə qaytarılmalıdır. Həmçinin həmin müqavilələr əsasında Cavabdeh2 adına mübahisəli əmlaklara dair aparılmış qeydiyyat yazısı da ləğv edilməklə onun mübahisəli əmlaklar üzərində hüquqlarının qeydə alınmasına dair çıxarışlar ləğv edilməlidir. Bununla bağlı məhkəmə vurğulayır ki, qeyd edilən məqam məhkəmənin xidməti vəzifəsindən irəli gəlir və bu, iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 vasitəçiliyinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirir ki, bu tələb bütövlükdə iddia tələbinə daxil olduğundan, yəni əqdin etibarsızlığı həmin əqdin iştirakçılarının iradə ifadələrinə uyğun olmamaqla müəyyən edildiyindən həmin hissə də vahid iddia tələbi çərçivəsində qiymətləndirilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və bu müqavilə əsasında ünvan 3nə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat (qeydiyyat nömrəsi :**********, reyestr nömrəsi:**********62-11301) ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1137/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1137/2024
25.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver