Məhkəmə qərarları › İş №e-2(006)-116/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-116/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-116/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Cavabdeh və X7 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2017-ci il tarixli “Mənzil tikintisi haqqında Müqavilə”-yə əsasən haqqı tam həcmdə ödənilməklə aldığı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²-dan ibarət mənzilin naturada İddiaçı təhvil verilməsi barədə Cavabdeh üzərinə öhdəliyin qoyulmasına, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdehnə aid edilməsinə və ondan tutularaq İddiaçı ödənilməsinə dair Qətnamə qəbul edilməsini xahiş etmişdir. X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2017-ci il tarixli “Mənzil tikintisi haqqında Müqavilə”-yə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında Cavabdeh Mənzil Tikinti Kooperatvi tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²-dən ibarət mənzil kooperativ tərəfindən hüqquqlarını müdafiə etdiyi İddiaçı satılmışdır. Həmin mənzilin 23 500,00 (iyirmi üç min beş yüz) manatdan ibarət dəyəri tam həcmdə İddiaçı tərəfindən nağd şəkildə müəssisənin kassasına ödənilmişdir. Bu barədə Cavabdeh MTK tərəfindən İddiaçı 27 sentyabr 2017-ci il tarixli, 58 saylı “Maliyyə arayışı” verilmişdir. Bundan sonra 27 sentyabr 2017-ci il tarixli, 95 saylı “Cavabdeh Mənzil Tikinti Kooperatvi üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə Protokol”-a əsasən İddiaçı həmin kooperativə üzv qəbul edilərək Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²-dan ibarət mənzilin ona verilməsi təsdiq edilmişdir. Bir müddət bundan əvvəl İddiaçı ona verilmiş mənzildə təmir işlərinə başlamaq məqsədi ilə binanın mansartına getdikdə onun tərəfindən mənzilə qoyulmuş çöl qapının dəyişdirildiyini görmüşdür. Bu barədə Cavabdeh MTK-nın komendantından soruşduqda, komendant ona satılmış mənzilin rəhbərliyə yaxın olan digər şəxsə verildiyini bildirmiş və həmin mənzilin əvəzində ona mansart mərtəbəsində digər mənzili təklif etmişdir. İddiaçı ona satılmış mənzilin əvəzinə digər mənzili qəbul etməyə borclu olmadığı müəyyən edilir. Tərəflərindən 5 (beş) gün müddətində Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²dan ibarət mənzilin naturada İddiaçı təhvil verilməsinə dair 29 mart 2023-cü il tarixində həm “Elektron Məhkəmə Sistemi”-ndə, həm də e-taxes.gov.az saytındakı “Elektron kabinet”-lər vasitəsi ilə Cavabdeh Mənzil Tikinti Kooperatvinə Pretenziya ünvanlanmışdır. Bu günə kimi Cavabdeh Mənzil Tikinti Kooperatvi tərəfindən ona ünvanladıqları Pretenziya cavablandırılmamışdır. Beləliklə hesab edirlər ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansart mərtəbəsində 100,0 m²-dan ibarət mənzilin naturada İddiaçı təhvil verilməsinə dair tələbləri haqlıdır. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirməyə dair ərizə verərək, X6 cavabdeh qismində məhkəmə icraatına cəlb edilərək "xxxx" MTK ilə X10 arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsinə dair xx.xx.20217-ci il tarixli 74 №-li protokolunun etibarsız hesab edilməsi, onun əsasında "xxxx" MTK-nın tərifindən xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m mənzilə dair cavabdeh X7 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, "xxxx" MTK ilə X10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, onun əsasında "xxxx" MTK-nın tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilə dair cavabdeh X7 verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda "xxxx" MTK tərindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m ibarət mənzildən cavabdeh X6 çıxarılması, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında "xxxx" MTK tərindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m ibarət mənzil naturada ona təhvil verilməsini cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh X10 və onun nümayəndəsi və vəkili Vəkil1 dianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 bildirmişdir ki, o, Fəxrəddinlə qohumdur. Onlar eyni gündə mənzil almış, o, 17-ci mərtəbədə ik iotaqlı mənzil, iddiaçı isə üstdə mansart almışdı. Hər 2 mənzil Zaurun idi. Alınanda mənzili ölçmüşdülər, hər ikisini də Məhərrəm müəllim imzalayıb. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X23 bildirmişdir ki, o, "xxxx" MTK-dan axırıncı mərtəbedə ev almışdı. Mənzilin mansardı çox idi, kvadratı yadında deyil, 2 otaqlı idi, qapıları və s. yox idi. O, mənzili Məhərrəmdən almışdı, kimə satdığı yadında deyil. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 bildirmişdir ki, o, qonşudur, ora hələ qazılırdı, gəldi gördü ki, Valeh müəllim orda gəzir. Fikirləşdi ki, oradan ev alsın. 2013-cü il olmalı idi, getdilər danışdılar 3 mənzil və qaraj istəyirdi. Məhərrəmlə 150000 manat verdilər, daha sonra da yavaş-yavaş digər pulları ödəməyə başladılar. Sonra mansart barədə də dedi ki, oranı da ucuz verir. Mansartı o da, Müseyib müəllim də almaq istəyirdi. Beh vermişdi. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X24 bildirmişdir ki, o, tikintidə fəhlə işləmişdir, əvvəl rəsmi qaydada işləmiş, indi rəsmi olaraq işləmir. Həmişə aşağı mənzildə işləmişdir. Mansartda heç nə yox idi, qum, sement, kərpic, alçıvan daşımışdır aşağı mənzildən ora. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X19 bildirmişdir ki, o, molyar ustasıdı, kosmetik işlər görmüşdü orada. Mansartda da Müseyib müəllimin adından işləmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X22 bildirmişdir ki, o, pandemiya dövrünün əvvəlindən Müseyib müəllimin ustası olmuşdur, uzun müddətdir orada işləyirdi. Onlar təmirlə bağlı nə iş varsa hamısını etmişdilər. O, orada olmayanda gəlib arakəsmələri qırıb dağıtmışdılar. O binada çox mənzilləri təmir etmişlər. 15-ci mərtəbə Müseyib müəllimin şəxsi mənzilidir, mansart isə 18-ci mərtəbədir. Sahədə dəyişiklik olub, əvvəl ora ancaq “armaturlar”dan ibarət idi, sonra onları ləğv etdilər. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, o, praktiki olaraq 2017-ci ilə qədər rəhbər olmuşdur və bütün satışları həyata keçirmişdir. Ondan sonra isə Valeh olub, o da rəhmətə gedib. Fəxrəddinə 100 kv.m olan mənzili o satmışdır və müqaviləni də o imzalamışdır. 3 otağın üstünü alıblar, hazırda orada kimin yaşadığını bilmir. Evi Zaura satmışdı, Zaur 17-ci mərtəbəni və üstündəki mansartı almışdı və məqsədi evin içində pilləkən tikdirmək idi. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: Star-M» MTK-nın sədri X20 və «Payçı» qismində X10 arasında bağlanmış mənzil tikinti haqqında 26 iyul 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 74 kv.m. sahəni payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK tərəfindən verilmiş 26 iyul 2017-ci il tarixli, 58 nömrəli maliyyə arayışının surətindən görünür ki, X10 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 74 kv.m. olan sahəsinin dəyərini qalıq olmadan 100% ödəmişdir. Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 26 iyul 2017-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Cavabdeh MTK üzvlüyünə qəbul edilmiş, X10 razılıq yolu ilə Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 74 kv.m. olan sahəyə düşməsi təsdiq edilmişdir. “Star-M» MTK-nın sədri X20 və «Payçı» qismində X23 arasında bağlanmış mənzil tikinti haqqında 07 sentyabr 2017-ci tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m. sahəni payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 07 sentyabr 2017-ci tarixli protokolunun surətindən görünür ki, X23 Cavabdeh MTK üzvlüyünə qəbul edilmiş, X10 razılıq yolu ilə Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahəyə düşməsi təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən verilmiş 07 sentyabr 2017-ci tarixli, 58 nömrəli maliyyə arayışının surətindən görünür ki, X23 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahəsinin dəyərini qalıq olmadan 100% ödəmişdir. Star-M» MTK-nın sədri X20 və «Payçı» qismində İddiaçı arasında bağlanmış mənzil tikinti haqqında 27 sentyabr 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m. sahəni payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Cavabdeh MTK tərəfindən verilmiş 27 sentyabr 2017-ci il tarixli, 58 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahəsinin dəyərini qalıq olmadan 100% ödəmişdir. Cavabdeh MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 27 sentyabr 2017-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Cavabdeh MTK üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahəyə düşməsi təsdiq edilmişdir. 6 saylı notariat kontorunda təsdiq edilmiş X14 xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, onun X18 adına olan müqavilənin İddiaçı adına dəyişdirilməsinə etirazı yoxdur. 6 saylı notariat kontorunda təsdiq edilmiş X18 xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, onun adına olan müqavilənin İddiaçı adına dəyişdirilməsinə etirazı yoxdur. 29 mart 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 5 gün müddətində Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahənin İddiaçı təhvil verilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.5-ci maddəsinə əsasən Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 404-cü maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 32) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı istinad etdiyi “Mənzil tikintisi haqqında” xx.xx.2017-ci il tarixli müqavilədə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayonu,H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının mansard mərtəbəsində yerləşən 100 kv.m mənzilin payçı İddiaçı verilməsi, payçı tərəfindən isə müqavilədə nəzərdə tutulan məbləğin ödənilməsi razılaşdırılmış, xx.xx.2017-ci il tarixli 58 saylı maliyyə arayışına əsasən İddiaçı sözügedən yaşayış binasının mansard mərtəbəsində yerləşən, sahəsi 100 kv.m. olan sahənin dəyərinin qalıq olmadan 100% ödənildiyi qeyd edilmiş, Cavabdeh üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2017-ci il tarixli 95 saylı protokolundan çıxarışa əsasən isə İddiaçı MTK üzvlüyünə qəbul edildiyi və ona sözügedən yaşayış binasının mansard mərtəbəsində 100 kv.m. sahənin düşdüyü təsdiq edilir. Lakin, müqavilədə, maliyyə arayışında, eləcə də protokoldan çıxarışda mansard sahədə yerləşən 100 kv.m. sahənin mansardın hansı hissəsində yerləşməsi, onun nömrəsi və ya digər fərqləndirici xüsusiyyətləri qeyd edilməmişdir. İddiaçı tərəfindən həmin 100 kv.m. sahənin cavabdeh X1 olan sahə ilə üst-üstə düşməsini iddia etsə də, bunu sübut edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Cavabdeh təsisçisi X8 məhkəmə iclası zamanı verdiyi ifadəsində sözügedən mansard sahəsini X9 ilə bağlı dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, X4 suallara ziddiyyətli cavablar vermiş, eləcə də mansard sahəsinin satılmasına dair müqavilə onun tərəfindən deyil, həmin dövrdə direktor olan Valeh Qasımov tərəfindən icra edildiyi həmin müqavilədə göstərilmişdir. X5 təsisçi qismində mənzil satmaq səlahiyyətinin olmaması səbəbindən, mənzillərin satışının yalnız direktorun vəzifəsi olduğundan və iddiaçının da istinad etdiyi müqavilənin MTK tərəfindən imza edən qismində X5 deyil, Valeh Qasımov olması qeyd edildiyindən şahid Məhərrəm Məhərrəmovun dedikləri mötəbər sübut kimi qəbul edilə bilməz. Digər şahid və mansard sahəsinin əvvəlki mülkiyyətçisi X18 məhkəmə iclasında dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahid binanın 16-cı mərtəbəsində yaşayış sahəsi olan mənzil və onun üzərində yerləşməklə mansard sahə alması və sonradan həmin mansard sahəni İddiaçı satması ilə bağlı dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi dəqiqləşdirmə barədə ərizədə qeyd etdiklərinin və digər şahid X5 dediyinin əksinə olaraq, şahid X23 16-cı mərtəbədəki mənzil ilə 17-ci mərtəbədə yerləşən mansard sahə arasında pilləkən qoymaq, keçid yaratmaq barədə fikrinin olmadığını, belə bir ifadə işlətmədiyini bildirmiş, bundan əlavə verilən suallara ziddiyyətli cavablar vermişdir. Belə ki, o mansart sahəsini əldə etdikdən təxminən 3-6 ay sonra satdığını qeyd etsə də, təqdim edilən sənədlərdə onun sentyabr 2017-ci ildə mansard sahəsini aldığı qeyd edilir, iddiaçının müqaviləsi isə xx.xx.2017-ci ilə təsadüf edir. Bu da onu göstərir ki, şahid X18 dediyi kimi 3-6 ay vaxt keçə bilməzdi. Bundan əlavə, mansart sahəsi alınarkən, yəni 2017-ci ilin sentyabr ayında o mansard mərtəbəsinə qalxdığını, həmin dövrdə qonşuların arasında heç bir bölgü aparılmadığını, orada heç bir arakəsmə olmadığını, düz sahədən ibarət olduğunu qeyd etmişdir ki, bu məlumat digər bütün şahidlərin dedikləri ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə cavabdeh X1 olan mansard hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, mansard mərtəbədə 74 kv.m. sahə X3 və o həmin sahənin pulunu 100% ödəməklə əldə etişdir. Cavabdeh X6 bildirdiyinə görə daha sonra MTK tərəfindən təxminən 26 kv.m. koridor hissə də ona təklif edilmiş və o həmin hissənin də pulunu ödəyərək, almış, beləcə onun mülkiyyətində olan indiki mansard sahəsinin ölçüsü təxminən 100 kv.m. olmuşdur. Həmin sahənin 74 kv.m-dən artırılaraq təxminən 100 kv.m. olması 2017-ci ilin sonu (təxminən dekabr ayı) 2018-ci ilin əvvəllərində olmuşdur. Bu səbəbdən iddiaçının 27 sentyabr 2017-ci il tarixdə aldığı 100 kv.m. mansard hissəsi onun mülkiyyətində olan mansard sahəsi ilə üst-üstə düşə bilməzdi, çünki sözügedən yer həmin dövrdə 74 kv.m. sahədən ibarət idi. Məhkəmə iclasında şahid qismində dindirilən X22 bina tikildikdən bu vaxta qədər həmin binada usta kimi çalışdığını, həmçinin X1 olan mansard sahəsinin əvvəlcə 74 kv.m. olduğunu, daha sonra koridor hissənin də həmin sahəyə qatılmaqla ərazisinin genişləndirilməsi, MTK tərəfindən qoyulmuş qapının əvvəlki yerindən çıxarılaraq 2 dəfə yerinin dəyişdirilməsinin usta kimi onun tərəfindən icra edildiyini öz ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən və həmin binada fəhlə, yük daşıyan kimi işləyən X24 və X19 da oxşar məzmunda ifadələr vermişlər. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilən X11 məhkəmə iclasında verdiyi ifadəsində cavabdeh X10 ilə birlikdə həmin binada mənzil aldıqlarını, mansard sahəsinin alınması prosesində özünün şəxsən iştirak etdiyini, qeyd edilən sahənin X2, əvvəlcə həmin sahənin 74 kv.m olduğunu, daha sonra artırılaraq indiki vəziyyətə gətirildiyini və sair bu kimi halları təsdiq edən ifadə vermişdir. Göründüyü kimi, cavabdeh X1 olan mansard sahəsinə dair X10 ilə MTK arasında bağlanan müqavilənin tarixi daha əvvəldir, həmçinin həmin sahə əvvəlcə 74 kv.m. olmuş, daha sonra artırılaraq indiki vəziyyətə gətirilmişdir. İddiaçı onun müqaviləsində qeyd edilən 100 kv.m. sahənin məhz həmin sahə ilə üst-üstə düşdüyünü bildirsə də, müqavilədə bunu təsdiq edən hər hansı qeyd yoxudur, eləcə də bu iddia heç bir mötəbər sübut ilə təsdiq edilmir, həmçinin iddiaçının müqaviləsi bağlanan zaman həmin mansard sahəsinin ərazisinin 74 kv.m. olması bir daha iddiaçının dediklərinin, yəni onun sahəsinin cavabdeh X1 olan sahə ilə üst-üstə düşməsi fikrini təkzib edir. Məhkəmə hesab edir ki, X10 ilə "xxxx" MTK arasında imzalanmış müqavilələrin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə, maddə 443.1 və 452.2) hüquqları vardır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin “X10 ilə "xxxx" MTK arasında imzalanmış müqavilələrin etibarsız sayılmasi” hissələri rədd edildiyindən, “protokolun, maliyyə arayışının etibarsız hesab edilməsi və 100 kv.m ibarət mənzildən cavabdeh X6 çıxarılması” tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh və X7 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbi rədd edilməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh və X7 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar