Məhkəmə qərarları › İş №e-2(006)-1162/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1162/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1162/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 128.8 manat əsas borc, 19.3 manat cərimə, ********* saylı xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 107.9 manat əsas, 16.1 manat cərimə, ********* saylı xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 177.9 manat əsas, 26.6 manat cərimə, ümumilikdə 476.6 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrnə əsasən, cavabdeh aldığı qazan dəstinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla cəmi 259.9 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Beko” markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 8 manat olmaqla cəmi 139.9 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Fakir” markalı elektrikli çaydana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla cəmi 229.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hər üç müqavilə şərtlərini pozaraq, qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən borun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbi təmin edilmədir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən 259.9 manat məbləğində qazan dəsti Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 22 manat sonuncu ay 17.99 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən 139.9 manat məbləğində “Beko” markalı ütü Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 8 manat sonuncu ay 3.99 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən 229.9 manat məbləğində “Fakir” markalı elektrikli çaydan Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 13 manat sonuncu ay 8.99 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 128.8 manat əsas və 193 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 107.9 manat əsas və 161 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 177.9 manat əsas və 266 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materiallar ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş və onun iddia tələbində qeyd olunan əsas və cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 128.8 manat borc, 19.3 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsi üzrə ödənilməmiş 107.9 manati, 16.1 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 177.9 manat əsas və 26.6 manat cərimə olmaqla ümumilikdə 476.6 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 128.8 manat borc, 19.3 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 107.9 manati, 16.1 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 177.9 manat əsas və 26.6 manat cərimə olmaqla ümumilikdə 476.6 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar