Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1142/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN SİAC kondisioner, PERFORATOR TOTAL, MİKRODALĞALİ SOBA HOFFMANN almış və nəticədə 489 (dörd yüz səksən doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 700.02 (yeddi yüz manat iki qəpik) manat (18 ay x 38.89 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisioner üçün ümumilikdə, 458 (dörd yüz əlli səkkiz) manat olmaqla ondan, 416.82 (dörd yüz on altı manat səksən iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41.18 (qırx bir manat on səkkiz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 489.96 (dörd yüz səksən doqquz manat doxsan altı qəpik) manat (18 ay x 27.22 manat + 0 manat ilkin ödəniş) olan PERFORATOR TOTAL, MİKRODALĞALİ SOBAHOFFMANN üçün ümumilikdə, 31 (otuz bir) manat olmaqla ondan, 28.02 (iyirmi səkkiz manat iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 2.98 (iki manat doxsan səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2024-cü il olmaqla cəmi ödədiyi məbləğ 745.14 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2021-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN SİAC kondisioner üçün, 416.82 (dörd yüz on altı manat səksən iki qəpik) manat ödənilməmiş hissə, 41.18 (qırx bir manat on səkkiz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, PERFORATOR TOTAL, MİKRODALĞALİ SOBAHOFFMANN üçün, 28.02 (iyirmi səkkiz manat iki qəpik) manat ödənilməmiş hissə, 2.98 (iki manat doxsan səkkiz qəpik) manat cərimə Ümumilikdə 489 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə heç bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə dən görünür ki, İddiaçı MMC PERFORATOR TOTAL, MİKRODALĞALİ SOBAHOFFMANN-ı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş etmədən hissəhissə 18 ay müddətinə hər ay 27.22 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, İddiaçı MMC HOFFMANN SİAC kondisioneri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş etmədən hissə-hissə 18 ay müddətinə hər ay 38.89 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 16 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 416.82 AZN (dörd yüz on altı manat, səksən iki qəpik) ödənilməmiş hissə, 41.18 AZN (qırx bir manat, on səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 458 AZN (dörd yüz əlli səkkiz manat) məbləğində borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 28.02 AZN (iyirmi səkkiz manat, iki qəpik) ödənilməmiş hissə, 2.98 AZN (iki manat, doxsan səkkiz qəpik) cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 489 AZN (dörd yüz səksən doqquz manat) məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən PERFORATOR TOTAL, MİKRODALĞALİ SOBA HOFFMANN və xx.xx.2023-cü il tarixli, ******* saylı müqaviləyə əsasən isə HOFFMANN SİAC kondisioneri almış və nəticədə borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 416.82 AZN (dörd yüz on altı manat, səksən iki qəpik) ödənilməmiş hissə, 41.18 AZN (qırx bir manat, on səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 458 AZN (dörd yüz əlli səkkiz manat) məbləğində borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 28.02 AZN (iyirmi səkkiz manat, iki qəpik) ödənilməmiş hissə, 2.98 AZN (iki manat, doxsan səkkiz qəpik) cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 489 AZN (dörd yüz səksən doqquz manat) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 416.82 AZN (dörd yüz on altı manat, səksən iki qəpik) ödənilməmiş hissə, 41.18 AZN (qırx bir manat, on səkkiz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 458 AZN (dörd yüz əlli səkkiz manat) məbləğində borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 28.02 AZN (iyirmi səkkiz manat, iki qəpik) ödənilməmiş hissə, 2.98 AZN (iki manat, doxsan səkkiz qəpik) cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 489 AZN (dörd yüz səksən doqquz manat) məbləğində borc tutularaq İddiaçı MMC-yə verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 416.82 AZN (dörd yüz on altı manat, səksən iki qəpik) ödənilməmiş hissə, 41.18 AZN (qırx bir manat, on səkkiz qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 28.02 AZN (iyirmi səkkiz manat, iki qəpik) ödənilməmiş hissə, 2.98 AZN (iki manat, doxsan səkkiz qəpik) cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 489 AZN (dörd yüz səksən doqquz manat) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1142/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1142/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver